Islam Qahiresi - Wikipedia
İslam Qahirəsi (ərəb. قاهرة المعز,mənası: Əl-Muiz Li-Dinillah Qahirəsi), Tarixi Qahirə və ya Orta əsr Qahirəsi — Misirin paytaxtı qahirənin 19 və 20-ci əsrlərdə müasir genişlənməsindən əvvəl mövcud olan tarixi əraziləri, xüsusilə köhnə divarlı şəhərin və Qahirə qalasının ətrafındakı mərkəz hissələrinə verilən ad. "İslam" Qahirəsi adı bölgədəki müsəlmanların daha çox tanıdılmasına görə deyil, İslamın erkən dövründə qurulduğu gündən bəri şəhərin zəngin tarixinə və irsinə görə verilmişdir. Və bu ad eyni zamanda onu Qədim Misirə aid Giza və Memfis əraziləri ilə fərqləndirir.[1][2] Bu bölgə İslam memarlığının İslam dünyasındakı ən böyük və ən sıx yayılmış yerlərindən biridir.[1]:7 İslam Qahirəsi Misirdəki bütün İslam dövrünə aid yüzlərlə məscid, türbə, mədrəsə, malikanələr, karvansaralar və istehkamlarla səciyyələnir. 1979-cu ildə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Tarixi Qahirəni " məşhur məscidləri, mədrəsələri, hamamları və fəvvarələri ilə birlikdə dünyanın ən qədim İslam şəhərlərindən biri " və "14-cü əsrdə qızıl dövrünə çatan İslam dünyasının yeni mərkəzi" olaraq Ümumdünya irsi siyahısına daxil etmişdir.[3]
İslam qahirəsi | |
Historic Cairo [* 1] | |
Ölkə | Misir |
---|---|
Tip | Mədəni |
Kriteriya | (i), (v), (vi) |
Keçid | 89 |
Region | Afrika [* 2] |
Daxil edilməsi | 1979 (3-cü sessiya) |
|
|
1. Fustat 2. İbn Tulun məscidi, Qahirə qalası, Qahirənin fatimi mərkəzi, Nekropolis 3. İmam Şafii mavzoleyi 4. Sayida Nafisa nekropolları
Tarix
redaktəFustatın və ilk İslam dövrünün əsası
redaktəQahirə tarixi əslində, Misirin 640-cı ildə Əmr ibn Asın komandirliyi altında müsəlman ərəblər tərəfindən fəth edilməsi ilə başlayır.[4] O dövrdə Misirin paytaxtının İsgəndəriyyə olmasına baxmayaraq (Ptolemey, Roma və Bizans dövrlərində olmuşdur), ərəb fəthçiləri Fustat adlı yeni bir şəhərin inzibati paytaxt və hərbi qarnizon mərkəzi kimi xidmət etməsi üçün qərar verdilər. Yeni şəhər Nil sahillərində (indiki Köhnə Qahirədə) Babil qalası olaraq tanınan Roma-Bizans qalasının yaxınlığında, Qahirənin sonrakı yerinin cənub-qərbində yerləşirdi. Bu məkanın seçilməsi bir neçə amillə, o cümlədən Ərəbistan və Məkkəyə bir qədər yaxın olması, İsgəndəriyyədəki güclü xristian və ellinist təsir qorxusu və İsgəndəriyyənin dəniz yolu ilə gələn Bizans əks-hücumlarına qarşı həssaslığı ilə əlaqəli ola bilər.[4][5] Bəlkə də daha da önəmlisi, Fustatın qədim Misirin Memfis şəhərində də olduğu kimi Aşağı Misir (Nil Deltası) və Yuxarı Misirin (Nil Vadisi, daha cənub) kəsişməsində yerləşməsi onu Nil çayı üzərində mərkəzləşmiş bir ölkəyə nəzarət etmək üçün strateji bir yer halına gətirməsi idi.[4][5]
Yeni daxili qarnizon şəhərlərinin qurulması Tunisdəki Kayruan və ya İraqdakı Kufə kimi digər nümunələrlə birlikdə ərəb fəthləri boyunca təkrarlanan bir hal idi.[5] Fustatın təməli həm də Misirin (və Afrikanın) ilk məscidi olan, əsrlər boyu yenilənmiş və bu gün də mövcud olan Əmr ibn As məscidinin inşası ilə müşayiət olundu.[1]
Fustat sürətlə Misirin əsas şəhəri, limanı və iqtisadi mərkəzi halına gəldi, İsgəndəriyyə isə daha çox əyalət şəhərinə çevrildi.[5] 661-ci ildə İslam dünyası 750-ci ildə Abbasilər tərəfindən devrilənə qədər paytaxtları Dəməşqdə yerləşən Əməvilərin nəzarəti altına keçdi. Son Əməvi xəlifəsi II Mərvan 1 Avqust 750-ci ildə öldürüldü.[4] Bundan sonra Misir və Fustat Abbasilərin nəzarəti altına keçdi. Abbasilər Misirdə yeni hökmranlıqlarını qubernator Əbu Aunun təşəbbüsü ilə Fustatdan bir qədər şimal-şərqdə yerləşən Əl-Əsgər adlı yeni inzibati paytaxtın yaradılması ilə qeyd etdilər. Şəhər, 786-cı ildə Əl-Əsgər cami adlanan böyük bir məscidin inşası ilə tamamlandı və Dar əl-İmara adı ilə tanınan qubernator iqamətgahına bir saray da daxil edildi.[4] Bu şəhərə aid heç bir qalıq bu günə gəlib çatmamışdır, lakin əsas şəhərin xaricində yeni inzibati paytaxtların qurulması ərazinin tarixində təkrarlanan bir nümunə oldu.
Əhməd ibn Tulun Abbasilər hakimiyyətinin uzun böhranı zamanı Səmərra şəhərində Abbasilər xəlifələrinə xidmət etmiş türk idi.[6] O 868-ci ildə Misirin valisi oldu, lakin tez bir zamanda Abbasi xəlifəsinin simvolik səlahiyyətini tanımaqla de-fakto müstəqil hökmdara çevrildi. O, o qədər nüfuz sahibi olmuşdu ki, sonradan xəlifə 878-ci ildə ona Suriyada nəzarəti ələ almağa icazə vermişdi.[4] Tulunoğullarının hakimiyyətinin bu dövründə (İbn Tulun və oğullarının dövründə) Misir, e.ə. 30-cu ildə Roma hakimiyyəti qurulandan bəri ilk dəfə müstəqil bir dövlət oldu.[4] İbn Tulun 870-ci ildə Əl-Əsgərdən cənub-qərbdə yerləşən Əl-Qata'i adlı yeni inzibati paytaxt qurdu. Buraya yeni bir böyük saray, hərbi parad meydançası, xəstəxana və bu günə İbn Tulun məscidi olaraq tanınan, 876-879-cu illərdə inşa edilmiş böyük məscid daxil idi.[4][6]
884-cü ildə İbn Tulun öldü və onun övladları 905-ci ilədək, Abbasilər birbaşa nəzarəti bərpa etmək üçün bir ordu göndərənə və yanlız məscidi saxlamaqla əl-Qata'i-ni yandırana qədər hakimiyyətdə qaldılar.[4] Bundan sonra 935-969-ci illər arasında Misiri bir müddət Abbasilər valisi olaraq başqa bir sülalə, Ağşidlər idarə etdilər. Onların bəzi tikililəri, xüsusən də bu dövrün sonrakı hissəsində regent olaraq hökm sürən Əbu əl-Misk Kafurun dövrünə aid olanlar gələcək Fatimilərin paytaxt üçün yer seçməsinə təsir göstərmiş ola bilər. Çünki Kafurun Fironlar kanalı boyunca yerləşən böyük bağlarından biri sonrakı Fatimi saraylarına daxil edilmişdir.[4]
Qahirənin qurulması və Fatimilərin hakimiyyəti
redaktəİfriqiyə (Tunis) bölgəsində qurulmuş bir İsmaili Şiə xilafəti olan Fatimilər, xəlifə əl-Muizin dövründə, 969-cu ildə Misiri fəth etdilər. Əsasən Şimali Afrikalı bərbərlərdən ibarət olan orduya general Cəvhər ibn-Abdullah rəhbərlik edirdi. 970-ci ildə Cəvhər Əl-Muizin göstərişinə əsasən Fatimid xəlifələrinin iqamətgahı və güc mərkəzi kimi xidmət edəcək yeni bir şəhər qurdu. Şəhər əvvəlcə əl-Mu'ziyyiyyə əl-Qaahirah, yəni "Əl-Muizzin Qələbə şəhəri", daha sonra isə sadəcə Qahirəyə müasir adını verən "əl-Qahirə" adlandırıldı.[7]:80
Şəhər Fustatın və İbn Tulun və Abbasilər tərəfindən inşa edilmiş əvvəlki inzibati paytaxtlardan şimal-şərqdə yerləşirdi. Cəvhər yeni şəhəri elə təşkil etmişdi ki, onun mərkəzində xəlifələri, ailələri və dövlət qurumlarını yerləşdirən Böyük Saraylar yerləşirdi.[4] Saraylardan biri şərqdə (ən böyüyü), digəri isə qərbdə yerləşir, aralarında Bayn əl-Qasrayn ("İki Saray arasını") adlanan meydan yerləşirdi. Şəhərin əsas məscidi olan Əl-Əzhər məscidi 972-ci ildə həm Cümə məscidi, həm də tədris mərkəzi olaraq qurulmuş və bu gün dünyanın ən qədim universitetlərindən biri hesab olunur.[1] Fustat bir müddət Misirin əsas iqtisadi və şəhər mərkəzi olaraq qaldı. Yalnız bundan sonra Qahirənin Fustat da daxil olmaqla digər yerli şəhərləri də mənimsəməsi böyüdü. Lakin 969-cu il bəzən indiki şəhərin "inşa ili" hesab olunur.[8]
Əl-Muiz və Fatimilər xilafətinin inzibati aparatı 972-ci ildə keçmiş paytaxtı tərk edərək 973-cü ilin iyununda Qahirəyə gəldi.[4][7] Fatimilər
imperiyası tez bir zamanda rəqib sünni Abbasilər xilafəti üçün bir təhlükə olacaq qədər güclü oldu. Xəlifə əl-Mustansirin hakimiyyəti dövründə (1036-1094), Fatimilər İmperiyası zirvəyə çatdı, lakin eyni zamanda tənəzzülə başladı.[9] Xəlifələr adından çıxış edən bir neçə güclü vəzir, bəzən imperiyanın gücünü canlandıra bildi.
XI əsrin sonu həm də bölgədə böyük hadisələrin və inkişafların dövrü idi. Məhz bu zaman Böyük Səlcuq İmperiyası şərqi İslam dünyasının çox hissəsini ələ keçirdi. Əsasən sünni olan türklərin gəlişi Fatmilərin və Yaxın Şərqdəki şiə firqələrinin irəliləməsini ləğv edən və "Sünni Dirçəlişi" adlanan dövrdə uzunmüddətli bir amil oldu.[10] 1099-cu ildə Birinci Səlib yürüşü Qüdsü ələ keçirdi və yeni Xaçlı dövlətlər Misir üçün qəfil və ciddi bir təhdid oldu. Türk Zəngi sülaləsinin Nurəddin Mahmud kimi yeni müsəlman hökmdarları Xaçlılara qarşı ümumi hücumu öz üzərlərinə götürdülər.
XII əsrdə Fatimilərin zəifliyi o qədər ağırlaşdı ki, son Fatimi xəlifəsi Əl-Adidin dövründə, Zəngiləri nəzarətdə saxlamaq üçün sonuncu bir toqquşmaya hazırlaşdıqları bir zamanda Fatimilər Qüds kralı Amoridən qorunmaq üçün Zəngilərdən kömək istədilər.[7] 1168-ci ildə Səlibçilər Qahirəyə yürüş edərkən Fatimi vəziri Şevar, istehkamı olmayan Fustat şəhərinin Qahirəni mühasirəyə almaq üçün bir baza olaraq istifadə ediləcəyindən narahat oldu, əhalinin təxliyəsini əmr etdi və şəhəri yandırdı. Tarixçilər dağıntının dərəcəsini müzakirə edərkən Fustatın bundan sonra da ayaqda durduğu görünsə də, yanğın daha sonra Qahirənin özü tərəfindən tutulan bu şəhərin tənəzzülündə böyük rol oynamışdır.[4][11] Nəhayət, 1171-ci ildə Əl-Adidin vəziri olan Zəngi komandiri Səlahəddin Əyyubi Fatimi xilafəti hakimiyyətinin sona çatdığını və süqut etdiyini elan etdi. Beləliklə, Qahirə sünnilərin hakimiyyətinə qayıtdı və Misir və Qahirənin şəhər tarixində yeni bir fəsil açıldı.
Qahirənin Əyyubilər və Məmlük dövründə yüksəlişi
redaktə[[Fayl:Mosque-Madrassa_of_Sultan_Hassan_(4).jpg|link=https://az.wikipedia.org/wiki/?axtar=%C5%9E%C9%99kil:Mosque-Madrassa_of_Sultan_Hassan_(4).jpg%7Cleft%7Cthumb%7C[[Sultan[ölü keçid] Həsən məscidi|Sultan Həsən mədrəsə-məscid]], Bahri Məmlük dövrü, 14 əsrin ortaları.]]
Səlahəddin hakimiyyəti Misir və Suriyanı idarə edən və Xaçlılara qarşı mübarizəni davam etdirən Əyyubilər sülaləsinin başlanğıcını qeyd etdi. O, şəhər divarlarının xaricində bundan sonra da uzun əsrlər boyu Misir hökmdarları və dövlət idarəsinin yerləşəcəyi yeni bir iddialı qalanın, Qahirə qalasının inşasına başladı.Bu, Qahirənin eksklüziv bir saray şəhəri statusuna son qoydu və şəhər Misirlilərin yaşadığı və xarici səyyahlar üçün açıq bir iqtisadi mərkəzə çevrilməyə başladı.[11] Sonrakı əsrlər ərzində Qahirə genişmiqyaslı bir şəhər mərkəzinə çevrildi. Fustatın əhəmiyyətinin azalması onun yüksəlişinə yol açdı. Şiə Fatimilərinin təsirini silmək istəyən sünni müsəlman olan Əyyubi sultanları və onların Məmlük varisləri böyük Fatimi saraylarını tədricən dağıdaraq öz binaları ilə əvəz etdilər.[4] Əl-Əzhər məscidi sünni bir tikiliyə çevrildi və bu gün sünni İslam dünyasında Quran və İslam qanunlarının öyrənilməsi üçün ən önəmli mərkəzdir.[1]
1250-ci ildə Əyyubilər sülaləsi iflas etdi və hakimiyyət Məmlüklərin idarə etdiyi bir rejimə keçdi. Məmlüklər gənc qullar olaraq (tez-tez Mərkəzi Avrasiyanın müxtəlif bölgələrindən) satın alınmış və sultanın ordusunda xidmət etmək üçün böyüdülən əsgərlər idi. Onlar Sultan Əs-Salehin rəhbərliyindəki Əyyubi ordusunun dayağı olmuşdurlar və nəticədə Yeddinci Səlib yürüşü zamanı yaranan siyasi böhranda dövlətin nəzarətini ələ ala bildilər. 1250-1517-ci illər arasında taxtı ümumiyyətlə irsi deyildi və tez-tez zorakı və xaotik bir ardıcıllıq sistemində bir məmlükdən digərinə keçırdı. Buna baxmayaraq, Məmlük imperiyası özündən əvvəlki Əyyubilər imperiyasının bir çox cəhətini davam etdirdi və 1260-cı ildə monqolların yürüşlərini geri qaytarmaq (ən məşhuru Əyn Cəllud döyüşündə) və Levantdakı Xaçlı dövlətlərin süqutu üçün məsuliyyət daşıyırdı.[12]
Məmlük sultanı Nəsrəddin Məhəmmədin (1293-1341, o cümlədən aralararası) hakimiyyəti dövründə Qahirə əhali və var-dövlət baxımından ən yüksək nöqtəsinə çatdı. Hökmranlığının sonuna qədər əhalinin ümumi bir hesablaması, qiymətləndirmək çətin olsa da, Qahirəni o vaxt Çindən kənarda dünyanın ən böyük şəhəri halına gətirərək 500.000-ə yaxın bir rəqəm verir.[13][14] Əsasən hərbi təbəqənin mövcud olmasına baxmayaraq, Məmlüklər dini və vətəndaş binalarının inşaatçıları və himayədarları idilər. Qahirənin ən təsirliləri də daxil olmaqla çox sayda tarixi abidəsi məhz onların dövrünə təsadüf edir.[1][4] Şəhər eyni zamanda Hind okeanı və Aralıq dənizi arasındakı ticarət yollarının nəzarətindən də inkişaf etmişdi.[4] Nəsrəddinin hakimiyyətindən sonra,14-cü əsrin ortalarında Misir və Qahirə Qara Ölümdən başlayaraq təkrarlanan taun epidemiyaları ilə vuruşdular. Qahirənin əhalisi azaldı və bərpa edilməsi üçün yüz illər gərək oldu. Lakin şəhər Yaxın Şərqin əsas metropolu olaraq qaldı.[4]
Əyyubi və sonrakı Məmlük hakimiyyəti altında olan Muiz prospekti, adətən sultan və ya hakim təbəqə üzvləri tərəfindən maliyyələşdirilən dini komplekslər, kral məqbərələri və ticarət obyektlərinin inşası üçün imtiyazlı bir sahəyə çevrildi. Əsas küçə dolduğundan şərqdə, Əl-Əzhər məscidinə və Əl-Hüseyn məscidinə yaxın ərazilərdə yeni ticarət tikililəri tikildi.[11] Qahirənin şəhər xarakterinin inkişafında vacib amillərdən biri xüsusən də Məmlük dövründə vəqf torpaqlarını sayının artması idi. Vəqflər, hakim elatlar tərəfindən qurulmuş bir çox dini və ictimai tikililərin fəaliyyətini və maliyyələşdirmə mənbələrini təyin edən, şəriət qanunlarına əsaslanan xeyriyyəçi əmanətlər idi. Onlar adətən müxtəlif funksiyaları (məscid, mədrəsə, məqbərə) birləşdirən və çox vaxt şəhər ticarət binalarından və ya kənd tikililərinin gəlirləri ilə maliyyələşdirilən mürəkkəb dini və ya vətəndaş binalarını təyin etmək üçün tərtib edilmişdir.[15] 15-ci əsrin sonlarına qədər Qahirədə həmçinin iki mərtəbənin adətən ticarət və yaşayış məqsədləri üçün istifadə edildiyi və çoxmərtəbəli, qarışıq istifadəli binalar var idi. Bu tikililər adətən icarəyə verilirdi.[16]
Qahirə Osmanlı İmperiyasının əyalət paytaxtı olaraq
redaktəMisir 1517-ci ildə I Səlimin başçılığı altında Osmanlı İmperiyası tərəfindən fəth edildi və yüz illər boyu Osmanlı hakimiyyəti altında qaldı. Bu dövrdə bəziləri Osmanlı mənşəli, digərləri Məmlük sultanlığının dağılmasına baxmayaraq ölkə elatlarını bir hissəsi olaraq mövcud olmağa davam edən məmlük kastasından olan yerli elatlar siyasi güc və nüfuz uğrunda aralarında dayanmadan mübarizə aparırdılar.[4]
Qahirə böyük bir iqtisadi mərkəz və imperiyanın ən vacib şəhərlərindən biri olmağa davam etdi. Şəhər Həcc ziyarəti yolunun Məkkəyə gediş-gəlişində əsas yer olaraq qalırdı.[4] Osmanlı qubernatorları Məmlüklər kimi memarlığın böyük keşikçiləri olmasa da, Qahirə inkişaf etməyə davam etdi və köhnə şəhər divarları xaricində yeni məhəllələr böyüdü.[1][4] Qahirədəki Osmanlı memarlığı, keçmişlə aydın bir fasilə təqdim etmək əvəzinə, güclü təsir göstərməyə və yerli Məmlük dövründən qalan ənənələrdən qaynaqlanmağa davam etdi.[1] 18-ci əsrdə Yeniçərilər arasında ilk məmlük məmuru olan Abd ər-Rəhman Katxuda əl-Qazdağlı kimi şəxslər yaradıcı memarlıq himayəçiləri idi.[1][4] Bu gün Qahirədə qorunan bir çox köhnə burjua və ya aristokratik saraylar, bir sıra su paylama köşkləri və Quran oxu məktəbləri kimi Osmanlı dövrünə aiddir.[1]
Məhəmməd Əli Paşa və Xədivlərin rəhbərliyi altında Qahirə
redaktəNapoleonun fransız ordusu 1798-ci ildən 1801-ci ilə qədər qısa müddətdə Misiri işğal etdi. Bundan sonra Osmanlı ordusundakı Mehmed Əli Paşa adlı bir alban zabit Qahirəni 1805-ci ildən 1882-ci ilə qədər davam edən müstəqil bir imperiyanın paytaxtı etdi.
Qahirə qalası Məhəmməd Əlinin rəhbərliyi altında tamamilə yeniləndi. İstifadəsiz Məmlük abidələrinin çoxu yeni Məhəmməd Əli məscidinə və digər saraylara yol açmaq üçün söküldü. Məhəmməd Əlinin sülaləsi daha çox Osmanlı memarlıq üslubunu, əsasən dövrün keçmiş "Osmanlı Brokkosu" üslubunu tətbiq edirdilər.[1] Onun nəvələrindən biri olan İsmayıl 1864-1879-cu illər arasında Xədiv olaraq müasir Süveyş kanalının inşasına nəzarət etdi. O bununla yanaşı Qahirənin tarixi mərkəzinin şimal-qərbində Avropa üslubunda yeni bir geniş şəhər inşasını da həyata keçirdi. Yeni şəhər Jorj Ejen Osmanın 19-cu əsrdə həyata keçirdiyi islahatları təqlid etdi. Böyük bulvarlar və meydanlar yeni şəhərin bir hissəsi oldu.[4] Şəhər İsmailin nəzərində heç bir zaman tamamlanmasa da, bu yeni şəhər bu gün Aşağı Qahirənin çox hissəsini təşkil edir. Bura Qahirənin köhnə tarixi rayonları, divarlı şəhəri də daxil olmaqla nisbətən laqeyd qaldı. Hətta Qala, İsmayılın 1874-cü ildə yeni Abdin Sarayına köçməsi ilə kral iqamətgahı statusunu itirdi.[1]
Tarixi abidələr
redaktəMəscidlər
redaktəMisirdə ilk məscid Fustatdakı Əmr ibn As məscidi olsa da, İbn Tulun məscidi orijinal formasını saxlayan ən qədim məsciddir və İslam sivilizasiyasının qızıl dövründən başlayaraq Abbasilər memarlığının nadir nümunəsidir. Məscid 876-879-cu illərdə İraqdakı Abbasi paytaxtı Samərradan ilham alənmış bir üslubda inşa edilmişdir.[1] Bura Qahirədəki ən böyük məscidlərdən biridir və çox vaxt ən gözəllərindən biri kimi xatırlanır.[1][17]
Fatimilər dövründə qurulan ən vacib və davamlı quruluşlardan biri 970-ci ildə qurulan və dünyanın ən qədim universiteti adı uğrunda Fəsdəki Əl-Qarauin Universiteti ilə yarışan Əl-Əzhər Məscidi idi.[1] Bu gün Əl-Əzhər Universiteti dünyada İslam tədrisinin ən öndə gedən mərkəzidir və Misirdə ölkə daxilində kampusları olan ən böyük universitetlərdən biridir.[1] Məscid özü əhəmiyyətli Fatimi ünsürlərini saxlayır, lakin sonrakı əsrlərdə, xüsusən Məmlük sultanları Qayıtbəy, Qansu Ğavri və 18-ci əsrdə Əbdürrəhman Kaxuda tərəfindən əlavələr edilmiş və genişləndirilmişdir.
Orta əsr Qahirəsinin ən görkəmli memarlıq irsi, Məmlük dövrünə, 1250-1517-ci illərə aiddir. Məmlük sultanları və elatları özləri və ailələri üçün məscid, mədrəsə, xanəgah (sufilər üçün), su paylama mərkəzləri (səbillər) və məqbərəni özündə cəmləşdirə bilən ümumi dini və ya cənazə kompleksləri tikən memarlıq himayədarı idilər.[15] Qahirədəki Məmlük abidələrinin ən məşhur nümunələrinə Sultan Həsən mədrəsə-məscidini göstərmək olar.
İslam Qahirəsi eyni zamanda əl-Hüseyn məscidi, İmam Şafiinin (Şafi məzhəbinin, sünni İslam fiqhində əsas düşüncə məktəblərindən birinin qurucusu), Seyid Rüqəyya türbəsi, Seyid Nafisa məscidi və s. kimi bir sıra əhəmiyyətli dini ziyarətgahların yerləşdiyi yerdir. Bu ziyarətgahlardan bəziləri tarixi şəhərə bitişik olan və ərəb dilində Ölülər şəhəri və ya əl-Qarafa kimi tanınan geniş qəbiristanlıq ərazisində yerləşir. Qəbiristanlıqların tarixi Fustatın əsasının qoyulduğu dövrə gedib çıxır, lakin bir çox görkəmli və məşhur məqbərə Məmlük dövrünə aiddir.[18]
Divarlar və darvazalar
redaktəQahirə 969-cu ildə Fatimilər tərəfindən saray-şəhər kimi qurulanda ərtrafı divarla əhatə olunmuşdu. Bura 11-ci əsrin sonlarında vəzir Bədr əl-Cəmali tərəfindən yenidən qurulmuşdur və hissələri bu gün də qalmaqdadır.[1][4] Divarlar Əyyubilər tərəfindən Səlahəddin Əyyubinin həm Qahirəni, həm də Fustatı tək divar ilə qorumaq üçün hazırladığı iddialı planının bir hissəsi olaraq uzadılmış və dəyişdirilmişdir.
Qala
redaktəSəlahəddin 1176-cı ildə Misirin hakimiyyət iqamətgahı olaraq xidmət etmək üçün böyük bir qalanın inşasına başlamış və qalanın inşası davamçıları tərəfindən tamamlanmışdır.[19] Qala 19-cu əsrin sonlarına qədər Misir hökmdarlarının iqamətgahı olaraq qaldı və sonrakı hökmdarların nəzarəti altında dəfələrlə dəyişdirildi.
Bazarlar və ticarət binaları
redaktəMəmlüklər və sonrakı Osmanlılar Qahirənin iqtisadiyyatında ticarətin əhəmiyyətli rolu səbəbiylə tacirlər və mallara üçün karvansaralar inşa etmişlər. Bu günə qədər qorunan ən məşhur nümunə, Vikala əl-Quridir.[17] Məşhur əl-Xəlili karvansarası, eyni zamanda karvansaraları birləşdirən məşhur ticarət mərkəzidir.[20] Tarixi ticarət memarlığının başqa bir nümunəsi, 17-ci əsrə aid Radvan bəy Kasbahıdır.[1]
Qoruma
redaktəBu tarixi ərazilərin bir çoxu Misir paytaxtının ən kasıb və ən sız bölgələrindən biri olaraq laqeydlik və çürümədən əziyyət çəkir.[21] Bundan əlavə, Əl-Darb əl-Əhmər bölgəsindəki İslam abidələri və sənət əsərlərinin oğurluqları onların uzunmüddətli qorunmasına təhlükə yaradır.[22][23][24]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 Williams, Caroline. Islamic Monuments in Cairo: The Practical Guide (7th). Cairo: The American University in Cairo Press. 2018.
- ↑ Planet, Lonely. "Islamic Cairo in Cairo, Egypt". Lonely Planet (ingilis). 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
- ↑ UNESCO, Decision Text Arxivləşdirilib 2017-06-05 at the Wayback Machine, World Heritage Centre, 21 iyul 2017
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 Raymond, André. 1993.
- ↑ 1 2 3 4 Kennedy, Hugh. The Great Arab Conquests: How the Spread of Islamc Changed the World We Live In. Weidenfeld & Nicolson. 2007.
- ↑ 1 2 Swelim, Tarek. Ibn Tulun: His Lost City and Great Mosque. The American University in Cairo Press. 2015.
- ↑ 1 2 3 Brett, Michael. The Fatimid Empire. Edinburgh: Edinbugh University Press. 2017.
- ↑ Irene Beeson. "Cairo, a Millennial". Saudi Aramco World. September–October 1969. 24, 26–30. 2007-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-08-09.
- ↑ "Fāṭimid Dynasty | Islamic dynasty". Encyclopedia Britannica (ingilis). 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
- ↑ Lewis, Bernard. The Middle East: A Brief History of the Last 2,000 Years. Scribner. 1995.
- ↑ 1 2 3 Denoix, Sylvie; Depaule, Jean-Charles; Tuchscherer, Michel, redaktorlar Le Khan al-Khalili et ses environs: Un centre commercial et artisanal au Caire du XIIIe au XXe siècle. Cairo: Institut français d'archéologie orientale. 1999.
- ↑ Clot, André. L'Égypte des Mamelouks: L'empire des esclaves, 1250-1517. Perrin. 1996.
- ↑ Abu-Lughod, Janet. Cairo: 1001 Years of the City Victorious. Princeton University Press. 1971. 37.
- ↑ Shillington, Kevin. Encyclopedia of African History. I. Taylor & Francis. 2005. 342.
- ↑ 1 2 Behrens-Abouseif, Doris. 2007.
- ↑ Mortada, Hisham. Traditional Islamic principles of built environment. Routledge. 2003. səh. viii. ISBN 0-7007-1700-5.
- ↑ 1 2 O'Neill, Zora et al. 2012.
- ↑ El Kadi, Galila; Bonnamy, Alain. Architecture for the Dead: Cairo's Medieval Necropolis. Cairo: The American University in Cairo Press. 2007.
- ↑ Rabat, Nasser O. The Citadel of Cairo: A New Interpretation of Royal Mamluk Architecture. E.J. Brill. 1995.
- ↑ Denoix, Sylvie; Depaule, Jean-Charles; Tuchscherer, Michel, redaktorlar Le Khan al-Khalili et ses environs: Un centre commercial et artisanal au Caire du XIIIe au XXe siècle. Cairo: Institut français d'archéologie orientale. 1999.
- ↑ Ancient Cairo: Preserving a Historical Heritage Arxivləşdirilib 2008-02-26 at the Wayback Machine, Qantara, 2006.
- ↑ Unholy Thefts Arxiv surəti 5 iyun 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2013-06-05 at the Wayback Machine Al-Ahram Weekly, Nevine El-Aref, 26 June - 2 July 2008 Issue No. 903.
- ↑ "Al-Darb Al-Ahmar District Mosques". World Monuments Fund. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-12.
- ↑ Wilton-Steer, Harry Johnstone, photography by Christopher. "Alive with artisans: Cairo's al-Darb al-Ahmar district – a photo essay". March 21, 2018. August 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 12, 2020 – www.theguardian.com vasitəsilə.