Iv Montan - Wikipedia
İv Montan (fr. Yves Montand, Fransızca tələffüz: [iv mɔ̃ˈtɑ̃], əsl adı İvo Livi, it. Ivo Livi; 13 oktyabr 1921[1][2][…] – 9 noyabr 1991[1][3][…], Sanlis, Fransa[1][4]) — fransız şanson müğənnisi və aktyoru.
İv Montan | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Ivo Livi |
Ləqəbi | Yves Montand |
Doğum tarixi | 13 oktyabr 1921[1][2][…] |
Vəfat tarixi | 9 noyabr 1991[1][3][…] (70 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Partnyoru | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | kino aktyoru, müğənni, rəqqas, aktyor |
Fəaliyyət illəri | 1945–1991 |
Janr | şanson |
yves-montand-site-officiel.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyat və yaradıcılığı
redaktəİvo Livi 13 oktyabr 1921-ci ildə İtaliyanın Monsummano-Alto şəhərində dünyaya gəlmişdir. O, Cüzeppina və Covanni Livinin 3 uşağından balacası idi. Qısa müddət sonra ailə Fransaya köçür və Marseldə məskunlaşır. ABŞ-a köçmək fikirləri olsa da, viza problemləri ilə əlaqədar bu mümkün olmur.
1929-cu ildə onlar Fransa vətəndaşlığı alırlar. Gələcək müğənni gənclik illərində əvvəlcə bacısının bərbərxanasında, sonra isə gəmi təmiri müəssisəsində fəhlə işləyir. O öz sənət fəaliyyətini müğənni kimi kinoteatrlarda, klublarda və müzik-hollarda başlamışdır. Təxəllüs kimi o, "İv Montan" adını götürür (İv — İvo adının fransız variantıdır). Özünün verdiyi izaha görə bu təxəllüsün seçilməsi onunla əlaqədardır ki, o uşaq olanda anası onu evə çağırarkən italyan və fransız sözlərini qarışdıraraq "İvo, monta!", yəni "İv, yuxarı qalx!" deyərmiş.[6]
O, bu təxəllüs altında səhnəyə ilk dəfə 17 yaşında çıxmışdır. 1944-cü ildə Montanın Parisdəki çıxışı zamanı Edit Piaf onu görür. Bu tanışlıqdan sonra 1946-cı ilədək onlar birlikdə səhnəyə çıxırlar. Piaf onun repertuarı ilə şəxsən məşğul olur və öz mahnılarının müəlliflərindən Montan üçün bir neçə mahnı yazmalarını xahiş edir. 1946-cı ildə onlar ayrılırlar.
1949-cu ilin avqustunda Montan Sen-Pol-de-Vansda Simona Sinyore ilə tanış olur. Tezliklə Simona birinci əri İva Alleqredən ayrılır və 1951-ci ilin dekabrında Montanla ailə həyatı qurur. Bu cütlük çox populyar idi və şəkilləri jurnalların üz qabığından düşmürdü. Onlar dəfələrlə filmlərdə tərəf müqabili olmuşdular.
1985-ci ildə Simona Sinyore vəfat etdi. 1986-cı ildə "Jan de Floret" filminin çəkilişlərində Montan bir neçə il əvvəl işə qəbul etdiyi katibəsi Karol Amyellə sevgi macərası yaşayır. Amyel İv Montanın yeganə övladının, 1988-ci ilin dekabrında dünyaya gələn Valentinin anasıdır.
İv Montan 1991-ci il noyabrın 9-da "İP-5: Dərisi qalınlar adası" filminin çəkilişləri zamanı soyuqlayaraq, çəkiliş meydançasında vəfat etmişdir.
Siyasi baxışları
redaktəSolçu fikirləri ilə məşhur olan İv Montan, bu səbəbdən SSRİ-də çox populyar idi. Kommunizm ideyalarını dəstəkləyən Montan, hətta 1956-cı il Macarıstan hadisələrindən sonra SSRİ-yə qastrol səfərlərini ləğv etmədi. Buna görə fransız mətbuatı onu ciddi tənqid etsə də, SSRİ-də onu sevinclə qarşılamışdılar.
Filmoqrafiyası
redaktə- 1946 — İşıqsız ulduz / Étoile sans lumière
- 1946 — Gecənin qapıları / Les Portes de la nuit
- 1947 — Büt / L'Idole
- 1950 — İtirilmiş suvenirlər / Souvenirs perdus
- 1951 — Qırmızı taverna / L’Auberge rouge
- 1952 — Paris həmişə mahnı oxuyur! / Paris chante toujours !
- 1953 — Qorxunun mükafatı / Le Salaire de la peur
- 1954 — Bizim dövr / Tempi nostri
- 1955 — Qəhrəmanlar yorulublar / Les héros sont fatigués
- 1955 — Napoleon / Napoléon
- 1955 — Gecə Marqaritası / Marguerite de la nuit
- 1956 — İnsanlar və canavarlar / Uomini e lupi
- 1956 — Digər günlər kimi adi gün / Un matin comme les autres
- 1957 — Külək qızılgülü / Die Windrose
- 1957 — Salem cadugərləri / Les Sorcières de Salem
- 1957 — Geniş mavi yol / La grande strada azzurra
- 1958–1 May / Premier mai
- 1959 — Qanun / La Legge
- 1959 — Canqo Reynhart / Django Reinhardt
- 1960 — Eşqə qapılaq / Le Milliardaire (Let’s Make Love)
- 1961 — Sığınacaq / Sanctuaire
- 1961 — Siz Bramsı sevirsinizmi? / Aimez-vous Brahms ? (Goodbye Again)
- 1962 — Mənim geyşam / Ma Geisha
- 1965 — Yataqlı vaqonlarda qətl / Compartiment tueurs
- 1966 — Müharibə qurtarıb / La guerre est finie
- 1966 — Bəs Paris yanmadı? / Paris brûle-t-il ?
- 1966 — Böyük mükafat
- 1967 — Yaşamaq üçün yaşamaq / Vivre pour vivre
- 1968 — Bir dəfə gecə, qatarda / Un soir, un train
- 1969 — Cənab Azadlıq / M. Liberté
- 1969 — Zeta / Z
- 1969 — Şeytanın quyruğundan / Le Diable par la queue
- 1970 — Etiraf / L’Aveu
- 1970 — Melinda / Melinda
- 1970 — Qırmızı dairə / Le Cercle rouge
- 1971 — Böyüklük iddiası / La Folie des grandeurs
- 1972 — Hər şey yaxşıdır / Tout va bien
- 1972 — Sezar və Rozali / César et Rosalie
- 1973 — Oğul / Le Fils
- 1973 — Mühasirə vəziyyəti / État de siège
- 1974 — Müğənninin tənhalığı / La Solitude du chanteur de fond
- 1974 — Təsadüf və zorakılıq / Le Hasard et la violence
- 1974 — Vensan, Fransua, Pol və digərləri / Vincent, François, Paul… et les autres
- 1975 — Xüsusi bölmə / Section spéciale
- 1975 — Vəhşi / Le Sauvage
- 1976 — Pistolet "Piton 357" / Police Python 357
- 1977 — Super kələkbaz / Le Grand escogriffe
- 1977 — Təhlükə / La Menace
- 1978 — Cənuba gedən yol / Les Routes du sud
- 1979 — Qadının işığı / Clair de femme
- 1979 — Və… İkar kimi / I… comme Icare
- 1981 — Silah seçimi / Le Choix des armes
- 1982 — Tam od, tam alov / Tout feu, tout flamme
- 1983 — Ofisiant / Garçon !
- 1986 — Jan de Floret / Jean de Florette
- 1986 — Mənbədən Manon / Manon des sources ("Jan de Floret"in davamı)
- 1988–26 nəfərə 3 bilet / Trois places pour le 26
- 1991 — Neçayevin qayıdışı / Netchaïev est de retour
- 1992 — İP-5: Dərisi qalınlar adası / IP5 : L'île aux pachydermes
Diskoqrafiyası
redaktə- 1960 — Let's Make Love [Bonus Tracks] (Sony Music Distribution)
- 1962 — Montand Chante Prévert (Versailles Records)
- 1964 — En Balade (Columbia)
- 1964 — Le Paris de Montand (Sony Music Distribution)
- 1968 — La Bicyclette (Polygram)
- 1968 — Je Sais Que Vous Etes (PolyGram)
- 1974 — Montand de Mons Temps (TriStar Music)
- 1981 — Olympia '81 (PolyGram)
- 1988 — D'Hier Et D'Aujord'Hui (Polygram)
- 1992 — Recital Au Theatre de L'Etoile (Sony Music Distribution)
- 1994 — One Man Show (Sony Music Distribution)
- 2008 — Best of Yves Montand [Klub] (Klub Publishing)
- 2008 — Les Débuts de Yves Montand, Vol. 1 (1945–1948) (Forlane)
- 2010–10 Chansons Pour l'Été (Tsk)
- 2010 — Je Soussigné (Tsk)
- 2010 — A Paris (Original Sound) (Tsk)
- 2010–18 Titres Eternels
- 2011 — Le Music-hall à La Français
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Yves Montand // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 aveleyman.com.
- ↑ 1 2 Montand, Yves // OPAC SBN (it.).
- ↑ Exhumation du corps d'Yves Montand (fr.). // L'Humanité RF: 1997. ISSN 0242-6870; 2496-8617
- ↑ Müsahibə, Candide, 22 may 1967.