Israfil Abbasli - Wikipedia
Abbaslı İsrafil İsmayıl oğlu (1 fevral 1938[1], İrəvan – 24 mart 2013[1], Bakı) — AMEA Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin müdiri (2003–2013), filologiya elmləri doktoru (1986), professor (1998).[2]
İsrafil Abbaslı | |
---|---|
Abbaslı İsrafil İsmayıl oğlu | |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri | |
Təhsili |
Həyatının erkən dövrü
redaktəAbbaslı İsrafil İsmayıl oğlu 1938-ci il fevralın 1-də İrəvan şəhərində anadan olmuşdur.[2]
Təhsili
redaktə1944–1954-cü illərdə İrəvan Azərbaycan orta məktəbində təhsil almış, orta təhsili tamamladıqdan sonra 1955–1960–cı illərdə İrəvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsində ali təhsil almışdır. 1960-cı ildə Bakı şəhərinə gəlmiş və 1961-ci ilin avqustundan əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat və Dil İnstitutunda başlamışdır.[3]
Fəaliyyəti
redaktə1987-cı ildən Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinin müdiri, 1997-ci ildən Ədəbiyyat İnstitutu Folklor EMM-nin Azərbaycan folkloru şöbəsinin müdiri, 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Azərbaycan folkloru şöbəsinin müdiri idi. 1966-cı ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1998-ci ildə Folklorşünaslıq ixtisası üzrə professor elmi adını almışdır. Abbaslı uzun illər SSRİ EA Dil və Ədəbiyyat bölməsindəki Folklor Surasının üzvü kimi fəaliyyət göstərmiş, əksər Ümumittifaq və Beynəlxalq müşavirələrdə iştirak etmişdir. O, altı cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin I cildi və ASE-nin III, VI, VII, VIII, IX, X cildlərinin əsas müəlliflərindəndir. Beynəlxalq indekslə çap olunan "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər" məcmuəsində çap edilmiş bir sıra problem araşdırmaların müəllifidir. Beş cildlik "Azərbaycan dastanları"nın, iyirmi cildlik "Azərbaycan klassik ədəbiyyatı kitabxanası"nın I kitabı, əlli cildlik "Dünya uşaq ədəbiyyatı" seriyasının III kitabı, "Azərbaycan ədəbiyyatı inciləri" seriyasının "Dastanlar" cildinin, "Azərbaycan folklorunun ilkin nəşrləri" seriyasının və s. nəşrə hazırlanmasında yaxından iştirak etmiş, əksəriyyətinin redaktoru, tərtibçisi, ön sözün, lüğət və şərhlərin müəllifi olmuşdur. Çoxcildli "Azərbaycan folkloru antologiyası"nın I (Naxçıvan folkloru ), II (Borçalı folkloru) və "Qarabağ folkloru"nun tərtibçisi, ikicildlik "Dədə Qorqud Ensiklopediyası"nın redaktorlarından biri, "Koroğlu" eposunun (rus və Azərbaycan dillərində) tərtibçilərindəndir. Azərbaycan folklorunun toplanması, nəşri və araşdırılması problemlərinə həsr olunan Şəki, Quba, Bakı və Lənkəran regional folklor müşavirələrinin hazırlanıb keçirilməsində də yaxından iştirak etmiş, həmçinin onun redaktəsi ilə müşavirələrin ilk kitabı elmi ictimaiyyətə çatdırılmışdır.[4][2][5][6]
Seçilmiş elmi əsərləri
redaktəNəşr edilmiş bəzi əsərləri bunlardır:[7]
- Аббаслы, Исрафил; Б, Абдулла; Noonan, David. Короглу [Koroglu]. Baku: Səda. 2000. 198–203.
- Исрафил, Аббаслы. Ареал распространения и влияния Азербайджанских дастанов [Area of distribution and influence of Azerbaijani dastans]. Baku: Səda. 2001.
- Abbasli, Israfil. Azərbaycan dastanlarının yayılması və təsiri məsələləri [Issues of spread and impact of Azerbaijani epics]. Baku: Nurlan. 2002.
- Abbasli, Israfil. Folklorşünaslıq axtarışları [Folklore searches]. Baku: Nurlan. 2002.
- Аббаслы, Исрафил. Из истории перевода, обработки и издания азербайджанских дастанов на армянском языке [From the history of translation, processing and publication of Azerbaijani dastans in Armenian]. Baku.
Kitabları
redaktə- Abbaslı İ. Folklorşünaslıq axtarışları. II cilddə, 2-ci c., Bakı: Nurlan, 2009, 512 s.
İstinadlar
redaktə- ↑ 1 2 Identifiants et Référentiels (fr.). ABES, 2011.
- ↑ 1 2 3 Tan, 2017. səh. 449-456
- ↑ Tan, 2017. səh. 449-450
- ↑ "Folklorşünas alim 75 yaşında dünyasını dəyişib". sitat.news. 2013. 28 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2023.
- ↑ Əli Rza Xələfli. "Sözümün hökmü var". genderi.org. 28 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2023.
- ↑ "AZƏRBAYCAN FOLKLORU ŞÖBƏSİ". www.folklorinstitutu.com. 25 May 2011. 5 Mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 noyabr 2023.
- ↑ Tan, 2017. səh. 453-456
Mənbə
redaktə- Nail Tan. AZERBAYCAN’IN BÜYÜK HALK BİLİMCİ/FOLKLORŞİNASLARINDAN PROF. DR. İSRAFİL ABBASLI. Ankara: TÜRK DÜNYASI, Dil ve Edebiyat Dergisi. 2017.
Xarici keçidlər
redaktə- [1] Arxivləşdirilib 2012-05-11 at the Wayback Machine