Serq Dag Qorillasi - Wikipedia
Şərq dağ qorillası və ya Dağ qorillası (lat. Gorilla beringei beringei) — primatlar dəstəsinə, qorillalar (Gorilla) cinsinə, Şərq qorillası növünə aid olan yarımnöv. Növ adı alman zabiti Fridrix Robert fon Berinqenin (1865–1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır. Yarımnöv nəsli kəsilmək ərəfəsindədir. 2012-ci il məlumatına görə onların sayı 880 başı keçmir.
Şərq dağ qorillası | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Şərq dağ qorillası |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Areal
redaktəDağ qorillaları Mərkəsi Afrikanın Böyük Rift Dərəsi rayonunda yayılmışdır. Onlar 6 sönmüş vulkanın ətəklərində, 40 km uzunluğa və 3–19 km enə, 2200–4300 metr hündürlüyə malik ərazidə yayılmışlar. Cəmi iki iri olmayan populyasiya mövcuddur. Ruanda, Uqanda və Konqo Demokratik Respublikasının vulkanik zirvələrinin ətəklərində yayılmışdır.
Xüsusiyyətləri
redaktəBu yarımnövün nümayəndələri ölçülərinə görə yalnız Şərq düzənlik qorillalarından geri qalır. Erkəklər ortalama 195 kq çəkiyə və 150 sm bouya malik olurlar. dişilər isə 100 kq çəkiyə və 130 sm boya malikdirlər.
Qərb və şərq qorillaları arasında 29 morfoloji fərq mövcuddur. Bu yarımnövə daxil olan qorillaların xəzləri daha sıx və uzun olur. Bu isə onların yayılma arealı ilə əlaqədardır. Bütün qorillalar kimi onlar da tünd qəhvəyi gözlərə sahib olurlar.
Həyat tərzi
redaktəOnlar əsasən qorpaq üzərində dörd ətrafı üzərində hərəkət edirlər. Bununla belə onlar asanlıqla ağaclara dırmana bilirlər. Bu əsasən cavan fərdlər arasında daha çox müşahidə edilir.
Dayan Rossinin hesabatına görə dağ qorillaları 58 növ bitkidən qida kimi istifadə edirlər. Bu bitkilər siyahısına Şeytanqanqalı, Gicitkən, yabanı kərəviz və qatıqotu (Galium) kimilər daxildir. Yarpaqlar, tumurcuqlar və köklər didasının 86 %-ni, meyvələr isə 2 %-ni təşkil edir. Onlar həmçinin ağac qabığ və kökləri, tırtılları və iblisləri belə yeyirlər. İri erkək fərdlər gün ərzində 34 kq istehlak etdiyi halda, dişilər isə 18 kq-dan artıq yarpaq yemirlər.
Araşdırılma tarixi və qorunma
redaktə1902-ci ildə kapiytan Robert fon Beringe (1865–1940) Alman Qərbi Afrikasının sərhədlərini təyin edərkən 2 qorilla ovlayır. Onlardan birinin qalıqları Berlindəki muzeyə aparılır. Paul Maçı (1861–1926) təsnifata əsdasən bu qorillanın ayrı bir yarımnöv olmasını təyin edir və ona Gorilla beringei adını verir.
1925-ci ildə amerikalı naturalist Karl Eykli dağ qorillalarını tətqiq edərək, Belçika kralı I Albertə Virunqa dağları ətrafında heyvanların qorunması məqsədi ilə qoruğun yaradılması üçün müraciət edir.
1959-cu ildə Corc Şaller 20 aylıq müşahidədən sonra "Dağ qorillaları" və "Qorilla ili kitablarını yazmışdır. bu qorillalar haqqında yazılmış ilk ətraflı və müfəssəl əsərlər olmuşdur.
1967-ci ildən primatoloq primatoloq Dayan Rossi qorillaların 18 illik müşahidəsinə başlamışdır. 1983-cü ildə ilkj avtobioqrafik əsəri olan "Dumandakı qorillalar" kitabını yazmışdır. 1988-ci ildə eyni adlı kitab əsasında film çəkilmişdir. 2002-ci ildə Ruanda hökumət nümayəndəsi "The Wall Street Journal" qəzetində məktub dərc etdirərək Dayman Rossi üçün "Ağ irqçı, hansı ki, meymunlar Afrika xalqından üstündür"[2][3] ifadəsini işlətmişdir. Onun tərəfindən təşkil edilən fond bu gündə qorillaların qorunması məsələsində olduqca effektivdir.
Hal-hazırda qorillalar yaşadığı bütün ərazilər qoruma altındadır: Konqoda Virunqa Milli Parkı, Ruandada Vulkanlar Milli Parkı, Uqandada Bvindi keçilməz Milli Parkı və Mqaxinqa qorillaları Milli Parkı. Bununla belə onların yaşadığı bölgədə siyasi qeyri-sabitlik hələ də hökm sürməkdədir.
İstinadlar
redaktə- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ "Karisoke Revisited". 2019-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-24.
- ↑ "Giants of the Jungle". 2013-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-24.