Iran Parlamentinde Dini Azliqlarin Rezervlenmis Yerleri - Wikipedia
İran parlamentində dini azlıqların rezervlənmiş yerləri (fars. حوزههای انتخابیه مجلس شورای اسلامی برای اقلیتهای دینی) — İran parlamentində ölkədə yaşayan dini azlıqları üçün ayrılmış millət vəkili yerləri. Hal-hazırda bu məqsədlə istifadə olunan 5 nəfərlik millət vəkili yeri var. Məşrutə inqilabından sonra qəbul edilmiş yeni konstitusiyaya görə ölkədə yaşayan dini azlıq nümayəndələrinə parlamentdə təmsil olunmaq hüququ verilmişdir. Bu hüquq 1979-cu ildə baş verən İran İslam İnqilabından sonrada saxlanılmışdır.
Hal-hazırda 5 nəfərlik millət vəkili mantdatı bütün çağırış parlament seçkilərində sözügedən dini azlıqlar üçün saxlanılır. İran erməniləri ölkə parlamentində 2 nəfər millət vəkili ilə təmsil olunurlar. Şəxslərdən biri ölkənin şimal hissəsində, əsasən Təbriz şəhərində yaşayan lokal erməni icmasından seçilir və şərti olaraq şimal ermənilərini təsmil edir.
Digər etnik erməni millət vəkili isə İsfahan şəhərindəki Yeni Culfa mərkəzli olmaqla şərti olaraq cənub ermənilərindən seçilir və burada yaşayan erməniləri təmsil etməkdədir. Digər üç millət vəkili yeri isə müvafiq olaraq İranda yaşayan aysorlar, yəhudilər və zərdüştlər arasında bölünmüşdür.[1] İranda əsas dini azlıq hesab olunan və ölkə üzrə sayları 350 min nəfərə yaxın olan Bəhai dinin ardıcıları üçün parlamentdə heç bir yer nəzərdə tutulmamışdır.[2]
Ölkədəki sünni müsəlmanlar üçün spesfik olaraq millət vəkiliyi yerləri ayrılmasa da, sünnilər parlamentdə təmsil olunan müxtəlif siyasi partiyaların tərkibində siyasətlə məşğul olmaqdadırlar. İran parlamentində təmsil olunan sünni millət vəkilləri əsasən ölkənin cənub-şərqində yerləşən Sistan və Bəlucistan ostanından seçilməkdədirlər.
İl | Erməni (şimal) | Erməni (cənub) | Aysor | Yəhudi | Zərdüşt |
---|---|---|---|---|---|
1980 | Hrayir Xalatiyan | Xraç Xaçaturyan | bilinmir | Əziz Danaşrad | bilinmir |
1984 | Vartan Vartanyan | Aravaz Bagumyan | bilinmir | bilinmir | bilinmir |
1988 | Vartan Vartanyan | Artavaz Bagumyan | bilinmir | bilinmir | bilinmir |
1992 | Vartan Vartanyan | Artavaz Bagumyan | bilinmir | bilinmir | Pərviz Ravani |
1996 | Vartan Vartanyan | Artavaz Bagumyan | Şəmshon Məqsudpur | Mənuçöhr Eliyasi | Pərviz Ravani |
2000 | Levon Davidyan | Georgik Abrahamyan | Yonathan Betkoliya | Maurice Motamed | Xosrov Dabestani |
2004 | Qevork Vartan | Robert Beqlaryan | Yonathan Betkoliya | Maurice Motamed | Kourosh Niknam |
2008 | Qevork Vartan | Robert Beqlaryan | Yonathan Betkoliya[3] | Siamak Moreh Sedgh | İsfəndiyar İxtiyari |
2012 | Karen Khanlari | Robert Beglariyan | Yonathan Betkoliya | Siamak Moreh Sedgh | İsfəndiyar İxtiyari |
2016 | Karen Khanlari | Georgik Abrahamiyan | Yonathan Betkoliya | Siamak Moreh Sedgh | İsfəndiyar İxtiyari |
İstinadlar
redaktə- ↑ Federation Internationale des Ligues des Droits de L'Homme. "Discrimination against religious minorities in IRAN" (PDF). fidh.org. August 2003. 2008-04-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2008-05-19.
- ↑ Iran Human Rights Documentation Center. "A Faith Denied: The Persecution of the Baha'is of Iran" (PDF). Iran Human Rights Documentation Center. 2007. 2007-06-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2007-03-03.
- ↑ He is also since September 2008 chairman of the Asian Bureau of World Assyrian Union, cf. Iran: Majlis speaker felicitates Assyrian MP on new post Arxivləşdirilib 2015-05-13 at the Wayback Machine, mathaba.net, September 10, 2008