Irza Bey Hacibeylinski - Wikipedia
İrza bəy Hacıbəylinski (4 aprel 1874, İrəvan – 14 yanvar 1938, Bakı) — Azərbaycanın hərbi xadimi, polkovnik. İrəvan şəhər zadəganlarının nəslinə mənsubdur.
İrza bəy Hacıbəylinski | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
Rusiya İmperiyası AXC |
Qoşun növü | Kavaleriya |
Hərbi hissə | Tatar süvari alayı |
Xidmət illəri | 1896—1920 |
Rütbəsi | Polkovnik |
Komandanlıq edib | |
Döyüşlər | Birinci Dünya Müharibəsi |
Təltifləri |
Müqəddəs Stanislav ordeni Müqəddəs Anna ordeni |
Hərbi karyerasının başlanğıcı
redaktəXidmətə Yelisavetqrad süvari yunker məktəbində sıravi rütbəli yunker kimi başlamışdır. Məktəbi bitirdikdən sonra 27 aprel 1898-ci ildə kornet rütbəsinə keçirilməklə İmperator Əlahəzrətləri Böyük Knyaz Mixail Mixayloviçin 21-ci draqun polkuna təyin edilmişdir. 19 mart 1902-ci il tarixində poruçik rütbəsi almışdır. 1 sentyabr 1905-ci il tarixindən ştabs-rotmistr. 25 aprel 1912-ci il tarixində rotmistr rütbəsi verilmişdir.
Birinci dünya müharibəsi
redaktəBirinci Dünya müharibəsiinin iştirakçısıdır. 23 oktyabr 1914-cü il tarixində yaralanmışdır. Döyüşdə fərqləndiyinə görə 3-cü dərəcəli Müqəddəs Anna ordeninə əlavə olaraq üzərində Cəsurluğa görə sözləri yazılmış, qılınclı 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur. İki dəfə, 1915-ci ilin 12 mart və 31 avqust tarixlərində kontuziya almışdır. Döyüşdə fərqləndiyinə görə 1915-ci ildə 7-ci Belarus qusar polkunun rotmistri Hacıbəylinski qılınclı II dərəcəli Müqəddəs Anna ordeni və qılınclı II dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdur.[1]. 20 iyul 1916-cı il tarixində podpolkovnik rütbəsi almışdır. 31 avqust 1916-cı il tarixində İrza bəy Hacıbəylinski Qafqaz ordusunun etap-nəqliyyat hissəsinin müdiri yanında tapşırıqlar üzrə qərargah zabiti təyin edilmişdir.
AXC silahlı qüvvələrində xidmət
redaktə1918-ci ildən podpolkovnik İrza bəy Hacıbəylinski Zaqafqaziya Komissarlığının qərarı ilə yeni yaradılmış Müsəlman korpusunda (26 iyul tarixindən Əlahiddə Azərbaycan korpusu) xidmət etmişdir.[2] Polkovnik rütbəsi verilmişdir. 1918-ci ilin iyul ayının əvvəllərində korpus ləğv edilmiş və onun hissələri daxil olmuş 5-ci Qafqaz və 15-ci Çanaqqala türk diviziyaları ilə birlikdə Nuru Paşanın yeni yaradılmış Qafqaz İslam Ordusunun tərkibinə keçmişdir. Polkovnik Hacıbəylinski 1918-ci ilin payız aylarına qədər Qarayazı süvari polkuna komandirlik etmişdir.
Noyabr ayından I süvari Tatar polkunun komandiri olmuşdur. 1919-cu ilin sentyabr ayında Bakı möhkəmləndirilmiş müdafiə rayonu qərargahının rəisi təyin edilmişdir. Hərbi nazir Səməd bəy Mehmandarovun 128 saylı, 2 mart 1920-ci il tarixli əmri ilə Bakı möhkəmləndirilmiş müdafiə rayonu qərargahının rəisi 1 mart 1920-ci il tarixindən Ordu qərargahı general-kvartirmeysteri idarəsinin Əməliyyat-kəşfiyyat şöbəsinin rəisi təyin edilmişdir.[3] 3 aprel 1920-ci il tarixində polkovnik Hacıbəylinski hərbi şöbə rəisi qismində Könüllü ordunun tərksilah edilmiş hissələrinin əmlak qəbulu üzrə idarələrarası komissiyasının tərkibinə daxil edilmişdir.
İstinadlar
redaktə- ↑ "Каспий" 4 марта 1916 г., №51
- ↑ Собрание узаконений и распоряжений правительства Азербайджанской Республики. — Баку, 1919 — выпуск 1, ст. 23
- ↑ Elşad Qoca. "Kəşfiyyat və əks-kəşfiyyat öz işinə uğurla başlamışdı". 2014-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
Ədəbiyyat
redaktə- Мехман Сулейманов. Кавказская исламская армия и Азербайджан. — Баку, 1999
- Мехман Сулейманов. Армия Азербайджана (1918—1920). — Баку, 1998
- Азербайджанская Демократическая Республика (1918—1920). Армия. (Документы и материалы). — Баку, 1998