Sadxurey Golu - Wikipedia
Şadxurey gölü (kab.-çərk. Шэдхъурей) — Kabarda-Balkariyanın Zolski rayonunda yerləşən karst mənşəlli göl.
Şadxurey gölü | |
---|---|
kab.-çərk. Шэдхъурей | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1012 m |
Eni | 0,12 km |
Uzunluğu | 0,35 km |
Sahəsi | 0,54 km² |
Yerləşməsi | |
43°42′22″ şm. e. 43°04′36″ ş. u.HGYO | |
Ölkələr |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiya
redaktəŞadruxey (kab.-çərk. Шэдхъурей) tərcümədə "dairəvi duran su". Toponim kabarda-çərkəz dilində işlənən şed (duran su, axmaz) və xurey (dairəvi).
Orijinal adın ruscaya çətin trnskripsiya olunması səbəbindən hazlrda ədəbiyyatda və xəritələrdə gölün adı bu formalarda yazılır — Şanxore, Şantxurey, Şatxurey, Şedxurey və Çan xurey.
Tərkibi
redaktəŞadxurey gölü iki hissədən ibarətdir:
- Birinci Şadxurey (Həmçinin böyük və ya Yuxarı Şadxurey)
- İkinci Şadxurey (həmçinin Kiçik və ya Aşağı Şadxurey)
Əvvəllər göllərin sayı üç olmuşdur. XX əsrin əvvəllərində bilinməyən yeraltı proseslərdən göl yoxa çıxmağa başlamışdıe. Onun yerində isə böyük bir dərə qalmışdır. Hazırda Quru Şadxureyin yaxınlığında zibillik meydana gəlmişdir.
Coğrafi yerləşməsi
redaktəGöl Zolski rayonunun şərq hissəsində, Kamennomostkoe kəndindən 5 km cənub-şərqdə yerləşir.
Göl hündürlüyü 1012 m olan Kalej dağ massivinin ətəyində yerləşir.
Formalaşması
redaktəGöl kart mənşəllidir. Əhənd suxurlarının aşınması nəticəsində formalaşmışdır.
Yerli əfsanəyə görə əvvəllər bu göllərin yerində üç qardaşa aid heyvan yataqları olmuşdur. Bir dəfə torpaq bu qardaşları və heyvanlarını udur. Nəticədə onların batdığı yerdə "zalım" göllər meydana gəlir. Yerli əhali uzun illər bu göllərdən uzaq gəzmişlər.
Quruluşu və xüsusiyyətləri
redaktəGöllər zəif öyrənilmişdir. Sualtı axınlar, güclü sualtı cərəyanlar və inkişaf etmiş sualtı kanallar şəbəkəsi göllərin daha detallı araşdırılmasına mane olur. Müasir araşdırmalara görə, göllərin hər birinin dərinliyi 200 metrdən çoxdur.
Böyük Şadxureyin sahəsi 0,54 km², uzunluğu 270 m və eni 170 m-dir. Kiçik Şadxureyin sahəsi 0.35 km², uzunluğu 165 m və eni 110 m-dir.
Göllərə nə çaylar, nə də bulaqlar axmır lakin suyun səviyyəsi il boyu sabitdir. Yaz aylarında su səthinin istiliyi 20 °C-ə çatır, qışda isə ümumiyyətlə donur.
1970-ci illərdə tarlaları suvarmaq üçün Böyük Şadxureyə bir kanal qazıldı. Növbəti gecə göldəki suyun səviyyəsi bir neçə metrə düşdü. Nəticədə yerli sakinlərin istəyi ilə kanal yenidən dolduruldu.
Bitki örtüyü və heyvanlar aləmi
redaktəGöllər alp çəmənlikləri ilə əhatə olunmuşdur. Hər iki gölün nisbətən alçaq olan qərb hissəsi meşə və qoz bağları ilə örtülüdür. Nisbətən hündür şərq hissəsi isə alp çəmənlikləri ilə örtülüdür.
Göldə bir neçə növ yosun yayılmışdır. Burada çoxlu sayda balıq növü yaşayır. Əsasəndə qalınalın və ağ amur kimi növlər yayılmışdır.
Turizm
redaktəGöl Kabarda-Balkariyanın ən məşhur turistik yerlərindən biridir.
Maraqlı fakt
redaktə1972-ci ildə "Sannikov Torpağı" filminin bəzi epizodları çəkilmişdir. Əsasəndə Kiçik Şadxureydə ağ maralın qurban verilmə səhnəsi çəkilmişdir. Burada burulğanın maralı udması göstərilir. Böyük Şadxureyin fonunda isə şamanın rəqsi verilir.