Israilli Girovlarin Felestinli Mehbuslarla Deyisdirilmesi 2023 - Wikipedia
İsrailli girovların fələstinli məhbuslarla dəyişdirilməsi — 2023-cü ildə Qəzzada müharibə zamanı yaraqlıların saxladığı girovların fələstinli məhbuslarla dəyişdirilməsi üçün İsrail və HƏMAS arasında aparılmış bir sıra mübadilələr. Danışıqlar Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə aparılmış, daha geniş müvəqqəti atəşkəs razılaşmasının bir hissəsi olmuşdur. İsraildə sövdələşmə "Cənnətin qapısı" əməliyyatı (ivr. דלתות שמיים), xarici vətəndaşların reabilitasiyası üçün alt proqram isə "Dostluq əli" əməliyyatı (יד אחות) adlandırılmışdır.
İsrail 107-si uşaq olmaqla 240 fələstinli məhbusu azad etmişdir. Onların dörddə üçü cinayət törətməkdə mühakimə olunmamışdır.[1] Bunun müqabilində HƏMAS 81 İsrail, 23 Tayland və 1 Filippin vətəndaşı olan 105 mülki şəxsi azad etmişdir.[2]
İstinadlar
redaktə- ↑ Shao, Elena. "Freed Palestinians Were Mostly Young and Not Convicted of Crimes". The New York Times. December 2023. 2 December 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 December 2023.
- ↑ "8 Israeli hostages freed from Gaza at end of seventh day of truce". The Times of Israel. 30 November 2023. 30 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 November 2023.