Iran Aseman Hava Yollari Reys 3704 - Wikipedia
İran Aseman Hava Yolları reys 3704 - İranın Tehran şəhərindən Yasuc şəhərinə planlanmış daxili uçuş reysi. 18 fevral, 2018-ci ildə İran Aseman Hava Yollarına məxsus ATR 72-212 təyyarəsi Səmirom yaxınlığında Zaqros dağlarının Dena zirvəsində qəzaya uğrayıb.[1] Təyyarədə olan 59 sərnişin və 6 ekipaj üzvünün hamısı hәlak olub.[2][3][4][5]
Aseman Hava Yolları reys 3704 | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tarix |
|
Qəza növü | Araşdırmalar davam edir. |
Yer | Səmirom yaxınlığında, İran |
Koordinatlar | 34°00′00″ şm. e. 51°18′49″ ş. u.HGYO |
Ölkə | |
Sərnişin sayı | 59 |
Komanda | 6 |
Yaralı sayı | 0 |
Ölü sayı | 65 |
Təyyarə | |
Təyyarə modeli | ATR 72-212 |
Havayolu şirkəti | İran Aseman Hava Yolları |
Qalxma yeri | Mehrabad Beynəlxalq aeroportu, Tehran, İran. |
İstiqamət | Yasuc aeroportu, Yasuc, İran. |
Uçuş nömrəsi | EP3704, IRC3704 |
Qeydiyyat nömrəsi | EP-ATS |
Vikianbarda əlaqəli mediafayllar |
Təyyarə
redaktəQəzaya uğrayan, 391 seriya nömrəli və EP-ATS qeydiyyat nömrəli ATR 72-212 təyyarəsi 1993-cü ilin oktyabr ayında istehsal olunmuşdur. İlk uçuşunu 25 oktyabr tarixində edən təyyarə elə həmin ilin 12 dekabr tarixində İran Aseman Hava Yollarına təhvil verilmişdir. Yalnız İran Aseman Hava Yollarında fəaliyyətdə olan 24 yaşlı təyyarə bu qəzaya qədər heç bir ciddi qəza şəraiti ilə qarşılaşmamışdır.[6]
İran Aseman Hava Yollarının sahib olduğu 29 təyyarə arasında 6 ədəd ATR təyyarəsi vardı. ATR-lərin 3-ü hələ də fəaliyyətdədir.[2]
Qəza
redaktəTehran şəhərinə məxsus Mehrabad Beynəlxalq aeroportundan Yasuc şəhərində yerləşən Yasuc aerportuna ölkə daxili uçuş planlanmışdı. Təyyarə Tehrandan təxminən 04:30-da (UTC) havalandı və təxminən bir saat sonra Dena dağına çırpıldı. Təyyarədə olan 59 sərnişin və 6 ekipaj üzvündən sağ qalan olmadı.[2][a]
Qeydlər
redaktəİstinadlar
redaktə- ↑ "Passenger plane crashes in southern Iran, killing 66 on board". NBC News (ingilis dilində). 2018-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2018.
- ↑ 1 2 3 4 Dehghan, Saeed Kamali. "Iran plane crash in south of country 'kills all 65 onboard'". the Guardian. 18 fevral 2018. 2019-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2018.
- ↑ "Iran passenger plane crashes near Samirom with 66 on board". Mehr News Agency (İngilis dilində). 18 fevral 2018. 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2018.
- ↑ "Passenger plane crashes in Iran mountains". BBC News (İngilis dilində). 18 fevral 2018. 2018-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2018.
- ↑ Ranter, Harro. "ASN Aircraft accident ATR 72-212 EP-ATS Yasuj Airport (YES)". aviation-safety.net. 2019-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2018.
- ↑ "EP-ATS Iran Aseman Airlines ATR 72". www.planespotters.net. 2019-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2018.