Ismayil Zulfuqarov - Wikipedia
İsmayıl Söhbət oğlu Zülfüqarov (16 yanvar 1959[1], Talıstan, İsmayıllı rayonu[1] – 10 yanvar 2024[1]) — Azərbaycan və Koreya alimi.
İsmayıl Zülfüqarov | |
---|---|
Doğum tarixi | 16 yanvar 1959[1] |
Doğum yeri | |
Vəfat tarixi | 10 yanvar 2024[1] (64 yaşında) |
Elmi dərəcəsi |
|
Elmi adı | |
İş yerləri | |
Təhsili |
Həyatı
redaktəİsmayıl Zülfüqarov 1959-cu ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub[2]. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra AMEA-nın Bioloji Tədqiqatlar Elmi Mərkəzində akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Məhsuldarlıq Proseslərinin Molekulyar-Genetik Əsasları şöbəsində baş laborant kimi fəaliyyətə başlayıb. 1983-cü ildə AMEA-nın aspiranturasına daxil olub və 1988-ci ildə akademik Cəlal Əliyevin rəhbərliyi altında Tbilisi Dövlət Universitetinin Elmi Şurasında "Xloroplastların piqment-zülal komplekslərində piqmentlərin nativ formalarının orientasiyası və spektral xassələri" mövzusunda dissertasiya işini müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi alıb. 1984–2002-ci illərdə kiçik elmi işçi vəzifəsindən aparıcı elmi işçi vəzifəsinədək yüksəlib. 2008-ci ildən 2020-ci ilə qədər Cənubi Koreya Respublikasının Busan Dövlət Universitetində tədqiqatçı-professor kimi fəaliyyət göstərib.[3] İsmayıl Zülfüqarov 2016-cı ildən ömrünün sonuna qədər AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun "Proteomiks" beynəlxalq laboratoriyasına rəhbərlik edib. O, institutun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya şurasının Seminar Şurasının üzvü kimi fəaliyyət göstərib, UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası Azərbaycan Milli Komitəsinin sədr müavini olub.[3]
İsmayıl Zülfüqarov 140-dan çox elmi əsərin müəllifidir.[3] Bir sıra beynəlxalq konfrans və simpoziumlarda iştirak edib, "Web of Science"in məlumatına görə, son beş ildə nəşr olunmuş məqalələrinə 100 dəfə istinad olunub.
2024-cü il 10 yanvar tarixində vəfat edib.[3]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 https://oxu.az/society/825122.
- ↑ ""Beyin axını": Azərbaycanı tərk edən alimlər - II HİSSƏ - ARAŞDIRMA". 2013-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-02.
- ↑ 1 2 3 4 "Cənubi Koreya universitetinin professoru olan azərbaycanlı alim vəfat edib - FOTO". Oxu.Az (az.). 2024-01-10. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-10.