Istifadeci Muzakiresi Nkozi Arxiv 1 - Wikipedia
Vikipediya | Xoş gəldiniz, NKOzi! |
Tez-tez soruşulan suallar | Salam, NKOzi. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
-- Cekli829 18:51, 29 Oktyabr 2009 (Cek vaxtı ilə)
Hörmətli istifadəçi. Yaratdığınız Adının mənası məqaləsinə Az-Vikidə ehtiyac yoxdur. Çünki mövzusu Hondurasla bağlıdır. Adının mənasını Honduras məqaləsində bölmə kimi yarada bilərsiniz. Fəaliyyətinizdə uğurlar arzu edirəm. -- Cekli829 9:52, 30 Oktyabr 2009 (Cek vaxtı ilə)
Tərcümə
redaktəMəqalələri yaradarkən çalışın ki, yalnız azərbaycanca yaradasınız. Rus dilində yaratdığınız məqalələri rus vikipediyasına yerləşdirə bilərsiniz.-- Cekli829 15:31, 3 Noyabr 2009 (Cek vaxtı ilə)
Boş məqalələr
redaktəYaponiyanın departamentləri haqqında yaratdığınız boş məqalələrə ən azından 2 cümləlik məlumat əlavə edin. Əks təqdirdə məqalələr silinəcəkdir. Wertuose 13:35, 10 noyabr 2010 (UTC)
hörmətli Wertuose. Yaponiya ilə bağlı yaratdığım məqalələr yaxın bir həftə ərzində doldurulacaqdır. Hal-hazırda bu məqalələr yalnız plandır. BU məqalələrin əhəmiyyətini interwikidən bilmək olar. --Vugar 1981 13:42, 10 noyabr 2010 (UTC)
- Söhbət məqalələrin əhəmiyyətindən yox, onların qeyri-informativ olmasından gedir və əsas olan budur. Bu məqalələr nəzarətdədir və 2 həftə ərzində lazımi informasiya ilə təmin edilməzlərsə silinəcəklər. Xahiş edirəm nəzərə alın. Wertuose 13:46, 10 noyabr 2010 (UTC)
Oldu. Baş üstə!--Vugar 1981 13:47, 10 noyabr 2010 (UTC)
- Anlayışınız üçün təşəkkürlər. Wertuose 13:49, 10 noyabr 2010 (UTC)
Cekli Ordeni
redaktəMəni bu mükafata layiq gördüyünüz üçün sizə dərin minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm.--Vugar 1981 06:52, 1 dekabr 2010 (UTC)
Dəyməz. Siz bu mükafata həqiqətən layiq idiniz və mən də elə ona görə onu Sizə təqdim etdim. Fəaliyyətinizdə uğurlar arzu edirəm. --Cekli829 10:59, 1 dekabr 2010 (Cek vaxtı ilə)
Təşəkkür
redaktəİstifadəçi səhifəmdə həyata keçirilmiş vandalizmin qarşısını aldığınız üçün Sizə təşəkkür edirəm! --Cekli829 9:14, 15 dekabr 2010 (Cek vaxtı ilə)
Dəyməz hörmətli Cekli. Bu hamımızın borcudur. Əminəm ki mənim səhifəmdə olan bu hərəkətə siz də eynilə reaksiya verəcəkdiniz.--Vugar 1981 05:23, 15 dekabr 2010 (UTC)
Welcome
redaktəThank you for your welcome! However I don't understand it. I didn't know I have visited the Azeri Wikipedia. Cheers! Meursault2004 21:47, 15 dekabr 2010 (UTC)
Etimad səsverməsi
redaktəMənə etimad göstərdiyiniz üçün Sizə təşəkkür edirəm! --Cekli829 14:35, 22 dekabr 2010 (Cek vaxtı ilə)
Dəyməz. Bu mənin sizə verdiyim qiymətdi.--Vugar 1981 11:26, 22 dekabr 2010 (UTC)
Vandalizm
redaktəİP 81.17.91.115 vandalizmlə məşğuldur. Lütfən məşğul olun--Vugar 1981 12:20, 23 dekabr 2010 (UTC)
1 gün müddətində bloklandı. --Cekli829 16:30, 23 dekabr 2010 (Cek vaxtı ilə)
Sınıqqala
redaktə- Təşəkkürə ehtuyac yoxdu məncə, əksinə yalnışlığı aradan qaldırmağa kömək etdiyinizə görə sizə təşəkkür düşür. Sadəcə olaraq İki cümə məscidinin olmasını əski məscidin Çar Rusiyası dövründə uçurulmasını dəqiqləşdirdim. Ona görə də şəkilləri yeni səhifə yaradaraq ora köçürdüm. Amma uğrunda iki həftədən artıq mübarizə apardığınız səhifəni zənginləşdirmək sizin boynunuza. :)--sefer 16:18, 24 dekabr 2010 (UTC)
Ad məsələsi
redaktəKitabın əsl adı belədir: "Hamlet İsaxanlı: Bu dünyaya nə gətirdim?". Adı dəyişdirmək olmaz. Hal-hazırkı ad qəti düz deyil, o adda kitab yoxdur, ona görə elə çıxır ki, kitabın müəllifi Hamlet İsaxanlıdır: "Bu dünyaya nə gətirdim (kitab, Hamlet İsaxanlı)" Əslində isə kitabın müəllifləri Khyaz Aslan və Vahid Ömərlidir. Hamlet İsaxanlı kitabın mövzusudur. Düzgün ad "Hamlet İsaxanlı: Bu dünyaya nə gətirdim?". Mötərizədə kitab yazmağa da ehtiyac yoxdur, bu adda Vikipediada başqa yazı yoxdur ki, qarışıqlıq düşsün. Digər tərəfdən məqalənin ilk cümləsində bunun bir kitab olduğu və nə kitab olduğu barədə məlumat verilir. Hamlet İsaxanlının "Təzadlar" kitabı haqqında məqalədə isə tamamilə düzgün olaraq ad "Təzadlar (kitab)"dır, çünki "Təzadlar" adlı film də var. Bu kimi hallara çox rast gəlindiyi üçün belə çox yazdım. Ümumiyyətlə, məqalənin adının dəyişdirilməsi avtomatik olmamalıdır, tələsməmək, qısa da olsa məqaləni yazan müəlliflə və başqaları ilə müzakirə etmək lazımdır.
Hörmətlə --Monakhfirst 13:34, 26 dekabr 2010 (UTC)
Ok. Kitabın adını dəyişmək olar. Lakin mötərizədə dəqiqləşdirmə üçün kitab yazmaq vacibdir. Çünki sonra bu kitabdan götürülərək eyni adda sənədli film də çəkilə bilər. Bu film haqqında məqalə yaradılarsa onda qarıçıqlıq yarana bilər. Lütfən diqqət edin. Kitab haqqında məqalə yaradarkən mötərizədə kitab deyə qeyd edin.
Sizə dərin hörmətlə, --N KOzi 06:17, 27 dekabr 2010 (UTC)
Təbrik
redaktəSizi Azviki istifadəçiləri tərəfindən etimadınız qazanmanızı təbrik edirəm. Yeni uğurlara! --N KOzi 12:48, 6 yanvar 2011 (UTC)
Mən də Sizə təşəkkür edirəm! Və həm də bu etimadın qazanılmasına Xüsusi Dəstək verdiyiniz üçün də Sizə minnətdaram! --Cek Li Taran 12:52, 6 yanvar 2011 (UTC)
İdarəçiliyə namizəd
redaktəSalam. Sizin fəaliyyətinizi maraqla izləyirəm. Bu templə davam edib, fəaliyyətinizi bir qədər də təkmilləşdirsəniz, 4 ay sonra idarəçiliyə Sizin namizədliyinizi irəli sürəcəyəm. Siz real namizədlərdən birisiniz. Uğurlar olsun! --Cek Li Taran 09:46, 10 yanvar 2011 (UTC)
Təşəkkür edirəm. Amma hələ bu barədə danışmaq bir az tezdi məncə. Zaman göstərər. Bu qədər qiymətləndirilməyim məni riqqətləndiridi. Bir daha təşəkkürlər. --N KOzi 10:07, 10 yanvar 2011 (UTC)
Bəli, hələ tezdi. Amma 4 ay sonra nə olacağını indidən planlaşdırmaq olar. --Cek Li Taran 10:47, 10 yanvar 2011 (UTC)
Təşəkkürlər
redaktəHörmətli Amir. Sizin Az vikidəki fəaliyyətinizi diqqətlə izləyirəm və böyük məmnunluq hissi duyuram. Güneyli soydaşlarımızın fəaliyyəti məni çox sevindirir. Biz otaylı-butaylı xalqın bütöv parçalarıyıq. Və bizi heç kəs ayıra bilməz. --N KOzi 06:09, 12 yanvar 2011 (UTC)
Yaşa bəy.
Mənimdə çalışmağım Azərbaycan Turkcəsində Vikipeyanı gücləndirməkdir.
Otay Butay olmağımız duşmanlarımızın istəyidir.
Azərbaycan həmişə bir qalacaqdır.
Ebrahimi-amir 06:20, 12 yanvar 2011 (UTC)
Dəyməz hörmətli Ebrahimi-amir. Mənim istəyim sizinlə bərabər Azvikidə çalışan güneyli soydaşlarımızın sayının çoxalmasıdır. Ürəyi sizinlə olan Bakılı qardaşınız --N KOzi 06:27, 12 yanvar 2011 (UTC)
Tarix ulduzu
redaktəHörmətli JameS RamireZ. Sizin tarixi məqalələrdəki fəallığınızı görüb, Tarix ulduzu ilə mükafatlandırmaq qərarına gəldim. Sonrakı fəaliyyətinizdə uğurlar! --N KOzi 12:18, 12 yanvar 2011 (UTC)
Bu münasibətlə mən də Sizi təbrik edirəm! --Cek Li Taran 12:23, 12 yanvar 2011 (UTC)
Təbriklərinizə və fəaliyyətimə izləyib dəyərləndirdiniyizə görə sizə çox sağol deyirəm.Hörmətlə --JameS RamireZ 14:09, 12 yanvar 2011 (UTC)
Təşəkkürə ehtiyac yoxdur, hörmətli JameS RamireZ. Bu mənim sizə verdiyim dəyərdir. --N KOzi 14:16, 12 yanvar 2011 (UTC)
Təbrik
redaktəMən də təbrikə qoşuluram! Azvikinin lokomotivinə eşq olsun! --N KOzi 06:33, 13 yanvar 2011 (UTC)
- Təşəkkür edirəm. İlk növbədə siyahıdakı vikidaşımız, Vusal1981-in nailiyyətini arzulayıram :)-Vago 06:37, 13 yanvar 2011 (UTC)
Vüqar Ordeni
redaktəSalam N KOzi. Ordenə görə təşəkkür edirəm və arzu edirəm ki, AzVikidə elə bir aktiv istifadəçilərdən ibarət kollektiv mövcud olsun ki, hər biri bu ordenə sahib olsun :) Hörmətlə, --Vago 07:08, 14 yanvar 2011 (UTC)
İnşallah. --N KOzi 07:38, 14 yanvar 2011 (UTC)
N KOzi, Ordenə görə təşəkkür edirəm. Dizaynı çox gözəldir, əllərinizə sağlıq. P.S. Ağlamayan uşağa süd verməzlər :)--Irada 11:53, 17 yanvar 2011 (UTC)
Salam Vuqar1981, ordenə layiq gördüyünüz üçün minnətdaram. Ordenin dizaynı uğurludur. Təşəkkürlər! Hörmətlə --E-citizen 12:04, 17 yanvar 2011 (UTC)
Hörmətli N KOzi, adım Vüqar olsaydı, o ordendən birini də Sizə təqdim edib, xəcalətinizdən çıxardım. Bəh-bəh-bəh! Necə də gözəl yazmısınız: Hər zaman heyran olduğum səmimiyyətinizə və gözəl xarakterinizə görə. Çox gözəl! Hətta Super! Təşəkkürlər! --Cek Li Taran 12:23, 17 yanvar 2011 (UTC)
Dəyməz. Siz bu ordenə layiqsiniz. --N KOzi 12:24, 17 yanvar 2011 (UTC)
- Mənim də nikimin baş hərfi V ilə başladığına görə, mən də bu ordeni kiməsə verə bilərəm, elədir? :) --Vago 12:27, 17 yanvar 2011 (UTC)
Əlbəttə! --N KOzi 12:28, 17 yanvar 2011 (UTC)
Təbrik edirəm
redaktəDostumuz İstifadəçi:Vugar 1981 ! Yeni "Vüqar ordeni" təsis etməyiniz münasibətilə Sizi təbrik edirəm. Ordenin təsviri çox əla alınıb, "V" işarəsi isə (lat. victoria — Qələbə ) ifadəsini də xatırladır. İşlərinizə uğurlar arzu edirəm. Hörmətlə --Acategory 10:25, 14 yanvar 2011 (UTC)
Təşəkkür edirəm hörmətli Acategory. Siz öz müdrik məsləhətlərinizi biz gənclərdən əsirgəməyin. Azvikinin daha da yuxarı pillələrdə olması arzusu ilə sizə dərin ehtiram duyan --N KOzi 10:58, 14 yanvar 2011 (UTC)
Təbrikinizə görə təşəkkür edirəm.--Acategory 13:34, 14 yanvar 2011 (UTC)
Təşəkkür edirəm
redaktəHörmətli Vüqar ! "Vüqar" ordeni ilə təltifinizə görə Sizə təşəkkür edirəm. Vüqar Vüqarlılıq deməkdir. Mənim üçün çox xoşdur. İşlərinizə uğurlar, ağsaqqallarınıza can sağlığı, ailənizə xoşbəxtlik. Hörmətlə --Acategory 17:32, 17 yanvar 2011 (UTC)
Dəyməz hörmətli Acategory. Siz bundan da böyük mükafatlara layiqsiniz. Sizə dərin ehtiramla, --N KOzi 05:55, 18 yanvar 2011 (UTC)
Hörmətli Vüqar ! Məni təltif edildiyim "Azərbaycan dilinə qayğıya görə " mükafata təbrikinizə görə təşəkkür edirəm. Fəaliyyətinizə və öz işlərinizə uğutlar arzu edirəm. Hörmətlə --Acategory 09:25, 19 yanvar 2011 (UTC)
Şablon ulduzu
redaktəSalam, Vugar 1981. Ulduza görə təşəkkür edirəm. Adətən sovetlər dönəmində bu cür edirdilər, birini işdən çıxarmaq istədikdə, ona çoxlu orden-medal verirdilər ki, xoş gəldin. Deyəsən yığışıb məni təqaüdə göndərmək istəyirsiniz :)))--Vago 06:33, 24 yanvar 2011 (UTC)
Heç kiminsə də ağlına gələr ki, AzVikinin lokomotiviylə vidalaşsın. Ağlıma gətirə bilmirəm bunu. Sizsiz bir günümüz də olmasın. İnşallah mən 100 000-in qeydinə hazırlayıram özümü yavaş-yavaş.İnşallah ki sizin 100 mükafatınız olar. Tezliklə. --N KOzi 06:37, 24 yanvar 2011 (UTC)
Qayğıkeş İdarəçi Ulduzu
redaktəQayğıkeş İdarəçi Ulduzu! Bax, bu çox yaxşı mükafatdır! Məni təltif etdiyiniz üçün çox təşəkkür edirəm! --Cek Li Taran 08:23, 24 yanvar 2011 (UTC)
Dəyməz hörmətli Cek Li Taran! Siz bu mükafat layiqsiniz. Əminəm ki AzVikiyə indikindən dəfələrlə çox fayda verəcəksiniz. --N KOzi 08:32, 24 yanvar 2011 (UTC)
Təşəkkür
redaktəSalam Vugar 1981. Hal-hazırda davam edən səsvermədə mənə etimad göstərdiyiniz üçün sizə təşəkkür edirəm. Sizin fəaliyyətinizi bəyənirəm. VikiMənbədə ki, fəaliyyətinizsə olduqca diqqətəlayiqdir. Ehtiramla: --Sultan11 16:55, 24 yanvar 2011 (UTC)
Şablon:Monqolustan Ordeni
redaktəMonqolustan Ordeni şablonunu yaratdığınız üçün təşəkkür edirəm! --Cek Li Taran 13:42, 28 yanvar 2011 (UTC)
Onu məhz sizincun yaratmışam. --N KOzi 13:44, 28 yanvar 2011 (UTC)
Vüqar Ordeni
redaktəMənə Vüqar Ordenini təqdim etdiyiniz üçün sizə dərin minnətdarlığımı bildirirəm. Təşəkkürlər. --N KOzi 13:48, 28 yanvar 2011 (UTC)
- Halal xoşunuz olsun, elə bil özünüz yaratmısınız :) --Vago 13:49, 28 yanvar 2011 (UTC)
Ana səhifə
redaktəAna səhifə niyə bu gündədir? Tarixdə bu gün yox, birgə iş yox. --N KOzi 05:26, 1 Fevral 2011 (UTC)
Tarixdə bu gün düzəldi. Amma birgə iş fevral ayı üçün hələ ki, seçilməyib. --Cek Li Taran 05:36, 1 Fevral 2011 (UTC)
Yenə də təşəkkür. --N KOzi 05:38, 1 Fevral 2011 (UTC)
Xoş gördük
redaktəMən də həmkarlarımdan geri qalmayaraq, sizi salamlayıram. AzVikiyə qayıdışınızı alqışlayıram. --N KOzi 07:06, 1 Fevral 2011 (UTC)
Yalquzaq
redaktəLütfən bu əsəri bərpa edin. --N KOzi 11:08, 1 Fevral 2011 (UTC)
Bərpa etmədim. Amma VikiMənbəyə yerləşdirdim. --Cek Li Taran 11:14, 1 Fevral 2011 (UTC)
İnqilab
redaktəHörmətli Vago. Zəhmət olmasa, inqilab şablonu düzüb qoşa bilərsinizmi? :) --N KOzi 12:47, 1 Fevral 2011 (UTC)
{{İnqilab}} şablonu nədir, lazımdırsa, Antarktidada inqilab etməyə də Sizinlə gedə bilərəm :))
P.S.: Maşallah, E-citizen silah-sursat, N KOzi inqilab... Bu gün AzVikidə nəyə hazırlıqlar gedir anlamağa çalışmaq istəyirəm :) --Vago 12:52, 1 Fevral 2011 (UTC)
İnşallah xeyirliyə olar.:)) --N KOzi 12:55, 1 Fevral 2011 (UTC)
- {{İnqilab}}. Hələlik istifadə edin, inşallah əyir-əskiyi düzəldərik. --Vago 13:29, 1 Fevral 2011 (UTC)
- Çox dərin təşəkkürlər. --N KOzi 13:30, 1 Fevral 2011 (UTC)
Misir
redaktəSalam, N KOzi. Yaman vaxtınızı Misir hadisələrinə həsr eləmisiniz. Vikipediyada {{Misir ordeni}} olsaydı, Sizə halaldı :) --Vago 07:32, 4 fevral 2011 (UTC)
İnşallah {{Misir ordeni}} da yaradılar, mən də onu alaram. Bu dəqiqə tək mənim yox dünyanın gözü ordadı. Hörmətli həmkarlarımdan kimsə mənim topladığım bu konspektləri məqalə halına salmaqda yardım etsəydi əntiqə ol--N KOzi 07:43, 4 fevral 2011 (UTC)ardı. Siz necə fikirləşirsiniz. --N KOzi 07:36, 4 fevral 2011 (UTC)
- Əla olardı. Şəxsən mən Sizin topladığınız materialları sistemləşdirib ortaya çıxarmağı bacarsaydım, sonda gözəl bir seçilmiş Misir dövləti, bağışlayın, seçilmiş məqalə alınardı, özüm də olardım Misirşünas :)) --Vago 07:42, 4 fevral 2011 (UTC)
- Misirşünaslardan nəyiniz əksikdi ki? :)) --N KOzi 07:43, 4 fevral 2011 (UTC)
- Hörmətli Misirşünaş, Mübarək də yola salındı, növbə kimindir? :)→VagoMüzakirə 08:01, 12 fevral 2011 (UTC)
- İnşallah ki növbə gələr. O qədər firon var dünyada. Bir-ikidi bəyəm. Daha o biri məqalələri yazmaq sizin boynunuzadı. --N KOzi 09:11, 12 fevral 2011 (UTC)
- Hörmətli Misirşünaş, Mübarək də yola salındı, növbə kimindir? :)→VagoMüzakirə 08:01, 12 fevral 2011 (UTC)
- Misirşünaslardan nəyiniz əksikdi ki? :)) --N KOzi 07:43, 4 fevral 2011 (UTC)
İdarəçi statusuna ərizənin silinməsi
redaktəSalam. Sizin idarəçi olmaq istəyinizi təqdir edirəm. Lakin hələlik Vikipediya:İdarəçi statusuna ərizələr səhifəsi tam hazırlanmadığı və qəbul olunmadığı üçün yaratdığınız müvafiq səhifə mənim tərəfimdən silinmişdir. Uğurlar! --Cek Li Taran 08:11, 5 fevral 2011 (UTC)
Salam
redaktəSalam. Ingilis dilli [1] meqaleni oxuyarken, onun Azerbaycan dilli versiyasinin[2] movcudlugu gozume deydi ve oxumaq qerarina geldim. Orda yazilanlar iglisi dilli versiya ile (hansinda ki, her bir fakt membelere soykenir) hec cure uzleshmir. Yazilanin deyerdim 70%-i cefengiyatdir. Allah xatirine cefengiyat yazmaqdan cekinin ve neye esaslandiginizi gosterin. Orda bele fikirler gordum : 1) özünü Allahın yer üzündəki təcəssümü də adlandırmışdır, 2) Mirzə Qulam özünü həm Məhəmməd peyğəmbərin (s) təcəssümü, həm də dünyanın yeni peyğəmbəri elan etmişdir, 3) Qadiyanilər Mirzə Qulamın peyğəmbərliyini qəbul edərək, onu bütün peyğəmbərlərdən üstün sayır, möcüzələr törətdiyinə inanırlar. ve s. ve i.a. Bunlarin hamisi cefengiyatdir. Savadiniz o qedermi catmir ki, movcud membelerden behrelenib onun haqqinda etrafli, bir meqale yazasiniz? Men bele demezdim, cunki, o movzudan xeberiniz varsa, demeli onunla bagli membeler arayib oxumaga da qabiliyyetiniz ve imkaniniz var. On a gore, bir daha deyirem, Allahdan cekinin ve sher-bohtan yazmayin. Daltonaj 15:51, 5 fevral 2011 (UTC)
- Bunlarla yaxindan tanish olmaniz tofsiyye olunur: Vikipediya:Neytral mövqe, Vikipediya:Tərəfsizlik ve umumiyyetle burda olan butun qaydalarla [3]. Daltonaj 17:58, 5 fevral 2011 (UTC)
Salam Daltonaj. Əvvəla onu nəzərinizə çatdırım ki, ingiliscə məqalədən əlavə, rus dili versiyasında buna bənzər ifadələr keçmişdir. Təsdiq olsun deyə ayrı-ayrı ifadələri nəzərinizə çatdırım. Свой путь на новом поприще Мирза начал заявив о себе, что является великим учёным, позже объявил себя учеником пророка Мухаммада, затем — обещаным в Исламе Махди, которого ждут мусульмане в последние дни, и «Обетованным Мессией», «Христом», затем «перевоплощением пророка Мухаммада», потом — новым пророком и перевоплощением всех пророков сразу, «сыном божиим», а в конце-концов Мирза назвал себя перевоплотившимся Кришной.
Və Əhmədiyyə məqaləsində. Ахмадийская Мусульманская Община отвергает концепцию полной завершённости цепи пророчества в Мухаммаде, как это утверждается в Коране, сунне Пророка Мухаммада.
Ахмадийская Мусульманская Община утверждает, что Мирза Гулям Кадиани был пророком и посланником Бога.
Ахмадийская Мусульманская Община основана на вере, что Мирза был вторым пришествием пророка Мухаммада.
Ахмадийская Мусульманская Община отвергает исламскую концепцию завершённости откровений Аллаха человечеству, изложенную в священном Коране.
Ахмадийская Мусульманская Община придерживаются того, что «откровения», содержащиеся в книгах Мирзы Гуляма, стоят на том же уровне, что и все предшествующие истинные послания (Коран, Библия, Тора).
Ахмадийская Мусульманская Община отвергает достоверную Сунну пророка Мухаммада, опираясь на откровения Мирзы, и учит своих последователей его интерпретациям священного Корана. Надо отметить, что руководство кадианитов сфабриковало несколько недостоверных переводов священного Корана.
Ахмадийская Мусульманская Община учит, что Иисус был распят, но остался жив, поправился от ран, бежал в Кашмир (Индия), жил там в течение 86 лет, умер и похоронен там и больше не вернётся.
Ахмадийская Мусульманская Община учит, что Мирза Гулям был обещанным Махди.
Ахмадийская Мусульманская Община утверждает, что Мирза Гулям был обещанным мессией. Кадианиты отвергают второе пришествие Иисуса в качестве обещанного мессии незадолго до Судного дня.
Ахмадийская Мусульманская Община объявляет тех, кто не принимает или отвергает заявления Мирзы, — неверующими (куффар). Кадианиты объявили всех мусульман — неверующими и запретили последователям своего культа выдавать дочерей замуж за мусульман, молиться позади имама-мусульманина и возносить мольбы за умерших мусульман, вне зависимости ребёнок это был или взрослый.
Ахмадийская Мусульманская Община объявила Джихад, в особенности против британских колониальных властей, оккупировавших в то время Индию, — запретным (харам).
Ахмадийская Мусульманская Община утверждает, что всецелая преданность и повиновение британскому правительству, — есть часть веры (иман). Кадианиты должны стремиться пожертвовать своим имуществом, талантом и душой ради Британии. Уместно сказать, что ныне штаб-квартира движения кадианитов находится в Англии.
Ахмадийская Мусульманская Община считает два места, индийскую деревню Кадиан и небольшой город в Пакистане, столь же священными как Мекка и Мадина. Кадианиты совершают хадж в эти места, посещая своё ежегодное собрание, вместо посещения Мекки.
Ахмадийская Мусульманская Община утверждает, что Мирза Гулям превосходит всех пророков Аллаха.
Ахмадийская Мусульманская Община относится к сотоварищам Мирзы Гуляма как к сахабам пророка Мухаммада, а жен Мирзы считает матерями верующих (уммахату-ль-муминин).
Ахмадийская Мусульманская Община выдвигает идею, что многие аяты священного Корана были ниспосланы Мирзе Гуляму и что многие из похвал пророку Мухаммаду, упомянутые в Коране, на самом деле относятся к Мирзе.
Ахмадийская Мусульманская Община заявляет, что мечеть Мирзы в Кадиане (Индия) является масджиду-аль-Акса
Buna görə sizdən soruşuram:
- Rusların savadı çatmır?
- Onlarda neytrallıq prinsipi yoxdur?
Qulam Əhməd
redaktəSalam hörmətli Vago. Dini məqalələrlə məşğul olan istifadəçi kimi sizin bu məsələ ilə bağlı mövqeyinizi bilmək mənə maraqlı olardı. --N KOzi 06:01, 7 fevral 2011 (UTC)
- Salam N KOzi . Onu bilirəm ki, Hz. Mehdi Yer üzünü ədalətlə doldurmayınca vəfat edən deyil, kim indiyə qədər özünü Mehdi elan edib, hamısının da əlindən-başından bir iş gəlmədiyi göz qabağındadır. Ən azından dünyadakı durum bunu təsdiq edir. Qaldı Əhmədiyyə məsələsinə, mənim də bəhailiklə bağlı suallarım açıq qalıb, bir azdan deyəsən həmin məqalədə təmizlik işləri aparacağam. Dediyiniz xüsusda da Vikipediyadan kənar araşdırma aparmağa çalışacağam. Sizin yadıqlarınız ruvikiyə əsaslaıb, eləmi? Hörmətlə, →VagoMüzakirə 06:31, 7 fevral 2011 (UTC)
- Tam olaraq ru vikiyə yox çox mənbəyə əsaslanıb, ümumiyyətlə bu məqalənin üzərində bir az işləyəcəm, mənbələri bi-bir dəqiqləşdirəcəm. Onu da qeyd edim ki, mən əgər tənqid yazmaq istəsəydim, bir çox dini saytlardan bu barədə xeyli mənbələrdən istifadə edərdi. Onda da təhqirə bənzəyərdi. --N KOzi 07:38, 7 fevral 2011 (UTC)
- Mənbəyə istinad edin, "babalı Sərvərin boynuna" :) →VagoMüzakirə 07:44, 7 fevral 2011 (UTC)
- Tam olaraq ru vikiyə yox çox mənbəyə əsaslanıb, ümumiyyətlə bu məqalənin üzərində bir az işləyəcəm, mənbələri bi-bir dəqiqləşdirəcəm. Onu da qeyd edim ki, mən əgər tənqid yazmaq istəsəydim, bir çox dini saytlardan bu barədə xeyli mənbələrdən istifadə edərdi. Onda da təhqirə bənzəyərdi. --N KOzi 07:38, 7 fevral 2011 (UTC)
Yaxşı məqalə
redaktəHörmətli Irada xanım Mən yaxşı məqalə şərtlərini hazırladım. Heç kim etiraz etmir. Bu qaydaları səsverməyə necə çıxarmaq olar. Qəbul olunma üsulu necədir. --N KOzi 07:54, 7 fevral 2011 (UTC)
Hörmətli N KOzi, məqalə çox yaxşı işlənmişdir və səsverməyə çıxarılması vacibdir. Amma öncə Vikipediya:Vikipediya qaydaları ilə əlaqədar səsvermə məqaləsi səsverməyə çıxarılmalıdır. Belə ki, qalan məqalələr bu səsvermə əsasında qəbul olunacaq. Odur ki, mən məqaləni səsverməyə çıxarıram. Səsvermədən keçərsə qalan məqalələrin səsverməyə çıxarılmasında problem yaranmayacaq. Hörmətlə, --Irada 19:45, 7 fevral 2011 (UTC)
Gümüş qələm nişanınız mübarək
redaktəDostumuz Vüqar ! Siz 2011-ci il Misir iğtişaşları ilə bağlı zəngin informasiyalı material yaratdığınıza və operativ işinizə görə Gümüş qələm nişanı ilə təltif edilmisiniz. Eyni zamanda bir xoş xəbər kimi bildirim ki, Siz adıçəkilən mükafatın ilk laureatısınız. Təbrik edir və Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Fəallığınız və kollektivlə mehribançılığınız hörmət doğurur.--Acategory 16:00, 8 fevral 2011 (UTC).
Əziz və hörmətli Acategory. Sizin məni bu cür dəyərləndirməniz məni çox riqqətləndirdi və duyğulandırdı. Sizə dərin minnətdarlığımı bildirirəm. Bundan sonrakı fəaliyyətimdə də bu mükafata layiq olmağa çalışacağam. Dərin hörmət və ehtiramla, --N KOzi 05:13, 9 fevral 2011 (UTC)
Səs hüququ
redaktəSəs hüququ var, amma metadakı "vago" başqasıdır. Mən AzVikidən necə səs verə bilərəm ki?!→VagoMüzakirə 13:57, 9 fevral 2011 (UTC)
- Amma burada yaşıldır. --N KOzi 14:04, 9 fevral 2011 (UTC)
Qeyri-obyektivlik və dini nifaq
redaktəHörmətli Irada xanım. Bu, bu və bu məsələyə dair fikir bildirməniz mənə maraqlı olardı--N KOzi 06:20, 16 fevral 2011 (UTC)
Hörmətli, N KOzi. Mən Məqalə və onunla əlaqədar müzakirələrlə tanış oldum. Məsələ həqiqətən çox mürəkkəbdir. Amma mənbə göstərilibsə neytral mövqedən çıxış edərək mətni saxlamağı daha düzgün hesab edirəm. Sizin göstərdiyiniz mənbələri yetərli hesab edirəm. --Irada 06:50, 16 fevral 2011 (UTC)
- Diqqqət ayırdığınız üçün təşəkkürlər. --N KOzi 07:02, 16 fevral 2011 (UTC)
Hörmətli Sortilegus. Bu, bu və bu məsələyə dair fikir bildirməniz mənə maraqlı olardı --N KOzi 06:33, 16 fevral 2011 (UTC)
Salam. Mənbələr göstərilibsə məlumatların qalmağında heç bir problem görmürəm. Opponent də nəsə əlavə etmək istəyirsə mənbə göstərməklə bunu edə bilər. Vikipediyada olur ki, bir-birinə daban-dabana zidd iki mövqe məqalədə yanbayan öz əksini tapır. Hörmətlə:--Sortilegus 10:31, 16 fevral 2011 (UTC)
- Təşəkkür edirəm. --N KOzi 10:32, 16 fevral 2011 (UTC)
Parlament
redaktəHörmətli Vago. {{parlament}} yaratmaq olar? --N KOzi 11:57, 16 fevral 2011 (UTC)
- AzVikidə istəyirsəniz Milli Məclis də yaratmaq olar ))) →VagoMüzakirə 12:01, 16 fevral 2011 (UTC)
- OOO təşəkkürlər!!! --N KOzi 12:02, 16 fevral 2011 (UTC)
- {{parlament}} şablonu üçün Rusiya Federasiyası Dövlət Duması məqaləsinə baxarsınız, əyir-əskikləri düzəldərik.→VagoMüzakirə 14:04, 17 fevral 2011 (UTC)
- Təşəkkürlər!!!!!! İnşallah bir gün biz də hansısa parlamentdə iş görərik. --N KOzi 14:06, 17 fevral 2011 (UTC)
- OOO təşəkkürlər!!! )))→VagoMüzakirə 14:06, 17 fevral 2011 (UTC)
- Dəyməz! --N KOzi 14:09, 17 fevral 2011 (UTC)
- {{parlament}} şablonu üçün Rusiya Federasiyası Dövlət Duması məqaləsinə baxarsınız, əyir-əskikləri düzəldərik.→VagoMüzakirə 14:04, 17 fevral 2011 (UTC)
- OOO təşəkkürlər!!! --N KOzi 12:02, 16 fevral 2011 (UTC)
Küveyt, Oman
redaktəŞəkililərin sözü olmasın, deyəsən "Fantamas qızıttı" :)) →VagoMüzakirə 08:11, 21 fevral 2011 (UTC)
- Vallah bu ərəblər Yeni İlə pis başlayıblar, deyəsən axırda şablona bütün ərəb ölkələrinin adını salmaq məcburiyyətində qalacam. :))--N KOzi 08:16, 21 fevral 2011 (UTC)
Fransa
redaktəSalam, mənə Fransa qurumları ilə bağlı yazılar yaratmaq kömək edə bilər. Təşəkkür edirik.--Cinta Kirana 17:26, 25 fevral 2011 (UTC)
- Mən də sizə təşəkkür edirəm Cinta Kirana --N KOzi 07:56, 26 fevral 2011 (UTC)
Fransa
redaktəSalam. Sizdən bu istifadəçi Cinta Kirana haqqında soruşmaq istərdim. Fransa kommunaları haqqındakı məqalələr həqiqətənmi tam yararsızdır. Üstəlik En departamentinin şablonunu da silmisiniz. --N KOzi 08:00, 26 fevral 2011 (UTC)
Salam. Bəli, tam yararsızdır. İstifadəçinin fəaliyyəti spam səciyyəsi daşıyır və kütləvi hal alıb (təsəvvür edirsən, Fransanın departamentlərinə daxil olan yerlər haqqında burda adı fransız dilində, içində 1 şablon cümlə olan 10-15 min məqalənin yaradılmasına biz göz yumsaq AzVikinin vəziyyəti necə ola bilər?). Bu, əslində AzVikidə 3-cü belə haldır. Hardasa 4-5 il bundan qabaq Türkiyənin bütün kəndləri (hətta ən ucqar) haqqında burada adı və məzmunu türkcə olan məqalələr yaradılmışdı. Sadəcə türkdilli vikidən kopyalayıb bura köçürmüşdülər. O vaxt idarəçilərin buna ciddi yanaşmaması səbəbindən sonradan bu, bizim üçün böyük problem yaratmışdı. 4-5 min məqaləni təftiş etmək və "arıtlamaq" lazım gəldi (onların demək olar ki, 95%-i silindi). İkinci hal Rusiya şəhərləri ilə bağlı bu yaxınlarda baş verdi. Kütləvi şəkildə məqalələr yaradıldı. Amma həmin məqalələrin ən azı adları Azərbaycan dilində idi. İdarəçilərdən biri də istifadəçiyə bu məqalələri "vikləşdirməyə" kömək etdi, həm də fəaliyyət o qədər də kütləvi hal almadı. Ona görə də həmin məqalələr silinmədi. Amma hələlik. Müəyyən müddətdən sonra onlar da arıtlana bilər. Hörmətlə:--Sortilegus 21:07, 26 fevral 2011 (UTC)
Təbrik
redaktəSalam. Sizi Azərbaycan dilində olan VikiMənbənin idarəçisi seçilməniz münasibətilə təbrik edirəm. İnanıram ki, sizin səyləriniz sayəsində VikiMənbə daha da zənginləşəcək və inkişaf edəcək. Hörmətlə:--Sortilegus 19:56, 3 mart 2011 (UTC)
- Təşəkkür edirəm. Dəstəyinizə və xoş sözlərinizə görə minnətdaram. --N KOzi 05:18, 4 mart 2011 (UTC)