Sukru Naili Gokberk - Wikipedia
Şükrü Naili Gökbərk (türk. Şükrü Naili Gökberk; 1876, Saloniki – 26 oktyabr 1936, Ədirnə, Ədirnə ili) — Türk əsgəri və siyasətçisi. Türkiyə İstiqlaliyyət müharibəsinin komandirlərindən biri olmuşdur. Bursa, Əskişəhər və İstanbulun işğaldan azad edilməsində ən böyük əməyi olan Osmanlı komandirlərindən biridir.
Şükrü Naili Gökbərk | |
---|---|
türk. Şükrü Naili Gökberk | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1876 |
Doğum yeri | |
Vəfat tarixi | 26 oktyabr 1936 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1899-cu ildən |
Rütbəsi | Feriki sani |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1876-ci ildə Salonikidə Mustafa bəyin və Həsibə xanımın ailəsində anadan olmuşdur. Ədirnə liseyindən məzun olduqdan sonra 1899-cu ildə Hərbi Məktəbi, 1902-ci ildə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirmişdir. Təhsilini başa vurduqdan sonra Salonikidəki 3-cü ordu komandanlığının nəzdindəki Korça və Vlyorada 2-ci dərəcəli Rədif taboru vəzifəsinə təyin edildi.
Hərbi fəaliyyəti
redaktəŞükrü Naili Gökbərk Birinci Dünya müharibəsində Osmanlı ordusunda zabit kimi xidmət göstərdi. 1917-ci ilin senytabrın birində polkovnik və Türkiyə İstiqlaliyyət müharibəsi ərzində isə 1922-ci ilin 30 avqustunda general-mayor rütbəsinə yüksəldi. 1926-ci ilin 30 avqustunda isə general-leytenant oldu.
1923-cü ilin 6 oktyabrında İstanbulun Birinci Dünya müharibəsinin müttəfiqlər ordusunun işğalından azad edilməsi münasibətilə ilə təşkil edilən mərasimdə şəhərə daxil olan Ankara hökumətinin Türk qüvvələrinə (3-cü korpusu) rəhbərlik etdi. Bu gün hər il İstanbulun İstiqlaliyyət günü kimi qeyd olunur.
Siyasi fəaliyyəti
redaktəTürkiyə Böyük Millət Məclisinin II dövründə Kırklareli (1923), daha sonra isə İstanbulun (1935) millət vəkili oldu.
Mükafatları
redaktəQalereya
redaktə-
Türkiyə İstiqlaliyyət müharibəsinin komandirləri, 1923-cü il.
-
Ərtoğrul Yatı, 1928-ci il.
Mənbə
redaktə- T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 87.