Islam Elesger - Wikipedia
İslam Ələsgər (Ələsgərov İslam Talıb oğlu; 22 iyun 1925, Ağkilsə, Yeni Bəyazid qəzası – 6 oktyabr 2014, Göygöl rayonu) — filologiya elmləri namizədi, Ələsgərşünas alim.
İslam Ələsgər | |
---|---|
Ələsgərov İslam Talıb oğlu | |
Doğum tarixi | 22 iyun 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 6 oktyabr 2014 (89 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Aşıq Talıb |
Elm sahələri | filologiya, aşıq yaradıcılığı |
Elmi dərəcəsi | Filologiya elmləri namizədi |
İş yeri |
|
Təhsili | |
Tanınır | Ələsgərşünas |
Həyatı
redaktəİslam Ələsgər 22 iyun 1925-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub.[1] 1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Diplom işi "Aşıq Ələsgər ədəbi irsinin öyrənilməsi" olmuşdur.
1941-ci ildən Basarkeçər rayonunun Zod kənd orta məktəbində 48 il müəllim, direktor işləmişdir. Doğma Ağkilsə kəndində dörd il kolxoz sədri də işləmişdir.
Göyçə aşıqlarının və şairlərinin şeirlərini toplamış, 1956-cı ildən başlayaraq Aşıq Ələsgərin əsərlərini dəfələrlə çap etdirmiş və haqqında məqalələr yazmışdır.
1973-cü ildə "Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları" adlı namizədlik dissertasiyası müdafiə etmişdir.
1997-ci ildə Azərbaycan Respublikası prezidenti cənab Heydər Əliyevin "Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi haqqında" sərəncamına əsasən "Haqq aşığı Ələsgər" monoqrafiyasını yazmışdır.
6 oktyabr 2014-cü ildə Göygöl rayonunda vəfat etmiş və orada dəfn olunmuşdur.
Ailəsi
redaktəİslam Ələsgər Aşıq Ələsgərin nəvəsi, Aşıq Talıbın oğludur. Müğənni Talıb Talenin isə babasıdır. İslam Ələsgərin 12 övladı var: Ələsgər, Pakizər, Firdovsi, Firuzə, Mehriban, Nailə, Füzuli, Şamama, Nizami, Heyran, Xətai, Nəsimi.
Əsərləri
redaktə- "Aşıq Ələsgər və XIX əsr Göyçə aşıqları" (namizədlik dissertasiyası) Bakı-1971.
- "Ələsgər ocağı" Bakı. Yazıçı-1991.
- "Haqq aşığı Ələsgər" Bakı. Maarif-1999. 264 səh. şəkilli. 1500 tiraj.
- "Sazlı-sözlü Göyçə" Bakı, "Azərnəşr", 1999. (kiril əlifbası ilə)
- "Sazlı-sözlü Göyçə" / tərt. İ. Ələsgər ; red. Dilsuz. — Bakı : Çinar-Çap, 2002. — 184 s. — 700 tiraj.
- "Sazlı-sözlü Göyçə" (II kitab). Bakı, "Elm və təhsil", 2018, 368 səh.
Məqalələri
redaktə- Bir rəvayət haqqında. "Ədəbiyyat incəsənət" qəzeti. 17 iyun 1972-ci il. № 25
- Aşığın yuxusu. "Ədəbiyyat" qəzeti. 5 iyun 1992-ci il.
- Belə də saxtakarlıq olarmı? "Respublika" qəzeti. 1 və 8 may 1996-cı il.
- Dəyirmançı aşıq. "Ədəbiyyat" qəzeti. 7 iyun 1996-cı il.
- Susa bilmədim. "Ədəbiyyat" qəzeti. 9 və 16 avqust 1996-cı il.
İstinadlar
redaktə- ↑ Ocaqquliyev, Həsən. Yadda qalan xatirələr (PDF) (az.). Bakı: "Elm və təhsil". 2016. 2017-11-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-08.