Istanbul Sulh Muqavilesi 1562 - Wikipedia
İstanbul sülh müqaviləsi (türk. İstanbul Antlaşması ) — 1562-ci il iyunun 1-də İstanbulda Avstriya hersoqluğu ilə Osmanlı imperiyası arasında imzalanmış müqavilə.
İstanbul sülh müqaviləsi | |
---|---|
Müqavilənin tipi | sülh müqaviləsi |
Hazırlanma tarixi | 1 iyun 1562 |
İmzalanma yeri | İstanbul, Türkiyə |
İmzalayanlar |
Avstriya hersoqluğu Müqəddəs Roma imperiyası Osmanlı imperatorluğu |
Dili | Osmanlı türkcəsi |
Səkkiz il müddətində qüvvədə qalan müqavilənin şərtlərinə əsasən Avstriya hersoqluğu hər il Osmanlı imperiyasına 30.000 qızıl sikkə vergi ödəməli və hər iki tərəf bir-birinə hücum etməməli idi.
Arxa plan
redaktə1540-cı il iyulun 22-də I Yanoşun ölümündən sonra arvadı İzabela Yaqellonka Macarıstan krallığının tabe olduğu Osmanlı sultanı I Süleymandan Yanosun ölümündən bir neçə gün əvvəl doğulmuş oğlu Yanoş Jiqmond Zapolya adından Macarıstan krallığını idarə etmək üçün razılıq aldı.[1] Bu hadisədən sonra Avstriya hersoqu I Ferdinand 1540-cı ilin oktyabrında Budapeşti mühasirəyə aldı,[2] lakin şəhərdə macar qüvvələrinə qarşı üstünlük əldə edə bilmədi.[3] Növbəti il Ferdinandın ordusu Budaya doğru hərəkət etdi. 1541-ci il mayın 3-də şəhərə gələn ordu mayın 4-də şəhəri mühasirəyə aldı.[4] Əvvəlcə Rumeli bəylərbəyi Dəli Hüsrəv Paşa, daha sonra üçüncü vəzir Sokollu Mehmed Paşanın komandanlığındakı qüvvələri Budinə göndərən Süleyman,[5] 23 iyun 1541-ci ildə ordusu ilə səfərə çıxdı. Osmanlı qüvvələri 1541-ci il iyulun 10-da Budinə çatdı.[6] Avqustun 21-də mühasirə başa çatdı və Ferdinandın qüvvələri geri çəkilməyə başladı.[4][6][7] Ordunun 27 noyabr 1541-ci ildə İstanbula qayıtması ilə yürüş başa çatdı.[8] 1542-ci ildə Ferdinand yenidən Budin və Peşti mühasirəyə aldıqdan sonra Süleyman Macarıstan üzərinə yenidən yürüş etməyi qərara aldı.[9] İstanbuldakı hazırlıqlar tamamlandıqdan sonra Süleyman[10] 17 dekabr 1542-ci ildə Ədirnəyə doğru hərəkət etdi və orada qışladıqdan sonra 23 aprel 1543-cü ildə Sofiyaya doğru yola çıxdı.[8][11] Bəzi şəhərlərin Osmanlı hakimiyyəti altına keçməsi ilə nəticələnən bu səfər noyabrın 16-da Süleymanın İstanbula çatması ilə başa çatdı.[12]
1545-ci ilin noyabrında Ferdinand tərəfindən İstanbula göndərilən elçilər aparılan danışıqlarından sonra iki dövlət arasında təxminən 18 ay davam edəcək atəşkəsə nail oldu. 1547-ci il iyunun 19-da Avstriya hersoqluğu ilə 5 il qüvvədə qalan müqavilə imzalandı.[13][14] Müqaviləni imzalayan tərəflərdən biri də Müqəddəs Roma imperiyası idi. İki dövlət arasında ilk yazılı müqaviləyə əsasən Avstriya hersoqu I Ferdinand və Müqəddəs Roma imperatoru V Karl Osmanlı imperiyasının Macarıstan üzərindəki hakimiyyətini tanıdı, Habsburqlar sülaləsinin hökmranlıq etdiyi Macarıstan torpaqları üçün Osmanlı imperiyasına hər il 30.000 qızıl sikkə verməyə razılaşdı. Bundan əlavə, razılaşmaya əsasən, hər iki tərəf bir-birinə hücum etməyəcəkdi.[9][13][15][16] Digər tərəfdən, İzabela Yaqellonka oğlu ilə birlikdə Lipovaya göndərildi və Transilvaniyanın idarəçiliyi ona həvalə edildi.[17] Macarıstan kralı Yanos Zsiqmondun varisi Dyörd Martinuzzi burada məclis tərəfindən regent seçildi. 1549-cu ildə o, Ferdinand və İzabellanın adamları arasında gizli müqavilə bağlandı. 1551-ci ilin iyulunda İzabella ilə Ferdinand arasında imzalanan müqavilə ilə Ferdinandın Macarıstan və Transilvaniya hökmdarı kimi tanınması ilə Transilvaniyanın Avstriyanın himayəsi altına alınması istiqamətində işlərə başlanıldı.[17][18][19] Avstriya əsgərlərinin Osmanlı imperiyasının əyaləti olan Transilvaniyaya hücumu ilə müqavilə pozuldu. Süleyman tərəfindən Budin bəylərbəyi, Valaxiya və Moldavia voevodlarına Transilvaniyını müdafiə etmək əmri verildi. Hücum nəticəsində avstriya əsgərləri xeyli əsir ələ keçirdilər.[20] Hadisələrin ardından Transilvaniyaya göndərilən Rumeli bəylərbəyi Sokollu Mehmed Paşa Beçe, Beçkerek (indiki Zrenyanin), Çanad (indiki Cenad) ilə yanaşı on iki qalanı ələ keçirdi və Lipovanı yenidən nəzarəti altına aldı. Timişoara mühasirəsi uğursuzluqla nəticələnən Mehmed Paşa geri qayıtdı.[17][21] Digər tərəfdən Avstriya qüvvələri tərəfindən mühasirəyə alınan Lipova bir müddət sonra bu dövlətin tabeliyinə keçdi,[17] Osmanlı imperiyasına tabe olan olan Seqedə hücum uğursuzluqla nəticələndi.[22] Sultan Süleyman tərəfindən bölgəyə göndərilən ikinci vəzir Qara Əhməd Paşa 1552-ci ilin iyununda Belqradda görüşdüyü Sokollu Mehmed Paşa ilə birlikdə Timişoaranı mühasirəyə aldı.[22] Timişoara və ətrafındakı kiçik qalalar alındıqdan sonra bölgədə Timeşvar əyaləti quruldu.[22]
Ferdinandın göndərdiyi elçi Oje Qiselin de Busbek 1555-ci ilin iyununda Amasyada I Süleymanla görüşdü və iki dövlət arasında altı ay davam edən sülh bağlandı.[22]
Məzmunu
redaktə1562-ci il iyunun 1-də Avstriya hersoqluğu ilə Osmanlı imperiyası arasında 8 il davam edən müqavilə imzalandı.[23]Müqaviləyə əsasən Ferdinand Sultan Süleymana illik 30.000 qızıl sikkə vergi ödəməli və 1547-ci il müqaviləsindən qalan iki illik qızıl borcunun bir ilini ödəməyə razı oldu.[23] Bundan əlavə, razılığa əsasən hər iki tərəf bu müddətdə bir-birinə hücum etməməli idi.[23]
İstinadlar
redaktə- ↑ Akgündüz, Ahmed; Öztürk, Said; sf. 185
- ↑ The Cambridge History of Poland (İngilizce). 317. ISBN 9781001288024. 13 Ocak 2014 tarixində arxivləşdirilib.
- ↑ Györkös, Attila. "1533-1540-ig tartó korszak eseményei Magyarországon" (Macarca). 2 Haziran 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 Ocak 2014.
- ↑ 1 2 Györkös, Attila. "1541-1542-ig tartó korszak eseményei Magyarországon" (Macarca). 2 Haziran 2013 tarixində arxivləşdirilib.
- ↑ Uzunçarşılı, İsmail Hakkı; sf. 338
- ↑ 1 2 Altaylı, Yasemin; sf. 39
- ↑ Turnbull, Stephen; sf. 52
- ↑ 1 2 Sakaoğlu, Necdet; sf. 10
- ↑ 1 2 Sandler, Stanley. Ground Warfare: An International Encyclopedia. ABC-CLIO. 2002. ISBN 1-57607-733-0. 7 Ocak 2014 tarixində arxivləşdirilib.
- ↑ İpcioğlu, Mehmet; sf 19
- ↑ Uzunçarşılı, İsmail Hakkı; sf. 339
- ↑ İpcioğlu, Mehmet; sf 59
- ↑ 1 2 Aydın, Yusuf Alperen; sf. 14
- ↑ Kurtaran, Uğur; ss. 35
- ↑ Emecen, Feridun. TDV İslâm Ansiklopedisi. Türk Diyanet Vakfı. 68. 8 Şubat 2015 tarixində arxivləşdirilib.
- ↑ Aydın, Yusuf Alperen; sf. 25
- ↑ 1 2 3 4 Aydın, Yusuf Alperen; sf. 15
- ↑ Leeb, Josef. Der Reichstag zu Regensburg 1556/57 (Almanca). Oldenbourg Verlag. 310. ISBN 3486717081. 8 Şubat 2015 tarixində arxivləşdirilib.
- ↑ Setton, Kenneth Meyer; ss. 567
- ↑ Aydın, Yusuf Alperen; sf. 34
- ↑ Uzunçarşılı, İsmail Hakkı; sf. 495
- ↑ 1 2 3 4 Aydın, Yusuf Alperen; sf. 16
- ↑ 1 2 3 Aydın, Yusuf Alperen; sf. 26