Istifadeci Muzakiresi Salman Oglu - Wikipedia
Vikipediya | Xoş gəldiniz, Salman.oglu! |
Tez-tez soruşulan suallar | Salam, Salman.oglu. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
— Dr.Wiki54 (müzakirə) 09:29, 29 iyun 2021 (UTC)
- sağolun✉ Səlmanöğlu (müzakirə) 09:57, 29 iyun 2021 (UTC)
Modullar
redaktəSalam. Neçə gündür nə etməyə çalışdığınızı hələ də anlamamışam. Modulların özünü ya da sandbox səhifələrini envikidən copy+paste etməklə iş bitmir. Bizim vikiyə uyğunlaşdırılmalıdır. Həmçinin sandbox səhifələri moduldakı yenilikləri test etmək üçün yaradılır. Zəhmət olmasa nə etdiyinizi başa düşmürsünüzsə etməyin. Modul müzakirəsi:TableTools səhifəsində yazdığınız da bunu sübut edir. Əks təqdirdə etdiyiniz spamın qarşısını almaq üçün Modul ad fəzasında redaktə etmək hüququnuzu bloklamaq məcburiyyətində qalacam. NMW03 (müzakirə) 16:35, 11 sentyabr 2021 (UTC)
- salam. qardaş yaratdığım səhifələr yalnız sandbox səhifələri deyil və burda Modul müzakirəsi:TableTools bunu deməyimin səbəbi budurki tuğrulbəy təcrübəlidir Və dedim ki yeniləməyə ehtiyac olub olmadığına bir göz atsınlar. Yenə də problem yoxdur desəniz heç nəyi redaktə etmərəm.— Salman.oglu (müzakirə) 16:54, 11 sentyabr 2021 (UTC)
- Digər səhifələrdə etdiyinizin də bir mənası yoxdur axı. Envikidən copy+paste etməklə olmur ancaq. Səhifələrdəki xətaları görüb yazmışam bunu. NMW03 (müzakirə) 16:57, 11 sentyabr 2021 (UTC)
- @Salman.oglu, salam. Modullarda redaktələr etmək sizin təbii haqqınızdır. Lua dilində kod yaza bilirsinizsə, bunu edə bilərsiniz. Hazırda azvikidəki əksər modulları yeniləməyə ehtiyac yoxdur. Bizdəki modullara ən yeni funksiyalar çıxdıqda əlavə olunur. Əksəriyyəti Mediawiki səhifələrinə uyğunlaşdırılıb və stabildir. Envikidə modulun böyük olmasına və azvikidən fərqliliyinə diqqət etməyin, ola bilər ki, onların dilində hansısa səhifəyə optimallaşdırmaq üçün ediblər. Bundan əlavə, işləmə prinsipləri də çox vaxt fərqlidir (bizdə wikidata istifadə edilir, onlarda edilmir) — Toghrul R (m) 07:40, 13 sentyabr 2021 (UTC)
- @Toghrul R, salam. köməyinizə görə təşəkkür edirəm sağolun.— Salman.oglu✉ (müzakirə) 17:40, 17 sentyabr 2021 (UTC)
Yeni Məqalələr
redaktəSalam, zəhmət olmasa yeni hazırladığınız məqalələrə mütləq mənbə əlavə edin. Əks halda məqalələr silinə bilər. — Thunder Storm (müzakirə) 14:51, 30 noyabr 2021 (UTC)
Banan x Moz
redaktəSalam Salman. Sizin fəaliyyətinizi təftiş edirdim. Fəaliyyətinizdə çoxsaylı dil xətaları var. Məsələn, Banan-Moz redaktəsi etmisiniz. Azərbaycan dilində "moz" sözü yoxdu. Bunu niyə səhifəyə əlavə etmisiniz? Heç Türkiyə türkçəsində də "moz" sözü yoxdu, "muz" sözü var. Amma bura Azərbaycan dilində olan vikipediyadır, burada yazılan hər bir söz Azərbaycan dilində olmalıdır. Fəaliyyətinizdə bu cür çoxsaylı dil xətaları var. Mümkünsə, o xətaları düzəldin. Fəaliyyətinizi maraqla izləyirəm və sizə azvikidə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə:— Sortilegus (müzakirə) 14:56, 16 dekabr 2022 (UTC)