Iran Islam Inqilabi Kesikcileri Korpusunun Deniz Quvveleri - Wikipedia
İran_İslam_İnqilabı_Keşikçiləri_Korpusunun_Dəniz_Qüvvələri - Haqqında Məlumat
İran İnqilab keşikçiləri Ordusunun Dəniz Qüvvələri (farsca: نیروی دریایی سپاه پاسداران انقلاب اسلامی) qısaltması NEDSA (farsca: ندسا) – İran İslam Respublikasını dənizdən gələ biləcək bütün növ hücumlardan qorumalı olan ehtiyat qüvvədir. Komandiri Kommador (hərbi dəniz qüvvələrinin ali hərbi rütbəsi) Əli Fədəvidir. Bu qoşun növü 1979-cu ildə yaradılmışdır. 20.000 aktiv hərbçiyə malikdir. İran İnqilab keşikçiləri Ordusunun nəzarət altında olan 3-cü böyük qüvvədir. Nizami İran Hərbi Dəniz Qüvvələrindən əlahiddə fəaliyyət göstərir.
İran İnqilab keşikçiləri Ordusunun Dəniz Qüvvələri | |
---|---|
(farsca: نیروی دریایی سپاه پاسداران انقلاب اسلامی) qısaltması NEDSA (farsca: ندسا) | |
Növü | Hərbi Dəniz Qüvvələri |
Yaranma tarixi | 1979-cu ildən hal-hazırkı dövrə qədər |
Ölkə | İran |
Tabedir | İran Silahlı Qüvvələri |
Daxildir | İran İnqilab keşikçiləri Ordusu |
Vəzifəsi | İran İslam Respublikasını dənizdən gələ biləcək bütün növ hücumlardan qorumalı olan ehtiyat qüvvədir |
Sayı | 20.000 aktiv hərbçi |
Qərargah | Tehran |
Təchizatı | 1.500 Döyüş gəmisi, 74 Sualtı gəmi, 45 Kreyser, 856 Sahil mühafizə gəmisi, 63 Mina gəmisi, 38 Raket Hücumu Gəmisi |
Müharibələr | İran-İraq müharibəsi |
Komandanlıq | |
Komandir | Kommador (hərbi dəniz qüvvələrinin ali hərbi rütbəsi) Əli Fədəvi |
Vikianbarda əlaqəli mediafayllar |