Semsizadeler - Wikipedia
Şəmsizadələr - Haqqında Məlumat
Şəmsizadələr — Azərbaycan xalqının tanınmış soylarından biri.
Şəmsizadələr | |
---|---|
Əcdadı | Şəmşi bəy Yağləvəndli-Cavanşir |
Təbəəliyi |
Qarabağ xanlığı, Rusiya imperiyası |
Soyun yaranması
redaktəBu soy öz başlanığıcını Şəmşi bəy Yağləvəndli-Cavanşirdən götürüb. Bu soy Cavanşir elinin Yağləvənd oymağına bağlıdır. Yağləvənd obasından köçüb Şuşa şəhərində məskunlaşmışdılar. Şəmşi bəyin oğulları İsmayıl bəy, Səfi bəy, Səfəralı bəy İbrahimxəlil xan Cavanşirə xidmət etmişdi.
Soyun tanınmış nümayəndələri
redaktə- Şəmşi bəy Yağləvəndli-Cavanşir — Qarabağ xanlığının atlı dəstəsinin sərkərdəsi, məaf.
- Heydər Şəmsizadə — Azərbaycanın əməkdar artisti, aktyor, rejissor.
- Şəmsi Şəmsizadə — aktyor.
- Əhəd Şəmsizadə — DTK polkovniki, pedaqoq.
- Azad Şəmsiyev — Texnika elmləri doktoru, professor
- Siyavuş Qarayev — üzvi kimya sahəsində alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Şəmşi bəyin şəcərəsindən bir şaxə, "Soy" dərgisi, №1 (3), 2004, səh.3–7.
- Ənvər Çingizoğlu, Şəmsi bəyin şəcərəsindən daha bir şaxə, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №1, səh.3–15.