Itum Kali Rayonu - Wikipedia
İtum-Kali rayonu (çeç. Итон-Кхаьллан кӏошт[3]) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi İtum-Kali kəndidir.
İtum-Kali rayonu | |
---|---|
Итон-Кхаьллан кӏошт | |
42°44′06″ şm. e. 45°34′37″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | İtum-Kali[1] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1923 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 87164 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəİtum-Kali rayonu Çeçenistanın cənub-qərb hissəsindəki dağlıq zonada yerləşir. Qalançoj rayonu təşkil edildikdən sonra sahəsi 1276.9 km² olmuşdur. Ərazi qərbdən şərqə doğru 60 km, şimaldan cənuba isə 40 km məsafədə uzanır. Rayon şimalda respublikanın Şatoy və Açxoy-Martan rayonları ilə həmsərhəddir. Şərqdə - Şaroy rayonu, qərbdə - İnquşetiya Respublikası və cənubda - Gürcüstanla sərhədə sahibdir.
Rayonun inzibati sərhədi Xaxaltı dağından Yaperlan silsiləsi ilə Yasenkord dağı, Martan çayının mənbəyinə, sonradan isə Qumartairkort silsiləsi Çinxoy-Lam dağı, Vyarda-Exk yatağı ilə, İnzaexk mənbəyinə qədər. Bundan əlavə sərhəd Dayxox dağı ilə, Canjare keçidi və Çerxunışkort dağları və Şaroy-Arqun yatağı boyunca uzanır. Sərhəd Tuşeti və Mutsoy silsilələri boyu dəniz səviyyəsindən 3552 m hündürlükdə davam edir və Rusiya Federasiyasının Gürcüstanla dövlət sərhədi ilə üst-üstə düşür. Sonra Vejlan silsiləsi boyunca dəniz səviyyəsindən 4007 m yüksəklikyə çatır[4]. Hündürlüyü 4493 m olan Tebulomsta dağı rayon ərazisində yerləşir. Zirvə nəyinki Çeçenistanın həmçinin Şərqi Qafqazın ən hündür zirvəsidir.
Tarix
redaktəİtum-Kalin rayonu 1923-cü ildə təşkil edilmişdir[5].
1944-cü ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə İtum-Kalin rayonu ləğv edildi və ərazisi Axalçevski rayonuna daxil olaraq Gürcüstan SSR-ə birləşdirildi. 1957-ci ildə Çeçeno-İnguş Muxtar Sovet Sosialist Respublikası yenidən bərpa edilir. Onun ərazisi özünə qaytarılır. İtum-Kali rayonunun ərazisində Sovetski rayonu təşkil edilir. 1990-cı ildə 1944-cü il sərhədləri daxilində rayon ərazisi bərpa edilir və əvvəlki adı özünə qaytarılır.
Əhali
redaktə- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[6]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
çeçenlər | 5 080 | 92,65 % |
ruslar | 123 | 2,24 % |
avarlar | 81 | 1,48 % |
digərləri | 172 | 3,14 % |
bildirməyənlər | 27 | 0,49 % |
ümumi | 5 483 | 100,00 % |
Yaşayış məntəqələri
redaktəİtum-Kali rayonu ərazisinə ümumilikdə 31 yaşayış məntəqəsi daxildir. Rayon ərazisində ümumilikdə 13 inzibati ərazi vahidliyi vardır. Burada olan yaşayış məntəqələrinin hamısı kəndlərdir.
Qalalar
redaktəDyora, Soy-Peda, Puoq.
Mənbə
redaktə- Код ОКАТО 96 211 — Итум-Калинский район Чеченской Республики
- Итум-Калинский район Arxivləşdirilib 2011-08-19 at the Wayback Machine
- "Инвестиционный паспорт Итум-Калинского района". 2009-09-17 tarixində arxivləşdirilib.
İstinadlar
redaktə- ↑ 1 2 3 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
- ↑ "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
- ↑ "Бовза хьай Дайхмохк". 2019-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-11.
- ↑ "Закон Чеченской республики «Об образовании муниципального образования…»". 2012-04-11 tarixində arxivləşdirilib.
- ↑ "Краткая географическая справка". 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-11.
- ↑ "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населённым пунктам, сельским населённым пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-02.