Sahseven Kurdemir - Wikipedia
Şahsevən — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Topalhəsənli kənd inzibati ərazi dairəsində kənd.
Şahsevən | |
---|---|
40°22′22″ şm. e. 48°12′07″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
redaktəŞahsevən adı I Şah Ismayıl Səfəvinin hakimiyyəti dönəmində yaranmışdır. Bu ad səfəviyyə təriqətinin müridləri arasında siyasi məfhum kimi işlənmişdir. I Şah Abbas qızılbaşların rolunu məhdudlaşdırmaq və onların nüfuzunu qırmaq məqsədilə Şahsevən adlı özəl qoşun növü yaratmışdır. Sonralar Azərbaycanın müxtəlif bölgələrində əsası qoyulmuş Şahsevən kəndləri həmin tarixi hadisələrdən qaynaqlanır.
Kürdəmir rayonunun ən qədim məzarlıqlarından biri Şahsevən kəndində yerləşir. Burada XIX əsrdə yaşamış nəqşbəndiyyə təriqətinin nümayəndəsi Mövlana Hacı Mahmud babanın (ölümü hicri 1281, miladi 1865) türbəsi vardır. Mövlana Hacı Mahmud baba İmam Şamilin müəllimi Siracəddin İsmayıl Şirvaninin müridi olmuş, həmçinin məşhur təriqət şairi Seyid Həmzə Nigari ilə dostluq etmişdir.
Sovet hakimiyyəti illərində Şahsevən kəndi Topalhəsənli və Qaraqocalı kəndləri ilə birlikdə Moskva kolxozunun tərkibinə daxil olmuşdur. Kənddə əvvəllər fəaliyyət göstərən məscid sovet dövründə dörd illik ibtidai məktəbə çevrilmişdir. Sonralar Topalhəsənli kənd orta məktəbi yaradıldıqdan sonra ibtidai məktəbin fəaliyyəti dayandırılmışdır.
Toponimikası
redaktə- Şahsevən oyk., sadə.
- Kürdəmir r-nunun Topalhəsənli i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim azərbaycanlıların etnoqrafik qrupu olan şahsevənlərin adı ilə bağlıdır. Şahsevənlərin özəyini Azərbaycanda yaşayan əfşar, qacar, cavanşir və b. tayfalar təşkil edirdi. Səfəvilər dövlətinin əsas hərbi qüvvəsinə çevrilən şahsevənlər sonralar Azərbaycanın siyasi həyatında mühüm rol oynamışlar.[1]
Mədəniyyəti
redaktəŞahsevən kəndinin qədim mədəniyyət abidəsi kənddəki məzarlıqla bağlıdır. Buradakı qədim Şıx qəbirləri keçmiş tarixə şahidlik edən daş kitabələrdir. Məzarlıqda Mövlana Hacı Mahmud babanın türbəsi vardır.
Coğrafiyası və iqlimi
redaktəŞahsevən kəndi rayon mərkəzindən 7 km., Bakı şəhərindən 194 km. məsafədədir. Kürdəmir rayonunun Topalhəsənli, Qaraqocalı və Şıxımlı kəndləri ilə qonşudur. Kənd düzənlik ərazidə yerləşir. Torpaqlarının bir hissəsi şoranlıqdır. Yayı sərt isti, quraqlıq, qışı mülayim keçir. Əvvəllər Girdman çayının bir qolu kəndin ərazisindən keçmişdir. İndi isə Şirvan kanalı vasitəsilə Kür çayının suyundan istifadə olunur.
Əhalisi
redaktə2009-cu ilin siyahıya alınmasına əsasən kəndə 2123 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
redaktə- Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ədəbiyyat
redaktə- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə, I cild, Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2007, s.141
- Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı: 2013. s.488
- Cahangir Zeynaloğlu. Azərbaycan tarixi, Bakı:1992, s.67–68
- Məşədixanım Nemət. Azərbaycanda pirlər, Bakı: Azərnəşr, 1992, s.100
- Yaşar Kalafat. Şahsevən türkləri (Azərbaycan türkcəsinə çevirəni Vaqif Sultanlı), "Folklor və etnoqrafiya" (Bakı) dərgisi, 2005, № 2 (5), s. 11–22
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629