Israilliler - Wikipedia
İsraillilər (ivr. יִשְׂרְאֵלִים; ərəb. إسرائيليون) – İsrail dövlətinin vətəndaşları. Ölkə əhalisinin 75 faizini yəhudilər, 20 faizini ərəblər, 5 faizini digər etnik və dini azlıqlar təşkil edir.[1]
İsraillilər | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Erkən İsrail mədəniyyəti əsasən 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Avropadan, Qərbi Asiyadan və Şimali Afrikadan Britaniya Fələstininə aliya edən yəhudi diasporunun nümayəndələri tərəfindən formalaşdırılmışdır. Sonradan Efiopiya, keçmiş Sovet respublikaları və Amerika qitəsindən yəhudi immiqrasiyası İsrail cəmiyyətinə yeni mədəni elementlər qatdı və müasir İsrail mədəniyyətinə dərin təsir göstərdi.
1948-ci ildə İsrail müstəqillik əldə etdikdən sonra, israillilər və İsrail əsilli şəxslər əsasən yəhudi diasporu ilə eyni olan, lakin digər etnik və dini qrupları da əhatə edən geniş diaspora malikdir. Ümumi İsrail əhalisinin təxminən 10 faizinin xaricdə, xüsusən də Rusiyada (Moskvada İsraildən kənarda ən böyük İsrail icması yerləşir), Hindistanda, Kanadada, Böyük Britaniyada, ABŞ-də və bütün Avropa ölkələrində yaşadığı təxmin edilir.
Etnik və dini qruplar
redaktəİsrailin əsas etnik və dini qrupları aşağıdakılardır:
Yəhudilər
redaktəİsrail əsilli yəhudi əhalisinin əksəriyyəti Aşkenazi Yəhudiləri, Mizrahi Yəhudiləri, Sefarad Yəhudiləri, Efiopiya Yəhudiləri və digər yəhudi etnik bölmələrinin nəslindəndir. Tarixən böyük Mizrahi əhalisi və onilliklər boyu etnik qarışıqlıq səbəbindən İsrailin hazırkı yəhudi əhalisinin 50%-dən çoxu ən azı qismən Mizrahi mənşəlidir.[2]
İsrail Mərkəzi Statistika Bürosu 2010-cu ildən etibarən İsrail yəhudilərinin ata tərəfdən mənşə ölkəsini izləyir.[3]
Mənşə ölkəsi | Xaricdə doğulan |
İsraildə doğulan |
Cəmi | Xüsusi çəki, %-lə |
---|---|---|---|---|
Cəmi | 1 610 900 | 4 124 400 | 5 753 300 | 100,0% |
Asiya | 201 000 | 494 200 | 695 200 | 12,0% |
Türkiyə | 25 700 | 52 500 | 78 100 | 1,4% |
İraq | 62 600 | 173 300 | 235 800 | 4,1% |
Yəmən | 28 400 | 111 100 | 139 500 | 2,4% |
İran/Əfqanıstan | 49 300 | 92 300 | 141 600 | 2,5% |
Hindistan/Pakistan | 17 600 | 29 000 | 46 600 | 0,8% |
Suriya/Livan | 10 700 | 25 000 | 35 700 | 0,6% |
Digər | 6 700 | 11 300 | 18 000 | 0,3% |
Afrika | 315 800 | 572 100 | 887 900 | 15,4% |
Mərakeş | 153 600 | 339 600 | 493 200 | 8,6% |
Əlcəzair/Tunis | 43 200 | 91 700 | 134 900 | 2,3% |
Liviya | 15 800 | 53 500 | 69 400 | 1,2% |
Misir | 18 500 | 39 000 | 57 500 | 1,0% |
Efiopiya | 81 600 | 38 600 | 110 100 | 1,9% |
Digər | 13 100 | 9 700 | 22 800 | 0,4% |
Avropa/Amerika/Okeaniya | 1 094 100 | 829 700 | 1 923 800 | 33,4% |
Sovet İttifaqı | 651 400 | 241 000 | 892 400 | 15,5% |
Polşa | 51 300 | 151 000 | 202 300 | 3,5% |
Rumıniya | 88 600 | 125 900 | 214 400 | 3,7% |
Bolqarıstan/Yunanıstan | 16 400 | 32 600 | 49 000 | 0,9% |
Almaniya/Avstriya | 24 500 | 50 600 | 75 200 | 1,3% |
Çexiya/Slovakiya/Macarıstan | 20 000 | 45 000 | 64 900 | 1,1% |
Fransa | 41 100 | 26 900 | 68 000 | 1,2% |
Birləşmiş Krallıq | 21 000 | 19 900 | 40 800 | 0,7% |
Avropa digər | 27 000 | 29 900 | 56 900 | 1,0% |
Şimali Amerika/Okeaniya | 90 500 | 63 900 | 154 400 | 2,7% |
Argentina | 35 500 | 26 100 | 61 600 | 1,1% |
Latın Amerikası digər | 26 900 | 17 000 | 43 900 | 0,8% |
İsrail | — | 2 246 300 | 2 246 300 | 39,0% |
Ərəbdilli azlıqlar
redaktəFələstinli ərəblər
redaktəBritaniya mandatı dövründəki fələstinli ərəblərin böyük hissəsi 1948-ci il köçündən sonra İsrail sərhədləri daxilində qaldılar. Onlar hazırda İsrailin ərəbdilli və mədəniyyət baxımından ərəb vətəndaşlarının ən böyük qrupudur. İsrailin ərəb vətəndaşlarının böyük əksəriyyəti sünni müsəlman, 9%-i xristian[4] və 7,1%-i isə druzlardır.[5]
2013-cü ilə olan məlumata görə, İsrailin ərəb əhalisi 1658000 nəfər təşkil edir ki, bu da ölkə əhalisinin təxminən 20,7%-dir.[6] Bu rəqəmə Şərqi Qüdsdəki 209000 ərəb (İsrailin ərəb əhalisinin 14%-i) daxildir ki, bu da Fələstin statistikasında hesablanır, baxmayaraq ki, Şərqi Qüdsdəki fələstinlilərin 98 faizinin ya İsraildə daimi yaşayış icazəsi, ya da İsrail vətəndaşlığı var.[7]
İsrail Mərkəzi Statistika Bürosunun 2010-cu ildəki siyahıyaalmasına görə, İsrailin ərəb əhalisi 134 ərəb şəhər və kəndində yaşayır. Onların təxminən 44%-i şəhərlərdə, 48%-i isə yerli şura statusuna malik kəndlərdə, təxminən 4%-i isə regional şuraya daxil olan kiçik kəndlərdə yaşayır.[8] İsraildə ərəb əhalisi beş əsas ərazidə məskunlaşıb: Qalileya (ümumi İsrail ərəblərinin 54,6%-i), Üçbucaq (ümumi İsrail ərəblərinin 23,5%-i), Colan təpələri, Şərqi Qüds və Şimali Negev (ümumi İsrail ərəblərinin 13,5%-i).[8] İsrail ərəblərinin təxminən 8,4%-i qarışıq yəhudi-ərəb şəhərlərində (Şərqi Qüdsdəki ərəb sakinləri istisna olmaqla), Hayfa, Lod, Ramle, Yaffa — Təl-Əviv, Əkka, Nof-Haqalil və Maalot-Tarşihada yaşayır.[9]
Negev bədəviləri
redaktəİsrailin ərəb vətəndaşları arasında bədəvilər də var. İsrail bədəvilərinə ölkənin şimalında, əksər hallarda kənd və qəsəbələrdə yaşayanlar, eyni zamanda Negevdə yarı köçəri, yaxud şəhərlərdə və ya rəsmi olaraq yaşayış məntəqəsi kimi tanınmayan bədəvi kəndlərində yaşayan bədəvilər aiddir. 1999-cu ildə Negevdə 110000, Qalileyada 50000 və İsrailin mərkəzi hissəsində 10000 bədəvi yaşayırdı. 2013-cü ilə olan məlumata əsasən, Negev bədəvilərinin sayı 200000–210000 nəfər arasındadır.[10][11][12]
Druzlar
redaktəİsraildə 2006-cı ilin sonuna sayları 117500 nəfər olduğu təxmin edilən böyük druz əhalisi də var. Britaniya mandatındakı Fələstində yaşayan bütün druzlar İsrail dövlətinin yaranmasından sonra İsrail vətəndaşı oldular.
Maronitlər
redaktəƏsasən Qalileyada, həmçinin Hayfa, Nazaret və Yerusəlimdə yaşayan 7000-ə yaxın maronit xristian var. Onlar əsasən 2000-ci ildə İsrail ordusunun Cənubi Livandan çıxmasından sonra Livandan qaçan və İsrail tərəfdarı olan keçmiş livanlı döyüşçülərin ailələridir. Bəziləri isə, Ciş kimi yerli Qalileya icmalarındandır.
Koptlar
redaktəİsrailin 1000-ə yaxın kopt vətəndaşı var.
Aramilər
redaktə2014-cü ilin sentyabrında İsrail yüzlərlə xristian İsrail vətəndaşının "arami" etnik kimliyini tanıdı. Bu tanınma İsrail ordusunun mayoru Şadi Xallul Rişonun rəhbərlik etdiyi İsrail Arami Xristian Fondunun və Yunan-Pravoslav Kilsəsinin Qabriel Naddaf ata və mayor İhab Şlayanın rəhbərlik etdiyi İsrail Xristian Rekrut Forumunun təxminən yeddi illik fəaliyyətindən sonra baş tutdu.[13][14]
Assuriyalılar
redaktəİsraildə, əsasən Yerusəlim və Nazaretdə 1000-ə yaxın assuriyalı yaşayır. Assuriyalılar qədim mesopotamiyalıların nəslindən olan aramey dilli, Şərqi xristian azlığıdır. Qüdsdə köhnə Süryani Pravoslav Müqəddəs Mark monastırı yerləşir. İsraildə Süryani Pravoslav Kilsəsinin davamçılarından başqa Şərq Assuriya kilsəsi və Xaldey Katolik Kilsəsinin davamçıları da var.
Digər vətəndaşlar
redaktəAfrikalı yəhudi israillilər
redaktəQüdsün Afrika İvrit İsrail Milləti adlı dini icmanın üzvləri İsrailin On İtirilmiş Qəbiləsinin nəslindən olduqlarına inanırlar. 5000-dən çox üzvün əksəriyyəti İsrailin Dimona şəhərində yaşayır. Lakin Arad, Mitzpe Ramon və Tiberias bölgəsində əlavə, daha kiçik qruplar da var. Onlardan bəziləri özlərini yəhudi hesab edirlər, lakin nə İsrail hakimiyyəti onları belə qəbul edir, nə də onların dini ayinləri "əsas yəhudi ənənəsi"nə uyğun gəlir.[15] Afro-amerikalılar və onların nəslindən gələnlərdən ibarət olan bu qrup 1960-cı illərin əvvəllərində Çikaqoda yaranıb, bir neçə il Liberiyada yaşayıb, sonra isə İsrailə köçüb.
Ermənilər
redaktəİsraildə təxminən 4000–10000 erməni vətəndaşı var. Bu saya Ermənistan yəhudiləri daxil deyil. Onlar əsasən Yerusəlimdə, o cümlədən Erməni məhəlləsində, eyni zamanda Təl-Əviv, Hayfa və Yaffada yaşayırlar. Onların dini fəaliyyətləri Yerusəlim Erməni Patriarxlığı, eləcə də Qüds, Hayfa və Yaffadakı kilsələr ətrafında cəmləşib. Köhnə Yerusəlim ermənilərinin İsrail şəxsiyyət vəsiqələri olsa da, onlar rəsmi olaraq İordaniya pasportlarının sahibləridir.[16]
Qafqazlılar
redaktəBir sıra mühacirlər keçmiş Sovet İttifaqından olan azərbaycanlılar, tatarlar, ermənilər və gürcülər kimi müxtəlif qeyri-slavyan etnik qruplara mənsubdurlar.
Çərkəzlər
redaktəİsraildə əsasən Kfar Kama (2000) və Reyhaniyədə (1000) yaşayan bir neçə min çərkəz azlığı da var. Bu iki kənd Colan təpələri ətrafındakı çərkəz kəndlərinin bir hissəsi idi. İsraildəki çərkəzlər də druzlar kimi ayrı bir statusa malikdirlər. Kişi çərkəzlər üçün (rəhbərinin xahişi ilə) hərbi xidmət məcburidir, qadınlar üçün isə yox.
Şərqi avropalılar
redaktəKeçmiş Sovet İttifaqından olan qeyri-yəhudi immiqrantların əksəriyyəti Zera Yisrael (yəhudi nəslindən olan) adlandırılan rus, ukraynalı, moldovan və belaruslardır. Onlar ən azı bir yəhudi əcdada sahib olduqları və ya yəhudi şəxslə evli olduqları üçün immiqrasiya hüququ qazanmışlar. Bundan əlavə, müəyyən sayda keçmiş sovet vətəndaşı, ilk növbədə rus və ukraynalı qadınlar 1970–80-ci illərdə keçmiş Sovet İttifaqına təhsil almağa gedən İsrailin ərəb vətəndaşları ilə evləndikdən sonra İsrailə mühacirət ediblər. İsrail vətəndaşları arasında əsasən slavyan mənşəli olanların ümumi sayı 300 min nəfərə yaxındır.
Finlər
redaktəİsraildəki finlərin əksəriyyəti ya Finlandiya yəhudiləri, ya da onların törəmələri olsa da, az sayda fin xristian 1940-cı illərdə, müstəqillik əldə etməmişdən əvvəl İsrailə köçüb və o vaxtdan vətəndaşlıq alıb. Finlandiyalı mühacirlər digər İsrail icmaları ilə ailələr qurublar və buna görə də hazırda fin icması sayca çox kiçik qrupdur. Yerusəlim yaxınlığındakı "Səkkizlərin memorialı" mənasını verən "Yad-Haşmona" adlı moşav 1971-ci ildə bir qrup israilli fin xristian tərəfindən yaradılıb. Bu gün isə üzvlərinin əksəriyyəti israilli və əsasən ivritdillidir.[17][18]
Samariyalılar
redaktəSamariyalılar Levantın etnik dini qrupudur. Rəvayətə görə, onlar Babil əsarətinin əvvəlindən eramızın əvvəllərinə qədər qədim Samariya ilə əlaqəsi olan İsrail övladlarından törəyiblər. 2007-ci ildə aparılan əhali hesablamaları göstərir ki, 712 samariyalının yarısı İsrailin Holon şəhərində və yarısı İordan çayının qərb sahilindəki Gerizim dağı ətrafında yaşayır. Holon icması İsrail vətəndaşlığına malikdir, Gerizim icması isə İsrailin nəzarətində olan anklavda (Kiryat Luza) yaşayır və ikili İsrail-Fələstin vətəndaşlığına malikdir.
Vyetnamlılar
redaktəİsraildəki vyetnamlıların sayının 200–400 nəfər olduğu təxmin edilir.[19] Onların əksəriyyəti 1976–1979-cu illərdə İsrailin baş naziri Menahem Begin onlara siyasi sığınacaq verdikdən sonra İsrailə gəlib.[19] İsraildə yaşayan vyetnamlılar İsrail Müdafiə Qüvvələrində də xidmət edirlər. Bu gün icmanın əksəriyyəti İsrailin mərkəzindəki Quş-Dan bölgəsində yaşayır, eyni zamanda az sayda İsrailli vyetnamlı və ya Vyetnam əsilli israilli Hayfa, Qüds və Ofakimdə yaşayır.
Vətəndaş olmayanlar
redaktəAfrikalı qaçqınlar
redaktəİsraildəki afrikalı qaçqınların sayı və statusu mübahisəli və ziddiyyətlidir, lakin ehtimal edilir ki, İsraildə, əsasən Eritreya, Sudan, Cənubi Sudan, Efiopiya və Fil Dişi Sahilindən olan ən azı 16000 qaçqın yaşayır və işləyir. 2011-ci ilin sonlarında Ynet-də dərc edilmiş çekdə bildirilir ki, təkcə Təl-Əvivdə bu rəqəm 40000 nəfərdir ki, bu da şəhər əhalisinin 10 faizini təşkil edir. Böyük əksəriyyəti şəhərin cənub hissələrində yaşayır. İsrailin cənubundakı Eylat, Arad və Beer-Şeva şəhərlərində də əhəmiyyətli sayda afrikalı var.
Digər qaçqınlar
redaktəBosniya, Kosovo və Şimali Koreyadan olan təxminən 100–200 qaçqın İsraildə qaçqın kimi yaşayır, onların əksəriyyəti İsraildə daimi yaşamaq icazəsinə malikdir.[20]
İsrail diasporu
redaktəİllər boyu İsraildən mühacirət edən israillilərin əksəriyyəti ABŞ, Kanada və Böyük Britaniyada məskunlaşıb.
Hazırda xaricdə yaşayan 330000 israillinin, o cümlədən 230000 yəhudinin olduğu güman edilir.[21] İsrailə mühacirət etdikdən sonra öz ölkələrinə qayıdan və ya başqa yerə köçənlərin sayını hesablamaq daha çətindir.
Uzun illər ərzində İsraildən köçənlərin sayına dair dəqiq məlumatlar mövcud deyildi.[22] İsrail diasporu üzrə sosioloq Stiven C. Qold, yəhudi mühacirətinin hesablanmasının mübahisəli bir məsələ olduğunu iddia edərək, belə izah edir: "Yəhudi dövlətinin mövcudluğunun əsasını təşkil edən sionizm fəlsəfəsi dünya yəhudilərinin evlərinə qayıtmasını tələb etdiyindən, əks hərəkat, yəni israillilərin yəhudi dövlətini tərk edərək başqa yerdə yaşaması açıq şəkildə ideoloji və demoqrafik problem yaradır.[23]
İsraillilərin İsraildən mühacirət etməsinin ən çox yayılmış səbəbləri arasında İsrailin davam edən təhlükəsizlik problemləri, iqtisadi məhdudiyyətlər, iqtisadi xüsusiyyətlər, İsrail hökumətinə qarşı məyusluq, həmçinin israillilərin həyatında dinin həddindən artıq rolu var.
Amerika Birləşmiş Ştatları
redaktəİsrail dövləti elan edildikdən sonrakı dövrdə, ta bu günə qədər bir çox israilli ABŞ-yə köçüb. Bu gün bu insanların övladları israilli amerikalılar kimi tanınır. 2000-ci il Amerika Birləşmiş Ştatlarının siyahıyaalmasına əsasən, 106839 amerikalı İsrail vətəndaşlığına malikdir, lakin İsrail əsilli Amerikalıların sayı təxminən yarım milyondur.[24][25]
Rusiya
redaktə2014-cü ilə olan məlumata görə, Moskva, şəhərdə yaşayan və demək olar ki, hamısının doğma dili rus dili olan 80000 İsrail vətəndaşı ilə dünyada ən böyük İsrailli emiqrant icmasına malikdir. İcma üçün bir çox İsrail mədəni tədbirləri keçirilir və icma üzvlərinin bir çoxu ilin bir hissəsini İsraildə keçirir. İsrail icmasına xidmət etmək üçün Moskva, Sankt-Peterburq, Novosibirsk və Yekaterinburqda İsrail mədəniyyət mərkəzləri yerləşir.
Kanada
redaktə2006-cı il siyahıyaalmasına görə 2006-cı ildə Kanadada 21320 israilli yaşayırdı.
Böyük Britaniya
redaktəBir çox israilli İsrail dövlətinin elan olunduğu dövrdən bu yana Birləşmiş Krallığa köçmüşdür. Bu gün bu insanların nəslindən olanlar israilli ingilis kimi tanınırlar. 2001-ci il siyahıyaalmasına görə, 2001-ci ildə Birləşmiş Krallıqda 11892 israilli yaşayırdı. Əksəriyyəti Londonda yaşayır.
2013-cü ildə Ali Məhkəmənin vətəndaşlıq haqqında qərarı
redaktə2013-cü ildə İsrail Ali Məhkəməsinin sədri Aşer Qrunisin rəhbərliyi ilə üç hakimdən ibarət kollegiya dövlət tərəfindən verilmiş şəxsiyyət vəsiqələrində vətəndaşların mənşəyinin dini deyil, "İsrailli" kimi göstərilməsini tələb edən müraciəti rədd etdi. Qrunis yeni etnik və ya milli mənsubiyyət kateqoriyalarının müəyyən edilməsinin məhkəmənin səlahiyyətlərinə aid olmadığını bildirdi. Məhkəmənin bu qərarı, 1948-ci ildə İsrail dövlətinin qurulduğu dövrdə yəhudi olduğunu bildirməkdən imtina edən Uzzi Ornanın bunun əvəzinə özünün "İbrani" olduğunu iddia edən müraciətinə cavab idi. İsrail hakimiyyəti buna vaxtilə icazə vermişdi. Lakin 2000-ci illərdə Ornan milliyyətini "İsrailli" kimi qeydə aldırmaq istəyirdi. Daxili İşlər Nazirliyi buna icazə vermədi və Ornanın iddia qaldırmasına səbəb oldu. 2007-ci ildə Ornanın müraciətinə keçmiş nazir Şulamit Aloni və digər fəallar qoşuldular.[26] Qərarda hakim Hanan Melser qeyd edib ki, İsrail hazırda "vətəndaşlıq və milliyyəti ayrı hesab edir".[27]
Tarix
redaktə"İsrail övladı" termini Dəmir dövrünün Tanaxdan və kənar tarixi və arxeoloji mənbələrdən məlum olan yəhudi qəbilələrinin üzvlərinə və dövlət qurumlarına aiddir. "İsrailli" termini isə yəhudi, ərəb və ya hər hansı digər etnik mənsubiyyətdən asılı olmayaraq, müasir İsrail dövlətinin vətəndaşlarına aid edilir.
Müasir İsrail dövlətinin adı Tanaxdan və tarixi mənbələrdən məlum olan, Dəmir dövründə mövcud olmuş İsrail çarlığının adından götürülüb. Tanax "İsrail övladları" arasında qəbilə hakimiyyəti dövrü; on iki İsrail qəbiləsini birləşdirən və ümumi paytaxtı Davud şəhəri (Yerusəlim) kimi tanınan İsrail Krallığı; və şimal tayfalarının müstəqil İsrail çarlığını yaratmaq üçün bölündüyü, cənub tayfalarının isə Yəhudi çarlığının bir hissəsi olduğu dövrünü bir-birindən fərqləndirir. Lakin arxeoloji tədqiqatlar İncildəki hekayə ilə qismən uzlaşır.
Fələstin 1516-cı ildən ingilis qüvvələri tərəfindən işğal olunduğu 1918-ci ilə qədər Osmanlı imperiyasının bir hissəsi idi. Britaniyanın kolonial siyasi sərhədlər yaratması yəhudilərin Histadrut və Knesset kimi muxtar qurumlar yaratmasına imkan verdi.[28] 19-cu əsrin sonlarından etibarən sionizm hərəkatı yəhudiləri Fələstinə köçməyə və onun ərazisini abadlaşdırmağa təşviq edirdi, lakin çoxlu bataqlıqlar və səhralar səbəbindən burada yaşamaq mümkün deyildi. Yəhudi mühacirlərinin axını, eləcə də bir çox yeni qəsəbələrin yaradılması 14 may 1948-ci ildə İsrail dövlətinə çevriləcək bu yeni qurumların fəaliyyət göstərməsi üçün çox vacib idi.[29] 1960-cı ilə qədər israillilərin 25%-i Holokostdan sağ çıxanlar idi.[30]
Mədəniyyət
redaktəÖlkənin ən böyük şəhərləri Hayfa, Təl-Əviv və Yerusəlim incəsənət muzeyləri ilə tanınan əsas mədəniyyət mərkəzləridir və bir çox şəhər və kibbutzlarda daha kiçik yüksək keyfiyyətli muzeylər var. İsrail musiqisi çoxyönlüdür və özündə həm qərb, həm də şərq, dini və dünyəvi musiqinin elementlərini birləşdirir. O, çox eklektik olmağa meyillidir və diasporun, habelə daha müasir mədəni təsirlərin izlərini ehtiva edir: Hasid mahnıları, Asiya və xüsusən yəmənli müğənnilərin ifasında ərəb popu, İsrail hip-hopu və ya ağır metalı. Bir çox mühacir qrupunun mədəni irsinə aid xalq rəqsləri də məşhurdur.
Din
redaktəİsrail Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2014-cü ilin sonunda israillilərin 75%-i yəhudi (İudaizm tərəfdarı), 17,5%-i müsəlman, 2%-i xristian, 1,6%-i druz, qalan 3,9%-i isə (immiqrantlar da daxil olmaqla) dinə görə təsnif edilməmişdir.[31]
İsrail yəhudilərinin təxminən 12%-i haredim (ultra-pravoslav dindar) olaraq təyin olunub; əlavə 9% "dindar"dır; 35% özlərini "ənənəçi" hesab edir (yəhudi dini qanunlarına ciddi riayət etmir); və 43%-i "dünyəvi"dir ("hiloni" adlandırılır). Dünyəvilər arasında 53%-i allaha inanır. Bununla belə, bütün israillilərin 78%-i (və faktiki olaraq bütün İsrail yəhudiləri) Pesah bayramında iştirak edirlər.
Şimali Amerika yəhudilərindən fərqli olaraq, israillilər özlərini yəhudilik təriqətlərinə (məsələn, İslahat yəhudiliyi və ya Mühafizəkar yəhudilik kimi) aid etmirlər, əksinə, dini mənsubiyyətlərini dini ayinlərə əməl etmə dərəcəsinə görə müəyyən etməyə meyillidirlər. İsrailin dini həyatı Şimali Amerika yəhudi həyatından fərqli olaraq, təkcə sinaqoqlar və ya dini icma mərkəzləri ətrafında fırlanmır.
İsrailli ərəblər arasında 82,6% müsəlman[32], 8,8% xristian və 8,4% druzdur.[33]
Hayfadakı Ümumdünya Ədalət Evinin daxil olduğu Bəhai Dünya Mərkəzi dünyanın hər yerindən bəhai zəvvarlarını cəlb edir.[34]
Dillər
redaktəDaha çox mühacirlər ölkəsi olması səbəbindən İsrail dünyanın ən multikultural və çoxdilli cəmiyyətlərindən biridir. İvrit və ərəb dilləri ölkədə rəsmi dillərdir, ingilis və rus isə ən çox danışılan iki qeyri-rəsmi dildir. İdiş (2%) və fransızca (2%) da danışılır.[35] Müəyyən dərəcədə ingilis dili də geniş şəkildə danışılır və İsrailin bir çox biznes sahələrində istifadə edilir. İvrit və ingilis dili kursları İsrailin qəbul imtahanlarında (baqrut) məcburidir və əksər məktəblər ərəb, ispan, alman və ya fransız dillərindən bir və ya bir neçəsini təklif edirlər. İsrail hökuməti həmçinin yeni yəhudi mühacirlərin İsrail cəmiyyətinə inteqrasiyasına kömək etmək üçün ulpan kimi tanınan pulsuz intensiv ivrit dili kursları təklif edir.
Həmçinin baxın
redaktəİstinadlar
redaktə- ↑ "Statistical Abstract of Israel 2015". 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 February 2016.
- ↑ My Promised Land, by Ari Shavit, (London 2014)
- ↑ "Jews, by Country of Origin and Age". Statistical Abstract of Israel (ingilis və ivrit). Israel Central Bureau of Statistics. 26 September 2011. 5 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 February 2012.
- ↑ "The Arab Population of Israel 2003" (PDF). 1 December 2007 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 7 February 2016.
- ↑ "The Druze population in Israel" (PDF). Central Bureau of Statistics (Israel). 24 April 2020. 16 December 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 March 2022.
- ↑ "65th Independence Day - More than 8 Million Residents in the State of Israel" (PDF). www.cbs.gov.il. 4 October 2018 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 30 October 2013.
- ↑ "Selected Statistics on Jerusalem Day 2007 (Hebrew)". Israel Central Bureau of Statistics. 14 May 2007. 28 November 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 March 2010.
- ↑ 1 2 "Housing Transformation within Urbanized Communities: The Arab Palestinians in Israel". Geography Research Forum. 27 February 2016. 3 October 2019 tarixində arxivləşdirilib.
- ↑ "opic: Mixed Cities in Israel" (PDF). Inter-Agency Task Force on Israeli Arab Issues. 20 June 2014. 12 September 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 March 2022.
- ↑ "Arrests at protest over Israel's Bedouin plan". Al Jazeera English. 1 December 2013. 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 February 2014.
- ↑ "Israel's Bedouin population faces mass eviction". 23 July 2013. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 February 2014.
- ↑ "Behind the Headlines: The Bedouin in the Negev and the Begin Plan". Israeli Ministry of Foreign Affairs. 4 November 2013. 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 February 2014.
- ↑ "Israel Today - Stay Informed, Pray Informed". 7 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2014.
- ↑ Lis, Jonathan. "Israel Recognizes Aramean Minority in Israel as Separate Nationality". Haaretz. 17 September 2014. 17 September 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 September 2014.
- ↑ Martina Könighofer. The New Ship of Zion: Dynamic Diaspora Dimensions of the African Hebrew Israelites of Jerusalem. LIT Verlag Münster. 2008. səh. 12. ISBN 978-3-8258-1055-9. 28 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2016.
The African Hebrew Israelites do not practice Judaism according to mainstream Jewish tradition and have not been accepted as Jews by the Israeli authorities.
- ↑ Joyce M. Davis.
- ↑ "Front page Current Affairs Embassy Honorary Consulates Services Team Finland Finland in Israel History Finnish associations About Finland Links Feedback Contact Front page > Finland in Israel > Finnish associations Finnish Associations". Ministry for Foreign Affairs of Finland. 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2014.
- ↑ Landers, Ann. "Readers Recall Heroic War Efforts". NYT. 7 February 1997. 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2014.
- ↑ 1 2 "35 years on, where are Israel's Vietnamese refugees?". The Times of Israel. 31 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 July 2022.
- ↑ Eichner, Itamar. "North Korean couple gets refugee status in Israel". Ynet. 6 July 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2014.
- ↑ "4. MIGRATION FROM ISRAEL" (PDF). JPPI. 28 June 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 25 January 2014.
- ↑ Henry Kamm.
- ↑ Stephen J. Gold.
- ↑ PINI HERMAN. "Rumors of mass Israeli emigration are much exaggerated". Jewish Journal of Greater Los Angeles. 25 April 2012. 28 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2013.
- ↑ Gallya Lahav; Asher Arian. 'Israelis in a Jewish diaspora: The multiple dilemmas of a globalized group' in International Migration and the Globalization of Domestic Politics ed. Rey Koslowski. London: Routledge. 2005. 89. ISBN 0-415-25815-4. 28 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2020.
- ↑ Kalman, Aaron. "Supreme Court rules against 'Israeli' ethnicity on ID". The Times of Israel. 27 January 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2014.
- ↑ Gordon, Neve. "High court rules: It is impossible to be Israeli". Al Jazeera. 21 October 2013. 2 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 January 2014.
- ↑ Migdal, p. 135
- ↑ Migdal, p. 136
- ↑ Patt, Avinoam J. Israel and the Holocaust. London: Bloomsbury Academic. 2024. ISBN 978-1-350-18834-1.
- ↑ "Population by Religion". Central Bureau of Statistics. 9 October 2015. 13 November 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 December 2015.
- ↑ Ori Stendel. The Arabs in Israel. Sussex Academic Press. 1996. səh. 45. ISBN 1898723249. 28 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 March 2014.
- ↑ Central Bureau of Statistics, Government of Israel. "Population, by religion and population group" (PDF). 10 April 2006 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 8 April 2006.
- ↑ "The Baháʼí World Centre: Focal Point for a Global Community". The Baháʼí International Community. 29 June 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 July 2007.
- ↑ Druckman, Yaron. "CBS: 27% of Israelis struggle with Hebrew". Ynet. 15 April 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 January 2014.
Xarici keçidlər
redaktə- İsrail Xarici İşlər Nazirliyinin saytında İsrail xalqı
- İsrail Mərkəzi Statistika Bürosunun rəsmi saytı
- DMOZ-da Israel: Society and Culture Cəmiyyət və Mədəniyyət