Istifadeci Amd628 Qaralama Sexse Hucum - Wikipedia
Şəxsə hücum qadağandır
İki sözlə: fikirlərinizi məqalə və şərhlərə bildirin, istifadəçiyə yox. Vikipediyada heç zaman, heç yerdə şəxsi hücüm etməyin. Bu heç nəyi dəyişdirməyəcək; sadəcə Vikipediya cəmiyyətinə mənəvi ziyan vuracaq, istifadəçiləri ensiklopediya yaratmaqdan çəkindirəcəkdir.
Şəxsi hücüm nədir?
redaktəMüzakirə Vikipediyanın mədəniyyətinin əsas hissələrindən biridir. Müxtəlif istifadəçilər məqalələrin müəyyən hissələri ilə tez-tez razılaşmırlar. Onlar məqalədə öz nəzər nöqtələrinində yer almasını istəyirlər. Bütün bu baxışları bir məqalədə birləşdirmək daha yaxşı, neytral mövqedən yazılmış məqalə yaradır. Məqaləni redaktə edən hər bir istfiadəçi Vikipedia cəmiyyətinin bir üzvüdür. Onların hər birinin mənsub olduqları cəmiyyətin baxışları məqalələrə neytral şəkildə daxil edilməlidir. İstifadəçilər məqalənin müəyyən hissəsinə öz narazılıqlarını sivil və vikipediya nəzakət qaydalarına riayət edərək bildirməlidirlər. Müzakirə aparmağın etik və səmərəli üsulu kimi, şərhlər şəxsiləşdirilməməli və redaktə edən istifadəçiyə yox məqalə və ya hadisəyə yazılmalıdır. Lakin, başqa redaktə edənlərə müraciətdə məqalə haqqında narazılıqların yazılması şəxsə hücüm deyil. "Sizin X haqqında redaktələriniz, Y-dəki məlumatlara əsasən səvhdir" və "Məqaləyə daxil etdiyiniz hissə elmi işə oxşardır" kimi müraciətlər şəxsə hücum deyil. Bu cür şərhlərə cavab yazmağın ən ideal yolu mübahisəli hissənin məzmunu, mənbəsini göstərməkdir. İstifadəçiləri şəxsi hücumda günahlandırmaq şəxsi hücum sayılır.
Şəxsi hücumlar
redaktəÜmumiyyətlə şəxsi hücumları müəyyən etmək üçün konkret kriteriyalara yoxdur. Lakin bəzi redaktələr bir mənalı şəkildə şəxsi hücum kimi qiymətləndirilir:
- Digər istifadəçilərə qarşı rasist, cinsi, dini, siyasi, etik və digər (əlil insanlara qarşı) şərhlər yazmaq şəxsi hücumdur.
- Kimlərinsə birgə işləməsini digərlərinin baxışlarını pozması kimi qiymətləndirmək -(baxmayaraq həmin birgə işləmə əsas idealardan biridir yoxsa yox) şəxsə hücumdur
- Ziyanlar:
- Hüquqi zədələr
- Müzakirə və istifadəçi səhifələrində vandalizmin zədələri
- və s.
Sadalananlar şəxsi hücumun ən ideal kriteriyaları deyil. Edilmə səbəbindən asılı olmayaraq istifadəçilər təhqir etmək və saymazyana fikirlər bildirmək şəxsi hücum kimi qəbul edilir. Şübhələndiyiniz zaman məqaləyə şərhlərinizi bildirin, onu redaktə edənlərə yox.
Şəxsə hücum qadağaları bütün Vikipediya istifadəçilərinə eyni dərəcədə aid edilir.Vikipedia onlayn cəmiyyəti həvəsləndirir: insanlar səvh edir, lakin onlar bu səvhlərdən öyrənməyə və öz səvhlərini düzəldilməyə həvəsləndirilir; şəxsə hücumlar isə bu həvəsi zəiflədir, istifadəçiləri ensiklopediya quruculuğundan yayındırır.
Şəxsi hücumlara cavab
redaktəİlkin seçimlər
redaktəŞəxsi hücuma reaksiyanın ən yaxşı yolu ona cavab verməməkdir.Vikipediya və onun müzakirələri bir çox istifadələrdə stress yarada bilər, bu da ki, onların çox kəskin reaksiya vermələri ilə nəticələnə bilər. Ümumiyyətlə müzakirələr yazı şəklində olduğu üçün emosiya və nüansları oxucuya çatdıra bilmir; bu da anlaşılmamazlıqlara gətirib çıxara bilər. Vikipediyada şəxsə hücum bağışlanmadığı üçün, mümkün olan hallarda istifadəçilər qeyri-etik şərhlərə cavab verməməli, imkan olduqda qarşı tərəfi ensiklopediyanın inkişafında maraqlandırmağa cəhd etməlidir.
Əgər fikirləşirsinizsə cavab vermək vacib və arzuolunandır, onda siz digər istifadəçinin müzakirə səhifəsində nəzakətli cavab şərhi yazmalısınız. Heç vaxt məqalənin müzakirə səhifəsində cavab yazmayın. Bu həmin məqalənin inkişaf elətdirilməsinə təsir edir. Siz təhqir olunanda belə, qarşı tərəfə düşməncəsinə mövqe göstərmək arzuolunmaz haldır. Belə hallarda nəzakətli qaydada yazılmış cavab mesajı daha məqsədə uyğundur. Əgər mümkündürsə müzakirə olunan məsələnin dərinliyini izzah edin.
Şəxsə hücum sivil sözlərdən istifadə etməyərək redaktorların hərəkətini izzah etməkdir. Onlar şəxsi xarakterləri ifadə etmədikcə, şəxsə hücum kimi başa düşülməməlidir. Belə aydın olur ki, "Sizin şərhiniz şəxsə hücumdur" ifadəsi şəxsə hücum deyil .
Təhqiredici şəxsi hücumlar (fiziki və ya hüquqi hədələr) cavabsız qalmamalıdır. Təcili müdaxiləyə ehtiyac olan şərhlər təsadüfi olur, lakin yenə də olarsa, o zaman idarəçilərin elanlar lövhəsində, bu məsələrə baxan idarəçini müzakirə səhifəsində və ya Kənd Meydanında qeyd edilməlidir. Bu zaman idarəçilər lazimi tədbirləri görəcəklər (xəbərdarlıq, qısa və ya üzunmüddətli bloklanma).
Şəxsi hücumların silinməsi
redaktəÜmumiyyətlə şəxsə hücumların müzakirə səhifəsindən silinməsi haqqda rəsmi Vikipediya qaydası mövcud deyil. Belə yazıların silinməsi isə çox az hallarda müzakirə obyekti olmuşdur. Bir nüansı qeyd edilməlidir ki, müzakirə səhifələrində sizə qarşı yönəlmiş mətnin çıxarılması mümkün qədər azaldılmalıdır.
Viki-xarici hücumlar
redaktəWikimedia Foundation özünün tabeçiliyində olmayan proyektlərdə şəxsi hücumları nizamlaya bilmir. Lakin yenə də şəxsə hücumlar redaktorları düzgün ensiklopediya quruculuğundan yayındırır. Vikipediya xaricidə (çat, e-mail) istifadəçiləri təhqir etmək həmin istifadəçinin vikicəmiyyətlə münasibətinə və eləcə də vikicəmiyyətin özünə, xüsusi ilə həmin hücumlarda redaktorlar hədələnirlərsə, pis təsir göstərir. Bu cur hücumlar təngəgətirici, usandırıcı faktorlardır, və Vikipediya daxilində məhkəmə işlərində, eləcə də müzakirələrdə xüsusi şahidliyə (etibarlılığa) malikdirlər.