Italyan Iqtisadi Mocuzesi - Wikipedia
İtalyan iqtisadi möcüzəsi (it. Miracolo economico italiano) — 1950-ci illərin ortaları - 1970-ci illərin ortaları arasında İtaliyada sürətli iqtisadi artım dövrü olub, bu müddət ərzində ölkə iqtisadiyyatı aqrar-sənaye iqtisadiyyatından dünyanın ən sənayeləşmiş və dünya iqtisadiyyatı arasında ən çox inkişaf etmiş iqtisadiyyata çevrilmişdir.
Tarixi
redaktə1950-ci illərin əvvəllərindən İtaliya müstəsna sürətlə sənaye inkişafı dövrünə qədəm qoydu, sənaye istehsalının orta illik artımına görə bütün Avropa ölkələrini geridə qoydu və dünya miqyasında Yaponiyadan sonra ikinci oldu .
1959, 1960, 1961 və 1962-ci illərdə iqtisadi artım ÜDM-in müvafiq olaraq 6,4, 5,8, 6,8 və 6,1 faizinə çatmışdır. 1957-1960-cı illərdə sənaye istehsalının orta illik artımı 31,4% olmuşdur. Aşağıdakı sənayelər daha da təsirli artım göstərdi:
- avtomobil sənayesi - 89%,
- dəqiq mühəndislik - 83%,
- süni liflərin istehsalı - 66,8%.[1]
Ümumilikdə 1953-1962-ci illər ərzində İtaliyada sənaye istehsalının həcmi üç dəfə artmışdır.
Koreya müharibəsi (1950-1953) və tankların, təyyarələrin istehsalı ilə əlaqədar polad ehtiyacı İtaliyanın sənaye və iqtisadi artımını daha da sürətləndirdi. 1964-cü ildən bəri orta artım illik 8% təşkil etmişdir[2] və Şimalın ən inkişaf etmiş sənaye şəhərlərində (Milan, Genuya, Turin) inkişaf daha da sürətlə davam etmişdir. Əsas məhsullar bunlar idi:
- dəbli paltar və ayaqqabılar (əsasən Milan),
- yazı makinaları (Olivetti şirkəti)
- paltaryuyan maşınlar,
- avtomobillər (FIAT, Lamborghini, Maserati, Ferrari),
- avadanlıqlar,
- benzin.
İtaliya idxal və ixracı sabitləşdirməyə başladı. İqtisadi artım o qədər güclü idi ki, hətta ABŞ prezidenti Con Kennedi Romada İtaliya prezidenti Antonio Seqni ilə nahar zamanı İtaliya iqtisadiyyatının performansını tərifləmişdi .
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ it:Boom economico
- ↑ Italy :: Italy since 1945 Encyclopædia Britannica Online ensiklopediyasında