Seki Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Şəki Tarix-Diyarşünaslıq Muzeyi — Şəki rayonunda fəaliyyət göstərən muzey. Muzey Rəşid bəy Əfəndiyevin adını daşıyır. 1925 –ci ildən fəaliyyət göstərir. Binanın ümümi sahəsi 924 km ²-dır. Bunun 724 m2-də ekspozisiya zalları yerləşir.
Şəki Tarix-Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1925 |
Mövzu | arxeologiya, etnoqrafiya |
Ölkə | |
Yerləşir | Şəki, Qala divarları 1 |
Kolleksiyası | 5000-dən çox eksponat |
Direktor | Yaqut Cəlalova |
Muzeyə yetişmək | Narınqala divarları, 055 Şəki, Azərbaycan[1] |
Telefon | (+99424) 24 4 37 02 |
41°12′15″ şm. e. 47°11′52″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəŞəki Tarix-Diyarşünasliq Muzeyi 1925-ci ilin sentyabr ayında yaradılmışdır. Muzeyin 1980-ci ildən bəri fəaliyyət göstərdiyi hazırkı binası 1895-ci ildə kazarma məqsədi ilə tikilmiş tarixi abidədir.[2] Muzeyin ümumi sahəsi 924 m²-dir. Bunun 724 m²-də ekspozisiya zalları yerləşir.[3] Muzeydə Şəki şəhərinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını, mətbəxini əks etdirən 5000-dən çox eksponat nümayiş etdirilir. Bunlardan 3000-ə yaxını ekspozisiya zallarında nümayiş etdirilir.Eyni zamanda Böyük vətən müharibəsi (1941-1945-ci illər), Əfqanıstan və Qarabağ müharibələrində şəkililərin şücaətini dair stendlər quraşdırılmışdır.[4] Müxtəlif illərdə müxtəlif binalarda yerləşən R.Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyi hazırda Şəkinin səfalı bir guşəsində - Qala Divarları arasında olan binada yerləşib. 1895-ci ildə kazarma məqsədilə tikilmiş bu tarixi binaya muzey 1980-ci ildən köçürülüb. Əvvəllər 2 otağa yerləşən muzeyin indi 10 ekspozisiya, 1 lektoriya zallarından ibarətdir.
Muzeyin şöbələri
redaktəMuzey aşağıdakı şöbələrdən ibarətdir:
- Giriş
- Təbiət
- Qədim dövr
- Etnoqrafiya
- Cumhuriyyət
- Elm,mədəniyyət,səhiyyə xadimləri
- Döyüş şöhrəti
- İpəkçilik
- Kənd təsərrüfatı
- Şəkinin süfrə və mətbəx mədəniyyəti
- Lektoriya[5]
Muzeyin maraqlı eksponatları
redaktə- Muzeyidə qorunan faytonda 1920-ci ildə N.Nərimanov Yevlaxdan Şəkiyə gəlib.
- Muzeyizdəki samovar qəhvə dəmləmək üçündür.
- Müxtəlif sənət nümunələri
- Muzeydəki hamam sandığı (seyfi) o vaxtlar qız-gəlinlərin hamama gedərkən üzərilərində daşıdıqları bəzək əşyalarını saxlamaq üçün istifadə olunub. Sandığın üzərində Sədi Şirazinin hamam şeiri həkk olunub.
- Muzeyidə açılmış Süfrə və mətbəx mədəniyyəti şöbəsində işin qurulmasına məşhur kulinarlardan olan Hacı Cabir Xəlifzadənin rolu olmuşdur.[6]
İstinadlar
redaktə- ↑ "Muzeyin ünvanı". vymaps.com. İstifadə tarixi: 22.02.2021.
- ↑ "Şəki Tarix-Diyarşünaslıq Muzeyi". 2018-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-24.
- ↑ Rəşid bəy Əfəndiyev adına Tarix-Diyarşünaslıq Muzeyi
- ↑ anl.az http://anl.az/down/meqale/palitra/2011/noyabr/210040.htm (#bare_url_missing_title). 2020-10-22 tarixində arxivləşdirilib.
- ↑ "Şəki Tarix Diyarşünaslıq Muzeyi". icomaz.az. İstifadə tarixi: 22.02.2021.
- ↑ "Şəki Tarix-Diyarşünaslıq Muzeyi". www.findglocal.com. İstifadə tarixi: 22.02.2021.
Xarici keçidlər
redaktə- "Şəki şəhər Rəşid bəy Əfəndiyev adına Tarix-Diyarşünaslıq Muzeyi". kataloq.gomap.az. İstifadə tarixi: 22.02.2021.