Israil Erebleri - Wikipedia
İsrail ərəbləri (ivr. ערבים אזרחי ישראל; ərəb. عرب إسرائيل (العرب الإسرائيليون)) - İsrail dövlətində yaşayan və bu dövlətin vətəndaşlığını daşıyan ərəb toplumu. İsrail ərəbləri ölkə əhalisinin 20.7% ini təşkil edir. İsrail daxilində yaşayan və ölkənin vətəndaşı olan 1.8 milyona yaxın şəxs yəhudi mənşəli deyil. Toplumun adlandırılmasında tez-tez İsrailin ərəb kökənli vətəndaşları ifadəsindən istifadə edilsə də toplumun daxilində ərəbcə danışan, ancaq ərəb kökənli olmayan kiçik qruplar da mövcuddur. Müxtəlif dini inanclara sahib olan İsrail ərəblərinin danışdığı dil ərəb dilidir. Toplum tərəfindən ərəb dilinin spesifik ləhcəsi olan fələstin ərəbcəsindən istifadə olunur. Əsasən gənc nəsildən olan şəxslər ərəb dili ilə yanaşı dövlətin əsas dili olan ivrit dilini də bilməkdədir.
Tanınmış İsrail ərəbləri: I Sıra: Emil Həbib • Amos Yarkoni • Amin Tarif • Səif əl-Din əl-Zubi • Hanan Zoabi • Əhməd Tibi | |||
Ümumi sayı | |||
---|---|---|---|
1,658,000 278.000 ərəb əlavə olaraq Şərqi Qüds və Colan təpələrində yaşamaqdadır. (2012) İsrail əhalisinin 20.7%[1] | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
Toplumun 83.8% nisbətində olan bölümü Sünni məzhəbinə daxildir. Xristian və Druz inancına sahib ərəblər isə sünnilərdən sonra ən böyük dini azlığı təşkil edirlər. İsrail Statistika Komitəsi tərəfindən 2010-cu ildə verilən məlumata əsasən, İsraildə 1.573.000 nəfər ərəb kökənli vətəndaş yaşamaqdadır və bu şəxslər ölkə əhalisinin 20.4% ini təşkil etməkdə idi.[2] Rəyi soruşulan şəxslərin əksəriyyəti mənşə baxımından ərəb və ya fələstinli, vətəndaş baxımından isə İsrailli olduqlarını bildirmişdilər.[3][4][5] Toplum nümayəndələrinin bir çoxunun Qəzzə, Suriya, İordaniya və Livanda yaşayan fələstinli mühacirlərlə qohumluq əlaqələri mövcuddur.
1967-ci ilə qədər çoğrafi ərazidə yaşayan bir çox ərəb Colan təpələri və Şərqi Qüds ərazilərində yaşamaqda idi. Altı günlük müharibə dönəmində İsrailin bölgədə əsas gücə çevirilməsi bölgə ərəblərinin İsrail tabeliyində yaşaması ilə nəticələnmişdir. İsrail sərhədləri daxilində yaşayan ərəblərə İsrail vətəndaşlığı təklif etmişdir, ancaq ərəblər İsrail dövlətinin nəzarəti altında yaşamaq istəmədikləri üçün təklifdən imtina etmişdilər.[6] Təklifdən imtina edilməsinin ardından İsrail ərazinin yerli sakinlərinə daimi oturum icazəsi verdi. Eyni zamanda ərəblər dövlət tərəfindən yəhudilər üçün nəzərdə tutulmuş bütün imtiyaz və hüquqlardan istifadə edə biləcəkdilər.[7].
Terminologiya
redaktəİsrail ərəblərinin adlandırılması siyasi məsələ kimi dəyərləndirilmişdir və bu səbəbdən bir necə versiya mövcuddur.[8][9] İsraili müdafiə edən şəxslər toplumu İsrailli ərəblər və ya Ərəb israilliləri olaraq adlandırmaqdadırlar. Geniş istifadə edilən bir digər adlandırma isə ərəb millətçiləri və Fələstini müdafiə edən şəxslər tərəfindən istifadə edilir. Həmin qrupun versiyası isə Fələstinli ərəblər formasındadır. New York Times qəzetinə görə toplum özünü ifadə edərkən əsasən İsrailli ərəblər və ya Fələstinin israil vətəndaşları adlandırmasından istifadə etməkdədirlər.[10] New York Times mövzu ilə bağlı xəbər hazırlayarkən hər iki adlandırmadan da istifadə edir.[11]. İsrail dövləti İsrailli ərəblər və ya İsraildə yaşayan ərəblər formasında adlandırmaya üstünlük verdiyin bəyan etmişdir. Bununla yanaşı etnik və dini qruplar, ölkənin ərəb sektoru İsrail ərəbləri ifadəsindən istifadə etməkdədir.[3][8][9][12][13][14] Toplumun adlandırılması üçün istifadə edilən digər formalar isə İsraildəki fələstinli ərəblər, İsrailli-fələstinli ərəblər və Yaşıl bölgənin daxilində yaşayan ərəblər formasındadır.[3][12][15].
Tarix
redaktə1948 Ərəb-İsrail müharibəsi
redaktəBir çox yəhudi mənşəli İsrail vətəndaşı 1948-ci ildə baş vermiş Ərəb-İsrail müharibəsini azadlıq müharibəsi olaraq adlandırmışdır. Ərəb kökənli şəxslərin həmin hadisəyə münasibəti isə əsasən, fəlakət və işğal prizması üzərində qurulmuşdur. 1948-ci ildə yaşanan müharibənin ardından İngilis mandatında olan Fələstin torpaqları üç hissəyə bölündü: İsrail dövləti, İordaniyanın nəzarəti altında olan İordan çayının qərb sahili və Misir nəzarətində olan Qəzzə zolağı. Yəhudi tarixçi Benni Morrisin fikirincə İsrail dövlətinin yaradılan zaman ərazidə 950.000 nəfərdən çox ərəb yaşayırdı və həmin şəxslərin 80% qədəri məlum səbəblərə görə ərazini tərk etmək məcburiyyətində qaldılar. Ərazidə cəmi 156.000 nəfərə yaxın etnik ərəb qaldı.[16]. 700.000 fələstinli yeni yaradılan dövlətin sərhədlərini tərk etməli oldular və bir qisim ərəb də İsrail əsgərləri tərəfindən ərazidən uzaqlaşdırıldı.[17].
Bu günki, İsrail ərəbləri ölkə qurulan zaman ərazidə yaşamış 156 min nəfərlik ərəb toplumunun soyundan gələn şəxslərdir. Bura Qəzzə və İordan çayının qərb sahili kimi bölgələrdə yaşayan ərəbləridə aid etmək lazımdır. Belə ki, İsraildə modern ərəb toplumunun formalaşması üçün hər üç bölgə mühüm rol oynamışdır. Ailə münasibətlərinin rəsmiləşdirilməsinin ardından bəzi ərəblərə ölkə vətəndaşlığı verildi. Keçmişdə daha asan şəkildə icra edilən prosedurlar zaman keçdikcə daha diqqətli formada icra edilməyə başlandı.[18]. Müharibə dönəmində evləri zəbt edilən ərəblərin evləri dövlət mülkiyyətinə verildi. Evlərini itirdikdən sonra getdikləri qaçqın düşərgələrinin yerləşdiyi ərazilər də İsrailin nəzarəti altında idi. Çıxılmaz vəziyyətdə qalan qrupların mühacir kimi yaşamaqdan başqa şansları yox idi. Həmin qrupların soyundan olan ailələr bu gün Səfuriyyə, Kafr Birim və İğrit kimi kənd bölgələrində yaşamaqdadır.[19].
1949 – 1966
redaktəİsrail dövləti ilk illərdə İsraildə qalan ərəblərin çoxuna vətəndaşlıq vermişdi, ancaq həmin şəxslər ciddi idarəçilik qaydaları altında yaşamağa məcbur idilər.[20][21] Küçəyə çıxmaq qadağası, səyahət qadağası, mülklərin müsadirə edilməsi və deportasiya edilmək kimi proseslər 1966-cı ilə qədər ölkə ərəbləri üçün gündəlik həyatın bir parçasına çevrilmişdi. Dövlət tərəfindən hazırlanan qanunların bir çoxu ərəblər tərəfindən tərk edilmiş ərazilərin İsrailə birləşdirilməsi üçün zəmin hazırlamışdı. 1950-ci ildə qəbul edilmiş mülk qanuna əsasən, başqa ərazilərə köçmüş və ya öz torpağında yaşamayan şəxslərin (burada, əsasən, ərəblər nəzərdə tutulurdu) torpaqları və mülkləri dövlət tərəfindən müsadirə edilirdi.
İsrail vətəndaşlığına sahib ərəblərin Knesset seçkilərində iştirak etmələrinə icazə verildi. İlk formalaşdırılan Knessetin tərkibində Əmin-Səlim Jarjora və Səif əl-din Əl Zubi kimi ərəb mənşəli millət vəkilləri vardı. Bu şəxslər parlamentə Nasıra Demokratik Partiyasından seçilmişdilər. Maki pariyasından isə Tövhiq Tubi parlamentə seçilmişdi. Beləliklə İsrail ərəbləri ilk Knessetdə üç nəfərlə təmsil olunurdular. 1965-ci ildə Əl-Ard adlı radikal sosialist qrup müstəqil şəkildə Knessetə daxil olmaq istəsə də namizədlərin öz namizədliklərinin irəli sürülməsi İsrail Mərkəzi Seçki Komissiyası tərəfindən qadağan edildi.[22] 1966-cı ildə həyata keçirilən reformlar ilə ərəb kökənli vətəndaşlara qarşı edilən basqılar azaldıldı və onlar yəhudi kökənli vətəndaşlarla birlikdə bərabər hüquqlara sahib oldular.[23]
1967–2000
redaktəAltı günlük müharibədən sonra Ərəb kökənli vətəndaşlar İsrail dövlətinin qurulduğu tarixadən bəri ilk dəfə Qərb Sahili və Qəzzə bölgəsində olan fələstinlilərlə əlaqə qura bildilər. Müsəlman toplumun bir-birinə daha da yaxınlaşmasına imkanın yaradılması ərəb miliyyətçiliyinin artmasına səbəb oldu.[24][25] 1974-cü ildə ərəb region başçılarından və bələdiyyə sədrlərindən ibarət bir komitə yaradılır. Yaradılan komitə ölkə daxilində yaşayan ərəb vətəndaşların dövlət məsələlərində təmsil olunma hüququnu genişləndirirdi. Komitənin digər bir məqsədi İsrail hakimiyyətinə qarşı ərəb kökənli şəxslərin hüquqularının qorunması üçün təzyiq göstərməkdən ibarət idi.[26] 1974-cü ildə yaradılan komitənin ardından 1975-ci ildə Torpaqların Müdafiəsi Komitəsi yaradıldı.[27] Bu komitənin isə məqsədi ərəb torpaq sahiblərinin hüquqlarını qorumaq və torpaqların dövlət tərəfindən müsadirə edilməsinin qarşısını almaqdan ibarət idi.[27] Həmin il Maki Partiyasından namizəd, ərəb şair və siyasi xadimi Tövhiq Ziadın Nazaret şəhərinə başçı seçilməsi ərəblərin İsrail daxilində ilk ciddi siyasi uğuru oldu. 1976-cı ildə altı ərəb kökənli vətəndaş torpaqların dövlət tərəfindən müsadirə edilməsinə qarşı təşkil edilmiş mitinqdə İsrail polisi tərəfindən qətlə yetirildi. Baş verən hadisələr ölkə daxilində yəhudi-ərəb bölünməsini şiddətlənməsinə təkan vermişdir.
1980-cı illərdən etibarən İsraildə İslam Hərəkatı yayılmağa başlamışdır. İslam dinin ölkədə daha təkmil şəkildə formalaşması üçün hərəkət mənsubları tərəfindən İsraildə qısa zamanda məktəblər, xəstəxanalar və məscidlər inşa edilməyə başlandı. İslami Hərəkat xüsusi ilə siyasi məsələlərdə aktiv rol oynamağa səy göstərirdi.[28][29] İsrail-Fələstin münaqişəsinin alovlanması fonunda ölkə vətəndaşı olan bir çox ərəb aktvisit tərəfindən açlıq aksiyaları təşkil edildi. Fələstinə ərzaq və geyim yardımlarının edilməsi İsrail ərəblərinin mövcud münaqişədə İsrailin yox Fələstinin tərəfində olduğunu göstərməkdə idi.[28] Oslo müqaviləsinin imzalanmasından sonra ölkədə yaşayan ərəblər üçün mülayimləşmə dönəmi başlandı. İsak Rabin hökuməti zamanında, ərəb siyasi partiyalar koalisiya yaratmaqla mühüm irəliləyiş əldə etmiş oldular. Ərəblərin artan aktivliyi özünü qeyri-hökumət təşkilatlarında da göstərdi. 1999-cu ildə keçirilən prezident seçkiləri zaman ərəb seçiçilərin 94% Ehud Baraka səs verdi, ancaq Barak mərkəzi hakimiyyət yaradıb ərəblərin maraqlarını nəzərə almadı və nəticədə ərəb seçiçilərin bütün ümidləri boşa çıxdı.[24]
2000 - günümüz
redaktə2000-ci ilin oktyabr ayında 12 Qəzzə sakinin öldürülməsi İsraildə yaşayan ərəblər və yəhudilər arasında gərginliyə səbəb oldu. Baş verənlər hadisələr cavab olaraq hökumət tərəfindən Or komissiyası yaradıldı. Yaradılan komissiyanın vəzifəsi baş verən hadisələri araşdırmaq və günahkarları cəzalandırmaqdan ibarət idi. 2000-ci ilin əvvəllərində İsrail daxilində yaşanan etnik zəminli gərginliklər ərəblər tərəfindən tez-tez müzakirə edilməkdə idi. İsrail ərəbləri hüquqlarının və təhlükəsizliklərinin lazimi şəkildə qorumadığını və hər zaman II dərəcəli şəxs münasibəti ilə qarşılaşdıqlarını əsas gətirərək 2001-ci ildə təşkil edilən seçkiləri boykot etdi.[24] 2006-cı ildə İsrail ilə Hizbullah arasında müharibənin başlanması, İsrailin Livanın ərazisinə daxil olaraq orada hərbi əməliyyatlar həyata keçirməsi İsrail ərəbləri tərəfindən sərt şəkildə tənqid edildi. Ərəb toplumu atılan addımların yəhudilərin maraqlarından çıxış etdiyini və ölkə ərəblərin heç bir marağının nəzərə alınmadığından şikayət etməkdə idilər.[30] Hizbullah tərfdarı olmaqla günahlandırılan bəzi ərəblər yəhudi toplumun sərt tənqidləri ilə qarşılaşdılar.[31]
Növbəti illərdə münasibətlər gərgin olaraq qalmaqda davam etdi. 2006-cı ildə Ehud Olmertin sağ yönümü partiya olan Yisrael Beiteinuun koalisyaya qatılmasını istəməsi növbəti gərginliyə səbəb oldu. 2007-ci ildə İsrail tarixində bir ilk gercəkləşdirildi. Duruz olmayan bir ərəb siyasətçi Raleb Majadele nazir təyin olundu. Bu təyinat İsrailin yəhudi dövləti olmadığı müzakirələrin genişlənməsi ilə müşahidə edildi.[32][33]
Etnik və dini qruplar
redaktə2006-cı ildə aparılmış rəsmi hesablamalara əsasən, İsrail dövlətində yaşayan ərəb kökənli vətəndaşların sayı Şərqi Qüdsdə vətəndaşlığı olmayan ərəblərlə birlikdə 1.143.500 nəfər təşkil etmişdir. Bu göstərici həmin zaman İsrail əhalisinin 20% demək idi.[34] İsrail Statistika Komitəsinin 2003-cü ilə olan hesabatlarında ölkə vətəndaşı olan ərəb kökənli şəxslər müsəlman, duruz, xristian olaraq sinifləndirilmişdir. Müsəlman ərəbləri ölkə ərəblərinin 82% təşkil etməkdədirlər. Duruz və xristian ərəbləri isə müvafiq olaraq 9-10% göstərici ilə növbəti pillədə dayanırlar.[35] Təxmini hesablamlara görə 2025-ci ilə qədər İsrail əhalisinin 25% etnik ərəblərin təşkil edəcəyi planlaşdırılıb.[36] Ərəb kökənli vətəndaşlar tərəfindən istifadə edilən dil ərəbcə və ərəb dilinin fələstin ləhcəsidir.[37]
Müsəlmanlar
redaktəBədəvilərində aralarına daxil olduğu müsəlman ərəblər İsrail kökənli ərəb vətəndaşlarının 70% təşkil etməkdədir. 2008-ci ildə hər ana sayına düşən ortalama körpə sayı 3.97 dən 2010-cu ildə 3.84 rəqəminə düşmüşdür. Müsəlman əhalisin mütləq bölümü gənclərdən ibarətdir və toplumun 42% 15 yaşından aşağı olan vətəndaşlardır. Müsəlman ərəblərin yaş ortalamasının 18 yəhudilərin yaş ortalamasının isə 30 olması İsraildə etnik və dini qruplar arasında fərqliliyi daha aydın şəkildə göstərir.[35]
Bədəvilər
redaktəİsrail Xarici İşlər nazirliyinin məlumatına görə Nəcəf çölü olaraq adlandırlan ərazidə 110.000 bədəvi yaşamaqdadır. İsrail ərəblərinin toplamda 200.000 nəfəri bədəvi ərəbləri təşkil edir. Digər kompakt bədəvi toplumları isə 50.000 nəfər olmaqla Qalileydə, 10.000 nəfər olmaqla isə İsrailin mərkəzi bölgələrində yaşayırlar.[41] 1948-ci ildə İsrail dövləti yaradılmamışdan əvvəl Nəcəf çölü ərazisində 65.000-90.000 arasında bədəvinin yaşadığı təxmin edilir.[41] İsrail hökuməti tərəfindən 1979 və 1982-ci illərdə bədəvilərin daha rahat yaşamalarını təmin etmək üçün yeddi şəhərcik salınmışdır və bu gün İsraildə yaşayan bədəvilər də, əsasən, onlar üçün salınmış bu şəhərçiklərdə yaşamaqdadırlar. Bu şəhərciklərin ən böyüyü Rahat qəsəbəsidir. Digərlər isə Ararat an Nagab, Bir Hadaj, Lakiya, Kuseifa, Şhapiq al Salam və Təl-as-Səbi olaraq adlandırılmışdır. Bədəvi toplumunun bir hissəsi də dövlət tərəfindən tanınmayan kənd ərazilərində yaşamağa üstünlük verməkdədir. Sayları 40 civarında olan bu kəndlərə elektrik və su verilmir.[42][43]
Druzlar
redaktəBir çox druz ölkənin şimalında yaşamaqdadır. 1967-ci ildə Suriyadan zəbt edilən və 1981-ci ildə İsrailə birləşdirilən Colan təpələrində yaşayan Druzlar Colan Qanunlarına əsasən, ərazinin daimi yerliləri hesab olnur.[44] Druzların böyük əksəriyyəti onlara təklif edilən İsrail vətəndaşlığından imtina edərək Suriya vətəndaşlığında qalmağa üstünlük vermişdilər. İngilis mandası dönəmində Druzlar ölkə daxilində yüksələn ərəb miliyyətçiliyinə dəstək vermədilər.
1948-ci ildə ki müharibə zamanı bir çox Druz İsrail ordusunda ərəblərə qarşı döyüşdü və toplumun dövlətə qarşı olan sədaqəti səbəbindən müharibə dönəmində və sonrasında heç bir druz kəndinə ziyan dəymədi. İsrailin yaradılmasından bəri druzlar baş verən münaqişələrə qatışmamağa və tərəfsiz mövqe sərgiləməyə çalışmaqdadırlar.[45] Druzların dini inanclarına əsasən, yaşadıqları ölkə üçün xidmət göstərmək önəmlidir və bu səbəbdəndir ki, bir çox druz ölkə ordusunda yüksək vəzifələrdə xidmət etməkdədir.[46]
1957-ci ildə İsrail dövləti Druzların inancını rəsmi məhsəb kimi tanımışdır.[47] Druzlar eyni zamanda İsrail Daxili İşlər Nazirliyinin rəsmi icazəsinə əsasən, özlərini fərqli (ərəb olmayan) etnik qrup kimi təqdim etmə və tanıtma hüququna sahibdirlər. İsraildə təhsil ərəb və ivrit dillərində olmaqla verilməkdədir. Ərəb dilində təhsildən əsasən, ölkənin ərəb mənşəli toplumu faydalanır. Druzlar isə digər ərəb mənşəli toplumlardan fərqli olaraq özlərinə məxsus məktəblərdə və öz adətlərinə uyğun şəkildə təhsil almaq hüququna sahibdirlər. Druzlar digər ərəb mənşəli toplumlara nəzərən özlərini daha çox ərəb yox israilli olaraq təqdim edirlər.[48][49]
Xristianlar
redaktəAdlandırma
redaktəƏhali
redaktəDemoqrafik təhdid
redaktəƏrazi və əhali dəyişikliyi
redaktəSiyasət
redaktəƏrəb siyasi partiyaları
redaktəKnessetdə təmsil olunma
redaktəƏrəb və ivrit dillərinin vəziyyəti
redaktəTəhsil
redaktəHərbi xidmət
redaktəMədəniyyət
redaktəGündəlik yaşam
redaktəİstinadlar
redaktə- ↑ "65th Independence Day - More than 8 Million Residents in the State of Israel" (PDF). Israel Central Bureau of Statistics. 14 April 2013. 28 November 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 December 2013.
- ↑ "Latest population figures for Israel, 2010". 2018-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-02.
- ↑ 1 2 3 "Identity Crisis: Israel and its Arab Citizens". Middle East Report N°25. International Crisis Group. 4 March 2004. 13 March 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 April 2011. (#invalid_param_val). "The issue of terminology relating to this subject is sensitive and at least partially a reflection of political preferences. Most Israeli official documents refer to the Israeli Arab community as "minorities". The Israeli National Security Council (NSC) has used the term "Arab citizens of Israel". Virtually all political parties, movements and non-governmental organisations from within the Arab community use the word "Palestinian" somewhere in their description – at times failing to make any reference to Israel. For consistency of reference and without prejudice to the position of either side, ICG will use both Arab Israeli and terms the community commonly uses to describe itself, such as Palestinian citizens of Israel or Palestinian Arab citizens of Israel."
- ↑ Johnathan Marcus. "Israeli Arabs: 'Unequal citizens'". BBC News. 2 May 2005. 24 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 December 2007.
- ↑ An IDI Guttman Study of 2008 shows that most Arab citiens of Israel identify as Arabs (45%). While 24% consider themselves Palestinian, 12% consider themselves Israelis, and 19% identify themselves according to religion. Poll: Most Israelis see themselves as Jewish first, Israeli second Arxivləşdirilib 2020-04-22 at the Wayback Machine
- ↑ "BBC News – Surge in East Jerusalem Palestinians losing residency". news.bbc.co.uk. 2 December 2009. 8 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2011.
- ↑ "United Nations". 2001-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-22.
- ↑ 1 2 Human Rights Watch. Second class: Discrimination against Palestinian Arab children in Israel's Schools. Human Rights Watch. 2001. səh. 8.
- ↑ 1 2 Sherry Lowrance. "Identity, Grievances, and Political Action: Recent Evidence from the Palestinian Community in Israel". International Political Science Review. 27, 2. 2006: 167–190. 2012-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-22.
There are a number of self-identification labels currently in use among Palestinian Israelis. Seven of the most commonly used were included in the 2001 survey. They range from "Israeli" and "Israeli Arab", indicating some degree of identification with Israel to "Palestinian," which rejects Israeli identification and wholeheartedly identifies with the Palestinian people. [...].
According to the author's survey, approximately 66 percent of the sample of Palestinian Israelis identified themselves in whole or in part as Palestinian. The modal identity is "Palestinian in Israel", which rejects "Israeli" as a psychological identification, but accepts it as a descriptive label of geographical location. [...]
The establishment-favoured "Israeli Arab" is the second-most popular response in the survey, reflecting its dominance in Israeli social discourse. About 37 percent of respondents identified themselves in some way as "Israeli", double-counting the "Israeli Palestinian" category as both "Israeli" and "Palestinian". Although much smaller than the percentage identifying themselves as Palestinian a nevertheless considerable number include "Israeli" as part of their identity, despite the hardships placed upon them by the Israeli state. - ↑ Jodi Rudoren, Service to Israel Tugs at Identity of Arab Citizens Arxivləşdirilib 2012-07-13 at the Wayback Machine, NYT 12 July 2012: ‘After decades of calling themselves Israeli Arabs, which in Hebrew sounds like Arabs who belong to Israel, most now prefer Palestinian citizens of Israel.’
- ↑ Editorial, 'Israel’s Embattled Democracy,' Arxivləşdirilib 2012-09-02 at the Wayback Machine NYT 21 July 2012 :’ Israeli Palestinians are not required to join the army, and most do not. Many feel like second-class citizens and are deeply conflicted about their place in Israeli society.’
- ↑ 1 2 Muhammad Amara. Politics and sociolinguistic reflexes: Palestinian border villages (Illustrated). John Benjamins Publishing Company. 1999. səh. 1. ISBN 978-90-272-4128-3.
Many identity constructs are used to refer to Palestinians in Israel; the Israeli establishment prefer Israeli Arabs or Arabs in Israel. Others refer to them as Israeli Palestinians, Palestinian Arabs in Israel, the Arabs inside the Green Line. Nowadays the widespread terms among Palestinians are Palestinians in Israel or the Palestinians of 1948.
- ↑ Torstrick, Rebecca L. The limits of coexistence: identity politics in Israel (Illustrated). University of Michigan Press. 2000. səh. 13. ISBN 0-472-11124-8, 9780472111244.
The indigenous Palestinians comprise 20 percent of the total population of Israel. While they were allowed to become citizens, they were distanced from the center of power because the Israeli state was a Jewish state and Israeli national identity incorporated Jewish symbols and referents. Government officials categorized and labeled them by religion (Muslims, Christians, Druze), region (Galilee Arab, Triangle Arab, Negev Bedouin), and family connections, or hamula (Haberer 1985, 145). In official and popular culture, they ceased being Palestinians and were re-created as Israeli Arabs or Arab citizens of Israel. Expressing Palestinian identity by displaying the flag, singing nationalist songs, or reciting nationalist poetry was illegal in Israel until only very recently. Self-identification as Palestinians, Israeli Palestinians, or Palestinian citizens of Israel has increased since 1967 and is now their preferred descriptor. It was only under the influence of the intifada, however, that many Israeli Palestinians felt secure enough to begin to refer to themselves publicly this way (as opposed to choosing the label Palestinian only in anonymous surveys on identity).
- ↑ Jacob M. Landau. The Arab minority in Israel, 1967–1991: political aspects (Illustrated, reprint). Oxford University Press. 1993. səh. 171. ISBN 0-19-827712-1, 9780198277125.
- ↑ Rebecca B. Kook. The Logic of Democratic Exclusion: African Americans in the United States and Palestinian citizens in Israel. Lexington Books, 2002. 2002. 67–68. ISBN 978-0-7391-0442-2.
The category of "Israeli Arab" was constructed by the Israeli authorities. As it indicates, this category assumes and constructs two levels of identity. The first is that of Arab. Local Palestinians who remained in what became Israel were designated as Arabs rather than Palestinians. This category refers to the realm of culture and ethnicity and not, clearly, politics. The official government intention was for the "Arab" to designate culture and ethnicity and the "Israeli" - to designate the political identity. [...] In addition to the category of Israeli Arabs, other categories include "the minorities" and "the Arab sector," or, in certain sectors the more cryptice appellation of "our cousins." The use of these labels denies the existence of any type of political or national identification and the use of "minority" even denies them a distinct cultural identity. With the emergence of a more critical discourse [...] the categorization expands to include Israeli Palestinians, Palestinians in Israel, Palestinian Arabs, Israeli Palestinian Arabs, the Palestinians of 1948, and so on.
- ↑ "Dr. Sarah Ozacky-Lazar, Relations between Jews and Arabs during Israel's first decade (in Hebrew)". 2013-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-22.
- ↑ Morris, Benny. "Israel and the Palestinians". The Irish Times. 21 February 2008. 21 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2010.
- ↑ "Changes to Family Unification Law". Adalah, The Legal Center for Arab Minority Rights in Israel. 4 October 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 October 2006.
- ↑ Féron, pp. 94, 97–99
- ↑ "1967: Israel, the War, and the Year ... – Google Books". 2013-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-22.
- ↑ Kodmani-Darwish, p. 126, Féron, pp. 37 and 40
- ↑ Eisenstadt, S.N. Israeli Society. London: Weidenfeld & Nicolson. 1967. səh. 403. ISBN 0-8133-0306-0.
- ↑ Kodmani, p. 126
- ↑ 1 2 3 "Identity Crisis: Israel and its Arab Citizens". 9 July 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2009.
- ↑ Zureik, Elia. The Palestinians in Israel: A Study in Internal Colonialism. London: Routledge and Kegan Paul. 1979. 172–5. ISBN 978-0-7100-0016-3. İstifadə tarixi: 8 October 2009.
- ↑ Kodmani, p. 129
- ↑ 1 2 Féron, p. 41
- ↑ 1 2 Tessler, Mark; Audra K Grant. "Israel's Arab Citizens: The Continuing struggle". Annals of the American Academy of Political and Social Science. 555 (January). Jan 1998: 97–113. doi:10.1177/0002716298555001007.
- ↑ "Cookie Absent". doi:10.1177/0002716298555001007. ISSN 0002-7162. İstifadə tarixi: 15 March 2008.
- ↑ "The Arab Citizens of Israel and the 2006 War in Lebanon" (PDF). The Arab Citizens of Israel and the 2006 War in Lebanon: Reflections and Realities. Mossawa. 2006. 13 April 2008 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 July 2007.
- ↑ "The Arabs in Israel and the War in the North" (PDF). Konard Adenauer Program for Jewish-Arab Cooperation. 2006. 26 September 2007 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 17 July 2007.
- ↑ Yoav Stern. "Labor MK Raleb Majadele to be appointed first Arab minister". Haaretz. 10 January 2007. 19 February 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 October 2009.
- ↑ Lieberman calls on Peretz to quit post for appointing first Arab minister Arxivləşdirilib 2007-12-10 at the Wayback Machine Haaretz, 12 January 2007
- ↑ "Statistics Report: Less Enlisting to Army". Ynetnews.com. 28 December 2006. 2 April 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2007., including permanent residents.
- ↑ 1 2 "The Arab Population of Israel 2003," Nurit Yaffe, Israel Central Bureau of Statistics, [1] Arxivləşdirilib 2007-12-01 at the Wayback Machine.
- ↑ "Projections of population(1) in Israel for 2010–2025, by sex, age and population group" (PDF). Israel Central Bureau of Statistics\. 5 November 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 8 October 2009.
- ↑ Bernard Spolsky and Elana Shohamy. "National Profiles of Languages in Education: Israel Language Policy". Language Policy Research Center. July 1996. 6 April 2007 tarixində arxivləşdirilib.
- ↑ "Arrests at protest over Israel's Bedouin plan". Al Jazeera English. 1 December 2013. 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 February 2014.
- ↑ "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-25.
- ↑ "Behind the Headlines: The Bedouin in the Negev and the Begin Plan". Israeli Ministry of Foreign Affairs. 4 November 2013. 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 February 2014.
- ↑ 1 2 The Bedouin in Israel: Demography Arxivləşdirilib 2011-06-29 at the Wayback Machine Israel Ministry of Foreign Affairs 1 July 1999
- ↑ "Off the Map: Land and Housing Rights Violations in Israel’s Unrecognized Bedouin Villages" Arxivləşdirilib 2016-12-17 at the Wayback Machine; Human Rights Watch, March 2008 Volume 20, No. 5(E)
- ↑ "Bedouin information, ILA, 2007" (PDF). 2015-07-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-03-25.
- ↑ Scott Wilson. "Golan Heights Land, Lifestyle Lure Settlers". The Washington Post. 30 October 2006. 4 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.06.2007.
- ↑ "The Druze in Israel: Questions of Identity, Citizenship, and Patriotism" (PDF). 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2022-01-02.
- ↑ Stern, Yoav. "Christian Arabs / Second in a series – Israel's Christian Arabs don't want to fight to fit in". Haaretz. 23 March 2005. 10 December 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 January 2006.
- ↑ Sabri Jiryis. The Arabs in Israel. The Institute for Palestine Studies. 1969, second impression. səh. 145. ISBN 0-85345-377-2.
- ↑ Muhammad Amara and Izhak Schnell. "Identity Repertoires among Arabs in Israel". Journal of Ethnic and Migration Studies. 30. 2004: 175–193. doi:10.1080/1369183032000170222.
- ↑ "Druse MK next in line for presidency". 2020-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-25.
Ədəbiyyat
redaktə- Morris, Benny, 1948: A History of the First Arab-Israeli War, (2009) Yale University Press. ISBN 978-0-300-15112-1
- Orgad, Liav (PhD), IDC, Hertzlia, "Internationalizing the issue of Israeli Arabs", Maariv, 19 March 2006 page 7.
- "Israel's Arab Citizens: The Continuing Struggle" by Mark Tessler; Audra K. Grant. Annals of the American Academy of Political and Social Science, Vol. 555, Israel in Transition. (Jan., 1998), pp. 97–113. JSTR:[1]
- The Israeli Palestinians: an Arab minority in the Jewish state / Alexander Bligh 2003. (book)[2]
- Tall shadows: interviews with Israeli Arabs / Smadar Bakovic 2006 English Book 313 p. Lanham, MD: Hamilton Books, ; ISBN 0-7618-3289-0
- Israel's Arab Citizens / Laurence Louër; John King 2006 London: C. Hurst & Co. Ltd. ISBN 1-85065-798-X
- Arab citizens in Israel: the ongoing conflict with the state / Massoud Ahmad Eghbarieh. Thesis (PhD) --University of Maryland at College Park, 1991.
- Identity crisis: Israel and its Arab citizens. International Crisis Group. 2004[3]
- Pappe, Ilan, The Forgotten Palestinians: A History of the Palestinians in Israel, (2011) Yale University Press
- Peleg, Ilan, and Dov Waxman, Israel's Palestinians: The Conflict Within, (2011) Cambridge University Press
- Reiter, Yitzhak, National Minority, Regional Majority: Palestinian Arabs Versus Jews in Israel (Syracuse Studies on Peace and Conflict Resolution), (2009) Syracuse Univ Press (Sd). ISBN 978-0-8156-3230-6
- ↑ "Cookie Absent". İstifadə tarixi: 14 June 2008.
- ↑ "Table of contents for Library of Congress control number 2002154407". 14 February 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 June 2008.
- ↑ Shibboleth Authentication Request