Sahbuz Rayon Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi — 1982-ci ildən Şahbuz şəhərində fəaliyyət göstərir.
Şahbuz Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1982 |
Mövzu | Tarix |
Yerləşir | Heydər Əliyev, Şahbuz, AZ7100[1] |
Kolleksiyası | 460 0 eksponat |
Telefon | (+994 365) 43-02-98 |
Muzeyin tarixi
redaktəŞahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildən fəaliyyətə başlamışdır.
Muzeyin ekspozisiyası
redaktəMuzeydə Şahbuz rayonu ərazisində müxtəlif dövrləri əhatə edən milli-mədəni nümunələr, dəyərli eksponatlar qorunub saxlanılır və nümayiş etdirilir. Muzey ekspozisiya zalından və iş otaqlarından ibarətdir. Muzeyin fondunda 4600-dən çox eksponat qorunub saxlanılır ki, onlardan 1000-dən çoxu ekspozisiya zalında nümayiş olunur. Ekspozisiya zalında qədim bəzək əşyaları, numizmatika məmulatları, saxsıdan və gildən hazırlanmış məişət və təsərrüfat alətləri, rayon ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanmış küp qəbirlər, məzarüstü daşlar və sənduqələr, qədim toxuculuq alətləri, rayonun flora və faunasını əks etdirən nümunələr, kitablar və digər dəyərli eksponatlar nümayiş olunur.[2]
Haqqında
redaktəNaxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi sistemindədir. 6 şöbədən ibarətdir. Muzeydə 3500-dən çox eksponat, o cümlədən el sənətkarlarının əsərləri, xalça məmulatı, toxuculuq əşyaları, bədii tikmələr, bəzəklər, mis və saxsı qablar, fotoşəkillər, tətbiqi və təsviri sənət nümunələri, rayonun ərazisindən aşkara çıxarılmış arxeoloji materiallar və s. toplanmışdır. Xalq şairi Məmməd Arazın həyat və fəaliyyətini əks etdirən guşə muzeydə xüsusi yer tutur.[3]
İstinadlar
redaktə- ↑ "Şahbuz rayon Tarix-Diyarşünaslıq Muzeyi". https://kataloq.gomap.az. İstifadə tarixi: 21.12.2020.
- ↑ "Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə yeni eksponatlar təqdim olunub". =http://www.serqqapisi.az. 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21.12.2020.
- ↑ "Şahbuz rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni bina inşa". https://nuhcixan.az. İstifadə tarixi: 21.12.2020.
Mənbə
redaktə- Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 530. ISBN 5-8066-1468-9.
Xarici keçidlər
redaktə- "Diyarşünaslıq muzeyləri". http://www.anl.az. İstifadə tarixi: 21.12.2020.
- "Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın inşasına başlanılıb". https://azertag.az. İstifadə tarixi: 21.12.2020.
- "Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə yeni eksponatlar təqdim olunub". https://azertag.az. İstifadə tarixi: 21.12.2020.