Serf - Wikipedia
Şərf — geyim növü və aksessuarı
Tarixçə
redaktəŞərfin yaranma tarixi çox qədimdir. Arxeoloqlar belə hesab edirlər ki, şərfdən ilk dəfə 2.000 il bundan əvvəl bəzək əşyası kimi istifadə edirmişlər. 1974-cü ildə Çində böyük bir qəbiristanlıq aşkar edilmişdir. Bura - hərbçi qəbiristanlığı imiş. Burada dəfn olunanların qəbirlərindən 7.000-dən çox boynuna şarf dolanmış hərbçi fiqurları tapılmışdır. Bu səbəbdən də tarixçilər hesab edirlər ki, şərfın vətəni - Çindir. Neçə əsrlər bundan əvvəl Çin imperatoru Çen döyüşçülərin hansı səviyyəyə aid olduğunu ayırd etmək üçün döyüşçülərin boynuna şərflar bağlatdırırdı. İmperator Çenin yüksək səviyyəyə məxsus döyüşçüləri boyunlarına – ipək şarf, adi döyüşçülər isə boyunlarına – pambıq şərflar dolayırdılar.
Müxtəlif mədəniyyətlərdə
redaktəQədim Misirdə ipək şarflar - sosial status və avtoritet əlaməti hesab edilirdi. Qədim şəkillərdən məlum olur ki, çariça Nefertitinin şarfları ipəkdən hazırlanırmış.
Roma imperiyası dövründə bir zamanlar “ipək şərf” dövrü olmuşdur. O zamanlar ipək şərfdan sosial status kimi istifadə olunurmuş və şərfı boyunlarına, ya da bellərinə bağlayırmışlar.
Qədim Roma da isə şarfdan - məşqlər zamanı boyun-boğazlarının, üzlərinin tərini silmək üçün istifadə edirdilər. Qədim romalılar şarfı ya bellərinə bağlayar, ya da çiyinlərindən asarmışlar.
XVII əsrdə Avropaya nifrət edən muzdlu xorvat döyüşçüləri öz məharətlərini nümayiş etdirmək və döyüş zamanı digərlərindən seçilmək üçün boyunlarına şarf dolayırdılar. Tarixi məlumatlara əsasən, elə həmin dövrlərdə - yəni, XVII əsrdə Napoleon Bonapart daim boynuna ipəkdən toxunmuş Hindistan şarfı bağlayarmış. Məşhur alman bəstəkarı Lüdviq van Bethoven də daim boynunda ipək şarf gəzdirərmiş.
XVII əsrin sonlarında xorvat döyüşçüləri Parisə daxil olarkən, öz qələbələrini bildirmək üçün parlaq rəngli şarflardan bir aksessuar kimi istifadə etmişlər. Bunu görən kral XIV Lüdovik həmin an əmr verir ki, sarayında yeni vəzifə yaradılsın. Bu vəzifəyə təyin olunan şəxs isə yalnız kral üçün şərflar almalı və şərflərə qulluq etməli imiş.
Fransa inqilabı zamanı XVIII əsrdə “incroyables” adlı şərflərdan kütləvi surətdə istifadə olunurmuş. Bu şərflar ölçüsünə görə çox iri idi və xüsusi toxunma texnikası vardı.
Qadağalar
redaktəTarixdə şərflərə əks münasibətdə olanlar da olmuşdur. Məsələn: Rus imperatoru I Pavelin, ümumiyyətlə, şərfdən zəhləsi gedirmiş və imperator olduğu illərdə şərfdan istifadəyə qəti qadağalar qoyubmuş. Paradoksal olan bir şey də budur ki, imperator I Pavel bir zabit tərəfindən elə şarfla boğularaq qətlə yetirilmişdir.
Müasir dövrdə
redaktəXIX – XX əsrlərdə ipək şarfların populyarlığı sürətlə artmışdır. Artıq ipək şarflardan tək statuslular deyil, əksəriyyət istifadə edirdi. Hal-hazırda şarflar həm kişi, həm qadınlar tərəfindən istifadə edilir.