Sixlar Cebrayil - Wikipedia
Şıxlar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sirik kənd inzibati ərazi dairəsində kənd.[1] 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Şıxlar | |
---|---|
39°26′35″ şm. e. 46°51′50″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəbrayıl rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.042 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəKəndin qərb tərəfində sıldırım qayalarla əhatə olunmuş "Qala yeri" adlanan qədim qalanın qalıqları və qalanın arxasındakı qayalarda yonulmuş "Küfüllər" adlanan mağaralar bu ərazilərdə qədim insanların ən azı IX əsrdən əvvəl yaşadıqlarını göstərir. Qalanın qalıqlarına diqqətlə baxdıqda, burada müxtəlif 2 qalanın nə vaxtsa mövcud olduğuna asanlıqla əmin oluruq ki, bu da qala tarixinin daha qədim olduğuna işarədir Şıxlar kəndində XIII əsrdə inşa olunmuş Şıx Baba türbəsi 1993-cü il erməni işğalına qədər qorunub saxlanmışdı. Bəzi mənbələrdə kəndin XVII əsrdə ermənilər tərəfindən yandırıldığı bildirilir. [mənbə göstərin] 2 dekabr 1918-ci ildə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Şıxlar kəndini yandırmış, əhalinin əmlakını talan etmiş, heyvanlarını aparmışlar. 1919-cu ilin qışında Dalanlar kəndinin erməniləri yenidən Şıxlar kəndini yandırmış və əhalinin əmlakını qarət etmişlər[2]
2020-ci ilin 22 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Toponimikası
redaktəQarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Şıxlar Əhmədli olmuşdur. Kəndin yaxınlığında təqr. 10 ha sahəni əhatə edən şəhər xarabalığı və XIII-XIV əsrlərə aid türbələri olan Şıxlar adlı qəbristan mövcuddur.[3]
Mədəniyyəti
redaktəKəndin ərazisində eramızdan əvvəlki dövrə aid mağaralar, eramızın ilk dövrlərinə aid qala və orta əsrlərə aid şəhər ("şəhərgə") xarabalıqları mövcuddur. 1972-ci ildə nəşr olunmuş Azərbaycan Sovet Ensiklopediyasında Şıxlar kəndinin tarixi abidələrindən Şıx Baba türbəsi, Xudafərin körpüləri və İmanqazan təpələri göstərilmişdi. Kəndin şimalında "Dulusxana" karxanasının xarabalığı mövcuddur.
==Coğrafiyası və iqlimi== Qarabağ silsiləsinin ətəyindədir. Kənd Cəbrayıl rayonunun şimal-qərb sərhəddində, dağlıq ərazidə yerləşir. Quru mülayim iqlimə malik olub, vulkanik mənşəli təpələrlə əhatə olunmuşdur. Ərazisində endemik bitkilərdən ağ yemişan, mərmərik (qaragilə), çağala (yabanı ərik) və bir çox ot bitkiləri yetişir
Əhalisi
redaktə1993-cü ilin avqustunda kənd əhalisinin sayı 360 nəfərə yaxın olmuşdu.
İqtisadiyyatı
redaktəKənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, dulusçuluq, toxuculuq və əkinçilik olmuş, son dövrlərdə üzümçülük inkişaf etmişdi.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Mart Soyqırımı, Qarabağda Baş Verənlər[ölü keçid]
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Cəbrayıl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |