Sah Ismayil Xetainin Heykeli - Wikipedia
Şah İsmayıl Xətainin heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərində, Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin heykəli.[1]
Şah İsmayıl Xətainin heykəli | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı |
Heykəltaraşlar | İbrahim Zeynalov və Zakir Mehdiyev |
Material | tunc |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəHeykəl 1993-cü ildə Bakıda ucaldılmışdır. Abidənin müəllifləri Azərbaycan heykəltaraşları, Azərbaycan SSR xalq rəssamı İbrahim Zeynalov və Zakir Mehdiyev, memarları isə P.Hüseynov, Q.Əliyev olub. Heykəl yüksək bədii-estetik dəyəri, plastik forma rəngarəngliyi və milli koloriti ilə seçilir. 2007-ci ilə Şah İsmayıl Xətai heykəlinin postamenti yenidən qurulmuş, abidə isə yenidən bərpa edilmişdir.[1]
2017-ci ildə yol təmirinə görə abidənin yerinin dəyişdirilməsi düşünülsə də, nəticə etibarilə təmir zamanı abidəyə toxunulmadı.[2]
2020-ci ildə isə heykəl Yusif Səfərov küçəsində Leyla Şıxlinskayanın klinikası ilə Mərkəzi Neftçilər Xəstəxanasının arasındakı əraziyə köçürüldü.[3]
İstinadlar
redaktə- ↑ 1 2 "Şah İsmayıl Xətainin heykəli". kataloq.gomap.az. Archived from the original on 2023-04-16.
- ↑ ""Bakı heykəltaraşlıq şəhəri" – Xətai abidəsinin yaradılış tarixi". yenicag.az. Archived from the original on 2022-04-12.
- ↑ "Şah İsmayıl Xətainin heykəlinin yeri dəyişdirilib". konkret.az. 5 mart 2021 tarixində arxivləşdirilib.