Sehla Semedova - Wikipedia
Şəhla Səmədova (11 dekabr 1959, Bakı, Azərbaycan) (tam adı: Şəhla Tofiq qızı Səmədova) — azərbaycanlı hüquqşünas, hüquq elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini (2014 - 2019), Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri (2019 - h/h.).
Şəhla Səmədova | |
---|---|
azərb. Səmədova Şəhla Tofiq qızı | |
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini | |
2014 – 2019 | |
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri | |
2019 – h/h | |
Əvvəlki | Firudin Səməndərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Təhsili | Bakı Dövlət Universitetinin Hüquq fakültəsi |
Fəaliyyəti | hüquqşünas |
Elmi fəaliyyəti | |
Elm sahəsi | hüquq, cinayət hüququ, transmilli cinayət hüququ |
Elmi dərəcəsi | hüquq elmləri doktoru |
Elmi adı | professor |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəŞəhla Səmədova 1967-1977-ci illərdə Bakı şəhəri 134 saylı orta məktəbdə təhsil almış, ali təhsilini 1978-1984-ci illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində tamamlamışdır.
Ailəsi
redaktəAiləlidir və 2 övladı var.
Tədqiqat sahəsi
redaktə- Cinayət hüququ
- Transmilli cinayət hüququ
- Müqayisəli cinayət hüququ
- Müsəlman cinayət hüququ
Əmək fəaliyyəti
redaktəŞəhla Səmədova 2011 - 2014-cü illərdə Hüquq fakültəsinin Qiyabi şöbə üzrə dekan müavini, 2014 - 2019-cu illərdə Hüquq fakültəsinin Elmi işlər üzrə dekan müavini vəzifələrində çalışmışdır. O, 2019-cu ildən etibarən Cinayət hüququ və kriminologiya kafedrasının müdiri vəzifəsində çalışır.
Pedaqoji fəaliyyəti
redaktəŞəhla Səmədova 2001-2004-cü illərdə BDU-nun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasında müəllimi (fənlər: “Beynəlxalq ümumi hüquq”, “Beynəlxalq cinayət hüququ”, “Müqayisəli hüquqşünaslıq”) kimi fəaliyyət göstərmişdir. O, 2004-cü ildən indiyənək, BDU-nun Hüquq fakültəsinnin Cinayət hüququ və kriminologiya kafedrasında baş müəllim, dosent, professor (fənlər: “Cinayət hüququ. Xüsusi hissə”, “Şəxsiyyət əleyhinə cinayətlər (hüquqi klinika) ”, “Cinayət hüququnda cəzanın nəzəri problemləri”, “Transmilli cinayət hüququnun nəzəri və praktiki problemləri”, “Transmilli cinayət hüququnda cəzanın nəzəri problemləri”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırılması ilə mübarizə”) olaraq fəaliyyət göstərir.
Elmi fəaliyyəti
redaktəŞəhla Səmədova 17.01.2004-cü ildə “Azərbaycan Respublikasının cinayət hüququnda cinayətlərin təsnifatı: problemlər və təkliflər” mövzusunda namizədlik dissertasiyasının müdafiəsini etmişdir. O, 01.04.2015-ci ildə “Cinayətlərin kateqoriyalarının cinayət məsuliyyətinin diferensiasiyasında və sanksiyaların qurulmasında rolu və əhəmiyyəti” adlı doktorluq dissertasiyasının müdafiəsini etmişdir.
Kitabları
redaktə- 2023, Bakı. Transmilli cinayət hüququnun nəzəri və praktiki problemləri. Monoqrafiya. "Mütərcim" - 304 s.
- 2019, Bakı. Cinayət hüququ. Xüsusi hissə. Dərslik, iki cilddə.
- 2018, Vaşinqton. Qadın, Biznes və Hüquq: Almanax (həmmüəllif). World Bank Group,180 s. (ingilis dilində)
- 2017, Bakı. Cinayət hüququnun problemləri: cinayətlərin kateqoriyaları, cinayət məsuliyyətinin diferensiasiyası və sanksiyaların qurulması. Monoqrafiya. “Ekoprint” nəşriy., 746 s. (rus dilində)
- 2016, Vaşinqton. Qadın, Biznes və Hüquq: Almanax (həmmüəllif). International Bank for Rekonstruktion and Development / The World Bank, 264 s. (ingilis dilində)
- 2015, Kiyev. Müasir hüquq ensiklopediyası: Ensiklopedik nəşr (həmmüəllif). “Юринкорм Интер” nəşriy., 408 s. (ukrayna dilində)
- 2013, Bakı. Azərbaycan Respublikasının cinayət hüququnda beynəlxalq cinayətlərə və beynəlxalq xarakterli cinayətlərə görə cinayət məsuliyyətinin diferensiasiyası: Monoqrafiya. “Qanun” nəşriy., 264 s. (rus dilində)
- 2008, Bakı. Azərbaycan Respublikasının cinayət hüququ. Xüsusi hissə. Dərs vəsaiti. “Adioğlu” nəşriy., 182 s. (rus dilində)
- 2007, Bakı. Cinayətlərin kateqoriyaları: Dərs vəsaiti. “Adiloğlu” nəşriy., 314 s.
- 2006, Bakı. Adam oğurluğu və adamları girov götürməyə görə cinayət məsuliyyətinin diferensiasiyası: Monoqrafiya. “Adiloğlu” nəşriy., 172 s. (rus dilində)
- 2006, Bakı. Müasir beynəlxalq cinayət hüququnun problemləri: Dərs vəsaiti. “Adiloğlu” nəşriy., 128 s. (rus dilində)
Seçilmiş əsərləri
redaktə- 2018, Sankt Peterburq, London, Bakı. Prof. İ.M.Rəhimovun “Ölməz ölüm cəzası” adlı monoqrafiyasına müqəddimə. “Şərq-Qərb” nəşriy., s.4-12 (rus, ingilis və azərbaycan dillərində)
- 2018, Bakı. Cinayət-hüquqi sanksiyaların qurulmasının prinsipləri haqqında. Məqalə. AR-nın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, prof.M.Ələsgərovun anadan olmasının 90 illiyinə həsr edilmiş “Azərbaycanda hüquq elminin müasir inkişaf istiqamətləri və tendensiyalari” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları. (rus dilində)
- 2018, Xantı-Mansiysk. Azərbaycan Respublikasının cinayət hüququnda cəza növü kimi cərimənin reqlamentasiyası. Məqalə. “Uqorsk Dövlət Universitetinin xəbərləri”, № 2, s. 25-35 (rus dilində)
- 2018, Bakı. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə cinayət yolu ilə əldə edilmiş maliyyə vəsaiti və digər əmlakın leqallaşdırılmasına qarşı mübarizə üzrə beynəlxalq standartların implementasiyası. Məqalə. Beynəlxalq hüquq və inteqrasiya məsələləri, № 2, s.14-22 (ingilis dilində)
- 2017, Kiyev. Kütləvi iğtişaş ictimai təhlükəsizlik əleyhinə olan cinayət kimi. Məqalə. “Ukraynanın müdafiə və təhlükəsizlik sektorunun reformasiyasının vəziyyəti və perspektivləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları, T.Şevçenko adına Kiyev Milli Universiteti, s.365-372 (rus dilində).
- 2017, Bakı, Müsəlman hüququnda cinayətin anlayışı. Tezis. “İslam həmrəyliyi ili - 2017: reallıqlar və perspektivlər” mövzusunda Respublika elmi-metodik konfransın materialları, s. (rus dilində)
- 2017, Kiyev. Təqsirin qarışıq forması: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələlərinin problemləri. Tezis. “Qloballaşma dövründə insanın təhlükəsizliyi: müasir hüquqi paradiqmlər” mövzusundaVII Beynəlxalq elmi-praktiki konfransın materialları, s. 221-223 (rus dilində)
- 2016, Bakı. Azərbaycan Respublikasının CM-də ehtiyatsızlıqdan törədilən cinayətlərin sistemi. Məqalə. Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi seriyası. Bakı, 2016, № 4, s.5-20 (rus dilində)
- 2016, Bakı. Cəza sisteminin təkmilləşdirilməsi sahəsində cinayət-hüqiqi siyasət. Məqalə. Azərbaycan xalqının Ümummilli lideri H.Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları. Cild 2, s.79-87 (rus dilində).
- 2015, Bakı. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin təkmilləşdirilməsi haqqında. Məqalə. DİN-nin Polis Akademiyasının xəbərləri, s. 100-110 (rus dilində).
- 2014, İrkutsk. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin reformasının zərurəti haqqında. Məqalə. Criminology Journal of Baikal National University of Economics and Law (SCOPUS b.). № 1, s.125-134 (rus dilində).
- 2014, Bakı. Cinayətlərin cinayəti: soyqırıma görə cinayət məsuliyyətinin problemləri. Məqalə. Beynəlxalq hüquq və inteqrasiya məsələləri, № 1, s.290-306 (rus dilində).
- 2014, Surqut. Cinayət məsuliyyətinin diferensiasiyasının əsasları və vasitələri. Məqalə. “Правовые проблемы противодействия преступлениям и иным правонарушениям”, № 2, s.248-252 (rus dilində).
- 2014, Vaşinqton. Beynəlxalq cinayətlərə görə məsuliyyətin diferensiasiyası. Məqalə. Middle-East Journal of Scientific Research ISSN 1990-9233© IDOSI Publications, http://idosi.org/wasj/wasj29(7)2014.htm (ingilis dilində).
- 2014, Bakı. Transmilli cinayətlərə görə cinayət məsuliyyətinin diferensiasiyası. Məqalə. “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfransın materialları, s.63-75 (rus dilində).
- 2014, Bakı. Azərbaycan Respublikasının CM-in Xüsusi hissəsində cinayət məsuliyyətinin diferensiasiyası. Məqalə. Journal of Qafqaz University - History, Law and Political Sciences, 2014. Volume 2, Number 1, s. 64-77 (rus dilində).
- 2014, Bakı. CM-nin Ümumi hissəsində cinayətlərin kateqoriyaları hüquqi-texniki üsül kimi. Məqalə. Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri, ƏN Məhkəmə Ekspertizası Mərkəzinin elmi əsərlər məcmuəsi. № 60, s.155-166 (rus dilində).
- 2013, Bakı. Azərbaycan Respublikasının CM-in Ümumi hissəsində cinayət məsuliyyətinin diferensiasiyası. Məqalə. Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi seriyası. № 2, s.25-36 (rus dilində).
- 2013, Kişinöv. Dəniz quldurluğu: beynəlxalq hüquqda və Azərbaycan Respublikasının cinayət hüququnda tövsif və məsuliyyət problemləri. Məqalə. Law and Politology. International Scientific Journal. № 23, s.12-17 (rus dilində).
- 2013, Bakı. Azərbaycan Respublikasının cinayət qanunvericiliyində sanksiyaların sisteminin təkmilləşdirilməsi haqqında. Məqalə. Polis Akademiyasının Elmi Xəbərləri, № 2 (7), s. 30-36 (rus dilində).
- 2013, Odessa. Cinayət hüququnun prinsiplərinin anlayışı və təsnifatı. Tezis. “The Role and Place of the Police in Democratic State Formation”. V International Scientific Conference, s.193-195 (rus dilində)
- 2013, Bakı. Cinayət hüququnda həvəsləndirici normalar cinayət məsuliyyətinin diferensiasiya vasitəsi kimi. Məqalə. Beynəlxalq hüquq və inteqrasiya məsələləri, № 1, s.69-74 (rus dilində).
- 2011, Bakı. Korrupsiya cinayətlərinin anlayışı və Azərbaycan Respublikasının CM-də onlara görə məsuliyyət məsələləri. Məqalə. Ulu öndər H.Əliyevin ad gününə və AR-nın dövlətçiliyinin bərpasının 20 iliyinə həsr olunmuş “Hüquq elminin və təhsilinin müasir problemləri və həlli yolları” adlı beynəlxalq konfransın materalları.1 hissə. AMEA,s.458-465 (rus dilində).
- 2011, Bakı. Cinayətlərin kateqoriyalarının cinayət məsuliyyətinin yaş həddinin müəyyən edilməsində əhəmiyyəti. Məqalə. Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi seriyası, № 4 (rus dilində).
- 2010, Bakı. Azərbaycan Respublikasının cinayət hüququnda “yetkinlik yaşına çatmayanlar” anlayışı. Məqalə. Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri, № 30, s. 138-144 (rus dilində).
- 2010, Bakı. Beynəlxalq dəniz quldurluğu ilə mübarizənin hüquqi, təşkili və kriminalistik üsulları. Məqalə. Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi seriyası. № 3, s.14-22 (rus dilində).
- 2010, Bakı. Azərbaycan Respublikasının cinayət qanunvericiliyində ekstradisiyanın anlayışı və yeri. Məqalə. Qanun. İctimai-siyasi, elmi-təcrübi hüquq jurnalı, № 9, s. 61-66 (rus dilində).
- 2010, Moskva. Cinayətlərin kateqoriyaları və yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin xüsusiyyətləri. Məqalə. Закон и право, № 1, s.110-115 (rus dilində).
- 2009, Mahaçqala. Yetkinlik yaşına çatmayanlar əleyhinə olan cinayətlərin anlayışı və məsuliyyət problemləri. Məqalə. Научное обозрение: Ежеквартальный сборник статей. Выпуск 49, s.87-92 (rus dilində).
- 2009, Bakı. Yetkinlik yaşına çatmayanların məsuliyyəti və cəzanın fərdiləşdirilməsinin əsas meyarları haqqında. Məqalə. Hüquqi dövlət və qanun. Elmi-kütləvi aylıq jurnal, № 12, s.17-22.
- 2009, Moskva. Cinayətlərin kateqoriyaları və Azərbaycan Respublikasının CM-in Xüsusi hissəsində sanksiyaların sistemi. Məqalə. Вестник науч. изданий Московского государственного Университета МВД РФ. № 11, s.129-131 (rus dilində).
- 2009, Moskva. Azərbaycan Respublikasının CM-də dəniz quldurluğuna görə cinayət məsuliyyətinin diferensiasiyasının problemləri. Məqalə. Право: теория и практика, № 11, s.38-41 (rus dilində).
- 2009, Bakı. Azərbaycanın cinayət hüququnda xuliqanlığın anlayışı və məsuliyyət problemləri. Məqalə. “AR-da dövlət və hüquq quruculuğunun aktual problemləri”: AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun elmi məqalələr məcmuəsi. 4-cü buraxılış., s.155-159 (rus dilində).
- 2009, Bakı. Ananın yeni doğduğu uşağı qəsdən öldürülməsinə görə məsuliyyət məsələləri. Məqalə. Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi seriyası. № 4, s.34-47 (rus dilində).
- 2008, Bakı. Azərbaycan Respublikasının CM-də müharibə cinayətlərinə görə məsuliyyətin diferensiasiyası məsələləri. Məqalə. Beynəlxalq hüquq və inteqrasiya məsələləri. № 3, s.35-40 (rus dilində).
- 2008, Bakı. CM-nin Ümumi hissəsində cinayət törədilməsinin cinayət-hüquqi nəticələrini müəyyən edən normaları təkmilləşdirilməsi haqqında. Məqalə. AR-da dövlət və hüquq quruculuğunun aktual problemləri. AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun elmi məqalələr məcmuəsi. 21-ci buraxılış. s.326-330 (rus dilində).
- 2008, Bakı. Cinayətlərin kateqoriyalaşdırılması və CM-in təkmilləşdirilməsinin problemləri. Məqalə. Qanunçuluq. İctimai-siyasi, elmi-təcrübi hüquq jurnalı. № 4, s.35-40
Yetirmələri
redaktəŞəhla Səmədova hüquq üzrə fəlsəfə doktoru proqramı üzrə 8 doktorant və dissertantın elmi rəhbəri, hüquq üzrı elmlər doktoru proqramı üzrə 2 doktorantın elmi məsləhətçisidir.