Isao Icima - Wikipedia
İsao İcima (飯島魁, İicima İsao?, 24 iyul 1861, Hamamatsu[d], Şizuoka prefekturası – 14 mart 1921) – Yaponiya zooloqu. O, "Yaponiyada parazitologiyanın atası" hesab olunur.[1]
İsao İcima | |
---|---|
yap. 飯島 魁 | |
Doğum tarixi | 24 iyul 1861 |
Doğum yeri |
|
Vəfat tarixi | 14 mart 1921 (59 yaşında) |
İş yeri | |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİsao İcima 24 iyul 1861-ci ildə müasir Şizuoka prefekturasının ərazisində yerləşən Hamamatsu şəhərində samuray ailəsində doğulmuşdur.[1] Atasının təsiri ilə xarici dillərə və elmə maraq göstərmişdir.[1] 1878-ci ildə Tokio Universitetinin Elm Kollecinə daxil olmuşdur.[1] 1881-ci ildə məzun olmuş və dərhal kollecdə köməkçi vəzifəsinə təyin olunmuşdur.[1]
İcima 1882-ci ildə zoologiya təhsili almaq üçün Almaniyaya getmiş və Leypsiq Universitetinə daxil olmuşdur.[1] O, üç il boyunca Rudolf Leykartın tələbəsi olmuş və onun təsiri altında parazitologiyaya böyük maraq göstərmişdir.[1] 1884-cü ildə universiteti fəlsəfə doktoru dərəcəsi ilə bitirmişdir.[1] 1885-ci ildə Yaponiyaya qayıdaraq Tokio Universitetinin zoologiya professoru olmuş və ölümünə qədər bu vəzifəni tutmuşdur.[1] 1891-ci ildə elmlər doktoru dərəcəsi almış və Yaponiya Elmlər Akademiyasına qəbul edilmişdir.[2]
İcima şərab içməyi, ovçuluqla məşğul olmağı və tütün çəkməyi sevirdi. O, 14 mart 1921-ci ildə ölmüşdür.[1]
Elmi töhfələri
redaktəİcima altı istiqamətdə fəaliyyət göstərmişdir: zəlilər, quşlar, kirpikli qurdlar, parazitlər, süngərlər və dərsliklər.[1] Onun zəlilərə marağı Tokio Universitetinin zoologiya professoru olmuş Çarlz Otis Vitmandan qaynaqlanmışdır.[1] İcima Yaponiyaya qayıtdıqdan sonra zəlilərdən, xüsusilə də, quru zəlilərindən ibarət böyük kolleksiya toplamışdır.[1] Təxminən həmin dövrdə ornitologiyaya maraq göstərməyə başlamış, Yaponiya Ornitologiya Cəmiyyətinin ilk prezidenti seçilmişdir.[1]
Almaniyada olarkən kirpikli qurdları, 1893-cü ildə isə süngərləri araşdırmağa başlamışdır.[1] İcima ən çox parazitologiya sahəsindəki fəaliyyətinə görə tanınır.[1] O, Yaponiyada parazitologiya elminin qurucusu hesab olunur.[1] 1885-ci ildə Yaponiya parazitlərini araşdırmağa başlamış, Tokio Universitetində parazitologiya üzrə mühazirə verən ilk şəxs olmuşdur.[1] O, həmçinin parazitologiya haqqında yapon dilindəki ilk əsərləri yazmışdır.[1] O, enli lentşəkilli qurdların əsl mənşəyini nümayiş etdirmək üçün bu növün sürfəsini udmuşdu.[1] 1918-ci ildə "Zoologiyanın xülaləsi" əsəri nəşr olunmuşdur.[2]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 Yoshida, Sadao. "Isao Ijima: The Father of Parasitology in Japan (With Potrait Plate)". The Journal of Parasitology (ingilis). Allen Press. 10 (3). mart 1924: 165–167. 2021-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 noyabr 2022.
- ↑ 1 2 The Japan Biographical Encyclopedia & Who's Who
Ədəbiyyat
redaktə- The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 347. İstifadə tarixi: 19 noyabr 2022.