Istifadeci Muzakiresi Kkamran13 - Wikipedia
Vikipediya | Xoş gəldiniz, Kkamran13! |
Tez-tez soruşulan suallar | Salam, Kkamran13. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. nizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
— Vahid Məmmədov (müzakirə) (müzakirə) 22:15, 22 yanvar 2023 (UTC)
Rusiya–Ukrayna müharibəsi (2022)
redaktəSalam. Rusiya–Ukrayna müharibəsi (2022) məqaləsində etdiyiniz vandalizmlə bundan əvvəlki yaratdığınız dəyərli məqalələr arasında ziddiyyət anlaşılan deyil. Hesabınız bu səbəbdən idarəçilər tərəfindən məhdudlaşdırıla bilər. Diqqətli olmanızı və vikipediyanın tərəfsizlik prinsipinə zərər vuran davranışlardan çəkinməyinizi tövsiyə edirəm. — Vahid Məmmədov (müzakirə) (müzakirə) 22:26, 22 yanvar 2023 (UTC)
- Ziddiyət sizin ABŞ-ın etdiklərini görməməyiniz və ya görmək istəməməyinizdəndir!
- Qeyd etdiyim yazıların heç birində yanlışlıq olmadığı halda mənim qeydlərimi silməyiniz sizin rusofob olduğunuzun əlamətləridir. Kkamran13 (müzakirə) 08:18, 23 yanvar 2023 (UTC)
- @Kkamran13 Vikipediya:Beş əsas prinsiplərindən "Vikipediyada bitərəf nöqteyi nəzərdən yazılış formasıdır" və Vikipediya:Neytral mövqe ilə bir daha tanış olun. Bikar Orxan (müzakirə) 08:29, 23 yanvar 2023 (UTC)
- Konfliktdə hər bir dövlət öz mövqeyini pro-Rusiya və ya pro-Ukrayna olaraq göstərmişdir.
- Azərbaycan dilli oxucu isə konfliktə dair məlumatları öz ölkəsinin apardığı siyasətə uyğun izləməli daha sizin kimi Azərbaycan Respublikasında Qərb propaqandası, rusofobiya aparmalı deyil.
- Konfliktdən 2 gün sonra Azərbaycan Prezidenti Cənab İlham Əliyev Rusiya Federasiyası prezidenti Cənab Vladimir İliç ilə "Moskva bəyannaməsi" imzalamış, siyasi mövqe eyniliyi-yaxınlığl barədə sənəd imzalamışdır. Yoxsa, siz yerli hakimiyyətə qarşısınız?! Elə isə məqalədəki düzəlişlərimi geri qaytarmağı sizdən tələb edirəm. Hörmətlə! Kkamran13 (müzakirə) 08:39, 23 yanvar 2023 (UTC)
- Bura Azərbaycanın Vikipediyası deyil, Azərbaycan dilində Vikipediyadır. Məqalələr neytral mövqedən yazılmalı, öz şəxsi fikirlərinizi qeyd etməməlisiz. Burası siyasi təbliğat platforması deyil. ləriniz bərpa edilməyəcək. Zəhmət olmasa, neytrallığa diqqət yetirin. Şiroi Akuma 11:05, 23 yanvar 2023 (UTC)
- @Kkamran13 Vikipediya:Beş əsas prinsiplərindən "Vikipediyada bitərəf nöqteyi nəzərdən yazılış formasıdır" və Vikipediya:Neytral mövqe ilə bir daha tanış olun. Bikar Orxan (müzakirə) 08:29, 23 yanvar 2023 (UTC)
Əziz istifadəçi məni rusofob adlandırmağınız, növbəti qayda pozuntusudur. Mən, siz və ya hər hansısa bir istifadəçinin şəxsi mövqeyinin vikipediya qaydalarında heç bir önəmi yoxdur. Ümumiyyətlə sizin etdiyiniz dəyişiklikləri silməyimdən dolayı mənim tərəf tutmayımı düşünməyiniz belə yanlışdır. Görürəm ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirləriniz çox həssasdır. Lakin unutmayın ki vikipediya könüllüləri də, vikipediyada yaradılan məqalələrin tərəfsiz olması məsələsində çox həssasdır. Vikipediyada tərəfsiz bir mövqe tutmaq və tərəfsiz bir fikrin mənimsənilməsi çox vacibdir. Sadəcə bir şeyə diqqətinizi yönəltmək istəyirəm, Vikipediyanın Azərbaycan dil bölməsində məqalənin adı, Rusiya–Ukrayna müharibəsi (2022) olduğu halda, bu ad Vikipediya Rusiyada Вторжение России на Украину (с 2022) - (Rusiyanın Ukraynaya təcavüzü (2022-ci ildən)) olaraq adladırılıb. Məqalənin məzmununda isə istinad verilərək, Вторжение России на Украину (российская агрессия против Украины, российско-украинская война, «специальная военная операция» на Украине) - (Rusiyanın Ukraynaya təcavüzü (Rusiyanın Ukraynaya təcavüzü, Rusiya-Ukrayna müharibəsi, Ukraynada “xüsusi hərbi əməliyyat”) deyə qeyd edilib. Deyil başqa dillərdə, hətta vikipediyanın rus dili bölməsində belə müharibənin adı və məzmunu Rusiyanın Ukraynaya təcavüzü olaraq başlayır. Siz isə Rusiyanın Ukraynanı işğal etməsi kimi sözləri təhrif edərək Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı olaraq bir sıra dəyişikliklər etməklə yanaşı və digər yanlış məlumatları istinadsız şəkildə əlavə etmisiniz. Vikipediyada tərəfsizlik prinsipi çox vacibdir və vikipediyaya verdiyiniz töhfələrin, tərəfsiz olmasını təmin etmək üçün, əlinizdən gələni etməlisiniz. — Vahid Məmmədov (müzakirə) (müzakirə) 10:36, 23 yanvar 2023 (UTC)
- Yenə də qeyd edirəm ki, mən Wikipedia istifadəçisi olaraq bu səhifədə etdiyim düzəlişlər tamailə doğrudur, sizin isə azərbaycan dilli ilk oxuyucuları ilk başdan yanlış məlumatlandırmağınız və ən əsası əks - tərəfli olaraq bunu etməyiniz ən başlıca qayda pozunutusudur (!)
- Belə ki,
- Bu səhifə “2022 Rusiya-Ukrayna siyasi konfliktinə” həsr olunub. Mənim Azərbaycan dilli oxuyucular üçün etdiyim düzəlişlər tamamilə haqlıdır və Azərbaycan hakimiyyətinin apardığı siyasət ilə üst-üstədir. Lakin, sizin bu səhifə vasitəsilə azərbaycan dilli oxuyuculara eynən imperialist ABŞ, ingilis dilli oxuyucuları üçün hazırlanan propaqandadan başqa heç bir fərqi mən görmürəm. Əlbəttə, müharibə, təlafat hər kəsin həssas yeridir, eləcə də azərbaycan dilli oxuyucular üçün.
- Wikipediyada neytrallığın əsas olduğunu qeyd edib, özünüzün tərəf seçməyiniz yəqin sizin kimi istifadəçilər üçün neytrallıqdır. Aşağıdakı səhifələr ilə Wikipedia məlumatlarının, ələlxüsüs da, siyasi konflikt səhifələrinin ölkələrin apardığı siyasətə uyğun, onların yaşadıqları dövlətin dövlət dili ilə EYNİ MARAQLARA uyğun olduğuna dair bir nümunə göndərirəm. Əgər ədalətli istifadəçisinizsə, bu iki fərqli mövqeyin də Wikipedia tərəfindən düzəlişini tələb edin!
- https://en.wikipedia.org/wiki/?axtar=Turkish_invasion_of_Cyprus
- Bu səhifədə olan mövzu bizim mövzu eynilik-yaxınlıq təşkil edir və danışdığınız neytrallıq gözə görsənmir (!) Belə ki, ingilis dilli Qərb dövlətləri Türkiyə Respublikasını Kipr Respublikasına TƏCAVÜZ etdiyini bildirib!
- https://az.wikipedia.org/wiki/?axtar=Kipr_%C9%99m%C9%99liyyat%C4%B1
- https://tr.wikipedia.org/wiki/?axtar=K%C4%B1br%C4%B1s_Harek%C3%A2t%C4%B1
- Azərbaycan dilli və türk dilli oxuyucular isə eyni siyasi konflikti yenə kimlərinsə marağına uyğun olaraq oxumaq məcburiyyətində qalmışdır və bu siyasi konflikt “Türkiyə Respublikasının Kipr Respublikasına təcavüzü” olaraq deyil (!) , “Kipr əməliyyatı” və ya “ Kipr hərbi əməliyyatı” olaraq qeyd edilmişdir.
- Bu səhifədə mənim Azərbaycan dilli oxuyucular üçün qeyd etdiyim hər bir düzəliş tamamilə doğruluq təşkil etmişdir və ən əsası Azərbaycan hakimiyyətinin xarici siyasətinə ekvivalentdir. Əgər, azərbaycanlı qeyri-azərbaycan dilli oxuyucu bu səhifəni Azərbaycan dilində yox, qeyri-bir, başqa ABŞ təsiri altında olan dövlətin dilində oxuyacaqsa, sizin qeyd etdiyiniz yazılar “tərəfsiz”, “neytral” sayıla bilər. Amma Azərbaycan dilində yox. Elə isə ədalətli olmağınızı ümid edərək etdiyim düzəlişləri bərpa etməyinizi sizdən tələb edirəm.
- Hörmətlə. Kkamran13 (müzakirə) 14:19, 23 yanvar 2023 (UTC)
- Siz niyə başa düşmürsüz ki, bura Azərbaycan hakimiyyətinin xarici siyasətini əks etdirmək platforması deyil. Hadisələr necədir, məqalədə də elə qeyd olunmalıdır. Oturub burda öz siyasi şərhlərinizi yeritməyə çalışırsız. Faktlar sizin xoşunuza gəlmirsə, bu o demək deyil ki, neytrallıq pozulub. Olanı olduğu kimi yazmaq haçandan neytrallığın pozulmasıdır? Bəlkə Holokost məqaləsini də redaktə edib yazaq ki, Holokost heç vaxt olmayıb, nə var, nə yox, bir alman gəlib deyə bilər ki, neytrallığı pozursuz almanlara qarşı. Kipr məsələsinə gəldikdə isə əvvəlcə özünüzə bir sual verin ki, niyə görə Azərbaycan Respublikası hələ də Şimali Kiprin müstəqilliyini tanımayıb. Şiroi Akuma 14:34, 23 yanvar 2023 (UTC)
- Hörmətli istifadəçi,
- Olanı olduğu kimi yazsa idiniz, mən burda sizə şərh yazmaq və vaxt itirmək məcburiyyətində qalmazdım (!)
- Qeyd etdiyim hər bir yazı tamamilə doğrudur və azərbaycan dilli oxuyucular üçün olan bu səhifəni obyektiv oxumaqları üçün əngəl törətməməyinizi sizdən tələb edirəm. Siyasi konfliktlər olan Wikipedia səhifələr dövlətlərin apradığı siyasi kursa və dilə uyğun Wikipedia tərəfindən qeyd olunur. Yoxsa siz Azərbaycan Respublikasının hakimyyətinin xarici siyasətinə hörmətlə yanaşmırsınız ?!.. Hörmətlə! Kkamran13 (müzakirə) 14:56, 23 yanvar 2023 (UTC)
- Siz niyə başa düşmürsüz ki, bura Azərbaycan hakimiyyətinin xarici siyasətini əks etdirmək platforması deyil. Hadisələr necədir, məqalədə də elə qeyd olunmalıdır. Oturub burda öz siyasi şərhlərinizi yeritməyə çalışırsız. Faktlar sizin xoşunuza gəlmirsə, bu o demək deyil ki, neytrallıq pozulub. Olanı olduğu kimi yazmaq haçandan neytrallığın pozulmasıdır? Bəlkə Holokost məqaləsini də redaktə edib yazaq ki, Holokost heç vaxt olmayıb, nə var, nə yox, bir alman gəlib deyə bilər ki, neytrallığı pozursuz almanlara qarşı. Kipr məsələsinə gəldikdə isə əvvəlcə özünüzə bir sual verin ki, niyə görə Azərbaycan Respublikası hələ də Şimali Kiprin müstəqilliyini tanımayıb. Şiroi Akuma 14:34, 23 yanvar 2023 (UTC)