Sefaet - Wikipedia
Şəfaət kəlməsinin kök mənası "bir şeyi digərinə yapışdırmaq"dır. Bu kəlmə qüvvətli fərdin zəif bir fərdə köməyi mənasında da işlədilmişdir. Bu sözün adi dildə və şəriətdə iki müxtəlif mənası vardır.
1. Ümumi dildə, şəfaət edən şəxs öz nüfuzundan istifadə edərək, qüdrət sahibinin cəza sahibinə qarşı fikrini dəyişir. Bəzən öz nüfuzundan istifadə edərək, bəzən də qorxudaraq bu işi görür. Bəzən isə insan səhvən cəzalandırılır. Burada şəfaət şəfaətçinin fikri və istəyi ilə baş tutur. Bu növ şəfaət heç bir məzhəbdə qəbul olunmur. Çünki Allah Təala heç kəsdən qorxmur, nə də səhvən birinə cəza vermir ki, kiminsə təsiri ilə öz səhvini başa düşə.
2. Şəfaət olunanın məqamının dəyişməsi şəfaətin baş tutmasına səbəb olur. Yəni şəfaət olunan şəxsdə baş verən dəyişkliklər nəticəsində o, pis mövqedən yaxşı bir mövqeyə keçir. Özünü elə bir vəziyyətə gətirir ki, bağışlanmağa şans yaranır. Bu vəziyyət şəfaət edənlə əlaqə nəticəsində əmələ gəlir. İslam məntiqində bu şəfaət qəbul olunmuş şəfaətdir. Çünki ikinci məna şəfaət məntiqi mənaya malikdir və insanı islah edən bir şəfaətdir.[1]
Şəfaət haqqında Qurani-Kərimdə
redaktəİslam dinində Qiyamət günündə Allahın izin verdiyi bəzi insanların şəfaət məqamına sahib olması açıq-aşkar qeyd olunur:
- . "O gün Rəhmanın izin verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz!"[2],
- . "(Allah) onların öndəkilərini də, arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) bilir. Onlar yalnız (Allahın) razı olduğu (izin verdiyi) kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar." (Ənbiya, 28),
- . "Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah Öz istədiyi və razı olduğu kimsəyə (mələyə, yaxud mö’minə) izin verdikdən sonra (onun şəfaəti fayda verər). "[3]
şəfaət məsələsinişəfaət Bəzi
Məkkə müşriklərinin bütlərin onlara şəfaətçi olacaqları haqda iddialarının əksinə olaraq, Qurani-Kərimdə dünyadan kafir olaraq köçən kəslər üçün şəfaətin qəbul olunmaması birqiymətli şəkildə qeyd olunur: "(Müşriklər qiyamət günü) onlar üçün şəfaət diləsinlər (yaxud Allahın əzabını onlardan dəf etsinlər) deyə, Allahdan başqa tanrılar qəbul etdilər. Xeyr, (qiyamət günü tanrıları) onların ibadətini danacaq və onlara düşmən olacaqlar."[4]. "Onun hüzurunda, izin verdiyi kimsələr istisna olamaqla, heç kəsin şəfaəti fayda verməz. (Elə isə hansı ağılla bütlər sizi Allaha yaxınlaşdıracaq, sizin üçün Allahdan şəfaət diləyəcəklər deyə, onlara ibadət edirsiniz?)"[5]
"(Müşriklərin) Ondan qeyri ibadət etdikləri (Allah yanında heç bir kəs üçün) şəfaət edə bilməzlər. Ancaq haqqa şəhadət verənlər (dildə və ürəkdə "la ilahə illallah" deyənlər) müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər. (Məhz belələri Allahın izni ilə şəfaət edə bilmək şərəfinə nail olacaqlar)."[6]
Qiyamət günü şəfaət olunulması yasaq olmuş insanların halı bü cür bəyan olunur: "İndi artıq nə şəfaət edən kimsələrimiz, nə də bir mehriban dostumuz var!"[7]