Sebpere - Wikipedia
Şəbpərə (lat. Myotis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi.
Şəbpərə | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Şəbpərə |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Təsviri
redaktəÖlçüləri xırdadan iriyə qədərdir. Qanadları enli və kütdür. Mahmızın əsasında epiblema adətən olmur və ya zəif inkişaf etmişdir. Quyruğun ucu omaarası pərdədən 1–3 mm kənara çıxır. Qulaqları zərif dərili, zirvəyə doğru daralmış, hündürlüyü enindən xeyli çoxdur. Düz və ensiz traqus aşağı 1/3 hissəsində daha enlidir. Sıx və hündür xəzin rəngi çox vaxt tutqun olub qonur, qəhvəyi və boz çalarlar üstünlük təşkil edir. Dişlərinin sayı dəstədə maksimal olub 38 –dir. Bu cins hamarburunlar fəsiləsində ən ibtidai hesab edilir.
Yayılması
redaktəŞimalda qütb dairəsinə qədər bütün materiklərdə yayılmışdır. Ekoloji plastik qrup olub müxtəlif təbii şəraitlərə uyğunlaşmışdir. Tam qaranlıq düşəndən sonra gec, yavaş və sakit uçması səciyyəvidir. 100-ə yaxın növü təsvir edilmişdir ki, bunlardan Qafqazda 8, Azərbaycanda 5 növ aşkar edilmişdir.
Təsnifatı
redaktə- Yarımcins: Myotis
- Yarımcins: Chrysopteron
- Yarımcins: Selysius
- Yarımcins: Isotus
- Yarımcins: Leuconoe
- Yarımcins: Pizonyx
- Yarımcins: Cistugo
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0