Ivonka Survilla - Wikipedia
Survilla İvonka (belar. Івонна Уладзіміраўна Шыманец; 11 aprel 1936, Stolbtsı[d], Polşa Respublikası) — belaruslu ictimai və siyasi fəal, mühacir, dilçi, rəssam. Hazırda Kanadada yaşayır. 1997-ci ildən bəri Belarus Xalq Respublikasında (BXR) Rada sədri kimi fəaliyyət göstərir.
İvonka Survilla | |
---|---|
belar. Івонка Сурвіла | |
Şəxsi məlumatlar | |
Doğum adı | Івонка Шыманец |
Doğum tarixi | 11 aprel 1936 (88 yaş) |
Doğum yeri |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, rəssam, filoloq, ədəbiyyatşünas, ədəbiyyatşünas[d] |
Həyat yoldaşı |
|
Uşağı |
|
Elmi fəaliyyəti | |
Elm sahəsi | ədəbiyyatşünaslıq[1], rəssamlıq[1], siyasət[1] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1936-cı ildə Polşaın Stolbtsı ərazisində anadan olmuşdur. Atası Vladimir Şimaneç, V.Zaxarkinin rəhbərliyi altında BXR hökumətində Maliyyə naziri olmuşdu. 1944-cü ildə bütün ailə Belarusdan Şərqi Prussiya, sonra Danimarka qaçqın düşərgəsində bir neçə il yaşamış, daha sonra Fransa və İspaniyaya qaçmışdır. O, Sorbonnada (filologiya) təhsil almışdı. 1969-cu ildən etibarən Kanadada məskunlaşmış, tərcüməçi vəzifəsində çalışmışdı. 1974-cü ildə Kanadada Belarus Elm və İncəsənət İnstitutunun sədri seçilib. 1984-cü ildə Kanadanın etnik-mədəni Rada idarə heyətinə seçildi. Belarusda Çernobıl qurbanlarına kömək etmək üçün Kanada Fondunu təsis etdi. Bu xeyriyyə təşkilatı müxtəlif formalarda tibbi yardım göstərir, Kanada və Belarus arasında qarşılıqlı tibb işçilərinin səfərləri, qida yardımı və Kanada daxilində müxtəlif yerlərdə uşaqlara sağlamlıq baxımlarını təmin edir.
1997-ci ildən bəri Belarus Respublikasında Rada sədri olmuşdur.[2] O, Sovet İttifaqının ləğvi və müstəqil Belarus Respublikası yaradılmasından sonra Rada-nın ilk qadın prezidenti olmuşdur. Belarus Xalq Respublikasının elanının 91-ci ildönümü ərəfəsində İvonka Survilla Belarusluları demokratik dəyərlərə səy göstərməyə çağırdı.[3]
1959-cu ildə Survilla İvonka, Belaruslu iqtisadçı, aktivist və radio yayımçısı olan Janka Survilla ilə evləndi. İvonka Survillanın iki qızı var. Qızlarından biri olan Dr. Mariya Paula Survilla, Ayova ştatında etnomusiqi professorudur. Həyat yoldaşı 1997-ci ildə Ottava şəhərində vəfat etmişdir. Survilla 30-dan çox sərgidə rəssam kimi iştirak etmişdir.[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ "СТАРШЫНЯ РАДЫ". 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-23.
- ↑ Председатель Рады БНР Ивонка Сурвилла: белорусы «живут в условиях неволи»[ölü keçid]
- ↑ Ivonka Survilla answers questions