Islamda Xususi Gunler - Wikipedia
İslam dinində Ramazan bayramı və Qurban Bayramı olmaq üzrə iki böyük bayram vardır. Bayramlar mədəniyyət və məzhəblərin fərqliliyinə görə müxtəlif şəkillərdə qeyd edilir. İslami bayramlar ay təqviminə görə tənzimlənir. İslami təqvimdə 12 ay və 354–355 gün vardır. Sünni və şiə ay təqvimləri hər dəfə üst-üstə düşmür. Bəzən həm şiələrin həm də sünnilərin qeyd etdiyi bir bayram fərqli günlərə təsadüf edə bilər. İslami bayramlar ay təqviminə görə təşkil edildiyindən 1-2 günlük fərqliliklər ola bilər.[1]
Müqəddəs günlər, gecələr və bayramlar
redaktəMüsəlmanlar tərəfindən müqəddəs sayılan gecələrdir. Bu gecələrə "qəndil gecələri" də deyilir. Qəndil gecələrini peyğəmbər keçirtməyib. Hicrət sonrası 3-cü əsrdən etibarən təsəvvüfi mühitlərdə qeyd edilməyə başlanmışdır.
Quranda müqəddəs gecələrlə əlaqəli:
"Açıq-aşkar olan Kitaba and olsun ki, biz onu müqəddəs bir gecədə endirdik. Şübhəsiz biz insanları xəbərdarlıq etməkdəyik".[2]
"Qədr gecəsi min aydan daha xeyirlidir". [3]
Qəndil gecələri namazların qılındığı, Quranın oxunduğu, duaların edildiyi və salavatların gətirildiyi gecələrdir. Qəndil gecələri bir Ay təqvimi olan Hicri təqvim əsas götürülərək müəyyən edilir.
Əsas günlər
redaktəDini ibadətlər
redaktəTəqvim
redaktəHicri tarix | Hicri 1435 | Hicri 1436 | Hicri 1437 | Hicri 1438 | Hicri 1439 | |
---|---|---|---|---|---|---|
Aşura günü | 10 Məhərrəm | 13 noyabr 2013 | 3 noyabr 2014 | 23 oktyabr 2015 | 11 oktyabr 2016 | 30 sentyabr 2017 |
Ərbəin günü | 20 Səfər | 23 dekabr 2013 | 12 dekabr 2014 | 2 dekabr 2015 | 20 noyabr 2016 | 9 noyabr 2017 |
Mövlud bayramı | 12 Rəbiüləvvəl (sünnilər) | 13 yanvar 2014 | 3 yanvar 2015 | 23 dekabr 2015 | 11 dekabr 2016 | 30 noyabr 2017 |
17 Rəbiüləvvəl (şiələr) | 18 yanvar 2014 | 8 yanvar 2015 | 28 dekabr 2015 | 16 dekabr 2016 | 5 dekabr 2017 | |
Əlinin doğum günü | 13 Rəcəb | 12 may 2014 | 2 may 2015 | 20 aprel 2016 | 10 aprel 2017 | 30 mart 2018 |
Merac | 27 Rəcəb | 26 may 2014 | 16 may 2015 | 4 may 2016 | 24 aprel 2017 | 13 aprel 2018 |
Məhəmməd Mehdinin doğumu | 15 Şaban | 13 iyun 2014 | 2 iyun 2015 | 22 may 2016 | 11 may 2017 | 1 may 2018 |
Ramazan | 1 Ramazan | 29 iyun 2014 | 18 iyun 2015 | 6 iyun 2016 | 27 may 2017 | 16 may 2018 |
Qədr gecəsi | 19, 21, 23, 25, 27 ya da 29 Ramazan | 17 ilə 26 iyul 2014 arası | 7 ilə 16 iyul 2015 arası | 25 iyun ilə 4 iyul 2016 arası | 15 ilə 24 iyun 2017 arası | 4 ilə 13 iyun 2018 arası |
Chaand Raat | 29 ya da 30 Ramazan | 27 iyul 2014 | 16 iyul 2015 | 5 iyul 2016 | 24 iyun 2017 | 14 iyun 2018 |
Ramazan Bayramı | 1 Şəvval | 28 iyul 2014 | 17 iyul 2015 | 6 iyul 2016 | 25 iyun 2017 | 15 iyun 2018 |
Həcc | 8–13 Zilhiccə | 2–7 oktyabr 2014 | 22–27 sentyabr 2015 | 9–14 sentyabr 2016 | 30 avqust – 4 sentyabr 2017 | 19–24 avqust 2018 |
Arifə günü | 9 Zilhiccə | 3 oktyabr 2014 | 23 sentyabr 2015 | 10 sentyabr 2016 | 31 avqust 2017 | 20 avqust 2018 |
Qurban Bayramı | 10 Zilhiccə | 4 oktyabr 2014 | 24 sentyabr 2015 | 11 sentyabr 2016 | 1 sentyabr 2017 | 21 avqust 2018 |
Qədir-Xum | 18 Zilhiccə | 12 oktyabr 2014 | 1 oktyabr 2015 | 19 sentyabr 2016 | 9 sentyabr 2017 | 29 avqust 2018 |
İstinadlar
redaktə- ↑ "İslami təqvim". 2019-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-13.
- ↑ Duxan, 44:2-3
- ↑ Qədr, 97:3