Itburnu - Wikipedia
İtburnu (lat. Rosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
İtburnu | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: İtburnu |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Bu cinsin 300 növündən Azərbaycanda 42 növünə rast gəlinir ki, bunların 36-sı yabanıdır. Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq itburnulardır.
Botanik xüsusiyyətləri
redaktəTəbiətdə bitkinin əksər zoğları sarımtıl-yaşıl rəngdədir. Birilliklərdə isə silindir şəkillidir və sarımtıl tikanlıdır. Bitkinin yarpaqları 3-5 cüt yarpaqcıqdan ibarət olub yarpaqcığın üst tərəfi yaşıl tüklü, alt tərəfi isə boz tüklüdür. Yarpaqcıqları enli, qaidəsi ürəkvarı, ucu isə əyilmiş sivridir. Yarpaqcıqların uzunluğu 12-15 sm, eni isə 7-10 sm arasında olur. Yarpaqcıqların kənarı qeyri-bərabər dişlidir. Bitkinin çiçəkləri iri olub süpürgəvari salxım çiçək qrupunda yerləşir. Çiçəyin ləçəkləri ağ rəngdə olub, uzunsovdur və uc hissəsi çökəklik əmələ gətirir. Meyvələri qara rəngdədir, üzərində boz ləkələri var. Toxumları iri olur. İyun ayında çiçəkləyir, avqust ayında meyvələri yetişir.
Kimyəvi tərkibi
redaktəC vitamininin miqdarına (5-7%, bəzən 14%) görə 1-ci yer tutur. Qırışıq itburnu qəhvəyi itburnuya nisbətən Azərbaycanda azdır. Lakin bunun məhsuldarlığı daha yüksəkdir. Hər koldan 3-4 kq, 1 hektardan isə 3 tona qədər məhsul yığılır. Meyvəsi 6-16 qr-dır. İtburnu may-iyunda çiçəkləyir. İtburnuda C vitamini birinci dəfə 1931-ci ildə tapılmışdır. Lakin bundan çox əvvəl Rusiyada itburnu dişlərin dibindən qan axmaya, yəni C-avitaminoza qarşı tətbiq edilirdi. İtburnu əbəs yerə vitamin daxılı adlandırılmamışdır. Onun tərkibində C vitamini ilə yanaşı 48-50 mkq% B1, 30-73 mkq% B2, 1,5-9,7% P, 0,1 mq% K, 0,69-2,4 mq% E (toxum yağında 300 mq%), 5-20,7 mq% karotin (provitamin A) və 0,1-0,19 mq% Bc vitamini (fol\ turşusu) vardır. Vitaminlərdən başqa itburnuda 18%-ə qədər şəkər, 3,7% pektinli maddə, 1,25-2,5% üzvi turşu (alma turşusuna görə), 4,2% pentozanlar, rəngləyici maddələr və 4,5% mineral maddələr vardır.
İstifadəsi
redaktəHəzm sisteminin daha nizamlı işini təmin edən itburnu çayı qəbzlikdən qaynaqlanan şişkinliyi aradan qaldırdığı üçün arıqlamağa kömək edir. Artıq duz və suyun yaratdığı ödəmi bədəndən atır.
1 fincan qurudulmuş itburnu meyvəsi yuyulduqdan sonra 4-5 fincan su ilə 10 dəqiqə qaynadılır. Çayın dadının kəskin olması üçün diri qalan meyvələr qaşıqla əzilir. Daha sonra 10 dəqiqə dəmlənməyə qoyulur. İstəyə uyğun limon, zəncəfil, darçın və ya mixəklə içilə bilər.
Çoxalması
redaktəTəbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri
redaktəBaşlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi
redaktəMədəni halda Nəbatat bağlarında becərilir.
Qəbul edilmiş qoruma tədbirləri
redaktəQəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri
redaktəAzərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.
Növləri
redaktəAzərbaycanın dərman bitkiləri
redaktə- İynəcikli itburnu (Rosa acicularis Lindl.)
- Ağ qızılgül (Rosa alba L.)
- Begger itburnusu (Rosa beggeriana Schrenk)
- Həmərsin (Rosa canina L.)
- Yüzləçək qızılgül (Rosa centifolia L.)
- Dəməşq qızılgülü (Rosa damascena Mill.)
- Daur itburnusu (Rosa davurica Pall.)
- Fedçenko itburnusu (Rosa fedtschenkoana Regel)
- Fransa itburnusu (Rosa gallica L.)
- Qırışıqmeyvəli itburnu (Rosa rugosa Thunb.)
Digər növləri
redaktə- Rosa anemoniflora
- Rosa arkansana
- Rosa azerbaidshanica
- Rosa banksiae
- Rosa bridgesii
- Rosa californica
- Rosa carolina
- Rosa chinensis
- Rosa cymosa
- Rosa davidii
- Rosa dumalis
- Rosa filipes
- Rosa foetida
- Rosa gigantea
- Rosa glauca
- Rosa gymnocarpa
- Rosa henryi
- Rosa laevigata
- Rosa majalis
- Rosa minutifolia
- Rosa moschata
- Rosa moyesii
- Rosa multiflora
- Rosa nutkana
- Rosa omeiensis
- Rosa palustris
- Rosa persica
- Rosa pinetorum
- Rosa pisocarpa
- Rosa rubiginosa
- Rosa sericea
- Rosa spithamea
- Rosa virginiana
- Rosa woodsii
İstinadlar
redaktə- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 217. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 491.
Mənbə
redaktə- Azərbaycan Sovet Ensiklopediyası, V Cild, səh. 18