Iran Aviasiya Senayesi Teskilati - Wikipedia
İran Aviasiya Sənayesi Təşkilatı (fars. سازمان صنایع هوایی ایران IAIO) — 1966-cı ildə İranın aviasiya sənayesini planlaşdırma, nəzarət və idarəetmə məqsədilə qurulmuşdur. IAIO tənzimləyici və əlaqələndiricidir və texnologiya, təcrübə və komponentlər təqdim etməklə İran aviasiya sənayesinin ən vacib müəssisələrini dəstəkləyir.
İran Aviasiya Sənayesi Təşkilatı | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Aerokosmika sənayesi |
Təsis tarixi | 1966 |
Baş qərargahın yeri | |
mod.gov.ir | |
Vikianbarda əlaqəli mediafayllar |
"İran aviasiya sənayesi"nin tələbi buradan yönləndirilir.
IAIO-da hazırda beş aviasiya təşkilatı fəaliyyət göstərir: SAHA, HESA, PANHA, GHODS, Shahid Basir Industry. Bu beş təşkilat İranın müdafiə sənayesi və İran mülki aviasiyasında fərqli, bir-birini tamamlayan vəzifələrə malikdirlər və kiçik təmir müəssisələrindən bir neçə min işçisi olan böyük təşkilatlara keçiblər.
Tarix
redaktəİran Helikopter Şirkəti ((ing. The Iran Helicopter Support and Renewal Company (IHSRC)) İran Helikopterlərə Dəstək və Yeniləmə Şirkəti) və ya PANHA 1969-cu ildə təsis edilmişdir.
İran Təyyarə Sənayesi (IACI) 1970-ci ildə yaradılıb.
Farsca qısaltması HESA kimi bilinən İran Təyyarə İstehsalat Şirkəti (IAMI) 1974-cü ildə təsis edilmişdir.
Digər iki mühüm şirkət — İran Silahlı Qüvvələri Aviasiya Sənayesi Təşkilatı (IAFAIO) və GHODS Tədqiqat Mərkəzi 1980-ci illərin əvvəllərində qurulmuşdur.
2004-cü ilin sentyabr ayına qədər İran aviasiya sənayesi 1600-dən çox təyyarə, 2182 təyyarə mühərriki, 1751 helikopter mühərriki, 149 qaz-turbin mühərriki istehsal etmişdir.
11 növ təyyarə və 18 növ hərbi/mülki aviasiya mühərrikləri təmir edilmişdir.
Ən böyük layihələri
redaktəHESA Saeqeh, HESA, İran Hərbi Hava Qüvvələri və İran Müdafiə Nazirliyi tərəfindən 2007-ci ildə hazırlanmış çox məqsədli tək oturacaqlı bir reaktiv qırıcı-önləyici hərbi təyyarəsidir.
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad, İranda istehsal olunan IR. AN-140. Iran-140 kimi təyyarələr almağa üstünlük vermişdir.
İran Aviasiya Sənayesi Təşkilatı, Rusiya ilə yaxın 10 ildə 100 ədəd 210 nəfər tutumlu inkişaf etdirilmiş Tupolev Tu-214 və Tu-204 təyyarəsi istehsal etməyi planlaşdırır. İran Kamov lisenziyası ilə İranda ən azı 50 Ka-32 helikopteri istehsal etməyi planlaşdırır. İran-140-a bənzər qaydalarla lisenziyası olan və ehtimal ki İran-148 adlandırılacaq 50 ədəd An-148 istehsalı üçün də danışıqlar aparılır. Ayrıca, İranla eyni vaxtda başlayacaq müəyyən miqdarda Tu-334 təyyarəsinin inkişafı və birgə istehsalı üçün Rusiya ilə müqavilələr imzalanmışdır. Ukraynanın Poltava Helikopter Şirkəti ilə imzalanmış başqa bir razılaşma İrana Aerokopter AK1–3 Sanka adlı ultra yüngül çox məqsədli helikopter istehsal etməyə icazə vermişdir. Ancaq İran, ABŞ-nin İrana qarşı sanksiyalarını ləğv edəcəyi təqdirdə Boeing və Airbus istehsalı olan sərnişin təyyarələri sifariş verməyə hazır olduğunu açıqlamışdır. 2010-cu ildə İran Müdafiə Nazirliyi, təxminən 150 sərnişin daşımaq üçün nəzərdə tutulmuş və daxili uçuşlar üçün istehsal olunmuş orta ölçülü bir sərnişin təyyarəsinin istehsal mərhələsinə qədəm qoyduğunu elan etdi. Bu layihənin 2018-ci ildə tamamlanması gözlənilir. Tək oturacaqlı gizli döyüş təyyarəsi olan Qaher-313-ün prototipi 2013-cü ildə açıqlandı. 2016-cı ildə İran Aerokosmik Texnologiyalarının İnkişaf Mərkəzi (IATDH) avionika və bölmələr arasında texnologiya ötürülməsi sahəsində bir sıra biliklərə əsaslanan Fransız şirkətləri ilə razılaşmalar əldə etdi.
Reaktiv mühərriklər
redaktə2016-cı ildə İran, "Owj" (Zenit) adlı ilk "milli turboreaktiv mühərrik"ini istehsal etdiyini elan etmişdir. 14.000-dən çox hissədən ibarət olan bu mühərrik 50.000 fut uçuşlar üçün uyğundur və maksimum çəkisi on ton olan təyyarələrə quraşdırıla bilər. İran bu mühərrikin istehsalında İranda istehsal olunan super ərintilərdən və xüsusi sobalardan istifadə edildiyini bildirir. Bəzi analitiklər bu mühərrikin General Electric J85 turbojet mühərrikinə bənzədiyini (2040-cı ilə qədər USAFda xidmət edəcəyi gözlənilir) bildirdilər.