Istifadeci Muzakiresi Crepusculum Arxiv 11 - Wikipedia
Müzakirə
redaktəHörmətli Baskervill Hüseyn Azizoğlu məqaləsində səsinizi silinsin olaraq istifadə etmisiniz, bilmək istərdimki bu nə dərəcədə düzgündür? siz Bürokrat səviyyəsində olan istifadəçisiz siz qanunları doğru dəyərləndirməli və Vikipedia istifadəçilərinə nümunə olmalısız. Zəhmət olmazsa nəyə görə silinsin olaraq səs vermisiz bu haqda cavab verəsiniz. Hörmətlə Vikimediaze (müzakirə) 15:53, 06.07.2020 (UTC)
Salam, Kənan Şıxəliyev səhifəsi silinsin yazmısız amma səbəb yazmamısız. Zəhmət olmasa rəyinizi əsaslandırın.
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Hörmətli Crepusculum/Arxiv 11! Sizi Hüseyn Azizoğlu məqaləsinin "Vikiləşdirmə" statusu alması üçün səhifəsində keçirilən səsverməyə dəvət edirəm. |
Salam həmkar. Silmiş olduğunuz bu məqalənin rusca versiyası (ru:Шукюров, Иса Гейдар оглы) var. Hesab edirəm ki, bərpa edə bilərsiniz. --Araz Yaquboglu (müzakirə) 14:58, 30 dekabr 2019 (UTC)
- Salam həmkar. Şəxs haqqında hansısa vikipediyada oxşar məqalənin yaradılması hesab edirəm ki, şəxsi heç bir halda ensiklopedikləşdirmir. Azviki sürətli formada az tanınmış və ya tanınmaq həvəsində olan şəxslərin poliqonuna çevirilməkdədir. Mənə görə bunun başqa bir adı ensiklopedik linkedin profili yaratmaqdır. İsa Şükürov haqqında yaradılmış məqaləni silinməyə namizəd kimi təqdim edəcəm və inanıram ki, icma lazım olan qərarı qəbul edəcək. --Baskervill (müzakirə) 17:19, 30 dekabr 2019 (UTC)
- Baskervill silinməsini düşünürdüzsə gərək SNS-ə Xatirə Vəliyeva və AİRA məqalələrini təqdim edərkən onu da edərdiz. İsa Şükürov adlı məqalə hər halda təqdim etdiyiniz hər iki məqalədən yaxşı haldadır. --Araz Yaquboglu (müzakirə) 11:38, 31 dekabr 2019 (UTC)
- Cənab idarəçi, zəhmət olmasa mənə nəyi necə edəcəyimi deməyin. Mən çox gözəl bilirəm ki, Azvikidə son 3-4 il ərzində yaradılmış şəxslər haqqındakı məqalələrin yarıdan çoxu silinməlidir. Şəxs haqqında başqa bir vikipediyada məqalə yaradılması və ya hansısa saytın rəhbəri olması onu ensiklopedikləşdirmir. --Baskervill (müzakirə) 01:11, 1 yanvar 2020 (UTC)
- Baskervill silinməsini düşünürdüzsə gərək SNS-ə Xatirə Vəliyeva və AİRA məqalələrini təqdim edərkən onu da edərdiz. İsa Şükürov adlı məqalə hər halda təqdim etdiyiniz hər iki məqalədən yaxşı haldadır. --Araz Yaquboglu (müzakirə) 11:38, 31 dekabr 2019 (UTC)
Xəbərlər bölməsi
redaktəSalam hörmətli həmkar. Sizə də, məlum olduğu kimi Ana səhifənin Xəbərlər bölməsi ilə əsasən siz və mən məşğul oluruq. Sizin bu sahədəki fəaliyyətinizi yüksək qiymətləndirirəm və buna görə sizə təşəkkür edirəm. Hesab edirəm ki, biz orada birlikdə fəaliyyət göstərməliyik. Belə ki, birimizin əlavə etdiyi xəbərin üzərindən 24 saat belə keçmədən onun silinməsi və digərinin əlavə edilməsini doğru hesab etmirəm. Məsələn mənim tərəfimdən dünən əlavə edilmiş 3 xəbər sizin tərəfinizdən silinib və doğrusu bu hal ilk dəfə baş verməyib. Rica edirəm ki, hər hansısa xəbəri əlavə edən zaman, tarixçədən son əlavə edilmiş xəbərin tarixçəsinə nəzər salasınız. Başqa bir təklif isə həmin bölmə üzərindəki işləri müəyyən bir qrafik üzrə bölmək olar.--Baskervill (müzakirə) 20:09, 1 yanvar 2020 (UTC)
- Baskervill, sadəcə o 3 xəbər köhnə idi.--Azerifactory (müzakirə) 20:34, 1 yanvar 2020 (UTC)
- Xəbərlərin köhnə olması səbəbindən belə bir dəyişiklik etdiyinizi təxmin edirəm. Sadəcə, Xəbərlər bölməsi güncəl xəbər lenti deyil və orada "son dəqiqə" xəbərlərinin olması mütləq deyil. Oxşar prosesi ingilis vikipediyasında da görməyimiz mümkündür. Dünyada hər gün onlarla hadisə baş verdiyi halda, envikidəki xəbərlər bölməsi hər həftənin sonu və ya 10 gündən bir yenilənir. Zəhmət olmasa, gələcəkdə xəbərlər bölməsinə hansısa xəbəri əlavə etməmişdən, əvvəl tarixçə hissəsindən son xəbərin əlavə edilmə tarixinə nəzər salarsınız. Şəxsən mən belə edirəm və əgər ki, kimsə son 2-3 gündə hansısa xəbəri əlavə edibsə ona toxunmuram. Diqqətiniz üçün təşəkkür edirəm. --Baskervill (müzakirə) 22:28, 1 yanvar 2020 (UTC)
- Baskervill, sadəcə o 3 xəbər köhnə idi.--Azerifactory (müzakirə) 20:34, 1 yanvar 2020 (UTC)
Zinaxanım Salamzadə səhifəsi
redaktəZinaxanım Salamzadə səhifəsinin silinməsini başa düşmədim və qəbul edə bilmirəm. 85 yaşlı bu xanım Azərbaycanın ilk inşaatçı qadınıdır. Azərbaycanda ilk Azərbaycan SSR -nin Əməkdar İnşaatçısı adını alan qadındır. Canlı ensiklopediya, tanınmış simadır. Zinaxanım Salamzadə "XX əsr Azərbaycan qadınları" ensiklopediyasına düşən say-seçmə qaınlardandır. Onun adı orta əsrlərdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə, xalq artisiti Nəsibə Zeynalova, tanınmış ədəbiyyatşünas alim Aidə İmanquliyeva və başqaları kimi görkəmli qadınlarla bir sırada çəkilir. Siz qeyri-ensiklopedik nəyə deyirsiniz? Ona qalsa vikipediyanın yarısını silmək olar. Onun haqqında səhifə uzun illər idi ki, var idi. Mən Zina Salamzadə haqqında olan köhnə yazını vikiləşdirmişəm. Azərbaycanca Vikipediya heç bir zasluqası, xidməti olmayan yüzlərlə futbolçu haqqında məlumatlarla doludur. Onları silmək lazımdır. Tikinti sahəsində çalışıb dövlətin ən yüksək təltiflərinə, orden və medallara layiq görülən inşaatçı-mühəndisləri, memarları yox.
Vikipediyada “məşhurluq” — məqalənin ensiklopedik yararlılığını müəyyən edən daxili meyardır.
Şəxs əhəmiyyətli bir mükafat qazanmışdır və ya bir neçə dəfə belə bir mükafata namizəd olmuşdur.
Şəxs öz iş sahəsinə böyük töhfələr vermişdir. Düşünürəm ki, Z. Salamzadə tikinti sahəsində çox məşhur bir sima kimi Vikipediyanın tələblərinə cavab verir.
Zinaxanım Salamzadə səhifəsini bərpa etmənizi xahiş edirəm. Orda göstərilən bütün məlumatlar düzdür, sənədlərə əsaslanır. Zinaxımın özündən, ailəsindən götürülmüşdür.
Hörmətlə,
İnsaatci muhendis
- Vikipediya elektron ensiklopediyasıdır, məlumat bankı deyil və bu səbəbədən də, hər bir şəxs haqqında məqalə yaradılmasına icazə verilmir. Konkret olaraq, Azvikidə şəxslər haqqında olan Ensiklopedik əhəmiyyətlilik qaydaları tam hazırlanmadığından və lokal vikipediyanın və Azərbaycanın şərtlərinə uyğunlaşdırılmadığından biz məqalələrin silinməsində və ya saxlanılmasında çətinlik çəkirik. İdarəçilərin məqalələri bir başa silmək və ya Silinməyə namizəd səhifələr bölməsində namizəd olaraq göstərməyə hüququ var. Əgər hesab edirsinizə ki, hansısa adamın heç bir zasluqkası olmayıb və haqqında məqalə yaradılıb, zəhmət olmasa adlarını bura əlavə edin.--Baskervill (müzakirə) 08:52, 6 yanvar 2020 (UTC)
Salam həmkar. Hər gün 3 məqalə SNS etmək olar. Son əlavə etdiklərinizi çıxarıb sabah etsəz yaxşı olardı. --Araz Yaquboglu (müzakirə) 16:08, 22 yanvar 2020 (UTC)
- 3 məqalənin SNS edilməsi kifayət etmir. Gün ərzində 10-15 qeyri ensiklopedik məqalə yaradılır
3 məqalə limiti hansı qaydada yazılıb ? Həmin qaydanı hökmən dəyişmək lazımdır --Baskervill (müzakirə) 19:08, 22 yanvar 2020 (UTC)
- Baskervill Qayda burada yazılıb. Qaydaya əməl edilməlidi. Bir də ki, şərt deyil ki hamsı SNS edilsin. Yeni yaradılan məqalələr ensiklopedik deyilsə bir başa idarəçilər silə bilərlər. Dünən mən 5-6 məqaləni bir başa silmişəm. --Araz Yaquboglu (müzakirə) 07:44, 23 yanvar 2020 (UTC)
- Baskervill, UTC ilə artıq ayın 23-ü olduğu üçün Araz bəyin müzakirəsini dayandırdığı məqalələri yenidən SNS edə bilərsiz.--samral müzakirə 08:00, 23 yanvar 2020 (UTC)
müharibəsi
redaktəSalam. Xahiş edirə buradakı redaktə müharibəsi aparan istifadəçi ilə bağlı tədbir görün. --Thunder Storm (müzakirə) 07:27, 21 fevral 2020 (UTC)
Xahis edirik, bu istifadeci ile bagli tedbir goresiniz Thunder Storm (müzakirə) 06:49, 21 fevral 2020
Eyni zamanda hhson 07:09, 21 fevral 2020 Verman1 Müzakirə Fəaliyyətlər haqqinda. sehifede olan meqaleleri silmekle meshguldur.
- Təəssüf ki, istifadəçi redaktə müharibəsinə davam edir, müzakirə səhifəsindəki yazıları silir, xəbərdarlığa məhəl qoymur və sizin etdiyiniz dəyişikliyi də geri qaytarıb. --Thunder Storm (müzakirə) 13:59, 21 fevral 2020 (UTC)
Laboratoriya
redaktəSalam. Mümkündürsə Laboratoriyaya nəzər yetirərdiz. Hörmətlə.--Maqamedd (müzakirə) 17:20, 5 mart 2020 (UTC)
salam.Mınim yaratdığım məqaləni niyə silmisiniz
Dəvətnamə
redaktəDƏVƏTNAMƏ | ||
Hörmətli Crepusculum/Arxiv 11! Sizi bu məqalənin "Seçilmiş məqalə" statusu alması üçün laboratoriyada səhifəsində keçirilən səsverməyə dəvət edirəm. |
Aşıq Seyid İbrahim
redaktəSalam Baskervill. Aşıq Seyid İbrahim adlı məqalə hazırlayıb müəyyən vaxt ərzində təkmilləşdirmək istədiyim üçün qaralama şablonunu daxil etmişdim. Lakin Toghrul Rahimli tərəfindən qeyri-ensiklopedik məqalə kimi silinmişdir. Məqalə tam şəkildə olmadığı halda qeyri-ensiklopedik məqalə olmasını necə təyin etmək mümkündür. Xahiş edirəm, bu məsələyə münasibət bildirəsiniz.--Şəhla Musaqızı (müzakirə) 07:55, 13 mart 2020 (UTC)
- Salam, məqaləni silən şəxsə müraciət etsəniz daha yaxşı olardı.— Baskervill (müzakirə) 07:16, 18 mart 2020 (UTC)
Laboratoriya
redaktəSalam, laboratoriyaya əlavə etdiyim İstanbul məqaləsini silmisiniz. Səbəbini öyrənmək olar? — Ayxan İsmayılov (müzakirə) 09:30, 14 mart 2020 (UTC)
- Salam. Laboratoriyaya məqalə əlavə etməzdən əvvəl, onu Laboratoriyaya namizəd siyahısı bölməsinə təqdim etmək lazımdır və bundan sonra idarəçilər tərəfindən məqalə laba təqdim edilir. --Baskervill (müzakirə) 09:37, 14 mart 2020 (UTC)
Dəvətnamə
redaktəSalam hörmətli həmkar! Mən sizi Ateizm məqaləsinin laboratoriya səhifəsində keçirilən səsvermədə iştirak etməyə çağırıram. |
Labaratoriya
redaktəSalam, bir müddət öncə İstanbul məqaləsini labaratoriyaya təqdim etdim, lakin bir çox çatışmamazlıqların olduğunu qeyd etdiniz. Bu çatışmamazlıqları mənə bildirə bilərsiniz zəhmət olmasa? Məqaləni daha da yaxşılaşdırıb yenidən təqdim etmək istərdim çünki. Əlavə olaraq, ingiliscə Vikipediyadakı eyniadlı məqalədən fərqli olduğu fikrini irəli sürdünüz lakin, məqalə Türkiyəyə aid olduğu üçün türkcə Vikipediyadan tərcümə etmişəm. Sadəcə mühüm və türkcə Vikipediyada yer almayan bölmələri ingiliscə Vikipediyadan yazmışam. Çoxsağolun. -- Ayxan İsmayılov (müzakirə) 17:43, 23 mart 2020 (UTC)
Yaxşı məqaləyə namizəd
redaktəSalam Elisa Lamın ölümü səhifəsini YM-a namizəd vermişdim.Niyə silmisiniz??--Advellerd 12:56, 1 avqust 2020 (UTC)
- Həmin səhifədə məqalə artıq bir dəfə təqdim olunmuşdu. 1 məqalə necə dəfə namizəd kimi təqdim olumalıdır ? — Baskervill (müzakirə) 10:55, 2 avqust 2020 (UTC)
Salam. Vidadi Əliyev (fizik) səhifəsini niyə silmisiniz, səbəbin bilmək olarmı? Hörmətlə, →Vago ms 10:22, 6 avqust 2020 (UTC)
- İstiqamətləndirməni silən zaman səhvən sildim. Üzürlü sayın.— Baskervill (müzakirə) 10:24, 6 avqust 2020 (UTC)
VP:SNS
redaktəSalam. İndi fikir vermişəm ki, hətta iştirak etmədiyim müzakirədə mən və Araz Yaquboglu haqqında şərhlər yazmısınız. Zəhmət olmasa bir daha arxamca işlər görməyin, mən barədə nəysə yazırsınızsa adımı tağ edin ki, məndə müzakirəyə qoşulum. Üstəgəl mənimlə prinsip aparırsınızsa problem deyil. Amma Araz müəllimin atası rəhmətə gedib və onun adından 3-cü şəxs kimi istifadə edib şərhlər yazmağa haqqınız yoxdur. Məqalə icmanın qərarı ilə silinib və heçbir etiraz olmayıb. Bu hərəkətiniz açıq-aşkar nəzakətsizlikdir. Sonda qeyd edim ki, uzun uzadı mətn yazmağınıza ehtiyac yoxdur. Onsuzda oxumuram adətən. Bu hərəkətlərinizə davam etsəz, uzunmüddətli bloklanmanız üçün VP:İMZ-də müzakirə başladacam. Hörmətlə,— Turkmen müzakirə 17:47, 11 avqust 2020 (UTC)
- Salam. Nəzərinizə çatıdırım ki, bu günə qədər sizin tərəfinizdən icmanın mənə verdiyi statusları əlimdən almaq üçün bir necə belə cəhd edilib. Burada və burada aparılmış müzakirə və səsvermələrə baxmağınız kifayətdir. Belə başa düşdüm ki, növbəti dəfə bürokrat seçiklərinə hazırlaşırsınız. Səhv xatırlamıramsa özünüz demişdiniz ki, yay aylarında növbəti dəfə namizədliyiniz irəli sürəcəksiniz. Lütfən nəzərə alın ki, sizin bürokrat seçilməyiniz yolu, mənim idarəçi və bürokrat olaraq fəaliyyətimin dayandırılmasından keçmir. Bu gün ən aktiv idarəçilərdən biri mənəm. Hər gün 17 saat çöldə olmağıma baxmayaraq, bu sayt üçün əlimdən gələni edirəm. Fakt ondan ibarətdir ki, 10 il ərzində nə pul alıb məqalə yazmışam, nə özüm, nə atam, nədə nənəm haqqında bir məqalə əlavə etmişəm bura. Sözün düzünü deyəndə kimisə təhqir etmiş oluram bəyəm ? Sizin mövcud əməlləriniz haqqında Vikimedia Fondunu və Kanada Vikimedia təşkilatını o vaxtı məlumatlandırmışdım. Sizə söz verirəm ki, bu dəfə də oxşar addımı atsanız Toronto-Los Anceles biletini alıb, 2.000$-dan keçib Kaliforniyaya gedəcəm və fondun ofisində sizin hərəkətləriniz və əməlləriniz barədə onlara şəxsən məlumat verəcəyəm. Sizin qarşınızda hansısa dünənki uşaq yoxdur. Çox rica edirəm ki, nəzərə alasınız. Sizə hörmətlə:— Baskervill (müzakirə) 18:29, 11 avqust 2020 (UTC)
- Bəli namizədliyim barədə sizinlə müzakirə apararkən qeyd etmişdim. Amma artıq bu hüququn ağırlığını götürmək üçün vaxtım yoxdur və idarəçi alətləriylə çalışdığım qədərilə vikiyə yardım edirəm. Yaxın dövr ərzində inanmıram ki, belə bir namizədliyim olsun. Belkə də heç vaxt namizəd olmayacam. Xeyir mən sizin üzərinizdən özüm üçün yol açmağı düşünmürəm. Buna əmin ola bilərsiniz. Bəli, sizin statuslarınızın alınması üçün müzakirə açmışam. Amma bunun səbəbi sizin qaydaları pozmanız idi. Müzakirələrin biri çoxsaylı hesabdan sui-istifadəyə görə, digəri isə kütləvi qayda pozuntularına görə açılmışdı. Məni Vikimedia Fonduna şikayət etmək istəyirsinizsə bunun üçün xərc çəkməyinizə gərək yoxdur sadəcə [email protected] ünvanına meil göndərə bilərsiniz. Amma sadəcə maraqlıdır, mənim hansı əməllərimdən şikayət edirsiniz? Həmçinin statusunuzun alınması üçün 2-ci müzakirə səhv etmirəmsə mənim tərəfimdən başladılmayıb. Hörmətlə,— Turkmen müzakirə 18:42, 11 avqust 2020 (UTC)
- Bir çox dəyərli yoldaşın "ona baş qoşma, cavab vermə" ricalarına rəğmən sizə cavab verməkdən başqa yolumun olmadığını düşünürəm cənab Turkmen. Əvvəlcə onu qeyd edim ki, hansısa e-mail-ə mesaj göndərmək mərhələsini çoxdan tamamlamışam. 3 aya yaxın Montreal şəhərində yaşamışam və yaşadığım ərazi 535 Viger Avenue East ünvanına ayaq məsafəsində yerləşib. Bu həmin ünvandır ki, orada Vikimedia Kanadanın mənzil qərargahı yerləşir. Bircə onu qeyd edim ki, sizin və əməlləriniz barədə lazım olan bütün məlumatları rəsmi şəxslərə göndərmişəm və onlardan rica etmişəm ki, bu şəxsin yaxamdan düşməsi üçün mənə köməklik göstərin. Daha onlarla aramda hansı yazışmalar, nə söhbətlər olub bunu sizə demək kimi bir niyyətim yoxdur. Sual edirsiniz ki, mənim hansı əməllərimdən şikayət edirsiniz? Deyəsən ötən il təhsil aldığınız Gəncə şəhərində, "Vikipediya" Metodik mərkəzinin yaradılması və oradakı iştirakınız, paralel olaraq isə mənim bürokrat və idarəçi hüquqlarımdan məhrum edilmək yolundakı qızğın çalışmalarınız yadınızdan çıxıb. Mümkündür ki, bütün bunları unutmusunuz, ancaq şəxsən mən heç birini unutmamışam. Adım kimi əminəm ki, ilk mümkün fürsətdəcə bürokrat statusunun əldə edilməsinə cəhd edəcək və oxşar bəhanə və böhtanlarla mənim məsələmi yenidən "səsverməyə" çıxardacaqsız. Buradan bir daha bəyan etmək istəyirəm ki, mənim sizinlə heç bir işim yoxdur. Lütfən heç bir halda mənə mesaj falan yazmayın. Sizin boş-boş söhbətləriniz məni maraqlandırmır. Vaxtınız olanda Ana Səhifəyə nəzər salın. Heç arzu etməzdim ki, istifadəçi səhifənizdə Bu istifadəçi İstifadə Şərtlərinə uyğun olaraq Vikimedia Fondu tərəfindən Vikimedia saytlarını redaktə etmək hüququndan məhrum edilib sözləri yazılsın. İşinizlə məşğul olun. Lütfən.— Baskervill (müzakirə) 08:07, 12 avqust 2020 (UTC)
- Əslində mənə verdiyiniz ilk cavabda da mövzudan qırağa çıxmışdınız. Sadəcə mən 1 neçə mövzuya aydınlıq gətirmək üçün yuxarıda fikirlərimi qeyd etdim. Və görürəm ki, anlamaq fikrində deyilsiniz. Məni isə maraqlandıran sadəcə ilk qeyd etdiyim məsələdir. Yəni Araz müəllim və mənim adımın yerli-yersiz şəkildə müzakirələrdə çəkilməsini dayandırın. Əks halda məndə sizin haqqınızda tədbirlər görməyə məcbur olacam. Lütfən diqqətinizdə saxlayın. Hörmətlə, Turkmen müzakirə 08:27, 12 avqust 2020 (UTC)
- Bir çox dəyərli yoldaşın "ona baş qoşma, cavab vermə" ricalarına rəğmən sizə cavab verməkdən başqa yolumun olmadığını düşünürəm cənab Turkmen. Əvvəlcə onu qeyd edim ki, hansısa e-mail-ə mesaj göndərmək mərhələsini çoxdan tamamlamışam. 3 aya yaxın Montreal şəhərində yaşamışam və yaşadığım ərazi 535 Viger Avenue East ünvanına ayaq məsafəsində yerləşib. Bu həmin ünvandır ki, orada Vikimedia Kanadanın mənzil qərargahı yerləşir. Bircə onu qeyd edim ki, sizin və əməlləriniz barədə lazım olan bütün məlumatları rəsmi şəxslərə göndərmişəm və onlardan rica etmişəm ki, bu şəxsin yaxamdan düşməsi üçün mənə köməklik göstərin. Daha onlarla aramda hansı yazışmalar, nə söhbətlər olub bunu sizə demək kimi bir niyyətim yoxdur. Sual edirsiniz ki, mənim hansı əməllərimdən şikayət edirsiniz? Deyəsən ötən il təhsil aldığınız Gəncə şəhərində, "Vikipediya" Metodik mərkəzinin yaradılması və oradakı iştirakınız, paralel olaraq isə mənim bürokrat və idarəçi hüquqlarımdan məhrum edilmək yolundakı qızğın çalışmalarınız yadınızdan çıxıb. Mümkündür ki, bütün bunları unutmusunuz, ancaq şəxsən mən heç birini unutmamışam. Adım kimi əminəm ki, ilk mümkün fürsətdəcə bürokrat statusunun əldə edilməsinə cəhd edəcək və oxşar bəhanə və böhtanlarla mənim məsələmi yenidən "səsverməyə" çıxardacaqsız. Buradan bir daha bəyan etmək istəyirəm ki, mənim sizinlə heç bir işim yoxdur. Lütfən heç bir halda mənə mesaj falan yazmayın. Sizin boş-boş söhbətləriniz məni maraqlandırmır. Vaxtınız olanda Ana Səhifəyə nəzər salın. Heç arzu etməzdim ki, istifadəçi səhifənizdə Bu istifadəçi İstifadə Şərtlərinə uyğun olaraq Vikimedia Fondu tərəfindən Vikimedia saytlarını redaktə etmək hüququndan məhrum edilib sözləri yazılsın. İşinizlə məşğul olun. Lütfən.— Baskervill (müzakirə) 08:07, 12 avqust 2020 (UTC)
- Hörmətli Baskervill, Hörmətli Turkmen və Hörmətli Araz Yaquboglu. Lütfən müdaxilə etməyimi üzürlü hesab edin. Belə başa düşürəm ki, keşmişdə baş vermiş hansısa hadisələri xatırlamaq gələcək nifaqın təməlini qoymaq üzrədir. Vikipediyanın heç birimizin mülkü olmadığını hamımız bilirik. Peyğəmbər (s) buyurub ki, möminin qəlbi Kəbə evindən üstündür. Hamınızdan xahiş edirəm ki, bizə müvəqqəti istifadə (idarə) üçün təqdim olunan bu layihəyə görə lütfən bir-birimizin qəlbini qırmayaq və bu üzücü hadisələləri xatırlamamaq üzrə unudub, gələcəyə baxaq.→Vago ms 08:57, 12 avqust 2020 (UTC)
- Hörmətli Vago mənim Azvikidə heçbir istifadəçi ilə problemim yoxdur. Heç Baskervill-ə qarşıda bir kinim yoxdur. Sadəcə istifadəçi haqqımda yerli-yersiz şərhlər yazır. Bu da əlbəttəki xoşgəlinəsi hərəkət deyil. Bu səbəbdən təpki göstərməyə məcburam. Əgər istifadəçinin yuxarda qeyd etdiyi kimi mənimlə işi yoxdursa zəhmət olmasa bu tip fəaliyyətinə də son versin. Bu qədər. — Turkmen müzakirə 09:00, 12 avqust 2020 (UTC)
- Hörmətli Turkmen heç birinizi heç nə ilə ittiham etmirəm. Sadəcə hamınızdan xahiş edirəm ki, imkan daxilində başqasını üzən keşmişlə yaşamayaq. Keçmişi keçmişdə qoyub bundan sonrasına baxaq...→Vago ms 09:10, 12 avqust 2020 (UTC)
- Vago əlbəttə, haqlısınız. Diqqətiniz üçün təşəkkür edirəm.— Turkmen müzakirə 09:24, 12 avqust 2020 (UTC)
- Cənab Vago. Bu aralar vaxtım az olduğu üçün sizə cavab yaza bilmədim və buna görə üzürlü saymağınızı rica edirəm. Lütfən Turkmenin timsalında timsah göşyalarına inanmayın. Təxminən ötən il bu vaxtları məhz bu şəxs başqa bir idarəçi ilə əlbir olub mənim torbamı tikməyə çalışırdı və etiraf etməliyəm ki, buna çox yaxınlaşmışdı. Cənab Vago, təsəvvür edin ki, bu yoldaş mənim əlimdəki statusların alınması üçün 4 müxtəlif cəhd edib. Təsəvvür edə bilirsinizmi ? Cəhdlərin ardıcılığı yadımdan çıxsa da, xatırladığım bunlardır; Baskervill-in idarəçi və bürokrat hüquqlarının alınması ilə bağlı səsvermənin təşkil edilməsi I və II cəhd (eyni səhifədə), Qaydaların pozulması - III cəhd və meta-da çekyuzer olunmaq üçün müraciət IV cəhd. Stüardlar yoxlamanın aparılması üçün ciddi əsasın olmadığını bəyan etsə də, Turkmen israr yoxlamanın aparılmasında təkid etmişdir. Mənə görə bura qədər hər şey normaldır. Ən qəribə gələn və sözün əsil mənasında tüklərimi biz-biz edən Turkmenin oktyabr ayında mənim və Gabbani arasında oxşar çekyuzer əməliyyatını aparmasıdır. Buradan bu nəticə çıxır ki,Turkmen bütün aktiv istifadəçilərin fəaliyyətlərini izləyir və yazı tərzindən, səsvermələrdən özü üçün bir hədəf təyin edir və son olaraq həmin hesabın yoxlanılması üçün müraciət edir. Şükürlər olsun ki, icma sözügedən yoldaşın bu fitnəsinə uymadı. Şəxsin özü məni facebookda blokladı. İndi baxıram ki, facebookdan blokdan çıxardıb və mənim müzakirə səhifəmə yenə nələrsə yazıb.. Sizcə mən nə etməliyəm ? Özümü sayca 5-ci cəhdəmi hazırlamalıyam ? — Baskervill (müzakirə) 07:45, 19 avqust 2020 (UTC)
- Hörmətli Baskervill, məncə hər ikiniz mübahisə doğuran məsələləri keçmişdəkiləri unudaraq, öz aranızda həll edə bilsəniz, inanıram ki, bu, Vikipediyanı inkişafdan saxlayan qruplaşmaların aradan getməsinə səbəb olacaq, yəni başqa sözlə, bu addım həm də Vikipediyanın inkişafına xidmət göstəcək. Əslində bu cür mübahisəli məsələlərin həllini digər idarəçilərin öhdəsinə buraxmanız daha məqsədəuyğun olardı. Bu xüsusda hər ikinizə müvəffəqiyyətlər arzulayıram.→Vago ms 08:10, 19 avqust 2020 (UTC)
- Cənab Vago. Bu aralar vaxtım az olduğu üçün sizə cavab yaza bilmədim və buna görə üzürlü saymağınızı rica edirəm. Lütfən Turkmenin timsalında timsah göşyalarına inanmayın. Təxminən ötən il bu vaxtları məhz bu şəxs başqa bir idarəçi ilə əlbir olub mənim torbamı tikməyə çalışırdı və etiraf etməliyəm ki, buna çox yaxınlaşmışdı. Cənab Vago, təsəvvür edin ki, bu yoldaş mənim əlimdəki statusların alınması üçün 4 müxtəlif cəhd edib. Təsəvvür edə bilirsinizmi ? Cəhdlərin ardıcılığı yadımdan çıxsa da, xatırladığım bunlardır; Baskervill-in idarəçi və bürokrat hüquqlarının alınması ilə bağlı səsvermənin təşkil edilməsi I və II cəhd (eyni səhifədə), Qaydaların pozulması - III cəhd və meta-da çekyuzer olunmaq üçün müraciət IV cəhd. Stüardlar yoxlamanın aparılması üçün ciddi əsasın olmadığını bəyan etsə də, Turkmen israr yoxlamanın aparılmasında təkid etmişdir. Mənə görə bura qədər hər şey normaldır. Ən qəribə gələn və sözün əsil mənasında tüklərimi biz-biz edən Turkmenin oktyabr ayında mənim və Gabbani arasında oxşar çekyuzer əməliyyatını aparmasıdır. Buradan bu nəticə çıxır ki,Turkmen bütün aktiv istifadəçilərin fəaliyyətlərini izləyir və yazı tərzindən, səsvermələrdən özü üçün bir hədəf təyin edir və son olaraq həmin hesabın yoxlanılması üçün müraciət edir. Şükürlər olsun ki, icma sözügedən yoldaşın bu fitnəsinə uymadı. Şəxsin özü məni facebookda blokladı. İndi baxıram ki, facebookdan blokdan çıxardıb və mənim müzakirə səhifəmə yenə nələrsə yazıb.. Sizcə mən nə etməliyəm ? Özümü sayca 5-ci cəhdəmi hazırlamalıyam ? — Baskervill (müzakirə) 07:45, 19 avqust 2020 (UTC)
- Vago əlbəttə, haqlısınız. Diqqətiniz üçün təşəkkür edirəm.— Turkmen müzakirə 09:24, 12 avqust 2020 (UTC)
- Hörmətli Turkmen heç birinizi heç nə ilə ittiham etmirəm. Sadəcə hamınızdan xahiş edirəm ki, imkan daxilində başqasını üzən keşmişlə yaşamayaq. Keçmişi keçmişdə qoyub bundan sonrasına baxaq...→Vago ms 09:10, 12 avqust 2020 (UTC)
- Hörmətli Vago mənim Azvikidə heçbir istifadəçi ilə problemim yoxdur. Heç Baskervill-ə qarşıda bir kinim yoxdur. Sadəcə istifadəçi haqqımda yerli-yersiz şərhlər yazır. Bu da əlbəttəki xoşgəlinəsi hərəkət deyil. Bu səbəbdən təpki göstərməyə məcburam. Əgər istifadəçinin yuxarda qeyd etdiyi kimi mənimlə işi yoxdursa zəhmət olmasa bu tip fəaliyyətinə də son versin. Bu qədər. — Turkmen müzakirə 09:00, 12 avqust 2020 (UTC)
- Bəli namizədliyim barədə sizinlə müzakirə apararkən qeyd etmişdim. Amma artıq bu hüququn ağırlığını götürmək üçün vaxtım yoxdur və idarəçi alətləriylə çalışdığım qədərilə vikiyə yardım edirəm. Yaxın dövr ərzində inanmıram ki, belə bir namizədliyim olsun. Belkə də heç vaxt namizəd olmayacam. Xeyir mən sizin üzərinizdən özüm üçün yol açmağı düşünmürəm. Buna əmin ola bilərsiniz. Bəli, sizin statuslarınızın alınması üçün müzakirə açmışam. Amma bunun səbəbi sizin qaydaları pozmanız idi. Müzakirələrin biri çoxsaylı hesabdan sui-istifadəyə görə, digəri isə kütləvi qayda pozuntularına görə açılmışdı. Məni Vikimedia Fonduna şikayət etmək istəyirsinizsə bunun üçün xərc çəkməyinizə gərək yoxdur sadəcə [email protected] ünvanına meil göndərə bilərsiniz. Amma sadəcə maraqlıdır, mənim hansı əməllərimdən şikayət edirsiniz? Həmçinin statusunuzun alınması üçün 2-ci müzakirə səhv etmirəmsə mənim tərəfimdən başladılmayıb. Hörmətlə,— Turkmen müzakirə 18:42, 11 avqust 2020 (UTC)
Səhifələr
redaktəSalam, BNS-yə baxa bilərsiniz mi? Həftələrdir bitməli olan müzakirələr yekunlaşdırılmayıb. Vaxtınız olsa silinəcək səhifələr kateqoriyasındakı səhifələrə də baxardınız. Təşəkkürlər. Dr.Wiki54 (müzakirə) 11:38, 15 avqust 2020 (UTC)
Camal Əli
redaktəSalam, Camal Əli məqaləsini niyə müzakirəsiz silmisiniz. Özüdə güyə istinadsızdır. Google-də onun haqqında 250,000 məlumat var. Məqaləni bərpa edin.— Azerifactory (müzakirə) 23:55, 4 sentyabr 2020 (UTC)
- Azerifactory belə vəziyyətdə bir məqalənin qalması dahamı yaxşıdır ? — Baskervill (müzakirə) 07:56, 6 sentyabr 2020 (UTC)
- Hər halda məqalə ensiklopedikdir və müzakirəsiz silinib. Əgər qeyri-ensiklopedik olsa idi, ayrı məsələ. Bundan əlavə bu vikidə onlarla belə məqalə var. Bəli biz hər şeyi redaktə edə bilmərik amma kiməsə maraqlı gəlsə edə bilər. Mən məsələn son zamanlar daha çox məqalələri düzəldirəm, nəyinki, boş boş yaratmaqdansa amma arada olur 3-4 ay sonra qayıdıb, həmin məqaləyə daha artıq məlumat artırıram.— Azerifactory (müzakirə) 19:35, 6 sentyabr 2020 (UTC)
Məqalənin mühafizə edilməsi barəsində xahiş
redaktəSalam çox hörmətli cənab Baskervill. Mənim bu yaxınlarda yaratdığım və YM statusu ilə dəyərləndirilmiş Geniş açılmış gözlərlə məqaləsi Türkmen adlı istifadəçi və idarəçi tərəfindən ciddi şəkildə redaktə müharibəsinə məruz qalır - [1] . Belə ki, Qüds və Yerusəlim adlandırılması haqqında keçirilən səsvermədə Qüds adına səs verən Türkmen indi də mənim yaratdığım məqaləyə istədiyi dəyişiklikləri edir və buna heç bir anlatım gətirmir. Bu səbəbdən də Sizdən xahişim budur ki, Geniş açılmış gözlərlə məqaləsini müvəqqəti olaraq mühafizə etməkdə yardımçı olun. Sizə dərin hörmətlə, --Farid Aliyev (müzakirə) 14:12, 1 sentyabr 2020 (UTC)
- Həqiqətən də çox təəssüf edirəm ki, bu tipli bir adam Azvikinin idarəçilərindən biridir. Türkmen Qüds və ya Yerusəlim səhifəsində keçirilən səsvermənin nəticəsinə hörmətlə yanaşın və cənab Farid Aliyevə imkan verin ki, adam yeni məqalələrin üzərində işləməyə davam etsin. Sözügedən istifadəçiyə qarşı atmış olacağınız istənilən mənfi bir addımın qarşısı tərəfimdən alınacaqdır.— Baskervill (müzakirə) 07:20, 6 sentyabr 2020 (UTC)
Elay Məmmədov səhifəsinin silinməsilə bağlı.
redaktəHörmətli həmkar, yenicə yaradıb iş gedir şablonuda yerləşdirmişdim. Necə deyəllər mürəkkəbim qurumiumış sildiniz. Zəhmət olmasa bərpa edərdiniz məqaləni tam bitirərdim. Eyni zamanda bildirim ki, bu şəxs, Azərbaycanlı olan rəssam vərəndən kənar dünyanın ən aparıcı və nüfuzlu sənət ocaqlarından biri sayılan Milan rəssamlıq akademiyasında təhsil alan ilk yeganə həmyerlimizdir. Və İtaliyada İtaliya mediasında yeni islubun yaradıcısı kimin tanınan bir həmyerlimizin vikidə məqaləsinin nədən yaratmayaq. Bu baxımdan birdaha xahiş edirəm məqaləni bərpa edəsiniz və yekunlaşdımağıma şərait yaradasız. Təşəkkürlər. Hörmətlə, — Conimax (müzakirə) 07:37, 7 sentyabr 2020 (UTC)
We sent you an e-mail
redaktəHello Crepusculum/Arxiv 11,
Really sorry for the inconvenience. This is a gentle note to request that you check your email. We sent you a message titled "The Community Insights survey is coming!". If you have questions, email [email protected].
You can see my explanation here.
MediaWiki message delivery (müzakirə) 18:46, 25 sentyabr 2020 (UTC)
Qiymətləndirmə
redaktəSalam. Siz məqalə namizədlərini qiymətləndirməyə təqdim edərkən bir neçə namizəddə Məqalə üzərində işləyən(lər): bölməsini boş qoymusunuz. Fikrinizdən yayındığını düşünüb bildirmək istədim. Çünki bildiyim üzrə həmin bölmə avtomatik dolmur. — Surə 🗯 09:23, 15 oktyabr 2020 (UTC)
Salam
redaktəSalam, hörmətli Baskervill. Bir neçə dəqiqə əvvəl bu müraciətimi sildiyinizi gördüm, təəssüf ki. Bu və ya digər redaktələrinizi ayrı-ayrı şərh etmək istəmirəm. Nəzərə alın ki, sizin, mənim və digər təcrübəli istifadəçilərin etdiyi redaktələr yeni istifadəçilər tərəfindən normal hal kimi qəbul edilir və çox pis ənənə formalaşa bilər. Son dəyişikliklər səhifəsini yoxlayan onlarla istifadəçi var, ona görə belə redaktələr etməmişdən qabaq vikicəmiyyəti nəzərə almaq lazımdır. Siz mənimlə qarşıdakı 10 ildə də razılaşmaya bilərsiniz, amma bunu elə formada etmək lazımdır ki, nəzakətsizlik olmasın. Düşünmürəm ki, siz və ya digər istənilən idarəçi/təcrübəli istifadəçi vikipediyaya daxil olanda "görəsən, necə nəzakətsizlik etmək olar" niyyəti ilə fəaliyyətə başlayır. Ümid edirəm, fikrimi düzgün çatdıra bildim. Vikicəmiyyətin mehriban münasibətlərə və müzakirələrə ehtiyacı var.— Eminn ismarıc 20:04, 4 noyabr 2020 (UTC)
- İndi məndən nə istəyirsiz ? Sizə necə kömək edə bilərəm cənab Eminn ismarıc ?— Baskervill (müzakirə) 01:57, 5 noyabr 2020 (UTC)
Vikipediya:Qiymətləndirmə/Yaxşı məqalələr/Avstriya-Macarıstan kronu
redaktəSalam, Avstriya-Macarıstan kronu məqaləsi aylardır ki, qalıb elə qiymətləndirmə mərhələsində, halbuki xeyli sayda səs toplayıb. Xahiş edirəm, icraçı olaraq bu işlə bağlı tədbir görün. Hörmətlə, — Hilal knight (müzakirə) 11:22, 18 noyabr 2020 (UTC)
Təşəkkür
redaktəBaskervill, hər vaxtınız xeyir. İstanbul Universiteti məqaləsinin "Yaxşı məqalə" statusu alması üçün baş tutan səsvermədə bildirdiyiniz müsbət rəyə görə minnətdarlığımı bildirirəm. Diqqətiniz üçün təşəkkürlər. — Burocan (müzakirə) 00:47, 5 dekabr 2020 (UTC)
- Fəaliyyətiniz icma üçün dəyərlidir. Mən təşəkkür edirəm cənab Burocan— Baskervill (müzakirə) 07:00, 5 dekabr 2020 (UTC)
Elnur Məmmədov (şəhid)
redaktəSalam, Hər vaxtınız xeyir olsun, məqalənin niyə silindiyini bilmirəm, mən sadəcə şəhidlərimiz üçün nəsə etmək istəyirəm,xaiş edirəm bir səfim varsa düzəldin , vəya mənə kömək edin mən düzəldim. Şəhidin ailəsidə məqalənin silinməsindən narahatdı,zəhmət olmasa bunu nəzərə alasınız.Diqqətiniz üçün minnətdaram .
- Salam. Mən heç bir məqaləni silməmişəm. Elnur Məmmədov (şəhid) adlı məqalə mövcuddur və heç kim tərəfindən silinməyib. Sadəcə siz məqaləni çox səhv formada tərtib etmisiz. Məqalə daxilində əlavə və düzgün olmayan keçidlər vermirisiz. Ən mümkün zamanda bunları aradan qaldırmağa və məqaləni digər şəhid məqalələri kimi nizama salmağa çalışacağam. Təşəkkürlər. — Baskervill (müzakirə) 09:07, 8 dekabr 2020 (UTC)
Coşğun Məmmədli
redaktəSalam hörmətli Baskervill, siz Coşğun Məmmədli səhifəsini silinməyə namizəd kimi qeyd etdiz. Əvvəlcədən qeyd etmək istərdimki səhifənin yaratmaq məqsədim sadəcə həkimlər barəsində daha ətraflı məlumat verməkdir. Dr Coşğun Məmmədli Azərbaycanda kifayət qədər tannınmış bir həkimdir, və çalışdığı sahədə boyuk uğurla nail olub. Sizdən xahiş edirəm ki səhifəni silinmə namizədlərininən çıxarasız. Əvvəlcədən Sizə təşəkkür edirəm. Amiredigarov13 (müzakirə) 06:40, 11 dekabr 2020 (UTC)
- Belə bir rica qəbul olunmur. Məqalənin silinib, silinməməsinə icma qərar verir. Ümumiyyətlə bu müraciətinizdən bir şey başa düşmədim. — Baskervill (müzakirə) 06:47, 11 dekabr 2020 (UTC)
- Baskervill Sizin rəyiniz ilk rəy kimi qoyulub, məndə sizə təklif etdimki siz öz rəyinizi dəyişərdiz. Və birdə sualım var nəyə əsasən siz bu şəxsi qeyri-ensiklopedik kimi qeyd etdiz?Amiredigarov13 (müzakirə) 06:54, 11 dekabr 2020 (UTC)
- Çünkü bu tipli məqalələrin 99% şəxsin fərdi PR olunmasına hesablanıb. Vikipediyada ölkə əhəmiyyətli və ya tibb dünyasında müstəsna yeniliklər etmiş həkimlər haqqında məqalələr olmalıdır. Sözügedən tipli məqalələr mənfi nümunələr təşkil edir. Səhərisi gün bir başqası gəlib deyəcək ki, xeyir ola filankəs həkimə olar, bizə yox ?? Bax, o zaman mən sizi hardan tapacam ? — Baskervill (müzakirə) 06:56, 11 dekabr 2020 (UTC)
- Baskervill Sizin rəyiniz ilk rəy kimi qoyulub, məndə sizə təklif etdimki siz öz rəyinizi dəyişərdiz. Və birdə sualım var nəyə əsasən siz bu şəxsi qeyri-ensiklopedik kimi qeyd etdiz?Amiredigarov13 (müzakirə) 06:54, 11 dekabr 2020 (UTC)
Baskervill Tamam sizinlə razıyam, sizin dediyiniz sozlərdə həqiqət var, bəs onda hansı nailətlər və ya məlumatlar qeyd edilməlidiki, şəxs vikipediya kriterialarını uyğun olsun, zəhmət olmasa bu sualımda yardımçı olardız. Amiredigarov13 (müzakirə) 07:03, 11 dekabr 2020 (UTC)
- Vallah bu çox çətin sualdır. Çünkü, Azvikidə Ensiklopedik əhəmiyyətlilik haqqında yekun bir qərar yoxdur. Qəbul edilməmiş bir qanun üzərindən kimisə mühakimə etmək doğru deyil. Şəxs vacib adam hesab olunur və ya öz həmkarları və ya davamçıları tərəfindən geniş şəkildə istinad edilir. cümləsi vəziyyəti izah edir məncə. Bu elə bir məsələdir ki, biz məqaləyə baxan kimi bilirik ki, bu məqalə ensiklopedikdir ya yox. Həkim kimi daha çox elmi fəaliyyəti olmalıdır və ölkədə tanınmış bir şəxs olmalıdır. Ya hansısa məsələyə məhşur bir şəxs olmalı və ya öz sahəsində tanınmış olmalıdır. İnanın ki, gün ərzində 7-8 məqaləni salamsız, kəlamsız silirəm. Sadəcə bu yoldaşın həkim olduğunu nəzərə alıb, icmanın müzakirəsinə çıxarmağı məqbul saydım. Azvikidə o qədər problemli məqalələr var ki, hərdən heç bilmirik nə edək. Unutmayaq ki, məqalə hələ silinməyib. Salamatı siz sözügedən səhifədə davam edən müzakirəni izləyin və məqalənin silinməsinə səs verən şəxslərdən səslərini əsaslandırmağı rica edin. Bəzən elə olur ki, müzakirənin gedişatı əsasında məqalənin saxlanılmasına qərar verilir. — Baskervill (müzakirə) 07:19, 11 dekabr 2020 (UTC)
Baskervill Bu cür açıqlamaya görə təşəkkür edirəm, sağolun.
Milli Qəhrəmanlar
redaktəBaskervill, hər vaxtınız xeyir. Son zamanlar məni narahat edən bir məsələ ilə əlaqədar sizi narahat edirəm. Milli Qəhrəmanların səhifələri sistematik formada vandallığa məruz qalır. Ən son Vəzir Orucov məqaləsi bu cürə mənfur münasibətə məruz qaldı, müdaxilə etdim və əvvəlki halına qaytardım. Mövcud vəziyyəti nəzərə alaraq, Milli Qəhrəman adı almış şəxslərə dair məqalələri 1 aylıq mühafizə etmək mümkündürmü? Diqqətiniz üçün təşəkkürlər. — Burocan (müzakirə) 13:50, 11 dekabr 2020 (UTC)
message
redaktəHello dear friend
how can i send you an email? my email is [email protected]
Mogoeilor (müzakirə) 05:58, 28 yanvar 2021 (UTC)