Isoo Abe - Wikipedia
İsoo Abe (安部 磯雄, Abe İsoo?, 4 fevral 1865[1], Fukuoka – 10 fevral 1949[2][3], Tokio[d]) – Yaponiya xristian sosialisti və pasifisti. Yaponiyada beysbol idmanının inkişafına verdiyi töhfələr səbəbilə "Yaponiya beysbolunun atası" kimi və sosialist fəaliyyətlərinə görə "Yaponiya sosializminin atası" kimi tanınır.[4]
İsoo Abe | |
---|---|
yap. 安部磯雄 | |
Doğum tarixi | 4 fevral 1865[1] |
Doğum yeri | |
Vəfat tarixi | 10 fevral 1949[2][3] (84 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | universitet müəllimi[d], sosioloq, siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
İlk illəri
redaktə1865-ci ildə Yaponiyanın Fukuoka şəhərində doğulmuşdur. Kiotoda yerləşən Doşişa Universitetindən məzun olmuş, universitetdə Co Niicimanın təsiri ilə xristian olmuşdur. Bir müddət Okayama prefekturasında keşiş kimi xidmət verdikdən sonra 1891-ci ildə ABŞ-yə səyahət edərək Hartford Teologiya Məktəbində təhsil almışdır. Burada xristian sosializmi ilə tanış olmuşdur.[5]
1895-ci ildə Yaponiyaya qayıtdıqdan sonra sosial islahatlarla məşğul olmağa və orta məktəblərdə dərs deməyə başlamışdır. 1903–1926-cı illərdə Vaseda Universitetinin professoru olmuşdur.[6]
Fəaliyyəti
redaktəAbe Yaponiyada bir çox sosialist təşkilatın yaradılmasında iştirak etmişdir. O, 1901-ci ildə Yaponiyada rəsmi olaraq tanınmış ilk sosialist partiya olan Sosialist Xalq Partiyasını (Şakay Minşuto?) yaratmış və partiyanın manifestini yazsa da, partiya iki gün sonra hökumət tərəfindən ləğv olunmuşdur. 1926-cı ildə davamçı partiyanı və 1932-ci ildə Sosial Kütlələr Partiyasını (Şakay Tayşuto?) qurmuş, bu partiyaların sədri olmuşdur. Partiyanın sağa meyil etməsindən sonra 1940-cı ildə Milliyyətçi Əmək Partiyasını (Kinro Kokuminto?) partiyasını qurmuş, lakin partiya tezliklə hökumət tərəfindən ləğv olunmuşdur.[5]
1904–1905-ci illərdə baş verən Rus-yapon müharibəsinə qarşı olmuş, öz fikrini nəşrlər vasitəsilə çatdırmağa çalışmışdır. 1905-ci ildə Naoe Kinoşita və Sanşiro İşikava ilə birlikdə "Şin kiqen" (azərb. Yeni dövr) jurnalını nəşr etdirmişdir, 1907-ci ildə "Heimin Shimbun" qəzetinin yenidən yaradılmasında iştirak etmişdir. 1910-cu ildə baş verən Vətənə xəyanət insidentindən sonra radikal sosialistlərdən uzaqlaşmışdır.[5]
Abe 1921-ci ildə Yaponiya Fabian Cəmiyyətinin təsisçilərindən biri olmuş, 1924-cü ildə cəmiyyətin sədri seçilmişdir. O, Yuaykay kimi bir sıra həmkarlar ittifaqlarında fəaliyyət göstərmişdir. Yuaykayın məsləhətçisi olmuş və təşkilatın jurnalı üçün yazılar yazmışdır.[5] 1928–1940-cı illərdə Yaponiya parlamentinin üzvü olmuşdur. Müharibənin yaxınlaşmasına etiraz edərək 1940-cı ildə parlamentdən çıxmışdır.[6] İkinci Dünya müharibəsindən sonra yaradılmış Yaponiya Sosialist Partiyasının (Nihon Şakayto?) məsləhətçisi olmuşdur.[5]
Abe pasifist olmuş və Yaponiyanın sülh ənənələrini vurğulamışdır.[6] Doğum nəzarətini müdafiə etmiş, lisenziyalı fahişəlik hərəkatında iştirak etmişdir.[7]
"Yaponiya beysbolunun atası"
redaktəAbe Yaponiyada beysbol idmanının inkişafı üçün töhfələrə görə "Yaponiya beysbolunun atası" kimi tanınır.[8] O, 1901-ci ildə Vaseda Universitetində "Vaseda" beysbol klubunu yaratmış və 1926-cı ilə qədər komandanın meneceri olmuşdur. 1905-ci ildə komandanı ABŞ turuna aparmışdır. Vaseda–Keyo beysbol rəqabətini başlatmış, Tokio Böyük Altılıq Beysbol Liqasının əsasını qoymuşdur.[4] Kano Ciqoro ilə birlikdə Yaponiya Həvəskar İdman Növləri Assosiasiyasını yaratmışdır.[7]
İstinadlar
redaktə- ↑ 1 2 Bell A. Abe Isoo // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
- ↑ 1 2 Abe Isoo // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Isoo Abe // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
- ↑ 1 2 "Abe Isoo and the Waseda Baseball Club". Vaseda Universitetinin saytı (ingiliscə). 4 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2024.
- ↑ 1 2 3 4 5 Kodansha Encyclopedia of Japan. səh. 2
- ↑ 1 2 3 Huffman. səh. 3
- ↑ 1 2 "ABE Isoo". Portraits of Modern Japanese Historical Figures (ingiliscə). Milli Diet Kitabxanası. 26 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2024.
- ↑ Blackwood, Thomas. "Bushidō Baseball? Three 'Fathers' and the Invention of a Tradition". Social Science Japan Journal (ingiliscə). 11 (2). 2008: 223–240. 2024-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 iyul 2024.
Ədəbiyyat
redaktə- Kodansha Encyclopedia of Japan (ingiliscə). I cild (A–Conso). Tokio: Kodansha. 1983. səh. 2. ISBN 0-87011-621-5. İstifadə tarixi: 26 iyul 2024.
- Huffman, James. Modern Japan: An Encyclopedia of History, Culture, and Nationalism (ingilis). Nyu-York: Routledge. 2013. 3. ISBN 978-0-815-32525-3. İstifadə tarixi: 26 iyul 2024.