Iran Qulancari - Wikipedia
İran qulançarı (lat. Asparagus persicus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
İran qulançarı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: İran qulançarı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Təbii yayılması
redaktəVolqa çayında və Cənubi Qafqazın şərqinə, Şimali İrana və Şərqi Sibirə qədər olan ərazilərdə, sahilyanı tuqay meşələrində.
Botaniki təsviri
redaktəHündürlüyü 2m-ə çatan çoxillik bitkidir. Budaqları düz bucaq altında yerləşir və sallanır. Kladodiləri 1-5 ədəd, bəzən dəstədə 8 ədəd olub, öz aralarında qeyri-bərabər yerləşir, uzunluğu 1-5 sm, düz və ya bir az əyilmişdir. Gövdəsi əyilmiş, çox vaxt sarmaşan, çılpaq və çox budaqlıdır. Çiçək saplaqları 1-4 ədəd olub, uzunluğu 1.2 sm-dir. Çiçəkləri uzunsov-qıfşəkillidir, erkək çiçəklərinin uzunluğu təxminən 0,6 sm-dir. Toxumla çoxaldılır.
Ekologiyası
redaktəƏsasən qarışıq meşələrdə, kölgəli və rütubətli ərazilərdə bitir.Sərt şaxtalara dözmür. İstisevəndir.
Azərbaycanda yayılması
redaktəBöyük Qafqazda, Qubada, Şəkidə, Murovda, Samur-Dəvəçi, Kür-Araz ovalıqlarında, Zəngilanda, Naxçıvanda, Gədəbəydə, Zaqatalada, Balakəndə, Lənkəranda meşələrin aşağı yaruslarında rast gəlinir.
İstifadəsi
redaktəBəzək bağçılığında istifadəsi məqsədyönlüdür.