Iricicekli Abeliya - Wikipedia
İriçiçəkli abeliya (lat. Abelia × grandiflora) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin abeliya cinsinə aid bitki növü.
İriçiçəkli abeliya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: İriçiçəkli abeliya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Təbii yayılması
redaktəÇin, Himalay dağlarında geniş yayılmışdır. Abeliya Qafqazın Qaradəniz sahilində açıq sahədə yaxşı bitir.
Botaniki təsviri
redaktəHəkim Abel növə Abeliya chinensis anlayışını vermişdir. Hündürlüyü 180 sm-dək olan koldur, budaqları uzun, çox vaxt sallaq, yarpaqları kiçik, üzbəüz oturaq, tünd-yaşıl, enli-lansetvaridir. Nazik, uzun, sallaq zoğları cavan yaşda çəhrayı rəngdə olur. Çiçəkləri ətirli, iri, beş ləçəkli, bitişik, yarpaqların qoltuğundan çıxan salxım çiçək qrupuna yığılmışdır. Çiçəkləri ağ, güclü xoş qoxuludur. Çiçəkləmə vaxtı yazın əvvəlindən yayın axırınadək davam edir.
Ekologiyası
redaktəGünəşli, işıqlı, zəif turşulu çimli, yarpaqlı, torflu, qum və çürüntülü torpaqlarda bitir. Yayda bol suvarılır, mineral və üzvi gübrələr verilir. Nəmişli quma əkilən, uzunluğu 5 sm olan yaşıl qələmlərlə və toxumlarla çoxaldılır.
Azərbaycanda yayılması
redaktəMərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur. Azərbaycanda Bakı, Gəncə, Lənkəran və b. şəhər və rayonlarda mədəni şəraitdə becərilir.
İstifadəsi
redaktəTək və qrup əkinlərində, qazonların ətrafının bəzədilməsində istifadə olunur. Cavan bitkilər gözəl kola çevrilir və həmin yayı çiçəkləyir.