Iskender Veliyev - Wikipedia
İsgəndər Mahmud oğlu Vəliyev (1897, Bakı – 1974) — Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatı, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
İsgəndər Vəliyev | |
---|---|
1951 – 1954 | |
Seçki dairəsi | 1951 — Kirovabad-Sabir |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1897 |
Doğum yeri | |
Vəfat tarixi | 1974 |
Dəfn yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
|
Həyatı
redaktəİsgəndər Vəliyev 1897-ci ildə Bakı şəhərində dəmirçi-işçi ailəsində anadan olmuşdur. O, əvvəlcə şəhər məktəbində, sonra isə Bakı orta inşaat-texniki məktəbində təhsil almış və 1916-cı ildə oradan məzun olmuşdur. Təhsilini bitirdikdən sonra Bakı Şəhər İdarəsində çalışmışdır. Daha sonra Culfa-Bakı dəmir yolu tikintisində Ələt stansiyasında tikinti texniki olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün İtaliyanın Peruça Universitetinə göndərilmişdir. Aprel işğalından sonra ona Azərbaycan SSR Xalq Maarifi Komissarlığı tərəfindən maliyyə yardımı almışdır.
Elmi fəaliyyəti
redaktə1923-cü ildə Azərbaycana dönən İsgəndər Vəliyev Gəncə Kənd Təsərrüfatı Texnikumuna müəllim təyin olunur. 1925-ci ildə isə yeni yaradılan Pambıqçılıq Elmi-Tədqiqat İnstitutunda işləməyə başlamışdır. 1926-ci ildə isə o, Nuxa Kənd Təsərrüfatı Texnikumuna direktor və müəllim təyin olunmuşdur. 1931-ci ildə isə o, öz istəyi ilə yenidən Pambıqçılıq Elmi-Tədqiqat İnstitutundakı işinə bərpa olunmuşdur. İsgəndər Vəliyev orada əvvəlcə seleksiyaçı alim olaraq çalışmış, 1948-ci ildən isə pambıqçılıq seleksiyası şöbəsinin müdiri olmuşdur.
Siyasi fəaliyyəti
redaktəİsgəndər Vəliyev 1954-cü ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarına daxil olmuşdur.
Bir çağırış Kirovabad Zəhmətkeş Deputatları Sovetinin deputatı seçilmişdir.
İsgəndər Vəliyev Kirovabad-Sabir seçki dairəsindən Azərbaycan SSR Ali Soveti IV çağırış deputatı seçilmişdir.
Mükafatları
redaktəİsgəndər Vəliyev 1949-cu ildə yeni pambıq növü yaratdığı səbəbi ilə "Stalin" mükafatı ilə təltif olunmuşdur. Həmçinin, o, "Qırmızı əmək bayrağı" ordeni və iki dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Mənbə
redaktə- Исҝәндәр Маһмуд оғлу Вәлиев // Альбом биографий депутатов Верховного Совета Азербайджанской ССР. 1955. Бакы. 1956. С. 101.