Sadili Goranboy - Wikipedia
Şadılı — Azərbaycan Respublikasının Goranboy rayonunun Şadılı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Şadılı kəndi Qaradağlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şadılı kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]
Şadılı | |
---|---|
40°38′38″ şm. e. 46°34′48″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 288 m |
Saat qurşağı | |
Toponimikası
redaktəYaşayış məntəqəsi keçmişdə maldarlıqla məşğul olmuş şadılı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Bu tayfanın mənşəcə Şato adlı qədim türk tayfası ilə bağlılığı ehtimal olunur.[3]
Tarixi
redaktəKənd yerləşdiyi ərazisini bir neçə dəfə dəyişib. İndiki yerində çox keçmişdən yerləşib. Arxeoloqların qoyduğu tarixə görə kəndin 5000 il tarixi var.
Tarixi abidələri
redaktəŞadılı kəndində məşhur ipək yolunun üstündə olan karvansara olub. Məşhur körpü gözləri var. Kürəkçayın üstündə olan körpü gözləri hələ də durur.
Qazıntılar zamanı Şadılı kurqanlarından tunc dövrünə aid çoxlu əşyalar tapılıb. Arxeloqların apardığı qazıntılar zamanı ayrı-ayrı kurqanlardan qəbilə başçısına aid iki möhür çıxıb. Bu möhür üç ədəd olub. Biri Türkiyədə, ikisi isə Şadılı ərazisində tapılıb. Kurqanlardan çıxan əşyalar AMEA İnstitutunda saxlanılır.
O vaxtlar kənddə 7 ədəd su dəyirmanı olub. Hazırda işləyən su dəyirmanını Şadılı İsgəndər adı ilə məşhur olan şəxs tikdirib. Təxminən 100-150 il arası tarixi var. Sovet hakimiyyəti qurulduqdan sonra bu dəyirman Şadılı İsgəndərin adı ilə hökumətə verilib. Hazırda işlək vəziyyətdədir.
Coğrafiyası və iqlimi
redaktəKənd Kiçik Qafqaz dağlarının ətəyində yerləşir. Kəndin ərazisi 1110 hektardır.
Kəndin ərazisində müxtəlif növ heyvanlara rast gəmək olar. Məsələn: canavar, tülkü, çöl pişiyi, gəlincik, oxatan kirpi, yatağan ilan, kəklik, turac, qırqovul, ilanbalıq, balıqudan, qızılbalıq, qızılquş, leylək, dovşan, şanapipik vardır. Həmçinin kəndin bitki örtüyüdə zəngindir. Bunlara misal olaraq çinar, qarğı, qamış, ətotu, itburnu, cil, əvəlik, iydə, qonaq ağacını misal göstərmək olar.
Goranboy ekologiya nümayəndəsi kənddəki çinarların ikisinə 2017-ci ildə 188 il yaş təyin edib.
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 689 nəfər əhali yaşayır.
İqtisadiyyatı
redaktəKənd əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olur.
Mədəniyyəti
redaktəMəşhur Şadılı xalçaları Azərbaycanda Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu xalçalardır.
Təhsil
redaktəŞadılı kənd tam orta məktəbi şəhid Cabbarov Rauf Fərrux oğlunun adını daşıyır.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-23.
- ↑ Şadılı (Goranboy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
Həmçinin bax
redaktə Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |