Sefili - Wikipedia
Şəfili — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Şəfili kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çarxana kəndi mərkəz olmaqla, Çarxana kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Şəfili | |
---|---|
40°50′ şm. e. 47°41′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 347 m |
Saat qurşağı | |
Toponimikası
redaktəYaşayış məntəqəsi şəfili nəslinin məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə şəfililər maldarlıqla məşğul olan kiçik elat kimi təsvir olunurlar.[2]
Coğrafiyası və iqlimi
redaktəKənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Kəndin mərkəzi yolla arası 3 km-dir.
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 206 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
redaktəKənddə 53 təsərrüfat var. Kəndə mavi yanacaq verilir. Yeni tikintilər aparılır. Ərazi nümayəndəliyi üçün yeni bina inşa olunub. Burada meyvə bağlarına, tərəvəz sahələrinə xüsusi qulluq olunur və heyvandarlıq inkişaf etdirilir.[4]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı". 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
- ↑ Şəfili // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ Şəlalə Məhyəddinqızı. Qəbələ Qafqazın incisi. Bakı: Oğuz Eli, 2009.
Həmçinin bax
redaktə Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |