Sahtaxti Poldest Korpusu - Wikipedia
Şahtaxtı-Poldəşt körpüsü — Araz çayı üzərində körpü və keçid məntəqəsi.
Şahtaxtı-Poldəşt körpüsü | |
---|---|
39°21′37″ şm. e. 45°04′15″ ş. u.HGYO |
Haqqında
redaktəİran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında yük və sərnişin daşınmasını, ticarət əlaqələrini genişləndirmək, vətəndaşların gediş-gəlişi üçün qapı açmaq vasitəsidir. İranın Qərbi Azərbaycan ostanının Poldəşt və Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndi yaxınlığında salınmışdır. 1990-cı illərin əvvəlində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri işləyən Heydər Əliyevin İran hökümətinin dəvəti ilə 1992-ci il 22-25 avqustda İran İslam Respublikasına rəsmi səfəri zamanı 24 avqustun Tehranda İran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış protokola əsasən inşa edilmişdir. 1993-cü il 3 dekabr Naxçıvan Muxtar Respublikası İran İslam Respublikası ilə birləşdirən üzən körpünün və Şahxtatı-Poldəşt keçid məntəqəsinin təntənəli açılış olmuşdur. Mərasimdə Heydər Əliyev çıxış etmiş, körüpünün və keçid məntəqəsənin blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasında iqtisadi həyatın dirçəldilməsində, İran-Azərbaycan əlaqələrinin genişləndirilməsində mühüm rol oynacağına əmin olduğunu bildirmiş və bunu Azərbaycan xalqının həyatında unuldumaz hadisə adlandırmışdır.[1]
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 530. ISBN 5-8066-1468-9.