Istifadeci Muzakiresi Crepusculum Arxiv 5 - Wikipedia
Vikipediyada hər cinsin latınca adı o cinsin məqalə səhifəsinə istiqamətləndirilər
redaktəSalam. Vikipediyada (Azərbaycanca Vikipediya da daxil) hər cinsin latınca adı o cinsin məqalə səhifəsinə istiqamətləndirilər - qarışıqlıq qarşısını almaq üçün. Lütfən qəbul edin. Hörmətlə. --Saguamundi (talk) 07:50, 1 yanvar 2015 (UTC)
- Salam Hörmətli Saguamundi. Sizin dediyiniz bu məsələ qətiyyən düzgün deyildir. İlk əvvəl ondan başlayaraq ki, başqa vikilərdə olan nümunələr əsla bir digər viki üçün qanun sayıla bilməz. Hər bir vikipediyanın öz doğruları vardır. Digər tərəfdən əgər Azərbaycanda demək olar ki, heç kim latın dilində bilmirsə, həmin başlıqda məqalələrin yaradılması nəyə lazım ? Mən sizinlə o halda razılaşardım ki, həmin məqalələr Azərbaycan dilində olmazdı və sizdə həmin ifadələrin Azərbaycan dilində olan qarşılığını bilmədiyiniz üçün latın dilində yaradardınız. Latın dilində olan və heç bir prespektiv vəd etməyən keçid məqalələrin hər biri ayrıca bir məqalə hesab edilir və belə fəaliyyətin qarşısı mənim tərəfimdən alınacaq. Lütfən daha səmərəli bir sahədə fəaliyyət göstərin. Hörmətlə:--Baskervill müzakirə 12:55, 1 yanvar 2015 (UTC)
2 Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Salam Aleykum Sizi İsa Qəmbər və Əli Kərimli məqalələrinin "Yaxşı məqalə" statusu alması üçün Vikipediya:Laboratoriya/İsa Qəmbər və Vikipediya:Laboratoriya/Əli Kərimli səhifəsində keçirilən səsvermələrə dəvət edirəm. |
--samral müzakirə 21:14, 5 yanvar 2015 (UTC)
Və əleyküm salam Hörmətli samral. Dəvətə görə sizə təşəkkür edirəm. Səs vermişəm, özüdə hər iki məqaləyə əlehinə. Hörmətlə:--Baskervill müzakirə 21:17, 5 yanvar 2015 (UTC)
- :) Kin saxlamağı sizə yaraşdırmadım. Yenə də sağolun :) --samral müzakirə 21:19, 5 yanvar 2015 (UTC)
Kişi dediyin kin saxlamaz. Sadəcə o məqalələrə seçilmiş statusu vermək sadəcə təhqirdir. Bir baxın görün nəyə səs verirsininiz. --Baskervill müzakirə 21:21, 5 yanvar 2015 (UTC)
- Siz əksiklikləri deyin, düzəltmək mənim boynuma. Hələ indiyə kimi Emin-dən başqa bir istifadəçi tutarlı bir şey deməyib.--samral müzakirə 18:02, 6 yanvar 2015 (UTC)
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Salam Sizi SSRİ hökumət başçıları siyahısının "Seçilmiş siyahı" statusu alması üçün Vikipediya:Laboratoriya/SSRİ hökumət başçıları səhifəsində keçirilən səsverməyə dəvət edirəm. |
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Harri Potter və Sirlər Otağı məqaləsi ilə əlaqədar Vikipediya:Laboratoriya/Harri Potter və Sirlər Otağı (roman) səhifəsində keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə,--Araz Yaquboglu (talk) 19:06, 9 yanvar 2015 (UTC)
Hi. I want to make sure that this edit is constructive. If you check all the other wikipedias Mikhail Myasnikovich is really not prime minister of Belarus from 5th of January. I also fixed some parameters concerning dates of indepencence, which by the way are not correct in your template Şablon:Dövlət. 195.50.31.213 15:56, 11 yanvar 2015 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam! Tüklü mamont məqaləsinin Seçilmiş məqalə və ya Yaxşı məqalə statusu alması üçün Vikipediya:Laboratoriya/Tüklü mamont səhifəsində keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Dərin hörmətlə,--Yuşin (münazirə) 20:07, 12 yanvar 2015 (UTC)
Okanfan
redaktəBir daha salam.Evvelce sen yox siz.bir de ki,eseblesmeyin.Men Azerbaycan dilini gozel bilirem, sadece olaraq klaviaturam da kecici bir problem var.blok filan lazim deyil.istifadecileri qorxutmayin.mesaj ucun muzakire sehifesini deyil istifadecinin mesaj sehifesinden istifade edin .hormetleOkanfan (talk) 13:51, 15 yanvar 2015 (UTC)
- O zaman probleminiz aradan qalxandan sonra Azvikidə redaktə edərsiniz. Belədə dil normalarını kobud şəkildə pozmuş olursunuz və sizə onuda xatırladım ki, dil qaydalarının pozulması bloklanmaq üçün əsaslı zəmin yaradır. Mən sizi tanımıram və burada tərəfimdən bloklanan onlarla istifadəçində tanımırdım. Sadəcə onları bir əsas birləşdirdi - Azvikiyə qarşı hörmətsizlik. Sizə hörmətlə:--Baskervill müzakirə 15:19, 15 yanvar 2015 (UTC)
Məhəmməd Əmin Rəsulzadə
redaktəMəhəmməd Əmin Rəsulzadə məqaləsindəki etdiyim dəyişiklikləri niyə əvvəlki halına qaytardın? --N1C4T97 (talk) 12:42, 16 yanvar 2015 (UTC)
- Əvvəlcə sən yox siz. Düşünürəm ki, daha etik bir formada danışmaq məndən çox sizin xeyirinizə olacaq bir məsələdir. Digər bir tərəfdən isə hər hansısa bir məqaləyə yeni biri istifadəçinin kütləvi redaktə etməsi çox zaman problemlərə yol açır. Siz həmin məlumatları hissə-hissə də əlavə edə bilərsiniz. Birdə ki, əfəndi məqalənin tarixcə bölümünə baxmaqla şahidi ola bilərdiniz ki, həmin redaktəni mən sonradan geri qaytardım. Hörmətlə:--Baskervill müzakirə 20:10, 16 yanvar 2015 (UTC)
Rica
redaktəHörmətli həmkar salam. Sizdən bir ricam var-eynən bu müraciəti başqa idarəçilərə də yönəldəcəm: bu şəxsə bir dəfəlik izah edin ki, müzakirəni heç vaxt şəxsi müstəviyə keçirməsin. Bu məqaləni yazıram. Burda yazdı ki, tüstü belə tüstü elə. Yazdım xahişiniz üzrə izahı ayrıca cümlə olaraq məqalədə qeyd edəcəm səbrli olun. Burda alınmadı bunu kənd meydanında müzakirəyə çıxardı. Kənd meydanında uyğun izaha işarə-keçid verildi. Keçdi gürcülərdə ki, kral yoxsa çar məsələsinə. Başladı burdan dəyiş-qaytar. Səhifəyə həmkarımızın iradına uyğun izahı yazdım-Müzakirə:Kartli-Kaxetiya çarlığı. Müzakirəni kafi görməyərək ardınca Kartli k., Kaxeti k. və Kartli-Kaxeti k. səhifələri adındakı krallığı çarlıq olaraq dəyişir. Mən həmkar artıq bezmişəm. Heç bir aşağılama-təhqir istehza yazmadım niyə mənim haqqında kənd meydanında yazılır: "..Kobud və qərəzli təhriflərlə azvikinin anasını ağlatmış İstifadəçi:Asparux Xan Bulqar..." ? Mən hələ görməmişəm ki, başqasını təhqir etməklə onunla dil tapasan. Dəfələrlə yazmışdım ki, qaydalara görə yalnız konkret məsələyə irad bildirmək olar-ancaq mənim bu iradı etdiyim həmkarımız bütün hallarda o cür sözlərlə üstünlük qazandığını təsəvvür edir. Mən anlamıram biz burda yarışırıq ? Bu kin hardandır ?! Sanki səhifəmdə olan məqalə adların qoyur qarşısına və başlayır kritik dəyişikliklərlə məcbur edir onsuz az olan boş vaxtımı nəticəsiz müzakirələrə sərf edim: mən artıq bezdim. Sizdən xahiş edirəm qoşulun və istifadəçiyə izah edin ki, təhqir-qərəz-kin yolverilməzdir. Mənim ziyan vermək kimi niyyətimin nə vaxt şahidi olmusuz ? Bütün hallarda təşəkkür edirəm. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 17:43, 21 yanvar 2015 (UTC)
Sizi çox gözəl anlayıram cənab Asparux Xan Bulqar. Həmin istifadəçi bir idarəçi tərəfindən 7 gün müddətinə bloklandı. Düşünürəm ki, bu müddət kifayət edəcək tüstü və gürcü çarları ilə bağlı olan məsələ barədə düşünməyə.. --Baskervill müzakirə 20:57, 21 yanvar 2015 (UTC)
qarabag - turki
redaktəqarabağ məqaləsindəki düzəlişimi geri almısınız. doğru olduğunu düşünmürəm. məqalə onsuz da çox qeyr-vikipedik və subyektivdir. türk-azəri ən azından təkrarlanmadır, əlavə olaraq bu gün qəbul olunan termin azərbaycan, azərbaycanlı dır nəinki türk-azəri. millətçi mövqeyi əks etdirir. --ArazZeynili (talk) 09:52, 22 yanvar 2015 (UTC)
Qolcomaq
redaktəSalam Əleykum göstərdiyiniz köməyə,dəstəyə və mükafata görə minnətdaram
Zəhmət olmasa Krit dənizi səhifəsinin istiqamətlənmiş versiyası olan Liviya dənizi bölməsini ləğv edin ki, Liviya bölməsini tərtib edə bilim. Hörmətlə Qolcomaq (müzakirə) 14:55, 11 aprel 2015 (UTC)
Laboratoriya
redaktə- Laboratoriyada olan Gülüstan-Bayatı-Şiraz məqaləsini arxivləşdirməyə gecikirsiniz. Zəhmət olmasa nəzərə alın.--Baskervill müzakirə 16:24, 22 yanvar 2015 (UTC)
- Salam Baskervill. Əvvəlki, laboratoriyaya təqdim edilmiş məqalələrə də baxdım, tam olaraq arxivləşdirməylə bağlı nə demək istədiyinizi anlamadım.--Zaur Turan (1994) (Söhbət) 11:09, 23 yanvar 2015 (UTC)
Qars vilayəti
redaktəSalam Hörmətli Asparux Xan Bulqar. Sizi salamlayıram və ümüd edirəm ki, hər şey yaxşıdır. Sizin tərəfinizdən uzun müddətdir ki, üzərində səylə çalıdığınız Qars vilayəti məqaləsini izləyirəm. Məqalə çox gözəl alınır və bu qədər mənbədən istifadə edilməsidə çox gözəldir. Təklif edərdim ki, məqaləni Laboratoriyaya təqdim edərdik və onun seçilmiş olması üçün çalışardıq. Hələ orada bir xeyli məqalə var və bu məqalənin giriş hissəsinin genişləndirilməsi lazımdır. Bir az qatışıq oldu deyəsən :)) Yenədə demək istədiyimi anladığınızı düşünürəm :) --Baskervill müzakirə 17:44, 26 yanvar 2015 (UTC)
- Və əleyküm salam həmkar. Açığı başından niyyətim bu məqalənin seçilmiş məqalə statusu alması üçün çalışmaq idi. Ancaq bu indi gördüyünüz şəkli yaratmaq istədiyimin ən yaxşı halda 20%-idir. Çünki tarix bölümü genişlənməli, inzibati bölgü və yaşayış məntəqələri hazırlanmalı, iqtisadiyyat bölümü işlənməli, soyqırım bölümü işlənməli və müasir dövrlə əlaqəndirən bir izah əlavə edilməlidir. Kitab olaraq istifadə etdiklərimin sayı 70-dir. Hamısını əlavə edəcəm. Yazdığınızı anladım bəli:))) Ancaq məqalə hələ hazır deyil. Təəssüf ki ! Ümid edirəm ki, sonda ki, hazır olacaq üslub düzəlişi üçün yardım edərsiz. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 18:10, 26 yanvar 2015 (UTC)
- Müzakirəm səhifəmdə sonda imzanızı əlavə etmək yaddan çıxıb :) Əlbəttə əlimdən gələni etmək istərdim. Belə bir mövzuda bizdə seçilmiş məqalənini olması yerinə düşərdi. O zaman siz məqalə üzərində işlərinizə davam edin. Ümüd edirəm ki, gələn ayın sonuna kimi proses tam başa çatar və bizdə viki cəmiyyətin müsbət rəyini ala bilərik. Hörmətlə:--Baskervill müzakirə 18:03, 26 yanvar 2015 (UTC)
- Biraz yorğunam bağışlayın. İnşallah görüm bəlkə o vaxta bəlkə bitirdim bəlkə də tez.--Asparux Xan Bulqar (talk) 18:12, 26 yanvar 2015 (UTC)
- Allah bağışlasın. Elə məndə yaman yorulmuşam. Azviki sevgisi bizim sonumuzu gətirməsə yaxşıdır. Uğurlar sizə :)--Baskervill müzakirə 18:17, 26 yanvar 2015 (UTC)
İstək
redaktəSalam. Mohandas Karamçand Qandi məqaləsini tamamladım. Zəhmət olmasa Laboratoriyaya daxil olunmasına kömək ol. Hörmətlə:--Yusif Sərrac (talk) 20:18, 31 yanvar 2015 (UTC)
- Hazırdır. Dərin hörmətlə:--Baskervill müzakirə 20:26, 31 yanvar 2015 (UTC)
İmza
redaktəSalam, hörmətli idarəçi. Mənim imzamın qarşısına qoymadığım şablonu əlavə etməyin [1]. Heç bir prinsipdə elə səs vermək lazımdır yazılmayıb. Sizin də elə xüsusi səlahiyyətiniz yoxdur. Bunu hər hansı yeni istifadəçi etsə təəccüblənməzdim, amma Siz yeni istifadəçilərdən daha təcrübəlisiniz. Uğurlar!
P.S. Bu, ilk hal deyildi.--Emin • ismarış 11:08, 10 fevral 2015 (UTC)
- Hər vəziyyətdə fərqlənmək istəyirsiniz yəni. Zatən qeyri-obyektiv fikirlərinizlə fərqlənirsiniz. Yenədə dediyinizi nəzərə alaram. Hörmətlə:--Baskervill müzakirə 12:45, 10 fevral 2015 (UTC)
- Fərqlənmək istəsəm, çoxdan fərqlənərdim. Qeyri-obyektivlik itdihamınızı qəbul etmirəm. Bunu əsaslandırın, zəhmət olmasa. Sizi müzakirələrdə nəzakətli olmağa çağırıram.--Emin • ismarış 13:32, 10 fevral 2015 (UTC)
- Sizinlə burada uzun-uzadı mənasız müzakirələr aparmaq fikirindən uzağam. Tökülüb qalmış xeyli sayda işlərimiz var burada. Mən qatığa ağ deyəcəm, siz isə qara. Nəzakətə dəvət edirsiz lap gözəl, ancaq ilk öncə sizin və mənsub olduğununuz qrupun etik və nəzakət normalarına əməl etmələrini rica və tələb edirəm. Sizin ki, pambıqla baş kəsməkdir. Daha burada mənasız-mənasız yazıb zamanımı almayın. --Baskervill müzakirə 13:40, 10 fevral 2015 (UTC)
- Sizin əhəmiyyətsiz itdihamınız olmasa, müzakirəyə davam etməzdim. Xeyli sayda işlərinizi daha sürətli görmək üçün imzaların qarşısına lehinə şablonu qoymaqla vaxt itirməyin. Vikipediyanı zənginləşdirmək işində Sizə uğurlar arzu edirəm.--Emin • ismarış 14:19, 10 fevral 2015 (UTC)
- Sizdən başqa hamı lehinə şablonu əlavə edir. Siz bu şablonu əlavə etməməklə nəsə deməkmi istəyirsiniz ? Əlbəttə də deyə bilərsiniz ki, harada yazılıb ki, mütləq lehinə şablonu əlavə edilməlidir. O zaman məndə belə bir sual verim. Harada yazılıb ki, mən sizin müzakirə səhifənizdə öz imzamı əlavə etmədiyim halda siz mənim imzamı öz müzakirə səhifənizə copy-paste edə bilərsiniz ? :)--Baskervill müzakirə 14:21, 10 fevral 2015 (UTC)
- Mən Sizin imzanızın qarşısına əlavə bir şablon, ismarış yerləşdirmirəm. Mənim ismarışıma gələn cavabın və öz mesajımın gələcəkdə təhrif oluna bilmə ehtimalını nəzərə alaraq öz müzakirə səhifəmə yerləşdiririəm. Fikriniz gülməlidir. Siz öz müzakirə səhifənizi arxivləşdirirsiniz, mesajları istifadəçilərin əlavə etmədiyi səhifəyə köçürürsünüz. Səsvermələr arxivləşir, başqa səhifələrə əlavə olunur. Bu, normal vikipediya prosedurudur. Mən fikrimi çatdırdım Sizə. sayını artırmaq üçün başqa redaktələr edin, mənim imzamın qarşısına heç bir şablon əlavə etməyin.--Emin • ismarış 16:05, 10 fevral 2015 (UTC)
Dəvət
redaktəSalam, Azərbaycan məqaləsini ingilis versiyası ilə təkmilləşdirmişəm. Amma mənə məqaləni seçilmiş etmək üçün kömək lazımdır.--Xoncha (talk) 09:37, 12 fevral 2015 (UTC)
- Salam Xoncha xanım. Sizin fəaliyyətiniz maraqla izləyirəm. Onu deyim ki, məqalə indiki vəziyyəti ilə belə seçilmiş olmaq üçün münasib deyil. Məqalədə cəmi 31 istinad mövcuddur ki, buda ingilis dili ilə olan versiyada çox azdır. Digər bir tərəfdən məqalənin daxilində neytallığı pozulmuş bölmələr var. Bütün bu məsələlər öz həllini tapandan sonra biz məqaləni laboratoriyaya daxil edə bilərik. Hörmətlə:--Baskervill müzakirə 09:55, 12 fevral 2015 (UTC)
Şamaxı quberniyası > Bakı quberniyası istiqamətlənməsi
redaktəSalam həmkar. Şamaxı quberniyası (1846-1859-cu illərdə mövcud olub) məqaləsi yaratmaq istəyirəm amma avtoyönlənmə ilə Bakı quberniyası məqaləsinə istiqamətlənmə gedir. Münkünsə bunu ləğv edin. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 12:16, 12 fevral 2015 (UTC)
- Və əleykümə salam. Bəy axı bizdə Şamaxı quberniyası adlı məqalə var və özüdə məqaləyə xarici dil keçidləridə əlavə olunub. Bakı quberniyası məqaləsinin üzərində isə hər hansısa bir istiqamətləndirmə tapa bilmədim. Hörmətlə:--Baskervill müzakirə 15:59, 12 fevral 2015 (UTC)
- Gec cavab yaza bildim. Üzürlü sayın. Müvafiq istiqamətlənməni Kənd meydanında etdiyim ricadan dolayı hörmətli Cekli829 ləğv etdi və nəzər yetirdiyiniz məqaləni uyğun şərait yarandığı üçün başlatdım. Hər halda vaxt ayırdığınız üçün minnətdaram: mən səbr edə bilməmişdim, yoldaşlar kömək etdilər. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 20:24, 12 fevral 2015 (UTC)
Məlumatların silinməsi
redaktəHəmkar salam. Bu şəxs (+ həmin şəxs qeydiyyatsız bu İP-dən daxil olur) mənbəli (əksərən) məlumatları silir. Uyğun tədbiri seçəcəyinizdən əminəm. İndidən təşəkkür edirəm !--Asparux Xan Bulqar (talk) 18:02, 13 fevral 2015 (UTC)
Diyar
redaktəSalam hörmətli həmkar. Mən burda hörmətli İstifadəçi:Keete 37 üçün bir mesaj qoydum: zənn edirəm bugün ümumən viki-yə gəlməyib. Ancaq təklifimin müsbət olduğu zənni ilə sizin də münasibətinizi bilmək istərdim. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 18:36, 14 fevral 2015 (UTC)
- Təklifinizi dəstəklədim əziz Asparux Xan Bulqar. Hörmətlə:--Baskervill müzakirə 18:59, 14 fevral 2015 (UTC)
Kömək
redaktəSalam. Mən futbol şablonun bəzi hissələrini köçürsəmdə nəsə problem çıxır. Mənə kömək edə bilərsiz? Azərbaycan milli futbol komandası --Xoncha (talk) 21:52, 14 fevral 2015 (UTC)
İstifadəçi qutuları
redaktəÜzərində işlədiyim vəziyyətdə məqalələrin silinməsi və ya adının dəyişdirilməsi düzgün deyil. Ağa ən azından bitirim sonra edərdin olmazdımı.--Baskervill müzakirə 20:04, 15 fevral 2015 (UTC)
- Nə ağası? :))) Mən bitirmişəm, sən davam elə ;) --►Cekli829 20:08, 15 fevral 2015 (UTC)
- Sadəcə qutu səhifələrinin üzərində işlədiyim halda bir anda silindiyini gördüm. Düşünürəm ki, bunun hər hansısa texniki məsələ üçün etmisiz. Lütfən bunu izah edin maraqlı gəldi lap. O ki, qaldı Ağa sözünə bu İran tərəfdə işlədilən çox mərifətli bir sözdür bəy. :) Hörmətlə:--Baskervill müzakirə 20:12, 15 fevral 2015 (UTC)
- Ay Baskervill ağa, bu günün işini sabaha qoymaq olmaz. Ona görə də etdiyin texniki səhvləri görən kimi dərhal düzəltmək qərarına gəldim. Bütün düzəlişlərim isə bunlar idi. Hörmətlə, ;) --►Cekli829 20:17, 15 fevral 2015 (UTC)
- Sadəcə qutu səhifələrinin üzərində işlədiyim halda bir anda silindiyini gördüm. Düşünürəm ki, bunun hər hansısa texniki məsələ üçün etmisiz. Lütfən bunu izah edin maraqlı gəldi lap. O ki, qaldı Ağa sözünə bu İran tərəfdə işlədilən çox mərifətli bir sözdür bəy. :) Hörmətlə:--Baskervill müzakirə 20:12, 15 fevral 2015 (UTC)
- İzaha görə təşəkkür edirəm Ağaeyi Cekli829. Bu proses yəgin ki, davam edəcək. Hörmətlə:--Baskervill müzakirə 20:19, 15 fevral 2015 (UTC)
Seçilmiş siyahı
redaktəMən siz dediyiniz prosessləri izlədim, sizcə Azərbaycan hökumət başçılarının siyahısı seçilmiş siyahı edilə bilər?--Xoncha (talk) 13:31, 16 fevral 2015 (UTC)
- Məqalə yaxşı hazırlanıb. Düşünürəm ki, seçilmiş siyahı olması üçün qarşısında bir əngəl yoxdur. Lütfən sözü gedən məqaləni Vikipediya:Laboratoriyaya namizəd siyahısı bölməsinə əlavə edin. Hörmətlə:--Baskervill müzakirə 16:39, 16 fevral 2015 (UTC)
Nə edirsiz ?!
redaktəMən ərəb əlifbalı məqalələri silən zaman lütfən siz bunu etməyin. 100.000 məqalədən düşməmək üçün 6 aydır ki, səy göstəririəm və sizin sayənizdə bu cəht sonunda qırıldı. 2 məqalə sildiniz və məqalələrmiz 99.998 oldu. Məcburən sildiyim 2 məqaləni bərpa edəsi oldum. Lütfən bu prosesə müdaxilə etməyin. Son dərəcə rica edirəm. Hörmətlə:--Baskervill müzakirə 13:30, 17 fevral 2015 (UTC)
- Mən əsasən siz silərkən silinmiş məqaləyə olan xətalı (qırmızı) yönləndirməni silirəm. --Araz Yaquboglu (talk) 13:59, 17 fevral 2015 (UTC)
- Üslüb bəlkə bir az sərt çıxdı :)) Əgər nəsə kobudluq oldusa üzr istəyirəm. Araz bəy bilirəm siz onu etmək istəyirdiniz, ancaq arada deyəsən 2 məqalə də gedib. Nəticədə düz 1 ildən sonra bizim viki 100.000 həddindən aşağı düşüb. İnanıram ki, biz bir daha 100.000 dən aşağı düşməyəcəyik. Hörmətlə:--Baskervill müzakirə 14:05, 17 fevral 2015 (UTC)
- Ola bilər ki, arada 2 məqalə gedə bilər. Olubsa da bilmədən olub. Nəsə bir problem yoxdu. Sizin xətriniz mənim üçün xoşdu. --Araz Yaquboglu (talk) 14:13, 17 fevral 2015 (UTC)
- Üslüb bəlkə bir az sərt çıxdı :)) Əgər nəsə kobudluq oldusa üzr istəyirəm. Araz bəy bilirəm siz onu etmək istəyirdiniz, ancaq arada deyəsən 2 məqalə də gedib. Nəticədə düz 1 ildən sonra bizim viki 100.000 həddindən aşağı düşüb. İnanıram ki, biz bir daha 100.000 dən aşağı düşməyəcəyik. Hörmətlə:--Baskervill müzakirə 14:05, 17 fevral 2015 (UTC)
Azərbaycanın dövlət bayramları və xüsusi günləri
redaktəSalam Baskervill. Sizi Azərbaycanın dövlət bayramları və xüsusi günləri siyahısına görə narahat edirəm. Bu siyahı həm laboratoriyada olanda, həm də seçilmiş siyahı namizəd olanda heç kəs onun status almasına qarşı çıxmayıb. [2] [3] Sadəcə məqalənin lehinə səs vermək hamının yadından çıxıb. Əgər məsləhət bilsəz məqaləni bir də Vikipediya:Seçilmiş siyahı namizədləri səhifəsinə daxil edin. Hörmətlə:--Yuşin (münazirə) 17:16, 21 fevral 2015 (UTC)
Cəmilə Çiçək
redaktəSalam. Bu məqaləni silmisiz. Cəmilə (Çiçək) İsbəndiyarova. Əvvəla xahiş edirəm məqalə siləndə yaxşı olar ki səbəb göstərin. 2-ci də ki məqalə ensiklopedikdir. Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər) qaydasının 5.3-cü bölməsi olan Jurnalistlər bölməsinin 3-cü maddəsinə Ən nüfuzlu peşə mükafatlarına (Pulitser mükafatı, "Qızıl qələm") layiq görülənlər. baxa bilərsiz.--samral müzakirə 19:31, 22 fevral 2015 (UTC)
- Məqalənin ensiklopedik olduğu elə adının yazılış formasından görünür. Tezliklə Azvikidə şəxslərin ensiklopedik dəyəri barədə qanun qəbul ediləndən sonra bu tip məqalələrin hər biri silinəcək. Ona görə də kimsə əziyyət çəkib məqalə yaratmasın. --Baskervill müzakirə 19:33, 22 fevral 2015 (UTC)
- Adı səhvdirsə düzəldin, bu sizə əsas vermir ki, məqaləni siləsiz. Maddə qəbul olunar, uyğun olmaz, silərsiz. Hələ ki uyğundur. Ona görə də zəhmət olmasa məqaləni bərpa edin.--samral müzakirə 19:36, 22 fevral 2015 (UTC)
- Məqaləni bərpa etmək fikirindən uzağam. Bunun səbəbi isə həmin şəxsin bir mənalı şəkildə ensiklopedik dəyərə malik olmamasıdır. Əlbəttə də sizə görə bu belə ola bilər, ancaq təəssüf ki, məqalələrin silinməsinin sizin arşınınız ilə ölcə bilmərik. Bunun üçün bir başqa idarəçiyə müraciət edə bilərsiniz. Məndə bunun əvzində məqalənin silinməsi üçün Azvikidə mövcud olan Silinməyə namizəd məqalələr bölməsinə müraciət edəcəm. Bir növ hər ikimiz bizə tanına hüquqlardan istifadə edəcəyik. Mən burada Azvikinin mövqeyindən çıxış edirəm, sizin kimin mövqeyinizdən çıxış etməyiniz isə hələ ki, mənə bəlli deyil. Hörmətlə:--Baskervill müzakirə 19:40, 22 fevral 2015 (UTC)
- Sizə 100 dəfə demişəm ki, danışığıvıza fikir verin. Görürəm ki, sizə xeyri yoxdur. Sizin kimilər kiminsə mövqeyindən çıxış edər ancaq. Mən maddə ilə bölmə sübut gətirdim. Siz isə həmişək kimi boş kisədən atırsız. Fikrimi əsaslandırdığım mənbəni 1 daha yazım ki, siz və sizin kimi vikipediyada olub vikipediyadan bixəbər olanlar, gözü zəif olanlar bir daha baxsın: Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər) qaydasının 5.3-cü bölməsi olan Jurnalistlər bölməsinin 3-cü maddəsinə Ən nüfuzlu peşə mükafatlarına (Pulitser mükafatı, "Qızıl qələm") layiq görülənlər. Buarada canfəşanlıq edib müdafiə etdiyiniz idarəçidən hələ də xəbər yoxdur ;) Vaxtınız olanda o mövzu ilə də maraqlanın. Həmin vaxt kimin mövqeyini müdafiə edirdiz o istifadəçinin fəaliyyətini deyirəm =D Daha aydın olsun kim kimlərə arxalanır. ;) --samral müzakirə 19:48, 22 fevral 2015 (UTC)
- Məqaləni bərpa etmək fikirindən uzağam. Bunun səbəbi isə həmin şəxsin bir mənalı şəkildə ensiklopedik dəyərə malik olmamasıdır. Əlbəttə də sizə görə bu belə ola bilər, ancaq təəssüf ki, məqalələrin silinməsinin sizin arşınınız ilə ölcə bilmərik. Bunun üçün bir başqa idarəçiyə müraciət edə bilərsiniz. Məndə bunun əvzində məqalənin silinməsi üçün Azvikidə mövcud olan Silinməyə namizəd məqalələr bölməsinə müraciət edəcəm. Bir növ hər ikimiz bizə tanına hüquqlardan istifadə edəcəyik. Mən burada Azvikinin mövqeyindən çıxış edirəm, sizin kimin mövqeyinizdən çıxış etməyiniz isə hələ ki, mənə bəlli deyil. Hörmətlə:--Baskervill müzakirə 19:40, 22 fevral 2015 (UTC)
- Danışıq üslubunuzu dəyişdirməyəcəyiniz halda sizi bloklamaq məcburiyyətində qalacam. Bəlkə də bunu çoxdan etməli idim, ancaq hər səfərində özümün hədəf vəziyyətinə gətirilməsindən bezmişəm. Bu şəxs qeyri-ensiklopedik bir şəxsdir. Əgər əksini düşünür və iddia edirsinizsə o zaman zəhmət olmasa digər idarəçilərə müraciət edin. Müzakirə səhifəmdə facebook sosial şəbəkəsinə xas olan =D işərəsindən istifadə etməyiniz sizin hansı durumda olduğunuzu göstərir. Sizin kimi qeyri-ciddi insanlar mənim həmsöhbətim ola bilməz. Narahat etməsəniz sevinərəm. Hörmətlə:--Baskervill müzakirə 19:52, 22 fevral 2015 (UTC)
- Məni blokla hədələməyin. Necə danışırsınızsa elə də cavabınızı alırsız. Məni bloklamağa qərar versəniz gərək bu qərarı özünüz haqda da verəsiz çünki belə görünür ki, öz əsassız iddialarla dolu danışıq üslubunuzdan xəbərsizsiniz. Məqalə ensiklopedikdir. Bunu siz özünüzdən deyirsiz ensiklopedik deyil, göstərdiyim qayda ensiklopedikdir deyir.--samral müzakirə 21:07, 22 fevral 2015 (UTC)
- Danışıq üslubunuzu dəyişdirməyəcəyiniz halda sizi bloklamaq məcburiyyətində qalacam. Bəlkə də bunu çoxdan etməli idim, ancaq hər səfərində özümün hədəf vəziyyətinə gətirilməsindən bezmişəm. Bu şəxs qeyri-ensiklopedik bir şəxsdir. Əgər əksini düşünür və iddia edirsinizsə o zaman zəhmət olmasa digər idarəçilərə müraciət edin. Müzakirə səhifəmdə facebook sosial şəbəkəsinə xas olan =D işərəsindən istifadə etməyiniz sizin hansı durumda olduğunuzu göstərir. Sizin kimi qeyri-ciddi insanlar mənim həmsöhbətim ola bilməz. Narahat etməsəniz sevinərəm. Hörmətlə:--Baskervill müzakirə 19:52, 22 fevral 2015 (UTC)
- Salam. Vikipediyada məqalə yerləşdirməsəm də günümün çox hissəsi Vikidə keçir, baxıram, oxuyuram, müzakirələri izləyirəm. Çünki yaxın zamanlarda özüm də məqalələr yerləşdirmək fikrindəyəm və ona görə də istifadəşi hesabı açdım. Ancaq idarəçilərin istifadəçilərə münasibəti, dəqiq kriteriyaların müəyyən olunmamasından irəli gələn səhvlər, bloklama və bizim hamımızın bildyimiz bütün digər problemlər bu sahədə müəyyən boşluqların olduğunu ortaya çıxarır. Əsas mübahisə məqalənin ensiklopedik və yaxud qeyri-ensiklopedik olması barədə olur çox zaman. Və burada da hərənin buna öz baxışı var. Sildiyi səhifəni qeyri-ensiklopedik sayan hansısa idarəçi müəllim heç özü onu düz əməlli-başlı izah edə bilmir. Heç bir müsbət imiçi ilə hətta respublikamızda belə yaxşı tanınmayan bir idmançı haqqında yazı ensiklopedik olur, ancaq ölkəmizi dünyaya tanıdann, yüksək fəxri adları, orden və medalları olan bir alim, ziyalı, hansısa iş adamı haqqında yazı qeyri-ensiklopedik sayılır. Hansısa məzmunsuz, özündə elə də böyük mətləbləri ehtiva etməyən, məzmun yükü daşımayan hansısa bir kitab ensiklopedik olur, ancaq məsələn, saraylar ucaldan, unikal layihələr işləyən, dövlət başçısının sərəncamlarıyla ən yüksək fəxri adlar alan, orden və medallarla təltif olunan memarlar, inşaat mühəndisləri haqqında verilən məqalələr onların tikdiyi, yaratdığı evlərdə xumarlanan hansısa ağıllı istifadəçi tərəfindən qeyri-ensiklopedik hesab olunur. Belə olmaz, hörmətli idarəşi bəy. Elə hesab eləmə ki, "əlindən və bir yerindən danışmaqdan başqa bir şey" (sitat sizinkidir) gəlməyənlərdən lap çox bilirsən. Gördüyün o böyük işləri də gözdən salma. Bunu sən bir ağsaqqal ziyalı memar sözü kimi qəbul et. Sən hələ çox cavansan, gələcəyin qabaqdadır. Nənəm mənə kor dedi, gəlib-gedəni vur dedi - belə yaramaz. Çünki, çomağın o biri başı da var... Uğurlar arzusuyla... Ustadlar ustadi1 müzakirə 13:20, 16 avqust 2016 (UTC)
Laboratoriya
redaktəNə baş verdiyini öyrənə bilərəmi.--Baskervill müzakirə 13:51, 24 fevral 2015 (UTC)
- Əlbəttəǃ Həm Vikipediya:Laboratoriya/Böyük Tamara, həm də Vikipediya:Laboratoriya/Aston Villa FK səhifələrində Təkmilləşdirmə və səsvermənin son tarixi 25 fevral 2015 göstərilib. Bu gün isə, 24 fevraldır. Yəqin ki, nə baş verdiyini artıq öyrəndiniz ;) Hörmətlə, --►Cekli829 14:02, 24 fevral 2015 (UTC)
- Səbəbin bu olduğunu təxmin etmişdim. Sadəcə 1 günə görə belə sərt addım atmaq (seçilmiş məqalə namizəd səhifələrinin silinməsinin nəzərdə tuturam) nəsə qəribə gəldi. Sabah onları kim yaradacaq :) Hörmətlə:--Baskervill müzakirə 15:58, 24 fevral 2015 (UTC)
- Sabah yox, ən tez sabahdan sonra - 26-da yaratmaq lazımdır. ;) Bir də bunu diqqətinə çatdırmaq istəyirəm: IP 217.168.185.24. Heç bir günahı olmayan şəxsin azadlığını məhdudlaşdırmaq heç də yaxşı hal deyil ;) Qeyd edim ki, həmin istifadəçinin fəaliyyətində vandalizm halı olmamış, sadəcə vikidili bilmədiyi üçün texniki səhvlər etmişdir. Hörmətlə, --►Cekli829 17:33, 24 fevral 2015 (UTC)
- Səbəbin bu olduğunu təxmin etmişdim. Sadəcə 1 günə görə belə sərt addım atmaq (seçilmiş məqalə namizəd səhifələrinin silinməsinin nəzərdə tuturam) nəsə qəribə gəldi. Sabah onları kim yaradacaq :) Hörmətlə:--Baskervill müzakirə 15:58, 24 fevral 2015 (UTC)
- Bir balaca təsəgənlik etdiyimi qəbul edirəm. Sadəcə hər şeyin daha yaxşı olmasını arzu etmişdim. Vallah düzünü deyim ki, arada bəzi dəyərli yoldaşları blokladığımı hiss edirəm. Səhvimi görən kimi dərhal aradan qaldırıram və ya onların özləri mənə sosial şəbəkə üzərində müraciət edirlər. Sadəcə ortada o qədər çox vandalizm halı var ki, adam sözün əsil mənasında hansı ilə məşğul olacağını bilmir. Bu sahədə idarəçilərin daha fəal olmaları üçün bir müzakirənin keçirilməsi yaxşı olardı. Patrul nəzarəti olmalıdır yoxsa 2 ildən sonra biz vandallarla mübarizədə məğlub olacağıq. Hələlik durumu bərabərə hesab etmək olar. Hörmətlə:--Baskervill müzakirə 18:59, 25 fevral 2015 (UTC)
Arxivləşdirmək
redaktəSalam. Bir iki seçilmiş məqalə və siyahını arxivləşdirməniz lazımdır. İcracı siz olduğunuz üçün sizə müraciət etmək qərarı verdim. Arxivləşdirməli olduğunuz 1 məqalə var. Siyahılar isə 2 (1,2) ədəddir. Hörmətlə:--Baskervill müzakirə 13:46, 24 fevral 2015 (UTC)
- Salam. Xatırlatdığınız üçün təşəkkürlər. Siyahılar Cekli829 tərəfindən arxivləşdirilib. Məqalə də arxivləşdirildi.--Emin • ismarış 11:17, 25 fevral 2015 (UTC)
- Allah razı olsun Cekli829-dan. Diqqət üçün sizə də təşəkkür edirəm. Hörmətlə:--Baskervill müzakirə 18:55, 25 fevral 2015 (UTC)
Erməni ədəbiyyatı
redaktəUzun bir aradan sonra bir daha Salam. Və ümid edirəm ki, hər şey yaxşıdı.
Səni narahat etməyimin səbəbi erməni ədəbiyyatıdı. Bu barədə məlumat yerləşdirmək istəyirəm. Əlimdəki mənbə/ədəbiyyat nisbətən obyektiv olan biri tərəfindən yazılıb, SSRİ dövründə. Amma yenə də bilmirəm, bu barədə məlumat yerləşdirməyim düzgün olar, ya yox. Məsəlçün "Sasonlu David" onların ən "möhtəşəm" dastanlarındandı. Amma dastanın içinə baxdıqda qərəzli mövzular ortaya çıxır. Bizə görə qərəzli, yoxsa dünya bunu belə qəbul edib.. Həmçinin digər yazıçı/şairləri haqqında da (əsasən, millətçilik ideaları ifrat dərəcədə olmayanlar) məqalə yaratmaq istəyirəm. Amma yenə qeyd edirəm, çəkinirəm, birdən problemlər ortaya çıxar. --Yuli asad (talk) 16:56, 2 mart 2015 (UTC)
- Əleykümə salam. Mən sənə bəzi məsələrə görə dəfələrlə email göndərsəm də cavab ala bilmədim. Ümüd edirəm ki, səndə hər şey yaxşıdır. Düzünü deyim erməni mövzusunda əvvəllər çox fəal işləyirdim. Onların diaspora məsələləri barədə geniş məqalələr yazdım. Sonra məqalələrində tərəfli mövqe görüb həvəsdən düşdüm. Əslində bu barədə yazıb-yazmamaq sənin şəxsi işindir. Əgər əlində tərəfsiz mənbə varsa niyədə yox məncə. Hörmətlə:--Baskervill müzakirə 19:43, 2 mart 2015 (UTC)
- Üzr istəyirəm, amma həmin mail artıq uzun müddətdir ki, mənə aid deyil. Hacklanıb. Heç bir maildən xəbərim yoxdur. [email protected] - bu maili işlədirəm, bura yaza bilərsən. Məqalələrə gəldikdə isə, elə bir əsərləri yoxdur ki, (söhbət tanınmış, seçilmiş əsərlərindən gedir) tərəfsiz olsun. Mütləq bir nişanə, ya ərazi bütövlüyünü kobud şəkildə pozacaq ifdələr olur. Ona görə də, sadəcə yazarlar barədə məlumat yazmaq mümkün olacaq, deyəsən. --Yuli asad (talk) 14:58, 3 mart 2015 (UTC)
- Qeyd etdiyin mail ünvanına yazdım. Əslində erməni və gürcü ədəbiyyatı ilə bağlı digər vikilərdə kifayət qədər məqalələr mövcuddur. Hər birinin tərəfli olduğunda demək olmaz. Məsələn erməni əsilli olan İvan Ayvazovski bunlara misal ola bilər. Birdə bu şəxs kimi hələ bizim vikidə yaradılmayan bir necə şəxs daha var. --Baskervill müzakirə 18:18, 3 mart 2015 (UTC)
Vikipediya:Həftənin seçilmiş məqaləsi/11. Həftə 2015 və Vikipediya:Həftənin seçilmiş məqaləsi/27. Həftə 2015
redaktəSalam Baskevill. Tüklü mamont məqaləsi iki həftə ana səhifədə ola bilməz. Xahiş edirəm bunlardan birini birini dəyişdirin.--Yuşin (münazirə) 18:26, 4 mart 2015 (UTC)
- Məlumat üçün təşəkkür edirəm sizə. Düzünü deyim yeni seçilmiş məqalələrin Ana səhifədə daha tez-tez görünməsini arzu edirəm. Sizin məqaləni 27-ci həftə üçün Ana səhifəyə əlavə etməyinizdən xəbərim yox idi. O zaman mən 11-ci həftəni geri qaytarım. Belə bir maraqlı məqalənin daha tez kütləvi görünməsini istəmişdim. :)) Hörmətlə:--Baskervill müzakirə 18:34, 4 mart 2015 (UTC)
- Birdə sizdən bir məsələ barədə məlumat almaq istərdim. Tərəfinizdən təkminləşdirilən Mars planeti və Makedoniyalı İsgəndər məqalələrin istinad bölməsində problemlər var. Bir çox istinad pozulub. Mümkündürsə bu barədə məlumat verərdiniz. Hörmətlə:--Baskervill müzakirə 18:40, 4 mart 2015 (UTC)
- Eyni problem Velosiraptorda da var. Hər üç məqalədə istinadlar "ref name=weishampeletal2004" kimi şəkillərdə verilib. Mən də hələ istinadın özünün olduğu hissələri tərcümə edə bilməmişəm. Məqalələr bitəndən sonra problemlər də düzələcək.--Yuşin (münazirə) 18:55, 4 mart 2015 (UTC)
- Məlumat üçün təşəkkür edirəm. Hörmətlə:--Baskervill müzakirə 08:46, 5 mart 2015 (UTC)
Xəbərlər
redaktəSalam. Hər xırda (lokal və ya ümummilli marağa səbəb olmamış) xəbəri "Xəbərlər" bölməsinə əlavə etmək lazım deyil. Adna adlı fotoqrafın vəfat etməsi Ana Səhifəyə çıxarılası xəbər deyil. Çünki həmin şəxsin özünün ensiklopedik əhəmiyyətli şəxs olub-olmaması müzakirə mövzusudur. Xahiş edirəm, bu cür məsələlərdə şəxsi hisslərdən kənar qalaraq tərəfsiz olmağa çalışın. Hörmətlə --sefer azeri 06:20, 7 mart 2015 (UTC)
- Salam sadəcə cəmiyyətimiz üçün maraqlı ola biləcəyini nəzərə alıb bu məlumatı Xəbərlər bölməsinə əlavə etmişdim. Birdə mənim bu şəxs ilə hər hansısa bir tanışlığım olmayıb. Sadəcə insanların rahat məlumat əldə edə bilməsi üçün barəsində internetdə olan məlumatları sistemləşdirmişəm. Şəxsi hisslərlə məqalə yazanlar mən deyiləm bəy məni başqaları ilə səhv salırsınız. Hörmətlə:--Baskervill müzakirə 09:04, 7 mart 2015 (UTC)
Mənasız istiqamətləndirmələr
redaktəSalam siz demək olar ki, tərəfinizdən yaradılan (və ya yaradılmayan) məqalərin mütləq əksəriyyətinə istiqamətləndirmələr verirsiniz. Bir alimin adını 3-4 formada yazıb onu Azvikiyə əlavə etmək heç də gərək deyil. Sadəcə insanların qarışıq saldıqları hallarda bunu etmək olar. Çünki həmin məqalələr ümumi nəticədə ayrıca bir məqalə kimi görünəcək. Bu hala diqqət etməyi sizdən rica edirəm. Hörmətlə:--Baskervill müzakirə 18:43, 7 mart 2015 (UTC)
- Salam. Mən fikrimcə mənasız istiqamətlənmə etmirəm. Sizə kim deyib ki həmin məqalələr ümumi nəticədə ayrıca bir məqalə kimi görünəcək.?--samral müzakirə 18:47, 7 mart 2015 (UTC)
- Texniki baxımdan belə olmaya bilər, ancaq biz edilən hər bir mənasız istiqamətləndirməni silirik. Sizinci bilirsinizmi nəyə bənzəyir. Almaniya məqaləsi üçün Germaniya adlı istiqamətləndirmə etməyə. Nədən belə provaqativ işlər görürsüz ki :))--Baskervill müzakirə 18:55, 7 mart 2015 (UTC)
- Çəkdiyiniz misal dəxlisiz, işlətdiyiniz mənasız sözü nisbi, provaqativ işlər sözü isə təhqirdir. Gedin özünüzü 1-2 günlük bloklayın.--samral müzakirə 19:02, 7 mart 2015 (UTC)
- Texniki baxımdan belə olmaya bilər, ancaq biz edilən hər bir mənasız istiqamətləndirməni silirik. Sizinci bilirsinizmi nəyə bənzəyir. Almaniya məqaləsi üçün Germaniya adlı istiqamətləndirmə etməyə. Nədən belə provaqativ işlər görürsüz ki :))--Baskervill müzakirə 18:55, 7 mart 2015 (UTC)
- Bəlkə elə sizi bloklayaq ? --Baskervill müzakirə 19:21, 7 mart 2015 (UTC)
- Səbəb ?--samral müzakirə 19:22, 7 mart 2015 (UTC)
- Bəlkə elə sizi bloklayaq ? --Baskervill müzakirə 19:21, 7 mart 2015 (UTC)
- Zəhmət olmasa müzakirədə iştirak edən zaman öz müzakirə səhifənizdə imzanınızı əlavə edin. Səbəbi bloklanan zaman mütləq sizə və viki cəmiyyətə elan ediləcək. Əgər yuxarıda sözü gedən fəaliyyətinizi azaltmasınız bloklanmağınız realdır. Belə bir halın baş verməyəcəyinə inanıram. Hörmətlə:--Baskervill müzakirə 19:26, 7 mart 2015 (UTC)
- Mən imza qoyuram. Ondan bloklayanda danışarsız. Məni bloklamaqla hədələməyin. Fəaliyyətinizdə uğurlar.--samral müzakirə 19:28, 7 mart 2015 (UTC)
- Zəhmət olmasa müzakirədə iştirak edən zaman öz müzakirə səhifənizdə imzanınızı əlavə edin. Səbəbi bloklanan zaman mütləq sizə və viki cəmiyyətə elan ediləcək. Əgər yuxarıda sözü gedən fəaliyyətinizi azaltmasınız bloklanmağınız realdır. Belə bir halın baş verməyəcəyinə inanıram. Hörmətlə:--Baskervill müzakirə 19:26, 7 mart 2015 (UTC)
İstifadəçi səhifəsi ulduzu
redaktəSalam Serkanland. Sənin tərəfindən mənə təqdim edilən İstifadəçi səhifəsi ulduzu mükafatını yeni gördüm. Həmin bölməyə tez-tez baxmıram və bu barədə müzakirə səhifəmdə bir məlumat yox idi deyə bir müddət məlumatsız qalmışam :) Göstərdiyin diqqətə görə sənə təşəkkür edirəm. Belə kreativ bir mükafatın ilk qalibi olmaq doğurdan xoşdur. İstifadəçi səhifəmdə yazılan məlumatlar çoxları tərəfindən bir mənalı qarşılanmayıb. Yəni bir növ vikipediyaya yaraşan üslub hesab etməyiblər. Ancaq mən orada həqiqətdə olanları və ürəyimdən keçənləri yazmışam. Bunu qiymətləndirdiyin üçün isə sənə təşəkkür edirəm. Birdə sizə gördüyünüz işlər üçün Vacib redaktələr mükafatı təqdim etdim. Hörmətlə:--Baskervill müzakirə 10:54, 9 mart 2015 (UTC)
Salam Baskervill. Mən də mükafata görə təşəkkür edirəm. İstifadəçi səhifənizdəki yazı doğurdan da maraqlı idi. Fəaliyyətinizdə uğurlar!--Serk@nl@nd 11:22, 9 mart 2015 (UTC)
Qəhrəman şəhər
redaktəSalam Baskervill. Yeni yaratdığın məqalə və kateqoriyada a hərfini ə hərfi ilə əvəz edərdiz. Mexaniki səhv etmisiz. --Araz Yaquboglu (talk) 12:38, 17 mart 2015 (UTC)
- Diqqətə görə təşşəkkür edirəm cənab Araz Yaquboglu. Deyəsən məsələni həll etdim. Hörmətlə:--Baskervill müzakirə 12:48, 17 mart 2015 (UTC)
Dini mövzular
redaktəSalam. Dini mövzularda olan məqalələr çox zəifdir. Əksəriyyəti ateizm baxışı ilə sovet dövründə yazılmış kitablardan götürülüb. etmək istədiklərim oldu, dəyişiklər silinib. Bunun üçün nə etmək lazımdır? Kimə müraciət edək? Necə redaktə edək?— Bu imzasız yazı Mirmehemmed (müzakirə • fəaliyyət) tərəfindən əlavə edilmişdir. 12:18, 24 mart 2015
Salam. Dini mövzularda məqalənin zəif olmasını bilirəm. Bunu siz özünüzdə redaktə edə bilərsiniz. Sadəcə hər hansısa məqaləni redaktə etməmişdən əvvəl müzakirələrin sonunda öz imzanızı əlavə edin ki, hansı istifadəçinin bizə müraciət etdiyini təyin etmək asant olsun. Dini mövzularda məqalə üzərində işləyəndə ilk öncə tərəfsiz olmaq lazımdır. Mənbələr əlavə etməklə işləməyiniz də bir digər gərəkli olan məsələlərdəndir. Küllü miqdarda məlumat əlavə etməyin gerisi həll olar. Hörmətlə:--Baskervill müzakirə 17:01, 24 mart 2015 (UTC)
Xədicə
redaktəsalam aleykum, bilmək istəyirəm əziyyət çəkib tərcümə edib yazdıgım məqalə niyə silindi? — Bu imzasız yazı Günel Böyükağaqizi (müzakirə • fəaliyyət) tərəfindən əlavə edilmişdir. 16:44, 24 mart 2015
- Əleyküm salam Günel xanım. Zəhmət olmasa müzakirələrdə iştirak edən zaman sonda öz imzanızı əlavə edin ki, mesajın kim tərəfindən göndərildiyini təyin etmək asant olsun. Xədicə məqaləsi dini məzmunlu bir məqalədir və həmin məqalə daxilində kifayət qədər məlumatlar var. Dini məqalələr çox zaman tərəfli yazılır. Bu səbəbdən sizin tərəfinizdən əlavə edilən məlumatları ləğv etməli oldum. Kifayət qədər məlumat olan bir məqaləyə külli miqdarda məlumat əlavə etmişdiniz. Yenə də həmin dəyişikliyi geri qaytarmağa hazıram. Əziyyətinizin yerdə qalmasını istəməzdim. Hörmətlə:--Baskervill müzakirə 16:56, 24 mart 2015 (UTC)
- mən burda təzəyəm deyə çox şeyi bilmirəm üzrlü bilin. düzdü birdən birə çox şey yüklədim ama onların yarısını siləcəkdim düzəlişdə bilsəydim əvvəldə düzəliş edib silərdim. mən sadəcə heçbir xəbərdarlıqsız silinməsinə pis oldum yenə də çox sağolun. qaytarmaq və düzəlişlərə davam etməyə icazəniz var? — Bu imzasız yazı Günel Böyükağaqizi (müzakirə • fəaliyyət) tərəfindən əlavə edilmişdir. 17:01, 24 mart 2015
- Sizi başa düşürəm. İmzanı qoymaq üçün yuxarı sütünda olan üçüncü (mavi rəngli) xananın üzərinə klik etmək kifayətdir. Xədicə məqaləsini mühafizədən kənarlaşırdım və sizin tərəfinizdən əlavə edilən məlumatları bərpa etdim. Ümüd edirəm ki, yaxın zamanlara qədər məqaləni hazır vəziyyətə gətirər və lazımsız bölmələri ləğv edəcəksiniz. Vaxt ayırıb yazdığınız üçün təşəkkürlər. Fəaliyyətinizdə isə bol şans. Hörmətlə:--Baskervill müzakirə 17:06, 24 mart 2015 (UTC)
Regionlaşdırmaya dair
redaktəSalam hörmətli Baskervill. Azərbaycan dilli vikipediyada Talış portalı fəaliyyət göstərir. Bu portalda Talış regionları kimi göstərilmiş səkkiz inzibati rayondan altısı (Lerik, Lənkəran, Masallı, Astara, Yardımlı, Cəlilabad) Lənkəran iqtisadi coğrafi rayonuna aiddir, ikisi (Biləsuvar, Sabirabad inzibati rayonları) isə Aran iqtisadi-coğrafi rayonuna aiddir və Kür-Araz ovalığında yerləşir. Belə ki, Sabirabad və Biləsuvar inzibati rayonları bütün tarixi, coğrafi, iqtisadi-coğrafi qanunauyğunluq nöqteyi-nəzərindən Azərbaycan Respublikasının Aran regionuna və/və ya Aran iqtisadi-coğrafi rayonuna aiddir və onun hər hansı başqa və/və ya digər regiona aid portalda göstərilməsi bütün elmi prinsiplərə ziddir. Yazdıqlarımı nəzərə alaraq sizdən xahişedirəm ki, Biləsuvar və Sabirabad inzibati rayonlarının adlarını bu portaldan çıxarsınız, mənim etdiyim redaktəni geri qaytarmısınız. Ümimiyyətlə bu portalda olan bir çox mübahisəli məqamlar vadır ki, onlara dair heç bir mənbə göstərilməyib və subyektiv fikirləri özündə əks etdirir, bu da enskilopedik qaydalara ziddir. Hörmətlə--Batukalmar (müzakirə) 12:24, 26 mart 2015 (UTC)
Oğuznamə
redaktəSalam. Məncə Oğuznamələr barədə bu qədər məqalələr yaratmağa gərək yoxdur. Çünki digər vikilərdə heç bir məqaləyə rast gəlmədim. Olmazmı ki, mövzuları alt başlıq kimi bir məqalənin daxilində göstərəsiniz? --Baskervill müzakirə 11:13, 26 mart 2015 (UTC)
- Salam. Diqqətinizə görə təşəkkür edirəm. Misilsiz sənət nümunələri olan Oğuznamələr dünyanın əksər kitabxanalrında saxlanılsa da, təəssüf ki, bu günədək geniş təhlil olunmamışdır. Diqqətinizi təkcə bir rəyə cəlb etmək istərdim: Professor K.Vəliyev türk alimlərinin tədqiqatlarını ümumiləşdirərək belə qənaətə gəlir ki, “Oğuznamə - türk xalqının həyatını, mübarizəsini, mənəviyyatını əks etdirən ədəbi-tarixi qaynaqdır. Oğuznamə - oğuz eposudur. Oğuznamə oğuz tarixidir. Oğuznamə - oğuz mədəniyyətinin nəsildən-nəslə keçə-keçə yaşayan həyat kitabıdır”. Məhz bu nöqteyi-nəzərdən mən, Oğuznamələr haqqında məlumat xarakterli ilk məqalələri yerləşdirməklə vikipediya iştirakşılarının diqqətini bu əvəzsiz xəzinəyə cəlb etmək istərdim. Arzu edərdim ki, Siz, Vikipediyanın inkişafında inkaredilməz xidmətləri olan bir şəxs kimi gələcəkdə Oğuznamələrin tədqiqi ilə bağlı müsabiqənin təşkilinə də köməklik göstərəsiniz. Hörmətlə. Rəşid Nurməmmədov (müzakirə) 11:36, 26 mart 2015 (UTC) 15:35 26:03:2015
- Xoş sözlərə görə sizə təşəkkür edirəm. Bu sahədə sizə bir kömək lazım olsa deyərsiniz əlimdən gələni etməyə çalışacam. Hörmətlə:--Baskervill müzakirə 16:32, 26 mart 2015 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam, Mars planeti məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə"yə namizəd olması üçün Vikipediya:Laboratoriya/Mars planeti səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Ərəb əlifbalı məqalələrin kütləvi silinməsi
redaktəSalam. Son 3 gündə 1000-də artıq məqalə silmisiniz. Belə kütləvi silinməyə yol verməməyinizi xahiş edirəm. Hal-hazırda az-vikidəki ümumi məqalə sayı 97 minə yaxınlaşır. Nəzərə alın ki, sildiyiniz məqalələri bot vasitəsilə https://incubator.wikimedia.org/wiki/?axtar=Wp/azb layihəsinə köçürmək Vikipediyaya daha çox fayda verə bilər, nəinki bu məqalələrin ucdantutma silinməsi.--Wertuose (müzakirə) 13:31, 3 aprel 2015 (UTC)
- Əleyküm salam. Ərəb əlifbalı məqalələrin kütləvi silinmə səbəbi Azvikidə anidən 1.200 məqalənin silinməsi oldu. Biz ərəb əlifbalı məqalələri silərkən 100 minlik həddən aşağı düşməməyə çalışırdıq və əgər indi belə bir hədd yoxdursa məqalələrin addım-addım silinməsinə də gərək qalmırdı. Yenədə dediklərinizdə həqiqət görürəm. İnkubator məsələsinə gəlincə isə orada 5.000 dən çox məqalə var və həmin məqalələrin mütləq əksəriyyəti azvikidən transfer edilib. Birdə yadıma gələn qədəri ilə biz də botla işləmək qadağan edilmişdi. --Baskervill müzakirə 15:26, 3 aprel 2015 (UTC)
- Botla yaradılan və 1 şablon cümlədən ibarət ərəb əlifbalı məqalələr silinib (99%-i Cənubi Azərbaycan kəndləri haqqında). Məzmunu olan məqalələri bir-bir inkubatora köçürəcəyik. Amma onların sayını bilmək üçün botla yaradılan bu 1 cümləlik məqalələrin hamısı silinməlidir. Bu işi bot görə bilməz - bot hansı məqalənin məzmunlu, hansının məzmunsuz olduğunu ayırd edə bilmir. Ona görə də məqalələrin bu cür silinməsində problem görmürəm. Tam arıtlayandan sonra da 2-3 idarəçi köməkləşib yerdə qalan məqalələri inkubatora köçürəcəyik, sonra isə buradan siləcəyik. 100 mindən 3, ya 5 min aşağı düşməyin artıq elə bir əhəmiyyəti yoxdur. Bu problem əvvəl-axır həll olunmalıdır. Hörmətlə:--Sortilegus (müzakirə) 11:15, 7 aprel 2015 (UTC)
- Sortilegus, əksinə, bot hansı məqalənin məzmunlu, hansının məzmunsuz olduğunu insandan daha yaxşı ayırd edə bilir. Üstəlik, ərəb-fars əlifbasını bilməyən şəxslərin məqalələri silməsini necə əsaslandırmaq olar?! Botların imkanları çox genişdir və əksər məsələlərdə insandan daha yaxşı qərar verə bilirlər. İnsanın səhv etmək ehtimalı botunkundan artıqdır. Məqalədə neçə simvolun istifadə edildiyini, neçə kilobayt ölçüyə malik olduğunu, hər hansı kateqoriyaya aid olmasını, hansı istifadəçi tərəfindən yaradıldığını, yaxud hər hansı digər parametri əsas tutaraq məqalənin silinməsini avtomatik həyata keçirə bilir.--Wertuose (müzakirə) 12:26, 7 aprel 2015 (UTC)
- Baskervill, 100 minlik həddən aşağı düşməməyə çalışanlar bu həddi özləri üçün müəyyən etmiş ola bilərlər, amma bunun ümumilikdə Vikipediyaya və digər istifadəçilərə aidiyyatı yoxdur. Bu sizin özünüz üçün təyin etdiyiniz qırmızı xətdir. Ümumiyyətlə, məqalələrin silinməsi bütün az-vikiyə mənfi mənada təsir edən məsələdir və bu barədə qərarı istifadəçilər təkbaşına yox, vikicəmiyyət verməli idi.--Wertuose (müzakirə) 12:49, 7 aprel 2015 (UTC)
- Sortilegus, əksinə, bot hansı məqalənin məzmunlu, hansının məzmunsuz olduğunu insandan daha yaxşı ayırd edə bilir. Üstəlik, ərəb-fars əlifbasını bilməyən şəxslərin məqalələri silməsini necə əsaslandırmaq olar?! Botların imkanları çox genişdir və əksər məsələlərdə insandan daha yaxşı qərar verə bilirlər. İnsanın səhv etmək ehtimalı botunkundan artıqdır. Məqalədə neçə simvolun istifadə edildiyini, neçə kilobayt ölçüyə malik olduğunu, hər hansı kateqoriyaya aid olmasını, hansı istifadəçi tərəfindən yaradıldığını, yaxud hər hansı digər parametri əsas tutaraq məqalənin silinməsini avtomatik həyata keçirə bilir.--Wertuose (müzakirə) 12:26, 7 aprel 2015 (UTC)
- Wertuose bəy ərəb əlifbalı məqalələrin silinməsi barədə qərarın tək başına vermədiyimi bilmənizi istərdim. Hətta düşünürəm ki, sizin bu barədə məlumatınız var. Yay aylarında keçirdiyimiz görüş zamanı bu məsələ müzakirə olunmuşdu. Görüşdən sonra mən prosesə başlamışdım. Biz çox düşündük və sonda məlum oldu ki, məqalələrin silinməsindən başqa heç bir carədən söhbət gedə bilməz. 14 min ərəb əlifbalı məqalədən 11 mini silindi və an etibarı ilə geriyə 2.500 məqalə qalıb. Sosial şəbəkə üzərindən təmasa keçdiyimi 7-8 idarəçinin hər biri proses barədə mənə öz razılığını bildirmişdi. Bir sözlə 1 ildən çox davam edən proses zamanı qarşımızda heç kimi əngəl olaraq görmədik. Sizinlə razıyam ki, 14 min məqalənin silinməsi bizi inkişafdan və bəlkə də məhsuldarlıqdan bir balca geri salacaq. Ancaq bu Azviki üzərində olan böyük bir yük idi və həmin yükü mən təmizlədim. Məqalələrin inkubatora köçürülməsi məsələsinə gəlincə isə cənab Sortilegus demək istədiklərimizin hər birini qeyd edib. Sadəcə mən bir məsələni qeyd etmək istərdim. Bizim Azbyə köçürməyi planlaşdırdığımız məqalələrin demək olar ki, mütləq əksəriyyəti köçürülüb Azbdə 5.334 məqalə var və bu da bizə yerdə qalan 2.500 məqalənin silinməsi üçün növbəti yaşıl işıq yandırır. Fikirlərimin bir balaca yekə səsləndiyini hiss edirəm, amma inanın ki, mən əsla Azvikinin pisliyini istəmərəm. Hörmətlə:--Baskervill müzakirə 17:51, 7 aprel 2015 (UTC)
- Fikirlərinizi ətraflı izah etdiyiniz üçün təşəkkürlər. Məni sadəcə məqalə sayının 100 mindən bu qədər aşağı düşməsi narahat edir. Bu, yeni istifadəçilərin həvəsdən düşməsinə səbəb ola bilər.--Wertuose (müzakirə) 04:58, 8 aprel 2015 (UTC)
- Wertuose bəy ərəb əlifbalı məqalələrin silinməsi barədə qərarın tək başına vermədiyimi bilmənizi istərdim. Hətta düşünürəm ki, sizin bu barədə məlumatınız var. Yay aylarında keçirdiyimiz görüş zamanı bu məsələ müzakirə olunmuşdu. Görüşdən sonra mən prosesə başlamışdım. Biz çox düşündük və sonda məlum oldu ki, məqalələrin silinməsindən başqa heç bir carədən söhbət gedə bilməz. 14 min ərəb əlifbalı məqalədən 11 mini silindi və an etibarı ilə geriyə 2.500 məqalə qalıb. Sosial şəbəkə üzərindən təmasa keçdiyimi 7-8 idarəçinin hər biri proses barədə mənə öz razılığını bildirmişdi. Bir sözlə 1 ildən çox davam edən proses zamanı qarşımızda heç kimi əngəl olaraq görmədik. Sizinlə razıyam ki, 14 min məqalənin silinməsi bizi inkişafdan və bəlkə də məhsuldarlıqdan bir balca geri salacaq. Ancaq bu Azviki üzərində olan böyük bir yük idi və həmin yükü mən təmizlədim. Məqalələrin inkubatora köçürülməsi məsələsinə gəlincə isə cənab Sortilegus demək istədiklərimizin hər birini qeyd edib. Sadəcə mən bir məsələni qeyd etmək istərdim. Bizim Azbyə köçürməyi planlaşdırdığımız məqalələrin demək olar ki, mütləq əksəriyyəti köçürülüb Azbdə 5.334 məqalə var və bu da bizə yerdə qalan 2.500 məqalənin silinməsi üçün növbəti yaşıl işıq yandırır. Fikirlərimin bir balaca yekə səsləndiyini hiss edirəm, amma inanın ki, mən əsla Azvikinin pisliyini istəmərəm. Hörmətlə:--Baskervill müzakirə 17:51, 7 aprel 2015 (UTC)
- Mən də sizə təşəkkür edirəm. Sizin narahatçılığınızı gözəl anlayıram. Yeni gələn istifadəçilərin bəzilərində də sualların yarandığını təxmin edirəm. Ancaq Azvikidə son 1 il ərzində fəaliyyət göstərən yeni istifadəçilərimizdə də məsələ barədə məlumat vermişəm və bu barədə sosial şəbəkərə üzərindən 20-25 nəfəri şəxsən məlumatlandırmışam. Bir çoxu məsələnin mahiyyətini dərk edəndən sonra öz dəstəklərini ifadə ediblər. Sadəcə onu demək istərdim ki, prosesin son mərhələləsinə daxil olmuşuq və may ayının 15 nə qədər hər şey tamamlanacaq. Hörmətlə:--Baskervill müzakirə 10:38, 8 aprel 2015 (UTC)
Xahiş
redaktəSalam cənab Baskervill, sizi narahat etdiyimə görə üzr istəyirəm. Mənim narahatlığımın əsas səbəbi cənab Aydın Məmmədovdur. Bu istifadəçi artıq uzun müddətdir ki, bizim hörmətli idarəçilərimizi, xüsusən də cənab Sefer azerini təhqir edir, bunun doğru olmadığını ona konkret şəkildə bildirdikdən sonra isə, o məni də təhqir etməyə başladı. Bura baxın zəhmət olmazsa - [4] Məni "ağanın sifarişi ilə çalışdığımı" deyir - ağa burada cənab Səfər bəyə ünvanlanıb - mən hər bir idarəçini bu cür təhqirlərdən qorumağa hazıram, cənab Səfər bəy isə həmişə mənimlə birlikdə böyük proyektlərdə çalışır, bir-birimizə kömək edirik. Onun məni "iftiraçı", "işverən", "sayaqlamaq", "mədəniyyətsiz" adlandırması - bu hansı normalara sığır axı? Mən onun üçün hansısa bir uşaq deyiləm. Mən özümə hörmət etməyi bacarıram, onu vandal adlandırmışam. Və bu düzdür, çünki o alban kilsəsini rus pravoslav kilsəsinə çevirir, interyerini bəzəyən alban xaçını isə erməni xaçı edir. Yəni mən sizdən artıq dərəcədə xahiş edirəm, yəni əqər mənim bu günə qədər burada fəaliyyətim sizin üçün bir önəm daşıyırsa, mənim hüquqlarımın qorunmasında mənə yardımcı olun. Mən mənə ünvanlanan bu cür sözləri heç bir zaman qəbul edə bilmərəm. Sizə hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 09:57, 9 aprel 2015 (UTC)
- Sizin, qarşı tərəfin ümumiyyətlə, Azvikidə normal fəaliyyət göstərən hər bir şəxsin mənim üçün bir dəyəri var. Məsələ barədə fikrimi Kənd meydanında qeyd edəcəm. Hörmətlə:--Baskervill müzakirə 10:37, 9 aprel 2015 (UTC)
Təklif
redaktəSalam cənab Aydın Məmmədov. Sizinlə bağlı idarəçilərə müraciət və kənd meydanı kimi səhifələrdə aparılan son müzakirələri oxuyuram. Ümüd edirdim ki, siz bir müddətlik belə olsa belə məsələlərdən kənarda dayancaqsınız. Bilmirəm bəlkə də sizdən aslı olan və ya olmayan səbəblərə görə vəziyyət belə gətirdi. Nəsə çox uzatmadan sizə bir təklifimi elan etmək istərdim. Təklifim hər kəsin öz maraq sahələrinə uyğun məqalələrə qarışmaması və müdaxilə etməməsidir. Zatən siz həmin yoldaşlar tərəfindən yaradılan məqalələri nə müzakirə nədə ki, müdaxilə edirsiz. Görünən odur ki, onlar sizinlə əlaqəli olan məqlalərə müdaxilə edirlər. Sadəcə siz də mövcud məqalə barədə əlavə məqalələr yaratmamağa çalışın. Hörmətlə:--Baskervill müzakirə 11:14, 9 aprel 2015 (UTC)
- Hörmətli Baskervill. Mənim vikipediyada işləmək üçün boş vaxtım o qədər azdır ki, heç öz maraq dairəmə aid məqalələri belə düz-ənəlli başlı redaktə edə bilmirəm, nəinki, başqalarının maraq dairəsinə aid məqalələrə müdaxilə etmək imkanım var. Heç kimin yaratdığı məqalə ilə maraqlanmıram, çünki vaxtım yoxdur. Fürsət tapan kimi, bəzən 2-3 gün gecə-gündüz vikipediyada oluram. Əsasən Şəkinin tarixi ilə bağlı məqalələri redaktə edirəm, yorulanda isə istirahət üçün idmanla bağlı məqalələr yaradıram. Məsələn "Futbol üzrə SSRİ çempionatı" məqaləsini yaratdım, bundan sonra isə Futbol üzrə hər SSRİ çempionatı barədə 54 məqalə yaradacağam. Bu mənim üçün yorucu olmayan işdir, cəmi 3 gün ərzində 54 məqaləni yarada bilərəm... Mənim kiminləsə qəsdi-qərəzliyim yoxdur. Özümə aid olmayan heç bir müzakirədə iştirak etmirəm. Buna baxmayaraq, onlar daima məni təhqir edirlər, çalışırlar ki, bu yolla mənim fəaliyyətimə mane olsunlar. Təbii ki, 1 dəfə təhqir edəcəklər, səsimi çıxarmayacağam, 2 dəfə təhqir edəcəklər, böhtan atacaqlar, reaksiya verməyəcəyəm. Amma nə qədər dözümlülük göstərə bilərəm? 3-cü dəfə onları yerlərinə oturtmaq üçün layiqli cavablarını verməyə məcbur olacağam. Onlara isə elə bu lazımdır. Aha bizi təhqir etdi! Təbii ki deməyəcəklər ki niyə belə yazdı? İndi nə edim? Əgər məni təhqir etməkdə, mənə böhtan atmaqda davam edəcəklərsə və bunun qabağını almaq mümkün deyilsə, işimi bilim, şələ-şüləmi yığışdırıb keçim başqa vikipediyaya. Azvikidə normal fəaliyyət göstərmək mümkün deyilsə, burada israrla davam gətirərək əsəblərimi pozmaq mənə lazımdırmı? Təhqirlərə, böhtanlara son qoyacaqlarsa, təbii ki fəaliyyətimi davam etfirəcəyəm və bir qədər də artıracağam. Uzun sözün qısası, siz təklif etsəniz də, etməsəniz də, mənim vikipediyada heç kimlə işim yoxdur və bundan sonra da olmayacaqdır. Mənə aid olmayan, mənim adım çəkilməyən heç bir müzakirədə isə iştirak etmirəm və bundan sonra da iştirak etməyəcəyəm. Başqa sözlə təklifinizi qəbul etmiş kimi olsam da məmbuiyyətlə bir daha qəbul edirəm. -- Hörmətlə, Aydın Məmmədov (talk) 14:46, 9 aprel 2015 (UTC)
- Sizi başa düşürəm və çox təəssüf edirəm ki, hər səfərində belə arzu edilməz bir vəziyyət yaranır. Sizdən bir daha rica edirəm ki, mübahisə mövzusu ola biləcək mövzularada məqalələr yaratmaya və zənginləşdirməyəsiniz. Mənim idarəçi olaraq tək niyyətim hal-hazırda yaranmış gərgin vəziyyəti yumuşaltmaq və prosesdən mümkün bir çıxış yolu əldə etməkdir. Kiminsə bloklanmasını və ya açıq edib buranı tərk etməsini istəməzdim. Mümkün olsa qarşı tərəf ilə kompramis əldə etməyə çalışın. Hər iki tərəf bir-birinə təhqir edici sözlər deyib və düşünürəm ki, qarşılıqlı işədilən qeyri-etik sözləri geri götürmək mümkündür. Hörmətlə:--Baskervill müzakirə 18:48, 9 aprel 2015 (UTC)
english-speaking admin/sysop needed
redaktəHi Baskervill, I need assistance of an admin/sysop in your wiki. You’re an admin, do you speak English? Regards --Schniggendiller (müzakirə) 15:00, 10 aprel 2015 (UTC)
Hi Schniggendiller. I know english but I go to army this summer :( Realy sorry dude..--Baskervill müzakirə 19:29, 13 aprel 2015 (UTC)
Dəvət
redaktəSİZİ DƏVƏT EDİRİK! | ||
Salam Rusların Qafqaz ekspedisiyaları məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə"yə namizəd göstərilməsi üçün Vikipediya:Laboratoriya/Rusların Qafqaz ekspedisiyaları səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik. |
Mükafat
redaktəSalam hörmətli həmkar. LGBT mövzusunda tərəfinizdən yaradılan və zənginləşdirilən məqalələrə görə sizə yeni yaradılmış LGBT ulduzu məqaləsini təqdim etdim. İşlərinizdə və viki fəaliyyətinizdə uğurlar arzu edirəm. Hörmətlə:--Baskervill müzakirə 15:38, 12 aprel 2015 (UTC)
- Cənab Baskervill, mənə verdiyiniz mükafata görə, Sizə öz təşəkkürümü bildirirəm. Mən hazırda Gey prayd məqaləsi üzərində çalışıram və o məqaləni YM statusuna hazırlayıram. Ancaq məqalədə qırmızı keçidlər bir az çoxdur, bu yaxşı vizual görkəm yaratmır; məsələn məlum oldu ki, bizdə "Diskriminasiya", "Cinsi oriyentasiya" və ya "Lobotomiya" kimi mövzulara aid məqalə mövcud deyil, bu çox populyar mövzulardır. Xahişim var, istifadəçilərimizdən birinə xahiş edə bilərsinizmi ki, bu mövzulara dair kimsə məqalə yaratsın və qırmızı keçidlər aradan qaldırılsın. Əvvəlcədən təşəkkür. --Keete 37 (Farid Aliev) (müzakirə) 18:35, 12 aprel 2015 (UTC)
- Mükafatı qəbul etdiyiniz üçün təşəkkür edirəm. Sözü gedən mövzularda məqalələrin olmaması müsbət hal deyil. Bu səbəbdən ən qısa zamanda özüm yaratmağa çalışacma. Hörmətlə:--Baskervill müzakirə 06:27, 13 aprel 2015 (UTC)
Həmçinin bax
redaktəBuradakı mesaja baxın. --Araz Yaquboglu (müzakirə) 18:04, 13 aprel 2015 (UTC)
- Məsələ barədə öz rəyimi yazdım Araz bəy. Düşünürəm ki, siz də nəsə yazsanız yaxşı olardı. Düzü cənublu soydaşlarımızdan daha ciddi arqumentlər gözləyirdim. Hal-hazırda 980 ərəb əlifbalı məqalə qalıb. Prosesin 90% tamamlanlıb və biz bunu etməli idik. Məsələ barədə proses tam başa çatan kimi kənd meydanında geniş bilgilər verəcəyik. Hörmətlə:--Baskervill müzakirə 19:22, 13 aprel 2015 (UTC)
Vandalizm, Yalan
redaktəMerhaba, şu madde https://az.wikipedia.org/wiki/?axtar=Buzlaqqu%C5%9Fu gerçek, doğru değildir, vandalizmdir. --123snake45 (müzakirə) 19:54, 13 aprel 2015 (UTC)
- Neden öyle düşünüyorsunuz?--Baskervill müzakirə 19:55, 13 aprel 2015 (UTC)
- Çünkü buzlaqquşu gerçeğinde penguen (pinqvin) için türetilip önerildiydi. Ancak "birdem, köpyak, sögen, estelik..." gibi birçok yalanlarını vikilere ekleyenlerin yalanlarını sildirdiğim için bu kez buzulkuşu kelimesini her yere ekleyerek veya ekleterek kaynak diye göstermeye çalışıp milleti her zamanki gibi kandırmaya çalıştılar. Ancak buzulkuşu kelimesini vikilerde yutturamayınca bu kez de buzlaqquşu kelimesini yine kendilerinin eklediği/eklettiği siteleri kaynak diye yutturmaya çalışacaklar. http://turkcesivarken.com/yazismalik/viewtopic.php?f=215&t=9801&p=47342&hilit=buzlaq+qu%C5%9Fu#p47342 Buradan da görüldüğü gibi buzlaqquşu aslında pinqvin için düşünüldü. Ancak bazı emek/fikir hırsızları komplo kuruyorlar. Onların sahte, yalan kelimeleri vikilerden silinince kendilerince öç almaya çalışıyorlar. buzlaqquşu kelimesini iyi incelerseniz gerçekte birkaç sahte kaynaklık gösteren/eden siteler dışında ne halkın bildiği ve kabul ettiği ne de resmi sözlüklerinizde öyle bir kelime yok. --123snake45 (müzakirə) 15:07, 14 aprel 2015 (UTC)
AviBase, Observado kimi saytlarda buzlaqquşu sözü Diuca speculifera menasında verilmişdir. --2001:A98:C060:80:4048:CFC1:E1CB:99B6 08:24, 16 aprel 2015 (UTC)
Siz niyə Azerbaycan dilin bilməyən bir şəxsin sözünə baxaraq hərəkət edirsiz? --18:04, 16 aprel 2015 (UTC) 123snake45 sehifeye yazılan menbeleri pozur. 123snake45'in neynemeye çalışdığını görmek üçün bura baxın
Bes bu ne olacaq? [5] Bura da Vikipediya kimi Vikimediyanın qurduğu wikidir.
İngilis dilindeki Vikilüğete ingilis dilindeki vikipediyada meqale kimi yazılan bir şeyi elave etseniz bile eger o söz google kitablarda ve ya google qruplarda yoxdursa pozula biler. Bele veziyyetde ingilis dilindeki vikilüğetde sözün pozulmağının ne dexli var? Hemin quşun müxtelif vikipediyalardakı adlarını ingilis dilindeki vikilüğete elave ede bilmezsiniz. Baxın özüm sınamışam: [6]
- Anonim istifadəçi siz məndən nə istəyirsiniz ? iki gündən bir mənim müzakirə səhifəmə yazıb adamı narahat etməkdə məqsədiniz nədir ? --Baskervill müzakirə 09:53, 19 aprel 2015 (UTC)
- Merhaba, anonim istifadeçi https://az.wikipedia.org/wiki/?axtar=Diuca_speculifera maddesini yine kendi anlamında/manasında değiştirmeye çalışıyor. O maddeyi de anonim istifadeçiden "Vandalizmdən mühafizə" eder misiniz? --123snake45 (müzakirə) 18:03, 27 aprel 2015 (UTC)
- Tamamdır Abi--Baskervill müzakirə 22:14, 27 aprel 2015 (UTC)
- Vandalistler yine bulaşmışlar, lütfen sayfa korunsun. --123snake45 (müzakirə) 14:38, 31 yanvar 2016 (UTC)
- 123snake45, Baskervill şuan askerliyini yapıyor, bu yılın temmuz ayına kadar aktiv değil.--Serka@nl@nd 14:44, 31 yanvar 2016 (UTC)
- Vandalistler yine bulaşmışlar, lütfen sayfa korunsun. --123snake45 (müzakirə) 14:38, 31 yanvar 2016 (UTC)
Silmə ulduzu
redaktəUğurlu fəaliyyətinizə görə silmə ulduzu ilə təltif edildiniz. Təbrik edirəm. --sefer azeri 20:24, 14 aprel 2015 (UTC)
- Ooooo çox təşəkkür edirəm. Bu mükafatı qəbul etmək çox xoşdur. Birdə sefer azeri sizə ərəb əlifbalı məqalələrin silinməsi üçün göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm.--Baskervill müzakirə 20:26, 14 aprel 2015 (UTC)
Kitab üzləri
redaktəSalam. VP:SNM bölməsindəki Kitab üzləri bölməsini qəbul edildi yazıb yekunlaşdırıb və arxivləşdirmisiz [7]. Çox üzür istəyirəm amma mən heç nə anlamadım. Hansı qərar qəbul edildi ? Sefer azeri dedi ki, şəkil saytdan götürülüb. Saytın icazəsini təqdim etdim. Dedi onda commonsa yüklə, Sortilegus da Cekli829-un fikrini öyrənmək istədi ki, belə bir şey mümkündür mü, mən də izah etdim ki, kitab afişaları commonsa yüklənmir. İndi burada qərar ya şəkillərin qaytarılması olmalıdır, ya da qaytarılmamasına qərar verilsə də əsaslandırmalıdır. Baskervill sizdən xahiş edirəm ki, o müzakirəyə bir daha nəzər yetirəsiz.--samral müzakirə 19:12, 17 aprel 2015 (UTC)
- Prosesin üzərindən 14 gündən çox vaxt keçdiyi üçün arxivləşdirməkdən başqa yolum qalmadı. Həmin müzakirə 1 il orada qala bilməz axı əfəndi. Hörmətlə:--Baskervill müzakirə 21:28, 18 aprel 2015 (UTC)
- Mən fikrimi izah edə bilmədim deyəsən. Söhbət niyə arxivləşdirməyinizdən getmir. Əlbəttə ki axır əvvəl bu olmalıdır. Amma söhbət verdiyiniz qeyri-müəyyən qərardan sonra arxivləşirməyinizdən gedir. Xahiş edirəm müzakirəyə diqqətlə nəzər yetirib sonra yenidən qərar verəsiz.--samral müzakirə 21:39, 18 aprel 2015 (UTC)
- Şəkillərin bərpa etməsinə edərəm, ancaq onu ən qısa zamanda bir başqa idarəçinin silməyəcəyi böyük sual altındadır. Sefer azeri optimal bir çıxış yolu təklif edə bilərsənmi ? --Baskervill müzakirə 13:24, 20 aprel 2015 (UTC)
- Başqası silsə mənlikdir. Narahat olmayın. Silə bilməz heç kim. çünki qərar qəbul edilib. Sefer azeri-ni isə bu müzakirəyə dəvət etməyə ehtiyac yoxdu, çünki o özü bilir ki müzakirədə mən şəkillərin qalmalı olduğunu sübut etdim. Sizə indidən təşəkkürlər.--samral müzakirə 14:24, 20 aprel 2015 (UTC)
- Əgər sayt həqiqətən də yayımladığı materialların müəllif hüquqlarına malikdirsə (mən buna şübhə ilə yanaşıram) və həmin materialları azad istifadəyə verirsə, o zaman həmin faylların yüklənməli olduğu yer lokal vikilər yox, commonsdur. Əgər şəkillərin azvikidə saxlanması gərəkdiyini iddia edən istifadəçi müəllif hüququnun məhz sayta məxsus olduğuna inanmırsa, o zaman biz niyə həmin saytın "filter" (commonsda saytlar vasitəsi ilə istifadəçilərin bu cür manipulyasiyası "filter" termini ilə göstərilir) fəaliyyətinə göz yumub müəllif hüquqları azad olmayan şəkillərin azvikiyə yüklənməsinə etiraz etməməliyik?--sefer azeri 17:33, 20 aprel 2015 (UTC)
- Nəysə mən belə başa düşürəm ki, Sefer azerinin mənə qarşı qərəzli fəaliyyəti davam edir. Azvikidə olandan sadəcə onun tərəfindən bloklanmağım, şəkil, məqalə və s.larımın yalnız onun tərəfindən silinməsinin, laboratoriyadakı məqalələrimə qarşı əksər hallarda əleyhinə səs, lab-da olan məqalələrə qeyri-obyektiv əlavələr və s. və i. Gözəl. Türklər demişkən iş başa düşer. Məsələnin 1 həlli qalır. Mən istəmirəm ki, Baskervill kimi özünə görə bir obyektivliyi olan hansısa idarəçi mənə görə başqa bir idarəçi ilə tərs düşsün.--samral müzakirə 18:58, 24 aprel 2015 (UTC)
- Əgər sayt həqiqətən də yayımladığı materialların müəllif hüquqlarına malikdirsə (mən buna şübhə ilə yanaşıram) və həmin materialları azad istifadəyə verirsə, o zaman həmin faylların yüklənməli olduğu yer lokal vikilər yox, commonsdur. Əgər şəkillərin azvikidə saxlanması gərəkdiyini iddia edən istifadəçi müəllif hüququnun məhz sayta məxsus olduğuna inanmırsa, o zaman biz niyə həmin saytın "filter" (commonsda saytlar vasitəsi ilə istifadəçilərin bu cür manipulyasiyası "filter" termini ilə göstərilir) fəaliyyətinə göz yumub müəllif hüquqları azad olmayan şəkillərin azvikiyə yüklənməsinə etiraz etməməliyik?--sefer azeri 17:33, 20 aprel 2015 (UTC)
- Başqası silsə mənlikdir. Narahat olmayın. Silə bilməz heç kim. çünki qərar qəbul edilib. Sefer azeri-ni isə bu müzakirəyə dəvət etməyə ehtiyac yoxdu, çünki o özü bilir ki müzakirədə mən şəkillərin qalmalı olduğunu sübut etdim. Sizə indidən təşəkkürlər.--samral müzakirə 14:24, 20 aprel 2015 (UTC)
- Şəkillərin bərpa etməsinə edərəm, ancaq onu ən qısa zamanda bir başqa idarəçinin silməyəcəyi böyük sual altındadır. Sefer azeri optimal bir çıxış yolu təklif edə bilərsənmi ? --Baskervill müzakirə 13:24, 20 aprel 2015 (UTC)
Nə edirsən
redaktəDoğurdan nə edirsən ? Başqası tərəfindən ünvanlanan bir müraciəti və həmin şəxsin imzasını silmək nə deməkdir ? --Baskervill müzakirə 14:23, 20 aprel 2015 (UTC)
- Salam. Bu 1 mövzu 2 məqalə işinə son qoymağa çalışıram inşəAllah. Və həll edəcəm inşəAllah. Zəhmət olmasa ya Şəki dövləti məqaləsindəki sil şablonunu geri verin, ya da o məqaləni birbaşa silin. İstiqamətlənməsiz. Şəki knyazlığı məqaləsinin tarixçəsi Şəki dövləti məqaləsinin tarixçəsindən daha genişdir. Ona görə də mənə elə gəlir ki, ən yaxşı yol tarixçəsində yalnız Aydın bəyin 3 redaktəsi olduğu Şəki dövləti məqaləsinin silinməsi və ad müzakirəsinin Şəki knyazlığı məqaləsində davam etdirilməsidir.--samral müzakirə 14:32, 20 aprel 2015 (UTC)
Mükafat
redaktəQLOVİM mükafatı | |
Cənab Baskervill! Sizin etiyiniz böyük qlobal işlərə görə (o lazımsız, hər kəsə əziyyət verən ərəb əlifbalı məqalələrin silinməsinə görə), daim obyektiv yanaşmaya görə, mən Sizə özümün QLOVİM mükafatımı təqdim edirəm. Bağışlayın onu bu müzakirə səhifəsində yerləşdirdiyimə görə, sadəcə olaraq Sizin əsas səhifəniz bütün müdaxilələrdən qorunur.
|
Sizə dərin hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 09:17, 22 aprel 2015 (UTC)
- Mükafata görə sizə sonsuz təşəkkürümü ifadə etmək istəyirəm. Çox istərdim ki, siz mükafatı istifadəçi səhifəsinə özünüz əlavə edə bilərdiniz. Sadəcə bəzi şəxslər gündəlik şəkildə istifadəçi səhifəmə təhqirlər yazırlar. Səbəbləri isə nənələri barədə yaradıqları məqalələri silməyimdir :)) Xoş sözlərə və mükafata görə sizə bir daha təşəkkür edir gələcək fəaliyyətimizdə hər birimizə uğurlar arzu edirəm. Hörmətlə:--Baskervill müzakirə 09:23, 22 aprel 2015 (UTC)--Baskervill müzakirə 09:23, 22 aprel 2015 (UTC)
Salam, narahat etdiyim üçün üzr istəyirəm. Neçə vaxtdır ki, laboratoriyaya namizəd siyahısına belə məqalə təqdim etmişdim: Madriddə 3 May 1808. Amma xeyli müddətdir ki, şərh bildirilməyib. Zəhmət olmasa, şərh bildirə bilərsiz?--Serk@nl@nd 10:03, 23 aprel 2015 (UTC)
- Laboratoriyaya təqdim edildi. --►Cekli829 11:09, 23 aprel 2015 (UTC)
- Məqalə yaxşı məqalədir və düşünürəm ki, biz onu laba daxil edərkən gərək bir az gözləyərdik. Hal-hazırda orada böyük sıxlıq yaranıb. --Baskervill müzakirə 11:23, 23 aprel 2015 (UTC)
- Mən düşünmədim. Çünki yaxın vaxtlarda eyni gündə universitetlərlə bağlı 30-40 məqaləni laboratoriyaya təqdim etmək fikrim var. --►Cekli829 11:56, 23 aprel 2015 (UTC)
- Həmin məqalələrin status almasını düzgün hesab etmirəm. Çünki Azviki üçün seçilmiş və ya yaxşı məqalələrin bəlli bir göstəriciləri var. Şəxslərdə hər hansısa bir məqalənin üzərində işləyəndə istər-istəməz həmin məqalələrə nəzər salır baxır ki, görüm orada necədir və məndə ona bənzər bir məqalə yazım. Əgər sözü gedən məqalələriniz Xəzər Universiteti, Bakı Slavyan Universiteti və ya Cənubi Florida Universiteti kimi zəngin məqalələrdirsə o zaman ayrı məsələ. Digər bir tərəfdən 40 məqalənin eyni anda laba salınması xaosa səbəb ola bilər. Hər bir məqalənin üzərində olan şərhlər, müraciətlər və digər onlarla məsələni eyni anda etmək mümkün deyil. Dediklərinizi bir zarafat olaraq qəbul edirəm. Hörmətlə:--Baskervill müzakirə 12:09, 23 aprel 2015 (UTC)
- Universitet məqalələri üzərində işləri planlaşdırdığım vaxtda başa çatdıra bilsəm, onların hər biri ən azı YM səviyyəsində olacaq. Gərək həvəsdən düşməyim. --►Cekli829 12:42, 23 aprel 2015 (UTC)
- Həmin məqalələrin status almasını düzgün hesab etmirəm. Çünki Azviki üçün seçilmiş və ya yaxşı məqalələrin bəlli bir göstəriciləri var. Şəxslərdə hər hansısa bir məqalənin üzərində işləyəndə istər-istəməz həmin məqalələrə nəzər salır baxır ki, görüm orada necədir və məndə ona bənzər bir məqalə yazım. Əgər sözü gedən məqalələriniz Xəzər Universiteti, Bakı Slavyan Universiteti və ya Cənubi Florida Universiteti kimi zəngin məqalələrdirsə o zaman ayrı məsələ. Digər bir tərəfdən 40 məqalənin eyni anda laba salınması xaosa səbəb ola bilər. Hər bir məqalənin üzərində olan şərhlər, müraciətlər və digər onlarla məsələni eyni anda etmək mümkün deyil. Dediklərinizi bir zarafat olaraq qəbul edirəm. Hörmətlə:--Baskervill müzakirə 12:09, 23 aprel 2015 (UTC)
İdarəçilər arasında redaktə böhranı
redaktəSalam cənab idarəçi. Sizinlə (Vikipediya:Ana Səhifə:Xəbərlər/17. Həftə 2015) bölməsi üzərində deyəsən kiçik bir anlaşılmazlıq yaşayırıq. Sizə məsələni sosial şəbəkə üzərindən ətraflı izah etsəmdə görünür sizin üçün bəzi qaranlıq məqamlar yaranıb. Bu səbəbdən məsələni bir daha izah etmək məcburiyyətindəyəm. Xəbərlər bölməsinə 5-6 xəbərdən çox məlumat əlavə edilməməlidir. Bundan daha çox əlavə edilən xəbər Ana səhifənin vizual baxımdan olan görünüşünü pozur. Xəbərlər əsasən lokal yox beynəlxalq əhəmiyyət daşımalıdır. Bütün bunlara baxmayaraq sizin tərəfinizdən əlavə edilən 2 xəbəri silmədim, sadəcə olaraq gələn (18-ci həftə üçün olan bölməyə) əlavə etdim. Siz isə israrla mənim tərəfimdən edilən əlavələri geri qaytarırsınız. Deyəsən mənim də sizin kimi idarəçi olduğumu və burada aşağı-yuxarı eyni texniki imkanlara sahib olduğumuzu unutmusunuz. Ümüd edirəm ki, yuxarıda yazılan məsələlərin hər biri sizə aydın oldun. Sizə hörmətlə:--Baskervill müzakirə 11:28, 25 aprel 2015 (UTC)
- Lokal və ya beynəlxalq əhəmiyyətindən asılı olmayaraq xəbərlər son yaradılan məqalələrdən seçilməlidir. Həm də əlavə etdiyim xəbərlər məhz bu həftəyə, konkret bu günə aiddir. Gələn həftə üçün aktual olmaya bilərlər. Köhnə xəbərləri gələn həftə üçün nəzərdə tutulan səhifəyə yerləşdirmək nə dərəcədə doğrudur? Vizual baxımdan isə mənim monitorumda heç bir problem görünmür. Bunun müxtəlif monitorlarda müxtəlif cür olması normaldır. Hörmətlə, --►Cekli829 11:35, 25 aprel 2015 (UTC)
- Xəbərlər bölməsi online sayt deyil. Biz baş verən hər bir hadisəni ora əlavə edə bilmərik. Bu barədə bir necə dəfə ətraflı şəkildə izahatlar vermişəm. Bir xəbər 2 gün ərzində öz aktuallığını itirirsə onun Azvikinin Ana səhifəsində nə işi var ?! Lütfən bu sualıma konkret formada cavab verin.
Xəbərlər bölməsindən istifadə barədə yaxın günlərdə qanunlar hazırlayacam və o zaman ümüd edirəm ki, belə problemlər baş verməyəcək. Tərəfinizdən əlavə edilən məlumatlar gərəksiz məlumatlardır. Xüsusi ilə ilk əlavə edilən məlumatı qeyd etmək olar. Niyə bu məsələ də bu qədər israr edirsiniz anlamaq olmur. Hörmətlə:--Baskervill müzakirə 11:37, 25 aprel 2015 (UTC)
- Düşünürəm ki, siz bölmənin təyinatı barədə düzgün informasiyaya sahib deyilsiniz. Xəbərlər bölməsinə 10 dənə xəbər əlavə etmək olmaz. Ora xəbərlərin online yayımladığı bir yer deyil. Həmin bölmə ingiliscə vikidə olan eyni adlı bölmə əsasında hazırlanıb. Baxın görün ora maksimum şəkildə necə xəbər əlavə edilir. --Baskervill müzakirə 11:41, 25 aprel 2015 (UTC)
@Baskervill, Say görək neçə xəbər var? Mən deyim, cəmi 6ǃ --►Cekli829 11:43, 25 aprel 2015 (UTC)
@Baskervill, həm də müvafiq layihədə "Son ölümlər" bölməsi olduğu halda bunu əlavə xəbər kimi vermək nə dərəcədə doğrudur? "Qanunlar" hazırlayarkən bunları da mütləq nəzərə al. --►Cekli829 11:48, 25 aprel 2015 (UTC)
- Sizin lokal əhəmiyyət daşıyan xəbərinizi gələn həftəyə əlavə etməklə onun daha çox Ana səhifədə görünməsini istəmişdim. Ancaq düşündüm ki, siz həmin xəbəri bu həftə üçün olan bölməyə əlavə etməklə tamamilə düzgün iş görümsünüz. Belə xəbərlər uzağı 1-2 gün Ana səhifədə görünməlidir. Ona görə də gərəksiz olaraq hesab etdiyim xəbəri 18-ci həftə üçün olan bölmədən çıxardım. Ölümlər barədə olan sualınız isə proses barədə ətraflı məlumatlı olmadığınızı göstərir. Xəbərlər bölməsi ingiliscə vikidə olan eyni adlı bölmənin əsasında yaradılıb və diqqətlə fikir versəniz Recent deaths həmin bölmənin sonunda belə bir hissə var. --Baskervill müzakirə 14:02, 25 aprel 2015 (UTC)
- Proses barədə ətraflı məlumatlı olmasaydım o layihəyə yaxın durmazdım. Sadəcə mənim sualımı düzgün anlamadınız. "Son ölümlər" bölməsinin orada qalmasında heç bir problem yoxdur. Lakin "Son ölümlər" bölməsində adı qeyd olunan şəxsin vəfatı barədə əlavə xəbər vermək nə dərəcədə zəruridir? Məsələn, "Bəstəkar Ramiz Mirişli 81 yaşında Bakı şəhərində vəfat edib" və ya "Nobel mükafatı laureatı, Tənəkə təbili romanı ilə məşhur olan yazıçı Günter Qrass 87 yaşında vəfat edib"; altda isə belə "Son ölümlər: Günter Qrass, Elməddin Əlibəyzadə, Tomas Tranströmer, Kayahan, Nəriman Məmmədov, Hardis Baumanis, Ramiz Mirişli". Belə təkrarlamaları o layihədən yığışdırmaq lazımdır. Amma konkret hadisə ilə bağlı ölümləri isə qeyd etmək olar. Məsələn, bunun kimi "Azərbaycanlı futbolçu Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində etnik zəmində qətlə yetirilib". --►Cekli829 14:11, 25 aprel 2015 (UTC)
- Sözü gedən xəbərləri bölməyə mən əlavə etməmişəm. Bunu bölmə ilə maraqlanan digər idarəçilər ediblər. Əlbəttə də məntiqlə bir şəxsin ölümü barədə xəbəri bölməyə əlavə xəbər kimi yerləşdirmək düzgün deyil. Çünki həmin şəxsin ölümü barədə xəbəri daha öncədə aşağıda göstərilib. Məsələnin digər iki idarəçimizin (Araz Yaquboglu və Sefer azeri) diqqətinə çatdırmaqda fayda var. --Baskervill müzakirə 15:08, 25 aprel 2015 (UTC)
- Həmkarım Baskervill, mən söhbət gedən bölümdə ancaq indiyəcən Son ölümlər olan hissəyə ad əlavə etmişəm. Xəbər bölümünə nəsə əlavə etdiyimi xatırlamıram. --Araz Yaquboglu (müzakirə) 15:20, 25 aprel 2015 (UTC)
- Məlumat üçün təşəkkür edirəm Araz bəy. O zaman Sefer azeri edib :)--Baskervill müzakirə 15:34, 25 aprel 2015 (UTC)
Translating the interface in your language, we need your help
redaktəPlease register on translatewiki.net if you didn't yet and then help complete priority translations (make sure to select your language in the language selector). With a couple hours' work or less, you can make sure that nearly all visitors see the wiki interface fully translated. Nemo 14:06, 26 aprel 2015 (UTC)
Hello Nemo. First time thanks for your information. As soon as I'm planning to work there. --Baskervill müzakirə 19:42, 26 aprel 2015 (UTC)
Sil şablonu
redaktəSalam. Sarı gəlin və Amneziya kimi məqalələr hansı səbəbdən silinməlidir ? Sil şablonu əlavə etdiyiniz məqalələrə zəhmət olmasa diqqət edin.--Baskervill müzakirə 16:01, 28 aprel 2015 (UTC)
- Hörmətli Baskervill sizin bu sualınız çox qəribədir. Çünki mən sil şablonunu qoyanda səbəb göstərmişəm. Boş yerə {{sil|Qeyri-ensiklopedik məqalə}} formasında şablon qoymamışam ki. Adı üstündə qeyri-ensiklopedikdirlər. Deyillərsə buyurun ensiklopedikliklərini isbat edin.--samral müzakirə 17:26, 28 aprel 2015 (UTC)
- Əli Əkbər qətiyyən mənim sevdiyim bir yazar deyil. Bununla yanaşı sizin diqqətinizə bir necə məqamı çatdıracam. Əli Əkbər İsveçrədə yaşayır və bu ölkədə nəşr edilən rus dilli nüfuzlu bir qəzetə müsahibə verib. Kitabları bu günə qədər 10 mindən çox tirajla nəşr edilib. Əsərləri və müəllif tərəfindən yazılan köşə yazıları hər zaman cəmiyyətin intellektual kəsimi tərəfindən müzakirə olunub. Mənə maraqlıdır ki, hər hansısa İran mollası barədə məqalə yaradanda olur ensiklopedik, ancaq İsveçrədə kitab nəşr etdirən bir azərbaycanlı barədə yazanda olur qeyri-ensiklopedik. Bu tələbiniz təpədən, dırnağa qərəzlidir. Hörmətlə:--Baskervill müzakirə 18:35, 28 aprel 2015 (UTC)
- Hər cümləvizdə İran və ya İran mollaları ifadəsi var. Yaman yanıqlısız deyəsən onlardan ))). Sadaladığınız faktların heç biri sil şablonu qoyduğum kitabı ensiklopedik etməz.--samral müzakirə 18:41, 28 aprel 2015 (UTC)
- Əli Əkbər qətiyyən mənim sevdiyim bir yazar deyil. Bununla yanaşı sizin diqqətinizə bir necə məqamı çatdıracam. Əli Əkbər İsveçrədə yaşayır və bu ölkədə nəşr edilən rus dilli nüfuzlu bir qəzetə müsahibə verib. Kitabları bu günə qədər 10 mindən çox tirajla nəşr edilib. Əsərləri və müəllif tərəfindən yazılan köşə yazıları hər zaman cəmiyyətin intellektual kəsimi tərəfindən müzakirə olunub. Mənə maraqlıdır ki, hər hansısa İran mollası barədə məqalə yaradanda olur ensiklopedik, ancaq İsveçrədə kitab nəşr etdirən bir azərbaycanlı barədə yazanda olur qeyri-ensiklopedik. Bu tələbiniz təpədən, dırnağa qərəzlidir. Hörmətlə:--Baskervill müzakirə 18:35, 28 aprel 2015 (UTC)
- Hörmətli istifadəçi, "Vikipediya:Təhqir, təhdid və aqressiyaya yol verilməməlidir" qaydalarının "İstifadəçilərə hücum və ya onların şəxsiyyətlərinin alçaldılması", "Vikipediya:İdarəçilərin fəaliyyəti" qaydalarının "Vikipediya istifadəçilərinə münasibət" maddələrinin tələblərini kobud surətdə pozduğunuz üçün "Vikipediya:Bloklama qaydaları"nın "Bloklanma səbəbləri" maddəsinin 4-cü bəndini əsas tutaraq, sizi (Samral) 1 həftəlik blokladım. Mən sizin şəxsiyyətiniz barədə heç bir söz demədim. Təəssüf ki, siz bir idarəçi olaraq mənə qarşı eyni addımı atmadınız. Bu səbəbdən sizi 1 həftəlik bloklamaq məcburiyyətində qaldım. Əgər sözlərinizə sərhəd qoymasanız blok müddətiniz daha uzun müddətli olacaq. Hörmətlə:--Baskervill müzakirə 18:45, 28 aprel 2015 (UTC)
"Vikibağlılıq" nişanı
redaktəSalam bəy. Sizə "Vikibağlılıq" nişanı adlı bir mükafat təqdim etdim. Bilirsinizmi bölməsi üzərində sistemli şəkildə işləməniz şəxsən məni çox sevindirir. Əvvəllər (hardasa 1-2 il bundan əvvəl) həmin bölməyə demək olar ki, tək başına baxmaq məcburiyyətində qalmışdım. Məlumtların çoxusu 3-4 aydan bir təkrarlanırdı və bu işi öz üzərinə götürəcək bir nəfərə ehtiyac vardı. Nə yaxşı ki, həmin şəxsin gəlişi özünü çox gözlətmədi. Bilirsinizmi bölməsinin əmin əllərdə olduğunu biləndən sonra bütün fikirimi rahat şəkildə Xəbərlər bölməsinə yönəldə bilirəm. Bütün zəhmətinizə görə bir daha təşəkkürlər və işlərinizdə uğurlar arzu edirəm. Hörmətlə:--Baskervill müzakirə 11:46, 3 may 2015 (UTC)
- Salam. Təşəkkür edirəm. Hörmətlə: --Zaur Turan (1994) (Söhbət) 11:51, 3 may 2015 (UTC)
MediaWiki:Common.js
redaktəSalam. Qeyd etdiyim vikipediya bölməsinə bəzi məlumatlar əlavə olunmalıdır. Bunu bacararsınız? Yalnız idarəçilər edə bilər --Zaur Turan (1994) (Söhbət) 19:21, 4 may 2015 (UTC)
Dəvət
redaktəDƏVƏTNAMƏ | ||
Salam! Sizi İvan Qroznı və oğlu İvan 16 noyabr 1581-ci ildə məqaləsinin "Yaxşı məqalə" və ya "Seçilmiş məqalə "statusu alması üçün Vikipediya:Laboratoriya/İvan Qroznı və oğlu İvan 16 noyabr 1581-ci ildə səhifəsində keçirilən səsvermələrə dəvət edirəm. |
Silinməli məqalələrim
redaktəSalam, vikipediyadakı ilk günlərimdə təcrübəsizlik üzündən bəzi qeyri-ensiklopedik məqalələr yaratmışam. Silinməsini təklif edirəm: Qeyri-rəsmi ölçü vahidləri, İlk Bakı klubları, Kral Leo.--Serk@nl@nd 07:05, 7 may 2015 (UTC)
- Hazır--Baskervill müzakirə 07:17, 7 may 2015 (UTC)
- Təşəkkür--Serk@nl@nd 07:20, 7 may 2015 (UTC)
Salam eziz Baskervill!
redaktəSalam eziz Baskervill! Sizden bir sey isteyecem.... Deye bilersinizmi ki, men niye vandalizime gore bloklanmisdim? Menim vandalizimle ne elaqem var ki? --Celil memmedquluzade
- Baskervill, salam. Bloklamazdan əvvəl xəbərdarlıq etmək lazım idi. Bu istifadəçi vandal deyil, Vikipediya qaydalarından xəbəri olmadığına görə məqalədə düzəliş etmək əvəzinə göz çıxarıb :) Hörmətli istifadəçiyə isə bildirmək istəyirəm ki, məqalədə düzəlişlər etibarlı mənbələrə istinad göstərməklə, Azərbaycan dilində, orfoqrafik səhflər buraxılmadan yazılmalıdır.--İrada (müzakirə) 11:21, 8 may 2015 (UTC)
- Mən sizi başa düşürəm hörmətli Celil memmedquluzade. Siz qaydalara uyğun şəkildə fəaliyyət göstərmədiyiniz üçün bloklanmısınız və məncə əsas olan odur ki, sizi blokunuz indi açılıb. Belə başa düşürəm ki, siz mobil telefondan məqalələr yazmağa cəht edirsiniz. Mən də bir necə dəfə bu üsulu yoxlasamda baş tutmaşdı. Mobil telefonda Azərbaycan dili üçün şriftlər olmadığından oradan girib məqalə yazmaq demək olar ki, mümkün deyil. Zəhmət olmasa müzakirə apararkən və ya məqalələr yazarkən Ə, Ü və ya Ğ kimi hərflərin yazılmasına xüsusi diqqət yetirin. Yeni istifadəçi olduğunuzu dərk edirəm və sizə bir idarəçi kimi əlimdən gələn köməkliyi göstərməyə hazıram, bunun əvəzində isə siz də bizə müəyyən qədər köməklik etməlinsiniz. Yeni istifadəçilərə kömək və Tez-tez soruşulan suallar səhifələrinə baxmaqla sizə qaranlıq qalan bir çox suala aydınlıq gətirməyiniz mümkündür. Hörmətlə:--Baskervill müzakirə 18:54, 8 may 2015 (UTC)
Mükafat və ..
redaktəSalam hörmətli Qolcomaq. Son dövrlərdə tərəfinizdən yaradılan məqalələrdə nəzərə çarpan dərəcədə inkişaf var. Sizə deyilən iradları qəbul edib onlara əməl etdiyiniz üçün ilk öncə təşəkkür etmək istəyirəm. Sizə məqalə inkubatoru mükafatı təqdim etdim ki, bu mükafat bir-birindən maraqlı məqalələr yaradan şəxslərə verilir. Bir də bir məsələni qeyd edim. Yaratdığınız Kaliforniya Respublikası məqaləsində ABŞ barədə olan keçidləri ABŞdan formasında vermisiniz. Bu düzgün şəkil deyil. ABŞ-dan və ya Amerika Birləşmiş Ştatlarından olaraq istifadə etməniz rica olunur. Birdə cümələr qurarkən bir az daha ensiklopedik olmağa səy göstərsəniz hər şey möhtəşəm olacaq. Bütün dəyərli fəaliyyətiniz üçün təşəkkürlər və işlərinizdə uğurlar. Sizə hörmətlə:--Baskervill müzakirə 08:17, 12 may 2015 (UTC)
- 5 dəqiqə fərqlə üçüncü bir mükafatı idarəçimiz Araz bəydən aldınız. Bu münasibətlə də sizi təbrik edirəm :)--Baskervill müzakirə 08:37, 12 may 2015 (UTC)
- Mükafatınıza görə sizə təşəkkür edirəm. İradları nəzərə almağa çalışaram. Hörmətlə Qolcomaq (müzakirə) 10:16, 12 may 2015 (UTC)
- Hər zaman kömək etməyə hazıram. Hörmətlə:--Baskervill müzakirə 14:35, 12 may 2015 (UTC)
Səhifənin bərpası üçün
redaktəSalam hörmətli Baskervill Xahiş edirəm 19 yanvar 2015-ci il saat 19-00-da pozduğunuz bu səhifəni redaktə etmək üçün bərpa edin. Mən bərpa etməyi bacarmıram. [[8]]. Hörmətlə, Skith
Siyahı
redaktəSalam! Ana səhifədə Seçilmiş siyahı bölməsindəki məqalə hansı müddətdən bir dəyişdirilir? Çünki uzun müddətdir ki, ABŞ milli parkları Ana səhifədir. Bir də Ana səhifənin xəbərlər bölməsində yanğında ölənlərin sayı 14 yox, 15 olmalıdır.[9]--Serk@nl@nd 10:27, 21 may 2015 (UTC)
- Mən də Serkanlandın fikrini bəyənirəm. Seçilmiş siyahı bölümü yenilənsə, yaxşı olar. --Zaur Turan (1994) (Müzakirə) 19:57, 11 iyun 2015 (UTC)
- Salam dostlar. Üzürlü hesab edin ki, sizlərin müraciətinə tez cavab verə bilmədim. Bu gün Ana səhifədə olan Xəbərlər, Bilirsinizmi və Tarixdə bu gün kimi bölmələr avtomatik yenilənir. Təəssüf ki, seçilmiş siyahı üçün hal-hazırda belə bir imkan yoxdur. Bunun bir digər səbəbi Azvikidə cəmi 15 seçilmiş siyahının olmasıdır. 15 siyahının hər biri belə Ana səhifəyə çıxarılacaq durumda deyil. İndiki halda siz hansı mövcud məqalənin hansı ilə əvəzlənməli olduğunu düşünürsüz ? (Serkanland və Zaur Turan(1994))--Baskervill müzakirə 19:42, 16 iyun 2015 (UTC)
- Məncə hələlik cəmi 15 seçilmiş siyahı olduğundan bu bölməni Ana səhifədən çıxarıb əvəzinə başqa bölmə açmaq olar. Məsələn, hər həftə 1 yaxşı məqalə göstərilə bilər. Məsələn, ispanca Vikipediyanın Ana səhifəsi kimi, başqırdca Vikipediyanın Ana səhifəsi kimi, belarusca Vikipediyanın Ana səhifəsi kimi Türkçə Vikipediyada hətta statusu olmayan 2 məqalə "Günün maddeleri" başlığı ilə Ana səhifəyə yerləşdirilir. Mən 1-ci varianta üstünlük verərdim. --Serk@nl@nd 20:14, 16 iyun 2015 (UTC)
- Əslində mən bu barədə bir necə dəfə təklif irəli sürmüşdüm. Həmin zaman yaxşı məqalələrin sayının az olması məsələnin həll edilməməsi ilə nəticələnmişdi. Cənab Serkanland mən sizə dəstək olmağa hazıram. Zəhmət olmasa bu barədə Kənd meydanında bir müzakirə başladın. Viki cəmiyyətin ümumi razılığı əldə edildikdən sonra isə yerdə qalan məsələləri mən həll etməyə çalışaram. Hörmətlə:--Baskervill müzakirə 10:16, 17 iyun 2015 (UTC)
Dəvət
redaktəDƏVƏTNAMƏ | ||
Salam! Sizi Madriddə 3 may 1808 məqaləsinin "Yaxşı məqalə" statusu alması üçün Vikipediya:Yaxşı məqalə namizədləri/Madriddə 3 may 1808 səhifəsində keçirilən səsverməyə dəvət edirəm. |
Hörmətlə, --Serk@nl@nd 09:17, 26 may 2015 (UTC)
QARABAĞ FK
redaktəSalam cənab.
Mən "Qarabağ" Futbol Klubunda çalışıram və klubumuzun WIKIPEDIA səhifəsindəki edilən dəyişikliklərə görə Rəhbərliyimiz qarşısında birbaşa məsuliyyət daşıyıram. Zəhmət olmasa tərəfimizdən edilən düzəlişlərə müdaxilə etməyin.
Məsələ ilə bağlı hər hansı bir sual yaranarsa və ya fikrinizi bildirmək istəsəniz aşağıda qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz.
012 - 452 - 13 - 45 — Bu imzasız yazı Javid 1994 (müzakirə • fəaliyyət) tərəfindən əlavə edilmişdir. 12:04, 27 may 2015
- Əvvəla zəhmət olmasa tərəfinizdən əlavə edilən müraciətlərin sonunda mütləq imzanınızı əlavə edin ki, yazının kim tərəfindən yazdıldığını müəyyənləşdirmək asant olsun. Sizin sualınzıa gəlincə isə sizin Qarabağ FK-da çalışmağınıza sevindim. Sözügedən məqalə Azvinin seçilmiş məqalələrindən biridir. Seçilmiş məqalələr isə digər məqalələrə nəzərən daha çox qorunur. Yəni sizin klubda çalışmağınız klubun səhifəsinə istənilən əlavəni etmək hüququnu vermir. Ümüd edirəm ki, bütün əlavələriniz qaydalar çərçivəsində olacaq. Əgər nəsə çətinlik və ya problem olarsa mənə müraciət edə bilərsiniz. Hörmətlə:--Baskervill müzakirə 02:09, 29 may 2015 (UTC)
Dil keçidləri
redaktəSalam Baskervill. Xahiş edirəm məqalələrin statusunu müəyyən etdikdən sonra keçidlərin redaktəsi bölməsinə daxil olaraq uyğun statusu qeyd edin ki, yaxşı və ya seçilmiş məqalə olduğunu bildirən işarə görünsün. Məsələn, mən Müqəddəs Vit kilsəsi məqaləsində uyğun redaktəni etdim. Hörmətlə:--Zaur Turan (1994) (Müzakirə) 19:05, 18 iyun 2015 (UTC)
- Sizi tam olaraq başa düşmədim. Məgər keçidlərin redaktəsi bölməsində məqalənin statusunu göstərmək olur ki ? Əgər olursa Müqəddəs Vit kilsəsi məqaləsinin rus dilində olan versiyasına baxanda Azvikidəki keçid boş görünür..--Baskervill müzakirə 19:11, 18 iyun 2015 (UTC)
- Bəli bütün məqalələrin statusu keçidlərin redaktəsi hissəsində qeyd edildikdən sonra uyğun işarə görünür. İndi yoxlasanız görəcəksiniz. Hörmətlə: --Zaur Turan (1994) (Müzakirə) 19:18, 18 iyun 2015 (UTC)
Blok
redaktəSalam. Eminli Atilla e-mail vasitəsilə mənə müraciət edib. Müraciətinə əsasən bloklama qeydlərinə nəzər saldıqda gördüm ki, onu "vandalizm" səbəbilə 6 ay müddətinə bloklamısınız. Lakin onun fəaliyyətində heç bir vandalizm faktını olmayıb. Əgər bunu nəzərdə tutursunuzsa, bu sadəcə mobil redaktələr zamanı yarana bilən texniki səhvlərdən biridir. Buna görə istifadəçini 6 ay müddətinə bloklamaq ədalətsizlikdir. Xahiş edirəm ki, hərbi xidmətdən sonra belə məsələlərdə mümkün qədər diqqətli olun. Eydiyiniz səhvi düzəltmək məqsədilə onun blokunu açıram. Hörmətlə, --►Cekli829 09:24, 4 iyul 2015 (UTC)
Salam. Eminli Atillanın bloklanması heç də səbəbsiz yerə baş verməyib. Şəxs tərəfindən edilə bu və bu redaktələrə baxmağınız sözügedən adamın vandal fəaliyyətlə məşğul olduğunu sübut edir. Bir də buna baxın. Yəni mən heç kimi səbəbsiz yerə bloklamıram. Bundan əlavə sizin mənim razılığım olmadan blok müddətini ləğv etməyiniz səhv addımdır. Unutmayın ki, sizin kimi məndə idarəçi səlahiyyətlərinə sahibəm. 6 ayın ağır olduğunu nəzərə alıb, blok müddətini 1 ayla əvəz etdim. Hörmətlə:--Baskervill müzakirə 19:47, 4 iyul 2015 (UTC)
- Bəli, hətta mənim də istifadəçi müzakirəmdə belə bir dəyişiklik edib. Fəaliyyətindən də görünür ki, bu istifadəçi yeni istifadəçidir. Ona görə də etdiyi dəyişiklikləri vandallıq adlandırmazdım. Belə istifadəçilərə sadəcə doğru yolu göstərmək lazımdır. Etdiyi dəyişikliyin üstündən 2 ay keçdikdən sonra onu 6 ay müddətinə bloklamaq heç də ədalətli deyil. Hörmətlə, --►Cekli829 07:50, 5 iyul 2015 (UTC)
Teksel adası
redaktə- Salam. Zəhmət olmasa Teksel adası adlı məqalədə koordinatların xəritə üzərində göstərilməsində mənə köməklik edin. Hörmətlə:--Baskervill müzakirə 21:04, 5 iyul 2015 (UTC)
- Həll etdim. [10] "W" yox, "E" olmalı idi.--Serk@nl@nd 21:08, 5 iyul 2015 (UTC)
- Təşəkkür edirəm bəy. Gecə-gecə narahat etmək istəməzdim. Deyəsən sizin də yuxunuz gəlmir :)--Baskervill müzakirə 21:09, 5 iyul 2015 (UTC)
- Zarafatsız, mənim yuxu ilə əlaqədar problemim var. Səhərə qədər yata bilmirəm. --Serk@nl@nd 21:12, 5 iyul 2015 (UTC)
- Bu baxımdan siz tək deyilsiniz. Şükür ki, mən bir necə günə əsil rejmin hakim olduğu bir yerə gedirəm. Sizə məsləhətim isə odur ki, çalışın yuxu saatlarınızı təmzimləyin. Əks halda göz, mədə, ürək və digər sahələrədə ciddi problemlərlər baş verəcək. Hörmətlə:--Baskervill müzakirə 21:22, 5 iyul 2015 (UTC)
Amerika Kuboku 2015
redaktəSalam Baskervill. Zəhmət olmasa, Ana səhifənin xəbərlər bölməsində keçidi Amerika kubokuna yox, qeyd etdiyim məqaləyə verin. Hörmətlə: --Zaur Turan (1994) (Müzakirə) 11:51, 6 iyul 2015 (UTC)
- Xəbərdarlıq üçün təşəkkür edirəm. Hörmətlə:--Baskervill müzakirə 21:41, 9 iyul 2015 (UTC)
Silinmə
redaktəSalam həmkar. Etirazınız yoxdursa bu məqaləni (Dağlıq Qarabağın tarixi (1918-1923)) bərpa edək və adını dəyişək. İstifadəçilərin çox qismi ad dəyişməni istəmişdilər. --Araz Yaquboglu (müzakirə) 04:29, 13 iyul 2015 (UTC)
- Salam bəy. Orada vəziyyət yaman qarışıq idi deyə deyəsən düzgün qərar verməmişəm. Necə məsləhətdirsə elə də edin.--Baskervill müzakirə 22:59, 16 iyul 2015 (UTC)
Bilirsinizmi bölməsi
redaktəSalam cənab Zaur Turan(1994). Mən sizi bilirsinimzi bölməsi ilə bağlı narahat edirəm. Məlum olduğu kimi bölmə üçün yeni bıraxılışların hazırlanması işi ilə siz məşğul olursunuz və elə bu səbəbdən sizə yazmaq qərarına gəldim. Dünən Bilirsinizmi bölməsi yenilənən zaman yeni mövzu olmadığı üçün köhnələrdən birini əlavə etdim ki, bölmə boş qalmasın. Başa düşürəm ki, sizin də gündəlik işləriniz var və elə olur ki, bölmə üçün yeni bıraxılışlar hazırlaya bilmirsiniz. Təəssüf ki, sizdə idarəçilik funksiyası yoxdur ki, Ana səhifəyə müdaxilə edib yeni bıraxılış olanda onu köhnəsi ilə əvəzləyə biləsiniz. Dediyim odur ki, sizin tərəfinizdən hazırlanan yeni bıraxılışlara Azvikinin çox ehtiyacı var. Gələcəkdə zamanınız olsa buna xüsusi diqqət edin. Yeni həftə daxil olmadan hazırladığınız bıraxılışı növbəti həftə üçün əlavə etmənizi sizdən rica edəcəkdim. Son 4-5 ayda bir çox şəxs tərəfinizdən Azvikinin zənginləşməsi barədə şərhlər alıram. İnanıram ki, həmin fikirlərdə Bilirsinizmi bölməsində yaşanan inkişafında özünəməxsus rolu var. Sizə hörmətlə:--Baskervill müzakirə 23:48, 13 iyul 2015 (UTC)
- Salam Baskervill. Sizi çox yaxşı başa düşürəm. Hal-hazırda vaxtım az olduğuna görə vikipediyada az oluram. Amma çalışaram, bilirsinizmi bölməsini diqqətdə saxlayım. Hörmətlə: Zaur Turan (1994) (Müzakirə) 16:13, 14 iyul 2015 (UTC)
- Dəstək və anlayış üçün təşəkkür edirəm. Hörmətlə:--Baskervill müzakirə 23:01, 16 iyul 2015 (UTC)
|
Yeni-yeni məqalələr arzusu ilə:
--Araz Yaquboglu (müzakirə) 09:36, 17 iyul 2015 (UTC)
- Bayram təbrikinə görə sizə təşəkkür edirəm Araz Yaquboglu. Məndə sizin və digər vikipediyaçıların Ramazan bayramını təbrik edirəm. Uğurlar hər birimiz üçün olsun.--Baskervill müzakirə 01:25, 18 iyul 2015 (UTC)
Xalq komandası
redaktəSalam admin. Siz Neftçi PFK və Qarabağ FK səhifələrini mühafizə etmisiniz. Çox gözəl etmisiniz. Çünki səhifələrə xüsusən Neftçi PFK səhifəsinə son günlər çox hücumlar edilirdi. Gördüyüm qədəri ilə Neftçi PFK səhifəsini əvvəlki versiyaya qaytarmısınız və hər şey qaydasında kimi görünür. Amma Qarabağ FK səhifəsində bir səhvlik var. Odakı kiminsə klubun ləqəblərinə "xalq komandası" sözünü calamasıdır. Bu ləqəb ölkəmizdə yalnız və yalnız Neftçi PFK komandasına məxsusdur və sizdən xaiş edirəmki Qarabağ FK səhifəsində bu ləqəbi siləsiniz. Əvvəlcədən təşəkkürlər.--☜❶☞Cavid Süleymanlı (müzakirə)☜❶☞ 09:42, 17 iyul 2015 (UTC)
- Salam. Qarabağ FK səhifəsində yazılan xalq komandası sözünü ləğv etdim. Həmin ləqəbin Neftçi PFK aid olduğunu bilirəm. Avrokubok oyunları zamanı klubların səhifələrinin vandal hücumuna məruz qalması artıq ənənəvi hal alıb.--Baskervill müzakirə 01:27, 18 iyul 2015 (UTC)
Azərbaycan məqaləsi
redaktəSalam.
Azərbaycan məqaləsində, Həsənsoy14 tərəfindən edilmiş redaksiyayı (vandalizmi) geri qaytararaq, sizin 15:35, 21 iyul 2015 tarixli versiyaya berpa edə bilərsinizmi?
Təşəkkür edirəm.
Sual
redaktəSalam Baskervil. Siz 4 may 2015-ci il tarixində bu səhifəni geri qaytararaq bərpa edibsiniz [11]. Bunu hansı səbəbdən etdiyinizi bilmək olarmı ? --Acategory (müzakirə) 09:14, 6 sentyabr 2015 (UTC)
Sadəcə təşəkkürlər
redaktəSalam cənab Serkanland. Azvikidən məlum səbəblərə görə 6 aydır ki, daxil ola bilmirdim. Daxil olan zaman gördüklərim isə məni müsbət mənada şoka saldı. Sizin dayanmadan bu qədər zəhmət və əzimlə fəaliyyət göstərməyinizdə çox gözəldir. İdarəçi seçilməyiniz münasibəti ilə sizi təbrik edirəm. Çox təəssüf ki, həmin seçkilər zamanı öz lehimə səsimi verə bilmədim. Bütün zəhmətinizə görə bir daha təşəkkür edirəm. İnşallah 6 aydan sonra məndə yarıda qalmış fəaliyyətimi bərpa edəcəm və sizlərlə birdə çalışacağam. Tərəfinizdən görülən işlərin necə böyük əhəmiyyətə malik olduğunu bir gün özünüz şahidlik edəcəksiniz. Sizə dərin hörmətlə:--Baskervill müzakirə 11:09, 1 dekabr 2015 (UTC)
- Çox sağ olun cənab Baskervill! Ümid edirəm ki, hərbi xidmətinizi uğurla başa çatdırdıqdan sonra AzVikidəki uğurlu fəaliyyətinizi davam etdirəcəksiniz.--Serk@nl@nd 11:11, 1 dekabr 2015 (UTC)
- Təqdim etdiyiniz mükafat üçün də öz minnətdarlığımı bildirirəm!--Serk@nl@nd 11:24, 1 dekabr 2015 (UTC)
- Mükafat barəsində yazmaq istəyirdim ki, məni qabaqladınız. Düzünü deyim ki, başqa bir mükafat təqdim etmək istəyirdim, ancaq baxdım ki, təqdim etmək istədiyim bütün mükafatlar sizə təqdim olunub. Yerdə almadığınız çox məhdud mükafat qalıb. Bu faktın özü belə çox şeydən xəbər verir. İnşallah həqiqi hərbi xidmət başa çatandan sonra müxtəlif lahiyələr üzərində birgə fəaliyyət göstərərik. Əsas olan Azvikinin inkişaf tempinin qorunmasıdır ki, bu gün buna artıqlaması ilə nail olunur. Hörmətlə:--Baskervill müzakirə 11:27, 1 dekabr 2015 (UTC)
Ensiklopedik hərbiçilər
redaktəSalam həmkar. Rövşən Quliyev (hərbçi) məqaləsi ensiklopedik hərbiçilər kriteriyasına cavab vermir: məqalə niyə saxlanıldı ?--Asparux Xan Bulqar (müzakirə) 17:46, 1 dekabr 2015 (UTC)
- Salam həmkar. Sözügedən məqalənin silinməsi üçün kifayət qədər müzakirə aparılmadı. Ən azından belə şəxslər barədə olan məqalələrin silinməsindən söhbət gedirsə gərək ki, bir necə aktiv istifadəçi və ya idarəçi öz fikirini ifadə etsin. Əlbəttə də bu dediklərim vikinin heç bir qanunlarında yazılmayıb. Sadəcə bunları yazılmamış qanunlar olaraq qəbul etmək olar. Şəxsi fikrim cənab kapitanın ensiklopedik şəxs olması ilə bağlıdır. Uzun müddətdir ki, həmin bölmə arxivləşdirilmirdi və məndə silinməməsi tərəfdən arxivləşdirdim. Əgər məqalənin silinməsi məsələsində təkid etsinizsə, lütfən aktiv istifadəçilərin, idarəçilərin məsələyə münasibət bildirməyə dəvət edin. Sizə hörmətlə:--Baskervill müzakirə 21:58, 1 dekabr 2015 (UTC)
Axundovun fotoşəkli
redaktəSalam, Baskervill. Deyə bilrsizmi, nəyə görə mənim əlavə eidiyim fotoşəkli yığışdırım Axundova oxşamayan rəsmi geri qaytardınız[12]? Fikirimcə fotoşəkil ola-ola rəsm əlavə etmək gərəksizdir. --Interfase (müzakirə) 08:06, 8 dekabr 2015 (UTC)
nin geri qaytardığınızı indi gördüm. Təşəkkürlər. --Interfase (müzakirə) 08:07, 8 dekabr 2015 (UTC)
- Kiçik bir anlaşılmazlıq olmuşdu :)--Baskervill müzakirə 10:14, 9 dekabr 2015 (UTC)
Kütləvi formada yaradılan məqalələr
redaktəSalam, sizin tərəfinzdən kütləvi formada Almaniyanın kiçik şəhərləri barədə yaradılan məqalələr artıq problem təşkil etməyə başlayıb. Belə başa düşmək olar ki, siz sözügedən məqalələrin yaradılması zamanı bot proqramlaşdırmasından istifadə edirsiniz. Azvikidə botla məqalələrin yaradılması və zənginləşdirilməsi uzun müddətdir ki, qadağan edilib. Digər bir tərəfdən yaradılan məqalələrin çoxusunun adları Azərbaycan dilinə uyğunlaşdırılmayıb. Buradan belə bir nəticə çıxır ki, həmin alman şəhərləri barədə olan məqalələri oturub bir-bir düzəltmək lazımdır. Kimə lazımdır bu saxta məqalələr?--Baskervill müzakirə 22:27, 8 dekabr 2015 (UTC)
- Salam, mƏn user:Wertuose ilə razılaşdığımız formada məqalə yaradıram. Şablon məqaləni onunla birlikdə yaratmışıq. Hələlik pilot proqram kimi 5-10 məqalə yaradırıq. Adları isə sonradan avtomatik yönləndirməyi düşünürdük. Əgər bizim Azviki yaradılan məqalələri bəyənməzsə, onda davam etməyəcəyik. Alismayilov (müzakirə) 22:40, 8 dekabr 2015 (UTC)
- İdarəçilərlə aranızda olan razılaşmadan xəbərim var. Məsələ barədə öz fikrimi kənd meydanında tərəfinizdən başladılan müzakirə bölməsində bildirmişəm. Ümumiyyətlə, sizə botla bacardığınız qədər az məqalə yaratmağı məsləhət görərdim. Çünki yaradılan məqalələrdə sonradan adlandırma, xəritə və digər tipli problemlər çıxır. Azviki üçün aktual olan məqalələrin yaradılmasına daha çox cəht etməliyik. Hörmətlə:--Baskervill müzakirə 10:14, 9 dekabr 2015 (UTC)
- Salam, mƏn user:Wertuose ilə razılaşdığımız formada məqalə yaradıram. Şablon məqaləni onunla birlikdə yaratmışıq. Hələlik pilot proqram kimi 5-10 məqalə yaradırıq. Adları isə sonradan avtomatik yönləndirməyi düşünürdük. Əgər bizim Azviki yaradılan məqalələri bəyənməzsə, onda davam etməyəcəyik. Alismayilov (müzakirə) 22:40, 8 dekabr 2015 (UTC)
İdarəçi seçkisi
redaktəİDARƏÇİ SEÇKİSİ | ||
Salam! Sizi mənim Vikilüğətdə idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə Aabdullayev851 (müzakirə) |
İdarəçi seçkisi
redaktəİDARƏÇİ SEÇKİSİ | ||
Salam! Sizi mənim idarəçi seçilməyim ilə bağlı İdarəçilər səhifəsində keçirilən səsverməyə dəvət edirəm. --Aabdullayev851 (müzakirə) 05:03, 20 dekabr 2015 (UTC) |