Islam Mustafayev - Wikipedia
İslam İsrafil oğlu Mustafayev (22 noyabr 1951, Puşkin rayonu) — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi (2014), kimya elmləri doktoru, professor.[1] AMEA Radiasiya Problemləri İnstitutunun baş direktoru.[2]
İslam Mustafayev | |
---|---|
Mustafayev İslam İsrafil oğlu | |
Doğum tarixi | 22 noyabr 1951 (73 yaş) |
Doğum yeri | |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili |
Həyatı
redaktəİslam Mustafayev 22 noyabr 1951-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. ABŞ-də və Macarıstanda elmi ixtisasartırma və mübadilə proqramlarında iştirak etmişdir.
350 elmi əsəri, 11 kitabı çapdan çıxmışdır. 50-dən çox beynəlxalq layihənin müəllifidir. 200-dən çox elmi əsəri xaricdə çap edilmişdir.
14 müəlliflik şəhadətnaməsi və 4 patenti var. 1978-ci ildə Moskvada namizədlik, 1991-ci ildə Leninqradda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1996-cı ildə professor elmi adı almışdır. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. "Tərəqqi" medalı və AMEA Rəyasət heyətinin fəxri fərmanları (2002, 2005, 2012, 2022) ilə təltif olunub.
Hazırda AMEA-nın Radiasiya Problemləri İnstitutunda Baş Direktor vəzifəsində çalışır. İnstitutun elmi Şurasının və "Nüvə kimyası" ixtisası üzrə müdafiə şurasının sədridir. 2016-cı ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi" kafedrasının müdiridir. 1996-cı ildən "Ruzgar" Ekoloji İctimai Birliyinin sədridir. Dünyanın 40-dan çox ölkəsində (Türkiyə, ABŞ, Fransa, Almaniya, Avstriya, İsveçrə, İsveç, Hindistan, Yaponiya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya, Danimarka, Belçika, Çexiya, Xorvatiya, Makedoniya, Polşa, Serbiya, Mərakeş, Kenya, Seneqal, Pakistan və s.) 130 dəfədən çox elmi-ekoloji tədbirlərdə iştirak etmişdir.
Evlidir. Böyük oğlu Kənan Politologiya üzrə fəlsəfə doktorudur, diplomatik fəaliyyətdədir. İlqar biznes sektorunda çalışır. 7 nəvəsi vardır (İslam, Məryəm, Mustafa, Banu, Azad, Suella və Səfiyyə).
Əsas elmi nailiyyətləri
redaktə- Neftin çıxarılması, hazırlanması, nəqli və emalı proseslərində atmosferə atılan zərərli tullantıların xüsusi miqdarı (hər 1 ton xammala hesablanmış) təyin edilmişdir.
- Metan emissiyalarının atmosferin yuxarı qatlarında fotostimullaşdırılmış fiziki-kimyəvi proseslərə və ozonun stasionar konsentrasiyasına təsiri öyrənilmişdir.
- Üzvi yanacaqların radiasiya-termiki çevrilmələrinin ümumi kinetik modeli əsasında maksimal radiasiya effektini təmin edən doza gücü və temperaturu arasında asılılığın yarımemprik formulu alınmışdır.
- Su mühitində karbohidrogenlərin radiasiya-kimyəvi parçalanması prosesinin zəncirvari rejimdə getməsini təmin edən optimal şərait müəyyən edilmiş, prosesin kinetik modeli yaradılmışdır.
- Üzvi yanacaqların radiasiya-termiki kükürdsüzləşdirilməsi prosesinin optimal şəraiti müəyyənləşdirilmiş və kinetik modeli təklif olunmuşdur.
- Ətraf mühitdə neftin deqradasiyasının qanunauyğunluqları müəyyənləşdirilmiş və bu prosesdə politsiklik aromatik karbohidrogenlərin transformasiyası müəyyənləşdirilmiş və radiasiyanın rolu qiymətləndirilmişdir.
- Neftin boru kəmərləri ilə nəqli prosesində yaranan bərk tullantıların fiziki-kimyəvi xassələrinin tədqiqi və radiasiya-kimyəvi üsulla emalı təklif olunmuşdur.
- Neft bitumlarının radiasiyaya davamlılığı qiymətləndirilmişdir
- Azərbaycanın avtonəqliyyat sektorundan atmosferə atılan tullantıların qiymətləndirilməsi və onların azaldılması üçün nanokatalitik sistemlərin tətbiqi
- Olefintərkibli üzvi birləşmələrdə post radiasiya effektləri öyrənilmiş və mühərrik yanacaqlarının radiasiyaya davamlılığının artırılması üçün təkliflər hazırlanmışdır
Kadr hazırlığı
redaktə- Elmlər namizədlərinin sayı: 18
- Elmlər doktorlarının sayı: 1
Əsas elmi əsərləri
redaktə- The principles of Radiation-chemical Technology of refining the petroleum residues. J. Radiation Physics and chemistry, 1995, v. 46, № 4–6, pp. 1313–1316
- Consecutive thermomagnetic beneficiation of Turkish lignites, Fuel 80, 2001, pp. 641–644
- Radiation-thermal desulphurization of brown coal. J. Radionalytical and Nuclear chem. v. 22, № 1, (1999), pp. 177–180
- Radiation-thermal transformation of Pentodecan. "Chemistry of high energy", 1999, v.33, № 5, p. 354–359.
- Environmental Security and Environmental Management: The Role of Risk Assessment, 281–286. 2006 Springer. Printed in the Netherlands.
- Gas formation regularities at the consecutive and simultaneous impact of ionizing radiations and heat on Turkish lignites. Fuel, 2011, volume 90, issue 8, p. 2555–2559.
- Радиационно-химическая очистка сточных вод от нефтяных загрязнений. Естественные и технические науки, № 4, 2011. Москва, Россия. с. 96–100.
- Hydrogen and hydrogen containing gas formation at the radiation-thermal clean up of water from oil pollution. "The Black Sea: Strategy for Addressing its Energy Resource Development and Hydrogen Energy Problems". Ed. N. Veziroglu. NATO-Science series. Springer, p. 122–126, October-2012
- Деградация Апшеронских нефтей в окружающей среде. Экология промышленного производства. 1(85), 71–74, 2014
- Воздействие ионизирующего излучения на масляные фракции тяжелых битуминозных нефтей. Химия высоких энергий, 2014, № 5
- Studying Photostimulated Processes of the Formatin and Decomposition of Ozone in the VUV- Photolysis of methane in air. Russian Journal of Physical Chemistry A, 2015, vol.89, No.8, pp. 1482–1485
- Radiation Resistance of Tar Fractions of Bituminous Oil. J. Chem. and Chem. Eng. 9 (2015) 357–362
- "Transformation of Polycyclic Aromatic Hydrocarbons at Degradation of Petroleum in Soil" Modern Environmental Science and Engineering, USA. Academic Star Publishing Company,2016 N11
- Impact of ionising radiation on some charachteristics of diesel fuels. Journal of Energy, Environmental&chemical engineering. USA vol2. N4,2017, 41–45
- Composition and Properties of Deposits Formed on the Internal Surface of Oil Pipelines. Journal of Applied Spectroscopy, (2018), 1–6
- Effects of Gamma Radiation on the Composition of the Hydrocarbon Mixture Hexane-hexene. Radiation Science and Technology. USA 2020, p.12–18
- Исследование пострадиационных эффектов в бензинах. Радиохимия.2021, Т.63.№ 3 с.296–300
- Пострадиационные эффекты воздействия радиационного излучения на смеси углеводородов. Журнал Прикладная Спектроскопия.,М.,2023,Т. 90, № 4,с.570–577.
- Radiasiya təhlükəsizliyi. Ali texniki məktəblər üçün dərslik. 2024, 236 səh
- Civil Defence. Ali məktəblər üçün dərs vəsaiti. 2024,178 səh
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
redaktə- Nyu-York Elmlər Akademiyasının üzvü −1995
- Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Akademiyanın üzvü — 2000
- Azərbaycan Milli EA-nın müxbir üzvü- 2014
- Beynəlxalq Ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi Akademiyasının üzvü və Bakı filialının rəhbəri −2017
Pedaqoji fəaliyyəti
redaktə- İstanbul Texniki Universiteti, NATO dəvətli professor, İstanbul (1993–1994)
- University of Maryland at College Park, IREX-Fellow, USA (1998)
- Lənkəran Dövlət Universiteti, Ekologiya kafedrası, professor (1999–2000)
- Azərbaycan Memarlıq və İnşaat Universiteti, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasında professor (2009–2016) və müdir (2016-cı ildən)
İstinadlar
redaktə- ↑ "Mustafayev İslam İsrafil oğlu" (az.). science.gov.az. 2017. 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
- ↑ "AMEA Radiasiya Problemləri İnstitutunun baş direktoru kollektivə təqdim olunub". 2021-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-26.