Istifadeci Corc Qafarov Qaralama - Wikipedia
Corc
Corc Qafarov
redaktəMaris Beinerts oğlu
Doğum Tarıxı
redaktə24 fevral 1995 (26yaş)
Doğulduğu Yer
redaktəLatvia Respublikası, Riqa şəhəri
Həyatı
redaktəQafarov Corc Maris oğlu 24 fevral 1995-ci ildə Latvia Respublikasında, Riqa şəhərində anadan olub. Atası Maris Beinerts, anası Leyla Qafarova, qardaşı Jerar Qafarov. Atası Latvialı, anası Azərbaycanlıdır. Corc 5 yaşında anası ilə birgə Azərbaycana gəlib. Ailənin məlum məsələlərə görə dağılması nəticəsində, Corc və qardaşı Uşaq evinə düşür və orda böyüməyə başlayırlar. Atası Latviada qalır. Corc və ailəsi birdə atasının üzünü görmür. Anası isə Azərbaycanda qalır. Çox keçmədən anası məlum xəstəlikdən 24 may 2014-cü ildə dünyasını dəyişir. Araşdırma nəticəsində atası isə 2013-cü ildə dünyasını dəyişir. Corc uşaq evində qaldığı müddətdə idmanla, rəqslə, rəsmlə məşğul olur. Eyni zamanda təhsilinədə xüsusi diqqət edir. Rəqslə qatıldığı televiziya yarışmasında Corcu Rejissor Yavər Rzayev görüb, bəyənib görüşə dəvət edir. Və onu öz filmində baş rolda görmək istəyir. Corca 11 yaşında təklif olunan filmə görə həyatı bir anlıq dəyişir və aktyorluq karyerası başlayır. 2014-cü ildə Nadir Əliyev adına 282 nömrəli tam orta məktəbi bitirib 2014-2018-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-Kino aktyorluğunu bitirib. 2018-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Ordu sıralarına qoşulur və 1 illik əsgərlik ximətini bitirir. 2019-cu il dekabrın 17-dən Azərbaycan Dövlət Akademik Milli Dram teatrının aktyorluq vəzifəsinə cəlb olunur. 2020-ci ildə Suraxanı Rayonu, Qaraçuxur Bələdiyyəsinə 5 illik üzv seçilir və ordakı fəaliyyətini davam etdirir. Hal-hazırda aktyorluq karyerasını davam etdirir.[1]
Filmografiya
redaktəFilm və Serialları: “İlahi Məxluq” filmi 2007-ci il. “Dolu” filmi 2011-ci il. “Bakı Mən Səni Sevirəm” filmi 2012-ci il. “Sonuncu” filmi 2012-ci il. “Tək Olanda Qorxma” serialı 2011-ci il. “Qisas” serialı 2012-ci il. “28 İyun” serialı 2015-ci il. “CekPot” filmi 2016-cı il. “Bir Ovuc Sonsuzluq” filmi 2017-ci il “İmtahan” serialı 2019-2020-ci il. “Ata Ocağı” serialı 2020-2021-ci il.[2]
Doğum yeri
redaktəLatvia Respublikası, Riqa şəhəri
Atası
redaktəAtası: Maris Beinerts
Anası
redaktəAnası: Leyla Qafarova