Isvec Nato Munasibetleri - Wikipedia
NATO-nun İsveç Krallığı ilə ikitərəfli əlaqələri — sülh və qlobal təhlükəsizliyin qurulması, qarşılıqlı fəaliyyətin təmin edilməsi və İsveç Silahlı Qüvvələrinin çoxmillətli sülhməramlı əməliyyatlarda NATO və digər tərəfdaş qüvvələrlə əməkdaşlıq etmək qabiliyyətini qorumaq üçün birgə səylərdən ibarətdir.
İsveç–NATO münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
İsveç 7 mart 2024-cü ildə NATO-ya daxil olmuşdur[1].
Tarixi
redaktəİsveç 9 may 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulmuşdur[2]. Proqramın məqsədi NATO ilə Avropa və keçmiş Sovet İttifaqının digər dövlətləri arasında etimadı gücləndirmək və tərəfdaş ölkələrin NATO ilə əməkdaşlığını yaxşılaşdırmaqdan ibarət idi. 1997-ci ildə İsveç SNT proqramı çərçivəsində praktik əməkdaşlığı tamamlayan siyasi dialoq forumu olan Avro-Atlantik Tərəfdaşlıq Şurasının üzvü oldu[3] .
1990-cı illərdə İsveç Silahlı Qüvvələri NATO standartlarını[3], o cümlədən NATO-nun rəsmi dili olan ingilis dilini qəbul etməklə NATO ilə işləmək imkanlarını genişləndirdi.
İsveç ordusu NATO-nun Bosniya və Herseqovinadakı sülhməramlı qüvvələrində (IFOR, 1996-cı ildən — SFOR) iştirak edib və Kosovodakı NATO hərbi kontingenti (KFOR) üçün hərbi personalda iştirak etməkdədir. Əfqanıstanda İSAF qüvvələrinin və onları əvəz edən "Qətiyyətli Dəstək" əməliyyatının tərkibində İsveç hərbi kontingenti də olmuşdu. İsveç NATO-nun Liviyada[3] və İraqda "İslam dövləti"nə qarşı[4] əməliyyatlarında iştirak edib.
2013-cü ildə İsveç NATO-nun Çevik Reaksiya Qüvvələrinə qoşulmuşdur[3] .
İsveç 2014-cü ildə Rusiyanın Krımı ilhaqına cavab olaraq başlayan NATO-nun Genişləndirilmiş İmkanlar Proqramının tərəfdaşı oldu[3].
Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya təcavüzündən sonra İsveç və Finlandiya NATO ilə əməkdaşlığı xeyli gücləndirdilər. Mayın 18-də İsveç və Finlandiya rəsmi olaraq üzvlük üçün ərizə təqdim etdilər və iyulun 5-də bu ölkələrin alyansa qoşulması haqqında protokol imzalandı[5]. İsveçin Şimali Atlantika blokuna üzv olması üçün təşkilata üzv olan bütün ölkələr krallığın qoşulma protokolunu ratifikasiya etməli və NATO-nun yaradılması haqqında 1949-cu il Vaşinqton müqaviləsinin depozitarisi olan ABŞ hökumətini xəbərdar etməli idi[6]. Sonuncu ratifikasiya — Macarıstan Parlamenti tərəfindən — 26 fevral 2024-cü ildə baş tutdu[7]. 2024-cü il martın 5-də Macarıstanın yeni seçilmiş prezidenti Tamaş Şuyok İsveçin NATO-ya üzv olmaq ərizəsini imzaladı[8].
Ratifikasiya prosesi
redaktə
|
|
İstinadlar
redaktə- ↑ "Швеция официально стала членом НАТО". Коммерсантъ (rus). 2024-03-07. 2024-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.
- ↑ "Signatures of Partnership for Peace Framework Document". NATO. 2020-03-27. 2012-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-15.
- ↑ 1 2 3 4 5 "Как менялись позиции Швеции и Финляндии по вопросу о вступлении в НАТО". ТАСС. 2022-05-18. 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
- ↑ "Iraq" (ingilis). Swedish Armed Forces. 2020-04-20. 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-31.
- ↑ "Финляндия и Швеция подписали протоколы о вступлении в НАТО". ТАСС. 2022-07-05. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-06.
- ↑ "Страны НАТО официально пригласят Финляндию и Швецию в альянс 29 июня". ТАСС. 2022-06-28. 2022-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-25.
- ↑ "Парламент Венгрии одобрил вступление Швеции в НАТО. Это было последнее препятствие на ее пути в альянс". BBC News Русская служба (rus). 2024-02-26. 2024-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-26.
- ↑ "Президент Венгрии подписал ратификацию соглашения о вступлении Швеции в НАТО". ТАСС. 2024-03-05. 2024-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.
- ↑ "Швеция стала 32-м членом НАТО". Meduza (rus). 7 марта 2024. 2024-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.
- ↑ "«Балтийское море становится озером НАТО». После вступления Швеции в альянс под его контролем оказался весь регион". Русская служба The Moscow Times (rus). 2024-03-07. 2024-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-07.
- ↑ 1 2 "Protocol to the North Atlantic Treaty on the Accession of the Kingdom of Sweden" (PDF) (ingilis). U.S. Department of State. 2024-01-29. 2024-01-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-01.