Itiyarpaqli Soyud - Wikipedia
İtiyarpaqlı_söyüd - Haqqında Məlumat
İtiyarpaqlı söyüd (lat. Salix acutifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
İtiyarpaqlı söyüd | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: İtiyarpaqlı söyüd |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
redaktəAvropada, Zaqafqaziyada, Orta Asiyada yayılmışdır.
Botaniki təsviri
redaktəHündürlüyü 12 m-ə, şaxələnmiş çətirinin diametri 6 m-ə çatan ağacdır. Yarpaqları neştərvari, tünd yaşıl, alt hissəsi açıq, göyümtül çöküntülüdür. Sırğaları sarıdır. Aprel ayında çiçəkləyir və may ayının 1-ci ongünlüyünə qədər davam edir. Meyvəsi may ayında yetişir.
Ekologiyası
redaktəTorpağa tələbkar deyil.
Azərbaycanda yayılması
redaktəAzərbaycanın bir çox rayonlarında, park və bağlarda mədəni şəraitdə becərilir.
İstifadəsi
redaktəBalverən bitkidir. Yaşıllaşdırmada geniş istifadə olunur.
Sinonimləri
redaktəHomotipik sinonimləri
redaktə- Salix daphnoides subsp. acutifolia (Willd.) Ahlfv.
- Salix violacea G.Anderson ex Sm.
- Vimen violacea Raf.
Yarımnövləri
redaktə- Salix acutifolia f. acutifolia
- Salix acutifolia f. pendula I.V.Belyaeva, N.Y.Stepanova & O.V.Epanch.